"Mənim də valideynlərim qazidir, amma heç kimdən heç nə istəmirlər"- Nura Suridən ETİRAZ

"Mənim valideynlərim də qazidir, amma heç kimdən heç nə istəməyiblər".

Olaylar.az xəbər verir ki, bunu müğənni Nura Suri bildirib. Müğənni valideynlərinin haqsızlıqlarla qarşılaşdığını da diqqətə çatdırıb:

"Mənim valideynlərim də qazidir, hərbçidirlər. Anam döyüşdə 2 güllə yarası alıb. İndiyə kimi fəxrlə danışırlar, haqsızlıqla üzləşsələr belə peşman olmayıblar.

Heç vaxt heç kəsdən heç nə istəməyiblər. Heç kəsə minnət qoymayıblar. Vətən uğrunda döyüşən hər kəs fəxr hissi duymalıdır.

Ana və bacılarımızı, övladlarımızı, torpağımızı, şərəf və ləyaqətimizi qorumaq qürurverici hissdir".

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31