Məşhur aktrisa basketbolçu sevgilisi ilə ailə qurur

Bir ildir eşq yaşayan aktrisa Ebru Şahinlə basketbolçu Cedi Osman evlilik qərarı alıb.

Olaylar.az bildirir ki, hazırda xarici ölkədə istirahət edən Ebru və Cedinin bu qərarına səbəb basketbolçunun anasının basqısı olub. "Tez evlənin. Bir-birinizi çox sevirsiniz, gözləməli nə var ki",  - deyə Binela Osman deyib.

İyunun 25-də nişanlanacaqları deyilən cütlüyün toy tarixləri də bəlli olub. Məlumata görə, onlar bu xəbəri hələ ki dostları ilə paylaşıb. Toyun isə gələn ilin sentyabr ayında olması planlaşdırılır. 

Eyni zamanda Ebru Şahinin yayın sonlarında sevgilisinin yanında qalmaq üçün ABŞ-a gedəcəyi bildirilib. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31