Avropa Yayım Birliyi səsvermə ilə bağlı məsələyə aydınlıq gətirdi

"Avroviziya"nın finalı zamanı Niderlandda yüzlərlə insan vaxtında göndərilməsinə baxmayaraq səslərinin sayılmaması barədə sosial mediada şikayətləniblər.

Olaylar.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) SMS səsverməsi zamanı ölkədə böyük problemlər yarandığını açıqlayıb.

EBU problemin telekom şirkətlərinin birindən qaynaqlandığını qeyd edib:

"Niderlandda telekom şirkətlərinin birində səslərin şəbəkə tərəfindən vaxtında işlənib ötürülməsinin qarşısını alan bir problem olduğunu aşkarladıq. Bunun səbəb olduğu xəyal qırıqlığına görə üzr istəyirik, lakin bu, EBU-nun nəzarətindən kənar idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31