Məşhur aktyor film üçün kökəlib bu hala düşdü - FOTO767

Amerikalı aktyor Mark Uolberq yenidən gündəmə gəlib.

Olaylar.az bildirir ki, hər zaman bədən əzələləri ilə diqqət çəkən 49 yaşlı aktyor 13 kilo çəki alıb. Aktyor bu addımı baş rol aldığı "Father Stu" adlı film üçün atıb. Daha əvvəl də çəki atmalı olduğunu izləyiciləri ilə bölüşən ulduz bunun üçün nələr yediyini də açıqlamışdı.

Filmdə sonradan rahib olan boksçunu canlandıran Uolberq hazırda aşbazın nəzarəti altında gündə 7 min kalorilik qida qəbul edir. 

Qeyd edək ki, amerikalı aktyor Hollivudun idman zallarından çıxmayan məşhurlardan biridir. O, illərdir əzələlərini qorumaq üçün dayanmadan idmanla məşğul olur.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31