Aparıcı Elgizi toyda belə pərt ediblər - VİDEO

Aparıcı Elgiz Əkbər maraqlı açıqlaması ilə diqqət çəkib.

Olaylar.az xəbər verir ki, o, aparıcı olduğu "Elgizlə izlə" proqramında toylardan birində başına gələn hadisədən danışıb.

Elgiz məclisdə yaşlı bir qadının ona yaxınlaşaraq pul müqabilində ondan mahnı oxumasını istədiyini, daha sonra isə həmin pulu ondan geri aldığını bildirib:

"Avam vaxtlarım idi. Efirdə belə olduğuma baxmayın. Toylarda böyük kompleks yaşayırdım. İştirak etdiyim toyun sahibləri varlı adamlar idi. Birdə gördüm üzəri brilyant qızılla dolu yaşlı qadın mənə yaxınlaşır.

Əlində 20 ədəd 100 dollar var idi. Mənə uzadıb dedi ki, Elgiz oğlum səni çox istəyirəm. Bir mahnı oxu nənə oynasın. Mən də bunu götürdüm. Dedim, axı mən müğənni deyiləm. Daha sonra pul çəkdi aldı əlimdən. Çox pərt oldum. 4 gün bu situasiyadan çıxa bilmədim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31