"Ev almaq üçün hamıdan xəbərsiz nikaha girdik"

"Nişanlı idik, həyat yoldaşım universiteti bitirib rayona getdi. Mənim isə bir ilim qalmışdı. Gənc mütəxəssis olduğu üçün rayonda ona ev verilməliydi".

Olaylar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Dəyişən cavab" proqramında deyib. Müğənni ev üçün mərhum həyat yoldaşı ilə hamıdan xəbərsiz nikaha girdiyini söyləyib:

"O vaxt qayda belə idi ki, evlilərə ev verilirdi, subaylara yox. Bir il sonra toyumuz olacaqdı. Yoldaşım Zahid zəng etdi ki, nikah edək. Pasportumu yolladım, nikahımız oldu".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31