Xalq artistinin bacısı və baldızı koronavirusdan vəfat etdi

Xalq artisti Səməd Səmədovun bacısı və baldızı koronavirusdan dünyasını dəyişib.

Olaylar.az xəbər verir ki, müğənni bu haqda "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, Covid-19 ondan əzizlərini alıb:

"İndi-indi dirçəlməyə başlamışıq. Bacımı və baldızımı itirdim".

İfaçı pandemiya ərəfəsində avtomobilini satdığını söyləyib. O bildirib ki, yeni maşının sataraq, əvəzində köhnə və ucuzunu alıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31