"Yazıblar ki, "kobra" Kübra qadını zəhərlədi" - VİDEO
19 May 2021 13:20 Mədəniyyət"Verilişə qadın gəlmişdi, 62 yaşında uşaq övladlığa götürmək istəyirdi. Ona etiraz etdim. Sosial şəbəkədə yazıblar ki, "Kobra qadını zəhərlədi".
Olaylar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Bizimləsən" proqramında deyib. Aktrisa sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib:
"Universitet vaxtı mənə "kobra" deyirdilər. Od parçası idim. Qadını zəhərləmədim. 62 yaşında qadın uşağa baxa bilməz. Bacımın 62 yaşı var, 5 yaşlı nəvəsinin yanına gedir. Beş dəqiqədən sonra evinə qaçır ki, başım səs götürmür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31