Damla və Rəqsanənin “qanuni oğru” ilə görüntüsü yayıldı - FOTOFAKT

Məşhur müğənnilər Damla, Rəqsanə İsmayılova və qızı Aysun İsmayılovanın  qətlə yetirilən  "Albert Rıjiy" ləqəbi ilə tanınan "qanuni oğru"  Əli Heydərovla fotosu yayılıb.

Olaylar.az xəbər verir ki, foto Rusiyada müğənnilərin qatıldığı məclisdə çəkilib.

Qeyd edək ki, bu ilin aprel ayında Ə.Heydərov Moskvadakı idman zallarının birində qətlə yetirilib. Onun qətlinə görə şübhəli şəxs qismində 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğlu saxlanılıb. 

O, ifadəsində Əli Heydərovu öldürdüyünü etiraf edib.


bizim.media

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31