Aygün və Tünzalədən Samirə ilə bağlı paylaşım
18 May 2021 11:44 MədəniyyətXəbər verdiyimiz kimi, bu gün "Eurovision 2021"in birinci yarımfinalı keçiriləcək.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, ölkəmizi təmsil edəcək Samirə Əfəndi "Mata Hari" mahnısı ilə 14-cü nömrə altında səhnəyə çıxacaq.
Xalq artistləri Aygün Kazımova və Tünzalə Ağayeva təmsilçimizə dəstək olublar.
Kazımova "Mata hari" klipindən görüntü yayımlayaraq "Ölkəmiz və bütün komandaya "Eurovision"da uğurlar. Ürəyimiz sizinlədir" sözlərini yazıb.
Tünzalə isə paylaşımında "Samirə, yalnız irəli, uğurlar. Əsis dünya azərbaycanlılarımız, Samirəyə dəstək olaq" sözlərini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31