Məşhur müğənnilərin öldürülən “qanuni oğru” ilə FOTOsu yayıldı
17 May 2021 15:50 MədəniyyətMəşhur müğənnilər Damla , Rəqsanə İsmayılova və qızı Aysun İsmayılovanın qətlə yetirilən "Albert Rıjiy" ləqəbi ilə tanınan "qanuni oğru" Əli Heydərovla fotosu yayılıb.
Olaylar.az unikal.org-a istinadən bildirir ki, foto Rusiyada müğənnilərin qatıldığı məclisdə çəkilib.

Qeyd edək ki, bu ilin aprel ayında Ə.Heydərov Moskvadakı idman zallarının birində qətlə yetirilib. Onun qətlinə görə şübhəli şəxs qismində 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğlu saxlanılıb. O, ifadəsində Əli Heydərovu öldürdüyünü etiraf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31