Ərinin qumar borcuna görə villasını satır - FOTOLAR
16 May 2021 15:22 MədəniyyətTürkiyənin məşhur müğənnisi Kibariyə villasını satır.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb sənətçinin həyat yoldaşı Ali Küçükbalçıkın böyük məbləğdə qumar borcunun olmasıdır.
Bodrumun Gündoğan ərazisindəki malikanə 5 milyon TL-yə alıcı gözləyir. Kibariyə sözügedən mülkü satmaqla 3, 8 milyon lirəlik borclarını ödəmək niyyətindədir.
"Alinin qumar və ticarət həyatından borcları ola bilər. Oynadı, keçdi, bitdi ... Mənim ərimdir. Pul yenidən qazanılar. Ancaq ailədə sağlamlıq, dinclik və xoşbəxtlik hər şeydən daha vacibdir",- deyə ifaçı bildirib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31