Polad Bülbüloğlu Şuşada ata evinin bərpası haqqında danışdı - VİDEO
16 May 2021 14:06 MədəniyyətPolad Bülbüloğlu illər sonra Bülbülün doğulduğu evi ziyarət edib.
Bülbülün doğulub boya-başa çatdığı Şuşadakı evindən sadəcə iki divar salamat qalıb.
Şuşaya "Xarı Bülbül" festivalı çərçivəsində səfər edən Polad Bülbüloğlu bir neçə sənət adamlarına Bülbülün evi barədə məlumat verib.
O, bildirib ki, həmin ev ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən 1983-cü ildən Bülbülün Bakı Muzeyinin Şuşa filialı kimi fəaliyyət göstərib. Burada Bülbülə aid məlumatlar, müxtəlif eksponatlar olub. Amma işğalçılar buranı tam talan edib və hər şeyi dağıdıb. oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31