Nigar Camaldan qalmaqallı açıqlama - Həmkarını sərt tənqid etdi
16 May 2021 11:36 Mədəniyyət"Avroviziya-2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal bu il Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndini tənqid edib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "10-da görüşək" proqramına qonaq olarkən həmkarının müzakirələrə səbəb olan geyimi və şousuna şərh bildirib. Pop ifaçısı modelyer Rüfət İsmayıl tərəfindən hazırlanmış geyimin ona yaraşmadığını vurğulayıb.
Nigar qeyd edib ki, Samirə top 5-likdə yer almayacaq: "Mən olsam, bu libası geyinməzdim. Bədənimə bu cür paltar yaraşmazdı. Samirə gözəl və incə qızdır. İstərdim yer tutsun, amma ilk sıralarda olacağını düşünmürəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31