Əməkdar artist xəstəxanaya yerləşdirildi

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

Olaylar.az bildirir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov özünün Feysbuk hesabında yazıb.

"Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı - Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə xəstəxanaya yerləşdirdik", - o bildirib.

Xatırladaq ki, oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat etdikdən sonra əməkdar artist özünə qapanıb və onun səhhətində problemlər yaranıb.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31