Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VAR - FOTO
8 May 2021 13:14 MədəniyyətXalq artisti Könül Xasıyeva koronavirusdan sağalıb.
Bu barədə Lent.az-a muğam ifaçısının özü bildirib: "İki həftə öncə oldu, keçdi. Bu barədə də bütün saytlar yazdı. Daha bu virusla bağlı heç nə yazılmasın. Artıq yaxşıyam, sağalmışam".
Xatırladaq ki, K.Xasıyeva ev şəraitində müalicə olunub: "Xəstəxanaya getmədim. Evdə müalicə aldım. Allah bütün xəstələrə şəfa versin".
Qeyd edək ki, muğam ifaçısı illərdir xərçəng xəstəliyi ilə mübarizə aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31