Əri Naibə Allahverdiyevanı döyür?
8 May 2021 12:18 MədəniyyətOlaylar.az xəbər verir ki, verilişə gələn əri tərəfindən döyülən xanıma məsləhət verən aktrisa qadına şiddətdən danışıb. O bildirib ki, özü də əks cinsin nümayəndəsi tərəfindən döyülüb:
Ömrümün yarısını yaşamışam, döyür, söyür. Sonra gəlir diz çökür: səni xanım edəcəm, başına dolanacam, nökərin, qulun olacam. Hamısı yalandır.
Qadına əl qaldıran kişini kişi saymıram".
Aparıcı Elgiz Əkbər N.Allahverdiyevaya "Bir dəfə danışmışdınız, başınıza gəlib. Yenə edir? İstəmirəm sən üzüləsən. Heç kimin buna ixtiyarı yoxdur. Bir dostun kimi buna imkan verməyəcəm, yetər" sözlərini söyləyib.
Aktrisa məsələ haqda çox danışmaq istəmədiyini deyərək "Bu məsələni sonra danışarıq" cavabını verib.
Qeyd edək ki, N.Allahverdiyeva ikinci dəfə özündən yaşca kiçik bəylə ailə qurub.