Ağadadaş Ağayev ilk dəfə xanımı ilə görüntüləndi - VİDEO
7 May 2021 15:47 MədəniyyətXalq artisti Ağadadaş Ağayev tədbirlərin birində ilk dəfə həyat yoldaşı ilə birlikdə görüntülənib.
Olaylar.az xəbər verir ki, "X maqazin" kamerası qarşısına Türkiyə vətəndaşı olan xanımı Pərvinlə çıxan sənətçi efirlərdə görünməməsinin səbəbindən danışıb:
"Bakıdayam, başqa yerlərdə deyiləm. Son zamanlar efirlərə az-az çıxıram, verilişləri seçib gedirəm".
"Ağadadaş Ağayevin ürəyini necə qazandınız" sualına isə ifaçının həyat yoldaşı belə cavab verib:
"Allahın yazdığı qismətdir. Nəsibimiz olduğu üçün bir araya gəldik. Özəl həyatdan danışmaq istəmirəm. Ona görə də birlikdə çox görüntülənməmişik. Allah son nəfəsimizə qədər bir arada olmağımızı qismət etsin".
Qeyd edək ki, A.Ağayev iki dəfə rəsmi nikahda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31