"Hər gün bir sənət adamı ölür, buna dözmək olmur" - VİDEO

Xalq artisti Naibə Allahverdiyeva İnstaqramda video yayımlayaraq həmkarı Arif Quliyevin vəfatından danışıb.

Olaylar.az xəbər verir ki, göz yaşlarını saxlaya bilməyən aktrisa son günlər dünyasını dəyişən sənət adamlarından danışıb:

"Bilmirəm nə deyim. Şokdayam, bu qədər itki, dərd olmaz. Hər gün birinin ölüm xəbərini eşidirsən. Hər gün bir dostun gedir. Hər gün sənət adamlarından kimsə ölür. Əvvəl şəhidlərimiz, indi də sənət adamlarımız. İstedadlı, ən gözəl insanlarımız gedir. Dözmək olmur, çox çətindir. Özünüzü qoruyun, əziz sənət dostlarım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31