Arif Quliyevin oğlu: "Atamın səhhətində müəyyən irəliləyiş var"
4 May 2021 10:47 MədəniyyətKoronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin səhhətində müəyyən irəliləyişlər var.
Olaylar.az xəbər verir ki, bunu "Report"a açıqlamasında A.Quliyevin oğlu Rövşən Quliyev bildirib.
"Vəziyyəti ağır olaraq qalır, amma həkimlər yaxşı olacağı deyirlər. Xəstəxanaya yerləşdirildiyi dövrlə müqayisədə təxminən 20 faiz irəliləyiş var. Amma hələ də süni tənəffüs aparatına qoşuludur. Müalicəsi davam edir. Gözləyirik", - o deyib.
Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31