Azərbaycanda koronavirusa yoluxan nazir sağalıb
3 May 2021 10:22 MədəniyyətMədəniyyət naziriAnar Kərimov koronavirusdan (COVID-19) sağalıb.
Bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.
O bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: "Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub".
Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVID-19-dan müalicə olunurdu.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31