"Pis günlər geridə qaldı" - Barışdılar

Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid Abdullayev və Nagehan Abdullayeva ayrılmışdı.

Olaylar.az xəbər verir ki, ayrılıq xəbərlərindən sonra Fərid Rusiyaya, Nagehan isə bir müddətlik türkiyəyə getmişdi.

Nagehan birlikdə görüntülərini yayımlayaraq Fəridlə barışdıqlarını, boşanma fikrindən daşındıqlarını bildirib:

"Bu videonu paylaşmağı nə vaxtdır gözləyirdim. Bütün pis günlər geridə qaldı. Bizim sevgimizi bilənlər bilir. Bu vaxta qədər çox çətin günlər aşdıq, bu da onlardan biri. Çox şükür, Abdullayevlər yenidən bir aradadır".

Qeyd edək ki, Fərid və Nagehan Türkiyədə evlilik proqramında tanış olub və ailə qurublar. Cütlüyün Kumsal adlı bir qız övladı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31