Təranə Səmədova özündən 7 yaş kiçik bəylə ailə qurub? - Özü danışdı
29 Aprel 2021 15:25 MədəniyyətTanınmış prodüser Təranə Səmədovanın özündən 6 yaş kiçik bəy ilə ailə qurması haqqında məlumat yayılıb. Belə ki, o, sosial şəbəkədə canlı yayım vasitəsilə ailə qurduğunu deyib.
Təranə Səmədova açıqlamasında bildirib ki, bütün bunlar sadəcə bir zarafatdır. Həmin insan ondan 7 yaş kiçikdir, amma ailə qurmayıblar, sadəcə dost münasibətindədirlər:
"Sosial şəbəkədə canlı yayım açmışdıq. İnsanlar dayanmadan yazdı ki, "Təranə xanım bu, bəy sizin yoldaşınızdır?" Biz də zarafatla dedik ki, bəli 42 dəqiqə ərzində ailə qurmuşuq. Vəssalam. Həmin dostum Rusiyada yaşayan insandır, heç Azərbaycan psixologiyasına uyğun biri deyil. Normal qadın-kişi dostluqlarını anlamayanlar, ironiyayla baxır. İki müxtəlif cinsin dostluğu normal bir şeydir.
O deyib ki, kimnən istəsə, münasibət qura bilər: "Lap elə 6 yaş yox, 16 yaş kiçik bəy ilə ailə qurmuşam, kimə nə aidiyyatı var? Vətəndaşlardan icazə almalıydım ki, oğlan məndən 6 yaş kiçikdir, icazə verirsiniz mən ərə gedim? Rayonda Tovuzda özündən 22 yaş kiçik kişi ilə ailə quran qadın vardı, vallah heç kim də qınamırdı. Bizim millətin bəzi nümayəndələri niyə belə boşboğazdılar bilmirəm". azxeber.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31