Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI
29 Aprel 2021 13:26 MədəniyyətXalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.
Olaylar.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Yeni klinika"nın reanimatoloqu Emil Qasımov məlumat verib.
O bildirib ki, Xalq artistinə hazırda invaziv mexaniki ventilyasiya tətbiq edilib və o, süni tənəffüs aparatının dəstəyi altındadır:
"Hazırda xəstənin parametrləri qənaətbəxş hesab edilmir. Lazım olan bütün tədbirləri görürük. İntensiv müalicə davam etdirilir. Hələ ki, Arif Quliyevin vəziyyəti ciddi-kritikdir".
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun ECMO cihazına qoşulduğu barədə məlumat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31