Tarkandan qadağa: "Ya klipi yığışdır, ya da məhkəməyə verəcəm"
26 Yanvar 2021 16:42 MədəniyyətMeqastar Tarkan "O səs Türkiyə rep" yarışmasının münsif kürsüsündə oturan Murdanı məhkəməyə verib.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, buna səbəb Murdanın 7 ay əvvəl əvvəl "Neynirsən" adlı mahnısına çəkilən klipində montajla Tarkanın görüntüsündən istifadə etməsidir. Belə ki, o, ekran işində Tarkanın başını öz bədəninə montaj etdirib.
Bunu görən meqastarın komandası Murda ilə əlaqə yaradaraq klipin yayımını dayandırmağı tələb edib. Əks halda onu məhkəməyə verəcəklərini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31