Bozçalı

Mahnını sözlərini yazan və oxuyan Aşıq Paşa Qulamrza Qulabidir.

Bozçalı, Borçalı dedikdə yada Gürcüstanın Doğusu-Şərqi düşür. Rusiya Qafqazı işğal etdikdən sonra buradakı ənənəvi ərazi bölgülərini də öz dövlətinin tələblərinə uyğun qurdu. Yəni quberniyalar, qəzalar, nahiyyələr yaratdı. Beləcə rəsmi sənədlərdə Borçalının adı ləğv edilsə də xalq keçmiş adları yaşatdı. Sovetlər Birliyi zamanında isə Borçalı Gürcüstan və Ermənistanda bir neçə rayona parçalandı. Bu bölgədən olan aşıqlar, şairlər, araşdırıcılar, qaçqqlar, dövlət adamları çox olduğundan Borçalı deyəndə yada Gürcüstanın doğusunda-şərqində Qarapapaq türklərinin toplum yaşadığı yer düşür.

Son dövrlərdə İrandakı Bozçalılar da öz tarixlərini öyrənir, mədəniyyətlərini təbliğ edir. Onların çoxunun soyadı bu gün də Bozçallü yazılır.  İran İslam Respublikasında Həmədan və Mərkəzi İrandakı Əraq vilyətləri arasında yaşayır.

Bozçalulu soydaşlarımızın  3 ildir Komican şəhərində Bozçallu Mədəniyyət mərkəzi yaradıblar. Rəhbəri də Qulamırza Bozçaludur. O,  mənə gördükləri işlərdən yazır, musiqi nümunələri göndərir.

Qulamırza qardaşımızın dediyinə görə Bozçalular öncələr Həmədan vilayətində yaşayırlarmış. Mərkəzləri də Komican şəhəriymiş. Bölgədə 150 kəndiymişlər. Sonralar İran İslam Respublikasında ərazi bölgəsində dəyişiklik edilib. Komican Mərkəzi İrandakı Əraq ostanına daxil edilib. Bozçalular da 4 bəxşə, rayona, ilə bölünüblər.

Şah İsmayılın cəsur sərkərdələrindən-fərmandehlərindən olan Əzizağa xan döyüşlərdə göstərdiyi hünərə görə şah ona Bahadur ləqəbi veribmiş. Əzizağa xan Bahadur Şah İsmayıl Xətai ilə birlikdə 886-cı şəms ilində Xarəzm şahı Şeybaniyə qarşı Mərv yaxınlığında döyüşüb. Əzizağa xan Bahadur Komicanda dəfn edilib.

Qulamırza Bozçalu qardaşımız deyir ki, aşıqlarımız, şer və musiqi həvəskarlarımız Koroğludan, Qərib o Şahsənəmdən, Gürcü qızı Balaməddən, Tilimxandan oxumağı sevirlər. Koroğlu, Qərib və Şahsənəm dastanları türk xalqları arasında geniş yayılıb. Amma Gürcü qızı Balməmməd, Tlimxan dastanları, Qafqaz, Anadolu, Türkmənistan və b. bölgələrin türkləri arasında demək olar ki, tanınmır.

Qulamrza bəyə görə Qarapapaqların Bozçalu tayfasından olanlar hazırda İranın Mərkəzi vilayəti ilə yanaşı Xoy, Salmas, Sulduzda, eləcə də Gürcüstan və Türkiyədə toplu yaşayır.

https://youtu.be/HGQ1NqnguHU

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31