“İrs dəqiqələri” adlı qısa videolar müsabiqəsi elan olunub
14 Yanvar 2021 12:25 MədəniyyətGənc videoqraflar üçün "İrs dəqiqələri" adlı qısa videolar müsabiqəsi elan olunub.
Olaylar.az xəbər verir ki, müsabiqədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərdən və ya müsəlmanların azlıqda yaşadığı ölkədən olan sakinlər iştirak edə bilər. Mövzusu islam memarlığı olan videolar İslam Əməkdaşlıq Təşkilatının rəsmi dillərindən (ərəb, ingilis, yaxud fransız) birində hazırlanmalıdır. İngiliscə altyazı mütləqdir. Müraciətlər müsabiqənin konsepsiyasına, İslam irsinin roluna və onun qlobal mədəniyyətə və sivilizasiyaya verdiyi töhfələrə uyğun olmalıdır.
Yekun nəticə tam elan olunana qədər təqdimatlar digər müsabiqə və ya qurumlarla paylaşıla, onlara təqdim edilə bilməz.
Birinci yerin qalibinə pul mükafatı veriləcək. Qaliblərə "Aljazeera Media Network" və "TRT World" tərəfindən staj keçmək imkanı yaradılacaq.
Müraciət etmək üçün bu linkdən istifadə etmək olar.
Gülər Seymurqızı