Səhnəmizin "Aşıq Qərib"i 50 yaşında

Bu gün Azərbaycanın tanınmış və sevilən xanəndələrindən biri Mütəllim Dəmirov üçün özəl gündür. İstedadlı xanəndə 50 yaşını qeyd edir.

Olaylar.az xəbər verir ki, Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub.

1978-ci ildə Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib.

1988-cı ildə bu məktəbi bitirib. 1989-1991-ci ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb.

1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirlərin öyrənib. 1995-ci ildə "Füzuli 500" Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb. 1996-cı i də Asəf Zeynallı adına musiqi kollecinin xanəndəlik sinifinə qəbul olunub.

Respublikanın Xaql artisti, ustad sənətkar Alim Qasımovdan dərs alıb. 2000-ci ildə həmin kolleci bitirib. 2002-ci ildə Dövlət Milli Konservatoriyasının Xanəndəlik kursuna qəbul olunub. Burada da müəllimi Alim Qasımov olub. 2006-cı ildə Milli Konservatoriyasını bitirib.

Mütəllim Dəmirov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında solist kimi çalışır.

İlk ifası Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Zeyd rolu olub. Ustadı Alim Qasımov (Məcnun) və Mələkxanım Əyyubova (Leyli) ilə bir səhnəni paylaşıb.

1997-ci ildən "Leyli və Məcnun" operasında İbn Salam rolunda çıxış edib. 2005-ci ildən həmin tamaşada Məcnun atası rolunu oynayır. Bundan başqa istedadlı sənətkar Müslüm Maqomayevin "Aşıq Qərib" operasında Aşıq Səlim rolunu oynayıb. 1996-cı ildən 2009-cu ilə qədər baş rolda (Aşıq Qərib) çıxış edib.

1995-ci ildə "Füzuli-500" muğam müsabiqəsinin laureatıdır. 1994-cü ildən bu günə kimi cəbhə bölgələrində, bir neçə hərbi hissələrdə konsert proqramı ilə çıxış edir. Mütəllim Dəmirov 1996-cı ildə Müslüm Maqomayevin "Şah İsmayıl" opera tamaşasında Çaqınçı və Xanəndə rollarında da çıxış edib.

Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasında Şeyx obrazını da yaradıb. Şəfiqə Axundovanın "Gəlin qayası" opera tamaşasında Şeyx obrazını yaradan istedadlı xanəndə bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub. M.Dəmirov Türkiyənin İzmir, İğdır, Qars, Ankara, İstanbul şəhərində konsert proqramları ilə çıxış edib.

İfaçının çıxışları böyük tamaşaçı marağı ilə qarşılanıb. Xanəndə qonşu İran İslam Respublikasının Tehran, Kərəc şəhərlərində də konsert proqramları ilə çıxış edib.(cəbhə.info)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31