“Sən Zəfər ilində doğuldun...” – Tanınmış aparıcı ilk dəfə qızının fotosunu paylaşdı
19 Dekabr 2020 14:05 MədəniyyətTanınmış aparıcı İradə İsaq ilk dəfə qızı Bellanın fotosunu paylaşıb.
Olaylar.az xəbər verir ki, aparıcı "Instagram" hesabında övladlarının fotosunu paylaşaraq bu sözləri yazıb:
"Gözlərdəki təəccübə bax. Heyf ki, dünya sənin gözlərin qədər təmiz, ürəyin qədər sevgi dolu, gülüşün qədər saf deyil. Amma sən Zəfər ilində doğuldun, Bella. Artıq torpaqları bütövləşmiş Azərbaycanın övladıdır balalarımız".
Xatırladaq ki, İradə İsaq 2016-cı ildə jurnalist Yaşar İsaqovla ailə həyatı qurub. Onun ilk nikahından Yunis adlı bir oğlu var.(sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31