Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb
10 Dekabr 2020 15:46 MədəniyyətDekabrın 10-da ölkəmizdə Bakı Beynəlxalq Qısa Filmlər Festivalına start verilib.
Olaylar.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq 11-ci kinoforumda müsabiqə filmlərinin nümayişi də daxil olmaqla bütün kütləvi tədbirlər onlayn reallaşacaq. Bu həm də festivalın bütün Azərbaycanı əhatə etməsinə şərait yaradacaq.
Dekabrın 15-dək davam edəcək festivala 72 ölkədən 3086 qısametrajlı film təqdim edilib. Bunlardan 97 ekran işi festivalın yerli proqramına göndərilib.
Seçim komissiyasının müzakirəsindən sonra 85 film festivalın "Beynəlxalq", "Yerli" və "Cinemobil" müsabiqəsində yarışmaq hüququ qazanıb. Müsabiqədə yer alan bütün yerli və xarici qısa filmlər www.live.filmfestival.az saytında yayımlanacaq.
33 ekran əsərinin yarışdığı yerli müsabiqədə qalibləri ssenarist, telejurnalist, kino redaktoru Nadir Bədəlov (sədr), rejissor, prodüser Teymur Hacıyev, rejissor Ərturan Nəcəfi müəyyənləşdirəcək.
"Ən yaxşı film" nominasiyası üzrə mükafatlandırılacaq qaliblər dekabrın 15-də açıqlanacaq