"Bu müğənnilər səhnənin təməlini abırsızlıqla qoydu" - Elza Seyidcahan

"Abır-həya ilə stili saxlamaq çətindir. Abırsızlıqla saxlamağa nə var ki...".

Olaylar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Xəbər-ətər" proqramında deyib. Müğənni şou-biznesdən gileylənib:

"Bəzi müğənnilər səhnənin təməlini abırsızlıqla qoyub. Utanmırlar onlar özlərinə xanım deyirlər? Eyni zamanda bəzi bəylər. Bir dəfə mənə dedilər ki, Elza xanım, hanı o günlər, şou getdi. Dedim, o şounun arxasıyca bir qara daş atın. Cəhənnəmə getdi, gəlməsin". /Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31