Qaşqaylar və onların folkloru- Əli Şamil

Əvvəli 16 oktyabr :Olaylar.az saytında

"...Böyük Britaniya dövləti ilə vuruşmaq asan iş deyil. Mənim məsləhətimi eşit, 200 min qızıl lirəni, ayda 15 min tüməni, böyük miqdarda silahı al, müharibəni dayandır və Buşehr-Şiraz yollarının təhlükəsizliyini təmin etməyi öhdənə götür. Persi Sayks (Böyük Britaniya generali-Ə.Ş.) söz verir ki, "Cənub polisi" əsgərlərini ancaq Şirazda saxlasın, onları rayonlara buraxmasın. Fars əyalə- 79 tinin istədiyin rayonları səndə qalsın. Bütün deyilənlərin icrasını zəmanət etmək üçün oğlum Məhəmmədhüseyn Mirzəni sənə girov verirəm" (T.Ə.İbrahimov (Şahin). Qaşqaylar, səh. 163). 1918-ci il iyul ayında Vüsuqüddövlə ingilislərin əlilə İranın Baş naziri təyin ediləndən sonra Fərmanfərma İsmayıl xan Sövlətüddövləni elxanlıqdan uzaqlaşdırıb onun yerinə Sərdar Ehtişamini təyin edir. Əslində belə bir təyinata onun qanunu haqqı yox idi. Elat Türk tayfalarında elin idarə sisitemi təyinetmə ilə deyil, seçimlə olurmuş. Elxanı elbəyilər, kələntərlər, kəndxudalar, tayfaların, tirələrin başçıları seçirmişlər. Elxan xarici siyasətdə mərkəzi hökumətə bağlı olsa da, daxili idarəetmədə sərbəst imiş. Fərmanfərma qanunsuz bir addım atsa da, Qaşqay qüvvələri parçalanır. Böyük Britaniya Fars əyalətinə 20 minlik ordu gətirərək Buşehirdən Borazcan-Kazerun yolu ilə Şiraza doğru irəliləyir. Qaşqay elinin çoxluğu İsmayıl xan Sövlətüddövlənin tərəfində olduğundan onlar Kazerun, Firuzabad, Şiraz və ətraf bölgələrdə Böyük Britaniya əsgəri birliklərinə qarşı vuruşur, Təngistan və Dəştistan mücahidlərinə köməyə getməklə Böyük Britaniya əsgəri birliklərinin ölkənin içərilərinə döğru irəliləməsinin qarşısını alırlar. Vəziyyət o qədər gərginləşir ki, baş nazir Vüsuqüddövlə İsmayıl xan Sövlətüddövləyə və bölgədəki müqavimət hərəkatının liderlərindən olan Nazer Divana dəfələrlə məktub yazaraq Böyük Britaniyanın əleyhinə mübarizəni dayandırmağı tələb edir. Baş nazir onları inandırmağa çalışır ki, Böyük Britaniyanın əsgəri birlikləri Şiraz-Buşehr yollarının təhlükəsizliyini təmin etdikdən sonra çıxıb gedəcəklər. Lakin müqavimət hərəkatının liderləri baş nazirin dediklərinə inanmadıqlarından işğalçılara qarşı mübarizəni dayandırmırlar. Uzun sürən savaş, qıtlıq və geniş yayılan yoluxucu xəstəliklər Qaşqayları gücdən salsa da, onlar işğalçıları ölkələrində görmək istəmirlər. Hərbi sursatla müntəzəm təhciz olunmayan, əsasən Böyük Britaniya əsgəri birliklərinə basqınlar nəticəsində 80 əldə etdikləri silah və sursatla döyüşən 10 minlik Qaşqay özünümüdafiə dəstələri iki ilə yaxın Böyük Britaniyanın 40 minlik hərbi qüvvəsinin nəinki bölgəyə hakim olmasına, Şirazı keçərək Fars əyalətinin qüzeyinə getməsinə belə imkan vermirlər. Böyük Britaniya müstəmləkəçilərinə qarşı Qaşqayların mübarizəsindən bəhs edən tarixçi Əbülfəz Qasimi yazır ki, Qaşqay elxanı Sövlətüddövlə İranın istiqlaliyyətinin qorunması uğrunda İngilis imperializmi əleyhinə fədakar bir əsgər kimi vuruşdu, bu yolda var-yoxu qarət edildi, evi, obası yandırıldı, hətta Karzin döyüşündə üç sevimli qızı həlak oldu. Lakin Sövlətüddövlə vuruşmaları dayandırmadı, təcavüzkarların qarşısını almaqla özünün yüksək və şərəfli adını həqiqi vətənpərvərlər siyahısında əbədiləşdirdi (T.Ə.İbrahimov (Şahin). Qaşqaylar, səh. 163). Nə şirnikləndirici vədlər, nə də hədələr İsmayıl xan Sövlətüddövləni işğalçılara böyun əydirmədi. 1919-cu ildə İngiltərə-İran müqaviləsi bağlansa da, vətənpərvərlər bu müqavilənin şərtləri ilə razılaşmamış, mübarizəni davam etdirmişlər. 1919-cu ilin oktyabr ayında Böyük Britaniya dövlətinin xüsusi nümayəndəsi M.Pil Fars körfəzi sahilindəki Budxan limanına gəlib İsmayıl xan Sövlətüddövləylə görüşmüşdür. İsmayıl xan Sövlətüddövlə M.Pilə "Əgər siz "Cənub polisi" hərbi qüvvələrini ləğv etməsəniz, əgər siz Fars əyalətinə gətirdiyiniz qoşunu qaytarıb aparmasanız, bizimlə sizin aranızada bağlanan sazişin heç bir mənası və faydası olmayacaqdır", -deyə cavab verir. M.Pil cavabında: "Siz general Sayksla görüşün, yəqin edirəm sizin arzularınız həyata keçəcəkdir,"- deyir. Çıxılmaz vəziyyətdə qalan Böyük Britaniya İranla rəsmi müqavilə bağlamasına baxmayaraq, bölgədəki rəsmi nümayəndəsi və ordularının komandiri Persi Sayks vasitəsilə İsmayıl xan Sövlətüddövlə ilə müqavilə bağlamalı olur. Beləliklə, nəinki Fars əyaləti İngilis işğalından azad olur, hətta 1920-ci ildə İngiltərənin işğalçı qoşunları İran ərazisini tərk edir. İsmayıl xan Sövlətüddövlə yaxşı başa düşür ki, bu müqavilə müvəqqəti və aldadıcıdır. Ona qarşı ehtiyat tədbirləri görür. 81 Xarici düşmənlərə qarşı dirəniş göstərən Qaşqay lideri daxili qüvvələrin xəyanətini nəzərə almır. 1920-ci ilin iyun ayında Vüsuqüddövlə baş nazirlikdən azad edilir. Yeni baş nazir Mirzə Həsən xan Müşürüddövlə vəzifəyə başlayan kimi bir çox mühafizakar qüvvələri vəzifədən uzaqlaşdırır. İrticaçılığı ilə ad çıxarmış Fərmanfərmanı da Fars əyalətinin valiliyindən azad edib yerinə dünyagörüşlü Məhəmmədəli Müsəddiqi təyin edir. Beləcə, Qaşqaylarla hökumət arasındakı qarşıdurma müvəqqəti də olsa səngiyir. 1925-ci ildə Böyük Britanıyanın planı əsasında Pəhləvi xanədanının qurulması Qaşqay eli ilə hökumət arasındakı ziddiyəti dərinləşdirir. Rza şah hakimiyyətini güçləndirmək məqsədilə ənənəyə bağlı, elat həyatı yaşayan tayfalara qarşı təzyiqi artırır. Bu da əks təsir edir. Rza şahın hakimiyyətə gətirilməsindən narazı olan Qaşqaylar çok keçmir ki, dövlətin sərt tədbirləriylə qarşı-qarşıya qalır. Hökumətin məcburu vergi və gənclərin məcburi əsgərliyə cəlb edilməsi, yaylaq-qışlaq həyatı yaşayanların zorla oturaq həyata keçirilməsənə cəhdlər, tayfanın kişilərinin silahlarını zorla əllərindən almağa təşəbbüs elat həyatı yaşayan tayfaların dəfələrlə hökumətə qarşı itaətsizliyi ilə nəticələnmişdi. 1929-1930-cu illərdəki itaətsizliyi hökümət zor gücünə, yüzlərlə insanın qanının axıdılması və həbs edilməsi hesabına yatırmışdı. Hökümətin belə bir siyasət yeritməsində İngilis barmağının olduğunu görürdülər. Xatirələrdən anlaşılır ki, Türkiyənin İrandakı böyük elçisi Rza şahla Qaşqay elxanları arasında danışıqlarda vasitəçi olur. Hətta Qaşqayların Türkiyəyənin onlara yaxın bir bölgəsinə, İraqla sərhəddə köçürülməsi söhbəti də olur. Bunun üçün Qaşqay elxanlarının övladları Türkiyə hökümət yetgililəri ilə danışıqlar aparmaq üçün Ankaraya da gəlirlər. Lakin bu söhbətlər baş tutmur. Buna görə də, yaradılan sakitlik o qədər də uzun sürmürdü. İsmayıl xan Sövlətüddövlə Fars əyalətindən 8-ci dövrə İran Şura Məclisinə nümayəndə seçilir. O yarı zor, yarı xoş Tehranda yaşamalı olur. Buna baxmayaraq Rza şah höküməti ondan həmişə eh- 82 tiyatlanır. Bilir ki, o, elinin içərisinə qayıdarsa, Qaşqaylar elxanları ətrafında birləşərək hökumətin bir sıra qanunları ilə razılaşmayacaq, valilərin əmirlərini yerinə yetirməyəcək, haqsızlıqlara qarşı silahlı dirəniş göstərəcəklər. Böyük Britaniya hökuməti də İsmayıl xan Sövlətüddövlənin qatı antiimperialist düşüncəli olduğunu bildiyindən Rza şahın vasitəsilə həbs etdirərək Qəsre-Qacar zindanına saldırır. 1932-ci il oktyabrın 8-də Qaşqay elinin qəhrəman oğlu zindanda həlak olur (T.Ə.İbrahimov (Şahin). Qaşqaylar, səh. 202). İsmayıl xan Sövlətüddövləni Rey şəhərində, Şəhrilik deyilən yerdə ailəyənin mülkündə dəfn ediblər. Sonra xanımı, oğlu, gəlini başqaları burada dəfn edilərək ailə məzarlığına çevrilib. Bu gün də qaşqaylar həmin məzarın ziyarətinə gedir. Hökümət məmurları bu binaları sökməyə dəfələrlə çəhd etsə də qaşqayların etirazından qorxub söküntünü durdurublar. Qaşqayların arasında gəzən söhbətə görə, Rza şahın cəlladlığı ilə ad çıxaran həkimi Əhməd Qəsre-Qacar zindanında İsmayıl xan Sövlətüddövləyə zəhərli iynə vurub öldürür. Bu gün Əhməd həkim Qaşqaylar arasında Qəssab Əhməd kimi yad edilir. İsmayıl xan Sövlətüddövlədən sonra Qaşqay elinə elxan Məliknasir xan seçilir. Xosrov xan İsmayıl xan oğlu İsmayıl xan Sövlətüddövlənin oğlanları Məhəmmədnasirin, Xosrovun, Məlikmənsurun, Məhəmmədhüseyinin də ömür yolu keşməkeşli olub. Məlikmənsur xan xatirələrini yazsa da, sağlığında nəşr edilməyib. Cəfər Ayvazi Yadikuri Məlikmənsur xanın xatirələri haqqında verdiyi bilgidən öyrəndim ki, farsca yazılmış xatirələrin bir hissəsini araşdırıcılardan Kaveh Bayat və Mənsurnasir Tayibi Məlikmənsur xanın ölümündən sonra, yəni 2013-cü ildə Tehrandakı Namek nəşriyyatında 83 "Xatirat-ı Məlik Mənsur xan Qaşqayi" (Məlik Mənsur xan Qaşqayinin xatirələri) adı ilə nəşr etdiriblər. İlk təhsilini atasının dəvət etdiyi müəllimlərdən alan Məlikmənsur Tehrandakı Əlburz Kollecini bitirib. Sonra Böyük Britaniyaya gedərək Oksford Universitetində oxuyub. Əkinçilik və tarix sahəsində ixtisaslaşıb. Qaşqay tarixi və mədəniyyəti haqqında araşdırmalar aparıb. Oradan Almaniyaya gələn Məlikmənsur və Məhəmmədhüseyin atalarının Rza şah tərəfindən zindanda öldürülməsindən xəbər tutduqdan sonra Berlində İranlılarla birlikdə şaha qarşı siyasi kampaniyalar təşkil edib və hərbi sahədə biliklərini genişləndiriblər. Bundan xəbər tutan İran hökuməti qardaşların vətənə dönmələrinə qadağa qoyub. İkinci Dünya Savaşında Rza şah Pəhləvi özünü tərəfsiz dövlətin başçısı elan etsə də, Sovetlər Birliyi quzeydən, Böyük Britaniya güneydən ordularını yeridərək ölkəni işğal ediblər. Hökumət qoşunları qorxaqcasına təslim olub. Bir zaman böyük həvəslə şah elan etdikləri, Pəhləvi soyadı verdikləri Rzanı ölkədən aparıb, şahlıq tacını oğlu Məhəmməd Rzanın başına qoyublar. Tehranda nəzarətdə saxlanılan İsmayıl xan Sövlətüddövlənin oğlanları Məhəmmədnasir xan və Xosrov xan yaranmış hakimiyyət boşluğundan istifadə edərək Qaşqayların yanına gəlirb və elinin başına keçiblər. Az bir zamanda elin əli silah tutanlarını səfərbərliyə alaraq zor gücünə hökümətin əskəri birliklərindən və polisindən silah və hərbi sursat alıblar. Qaşqayların silahlanması istər hökuməti, istərsə də işğalçıları bərk narahat edib. Öncə kiçik toqquşmalar baş verib. Bu toqquşmalarda Qaşqaylar gözəl təcrübə qazanıblar. İllərlə Tehranda çalışan Alman zabitləri Şults Holtus (Schulz Holtus) və Konistantin Yalop Hummel ingilislərin əlinə keçməmək üçün Qaşqayların yanına qaçıblar. Orada Qaşqaylara əllərindən gələn yardımı etməklə dövlətlərinə xidmət etmiş olublar. Onlar Fəraşbənd şəhərində Qaşqaylara hərbi sursat əldə etməkdə 84 və fövqəladə vəziyyət yarandıqda təyyarənin enməsi, yanacaq götürməsü üçün uçuş-eniş zolağı yaratmaqda yardımçı olublar. Böyük Britaniyanın kəşfiyyatı bundan xəbər tutub. Bölgədəki Böyük Britaniya ordusunun komandanı, general Freyzir Qaşqayların döyüş qabiliyyətinə yaxşı bələd idi. Birinci Dünya Savaşında o Abadéh şəhərindəki İngilis hərbi bazasının rəhbəri olmuşdu. Qaşqay silahlıları buraya basqın edib bazanı ələ keçirəndə Freyzir zorla qaçıb canını qurtara bilmişdi. Buna görə də general Freyzirin Qaşqaylara qarşı bir ədavəti vardı. Lakin Qaşqayların döyüş qabiliyyətinə bələd olduğu üçün onlarla açıq döyüşə girmək istəmirdi. Öncə Məhəmmədnasir xanla danışığa gedir. Təklif edir ki, Alman zabitlərini təhvil verərsə, qarşılığında 5 milyon tümən pul verəcək və İran hökümətinə təzyiq edəcək ki, Qaşqayların muxtariyyatını rəsmən tanısın. Qaşqaylar bu təklifin arxasında başqa məkirli niyət olduğunu bildiklərindən razılaşmırlar. Böyük Britaniya hökuməti problemi həll etmək üçün 1942-ci il dekabrın 7-də general Fitsroy Maklini (Fitzroy Maclean) İrana göndərir. General məsələni güclə həll etməyə çalışır. Fars bölgəsindəki İngilitərə və İran əsgəri birliklərini Qaşqayların üzərinə göndərir. Hər cür təchizatlı 30 minlik ordu Cehrom, Şəhrikürd, Şiraz, Firuzabad və Kazerunda Qaşqay özünümüdafiə dəstələrinin üzərinə hüçuma keçsə də, böyük itki verərək geri çəkilməli olur. Orduda bir moral pozuqluğu yaranır. Tehran hökuməti məcburiyyət qarşısında qalaraq Qaşqaylarla danışıqlara gedir. Danışıqlar nəticəsində Qaşqaylar savaşda və əsgəri birliklərə basqın nəticəsində əldə etdikləri silahları geri qaytarır. Hökümət də onların özünüidarə sistemi ilə razılaşır. Məhəmmədnasir xanın Firuzabaddan məclisə deputat və kiçik qardaşı Xosrov xanın Qaşqay elxanı seçilməsini qəbul edir. Hökumətlə Qaşqaylar arasındakı gərginliyin azalmağa doğru getdiyi bir vaxtda xaricdə olan Məlikmənsur xan və Məhəmmədhüseyn xan vətənə dönmək üçün hökumətə müraciət edir. Lakin onların bu müraciəti olumsuz qarşılanır. 85 Hökumətin belə sərt mövqe tutması heç də təsadüfi deyildi. Cəfər Ayvazi Yadikuru Məlikmənsur xanın xatirələrindən etdiyi tərcümə məsələyə aydınlıq gətirir. 1943-cü ilin payızın əvvəlində Almaniyadan İstanbula gələn qardaşları vali hörmət və ehtiramla qarşılayır. Onlara bildirir ki, on gün sonra prezident İsmət İnönü onlarla Ankarada görüşəcək. Qardaşlar Ankaraya gəlirlər. Lakin İsmət İnönü ilə görüşə bilmirlər. Deyirlər ki, prezident zəlzələ bölgəsinə gedib. Cəfər Ayvazi Yadikuri xatirələr kitabınıdan etdiyi bir parça belədir: "Biz Ankaraya gétdik və Karpıç hotəlində qaldıq. Bazar günü səhər vaxtı, Baş bakan Saracoğlu və diş işləri bakanı Mənəməncioğlu, ayrı vəzirlər, Türkiyənin Téhrandakı élçisi Cəmal Hüsnü hotelə təşrif gətirdilər. Biz də onlara öz sayğı və ehtıramımızı göstərdik. Saracoğlu bakanlarla bizi tanış etdikdən sonra dedi ki, cumhur başkanı bura gələcəkdi, ancaq bildiyiniz kimi deprem (zəlzələ) olduğundan vəziyyətlə tanış olmaq, xalqa kömək göstərmək üçün oraya gétmişdir. Cumhur başkanı mənə tapşırdı ki, onun adından sizə xoş gəldin déyim. Sonra İran qoşununun Qaşqayı élinə hücüm étdiyyindən danışdı. Saracoğlu bəy dedi ki, bizim Téhrandakı élçimiz Cəmal Hüsnü Qaşqaylarla bağlı gördüyü işlər haqqında sizə bilgi verəcək. O, téléfonunla kimisə aradı. Biri gəldi və bir neçə dosy gətirdi qoydu Cəmal Hüsünü qarşısına. Cəmal Hüsnü də həmin dosyalara baxıb dedi: "O zaman ki, İran İngilislər tərəfindən işğal olundu, sizin obanız (ailəniz), yəni Nasir xan, Xosrov xan və ananız Téhrandan güneyə qaçdılar. İran dövləti qoşun hazırladı ki, İsfahana və Fars vilayətinə göndərib Qayqayların yaşadıqları yerlərə hücum etsinlər. Hökumət fərmandéh Şahbəxtiyi bölgəyə yollamamışdan öncə, hərbiçilər, polislər və dövlət adamları ilə Qaşqay tüfəngçiləri arasında bir para kiçik çatışmalar olmuşdu. Çatışmalarda Qaşqay tüfəngçiləri hərbi hissələrə və polis bölmələrinə basqın edib onları tərksilah etdiklərindən əllərinə xeyli silah və sursat keçirmişdilər. Buna görə ağır bir savaş başlamışdı. Bu arada sizin əski düşməniniz, Qəvvamülmoliki də 86 Fars hakımı təyin edimişdi. Mən də bu haqqda Ankaraya geniş raportlar göndərmişdim". Baş bakan Saracoğlu dédi ki, biz həmin raportları alan kimi İran şahına rəsmi şəkildə bildirdik. Ona xatırlatdıq ki, Qaşqayılar Türkdürlər və Sizin Türkləri yox étmənizə izin vérməyəcəyiz. Génə Cəmal Hüsnü sözü davam etdirərək dédi: "Şah Tehrandakı bütün ölkələrin élçilərini qonaqlığa çağırmışdı. O, qonaqlıqda danışarkən dédi: "Mən bir qoşun yollamışam ta Qaşqayı élini yox édə". Sonra mənə sarı baxdı. Hamı şahın şərəfinə badə qaldırdı. Ancaq mən nə şərab badəsini qaldırdım, nə də içdim. Bu məsələni Türkiyə hökumətinə bildirdim. Həmin qonaqlıqdan sonra sizin qardaşlarınıza və élinizə qarşı bir savaş başlandı, Amma dövlət güçləri héç irəliləyə bilmədi. Bu keçərgi bir məsələydi, çünki hökumət Qaşqay élini birdəfəlik aradan götürməyi qərara almışdı. Biz yaxşı bilirdik ki, bu məsələnin görünən tərəfi idi. Qaşqay bölgəsinə hücum planı İran hökumətinin olsa da arxasında Böyük Britaniya dururdu. Əslində bu bir İngilis fitnəsiydi. Buna görə də hökümətimiz Qaşqaylara qarşı savaşın durdurulması üçün Böyük Britaniya yetkililəri ilə danışıqlara getdi". Söhbətin bu yerində yénə Saracoğlu və Mənəməncioğlu söhbətə qarışdılar. Dédilər ki, biz İran şahını xəbərdar etdik. Dédik ki, əğər Qaşqayılarla savaşı davam étdirsəniz biz məcburuq İranda yaşayan minlərlə Türkün öldürülməsini qarşısını alaq. İrana ordu yeridib Türklərə kömək edəcəyik. Özü də bu söz heç də bilef (boğazdan yuxarı söz) deyil. Biz bu planı hazırlamışıq və əmin olung ki, icra etməyə də gücümüz var. Baş bakan Saracoğlu dedi ki, "Dövlət bakanlarının məşvərəti və Cumhur Başkanı İsmət İnönünün tapşırığı ilə İngilis Baş bakanı, Çörçil ilə danışdıq. Ona bildirdik ki, İrandakı İngilis Fərmandéhləri (Ordu komandirləri) İran orduları ilə birgə Qaşqayıların üzərinə hücuma keçsələr, onda biz rəsmi şəkildə müharibəyə qoşulacağıq. Xüsusən onu da vurğuladıq ki, İranda bu əməliyatı hazırlayan və ona rəhbərlik édən géneral Férəyzir Birinci Dunya Savaşında Abadéhdəki İngilis Hərbi bazasının fərmandéhsi olub. Qaşayılar 87 onun əsgəri birliklərini darmadağın edib, hərbi bazanı da ələ keçirib. Géneral Férəyzir canını güc bala qurtarıb. Buna görə də géneral Férəyzirin Qaşqayılara çox özəl bir kinə və düşmənçiliyi var". Türkiyənin hökumət yetkililri ilə görüşdən sonra qardaşlar vətənə dönməyi qərara alırlar. İranın quzeyi Rus işğalı altında olduğundan oradan Qaşqay elinə keçməyin mümkünsüz olduğunu düşünürlər. Qərara alırla ki, Suriyaya getsinlər. Oradan İraqa keçsinlər. İraqdan da Qaşqay elinə keçmək asan olar. Suriyaya gələn qardaşlar İraqa keçmək istərkən Hələbdə İngilislərin əlinə keçirlər. İngilislər onları Faşist Almaniyası ilə işbirliyində suçlayıb mehakimə etmək adı ilə Qahirəyə aparırlar. İngilislər İran hökuməti vasitəsilə Məhəmmədnasir xanla gizli danışığa gedirlər. Xəbərdarlıq edirlər ki, qardaşlarını Alman zabitləri ilə dəyişməsələr onları öldürəcəklər. Qardaşlarının həyatı təhlükədə olduğunu görən Məhəmmədnəsir xan istəməsə də, onların təklifi ilə razılaşır. Firuzabad şəhərindəki Alman zabitləri Şults Holtus (Schulz Holtus) və Konistantin Yalop Hummeli verib qardaşlarını alır. İsmayıl xan Sövlətüddövlənin kiçik oğlu Xosrov xan 15, 16, 17-ci seçimdə millət vəkili seçilir. 1951-ci ilin 20 martında neftin milliləşdirilməsi haqqında qanunun qəbulunda xüsusi fəallıq göstərir, Milli Şura Məclisini və Baş vəzir doktor Məhəmməd Müsəddiqin yeritdiyi siyasəti müdafiə edir. 1953-cü il avqustun 19-da İngilis və Amerika xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə doktor Məhəmməd Müsəddiq hakimiyyətdən uzaqlaşdırılanda Xosrov xan və Məhəmmədnasir xan 70 minlik bir Qaşqay süvari ordusu ilə onu qorumağı təklif edirlər. Ovçuluğu və tüfəngdən məharətlə istifadə etməsi, adamlara təsir güçü ilə ad çıxarmış Xosrov xan Məhəmməd Rza şahı və İranın rəhbər vəzifədə işləyən bir çox məmurlarını qorxuya salır. Elə buna görə də, şah hər iki qardaşı ölkədən çıxarır. Onlar 25 il Avropada sürgün həyatı yaşamalı olur. 88 1979-cu il İran İslam inqilabından sonra Xosrov xan Amerikadan vətənə dönür və Firuzabaddan millət vəkili seçilir. Lakin onun vəkillik sənədini İslam Keşikçiləri təsdiq etmirlər. Yeni hökumətin nümayəndələri ilə aralarında yaranan ziddiyətə görə Şiraza dönən Xosrov xan Qaşqay tüfəngçilərini də başına yığıb dağlara çəkilir. Naringi bağçasındakı sarayın güzgülü salonu. İndi muzeydir 1982-ci ildə Şiraz və Firuzabad yaxınlığında Qaşqaylarla pastarlar (İran İslam inqilabının silahlı dəstələri) arasında toqquşmalar baş verir. Həmin günləri xatırlayan şair Əvəzullah Səfəri deyir ki, onda mən uşağıdım. Xosrov xan bir qrup Qaşqayla Mehpu qışlağı ətrafında (o yer indi Sura qalası adı ilə tanınır) pastarlarla vuruşdu. Hökumətin oraya ordu göndərdiyini görüb adamları qırğına veməmək üçün başındakı dəstəni dağıtdı. Deyirdilər özü də gizlicə Şiraza gəlir ki, buradan Pakistana getsin. Ancaq gedə bilmədi. Onu tutub mühakimə etdikdən sonra gətirib Firuzabadda güllələdilər. O il ki Xosrov xan öldürüldü, onda bizim evimiz Firuzabaddaydı, biz 89 də Firuzabadda idik. Yadımdadır ki, ata-babalarımız o geçə şam yandırmadılar. O axşam çıraq alışdırmadılar. Evlər tamam qaranquluq idi. Hamı Xosrov xana yas tuturdu. Xosrov xanın cəsədini gətirib Şirazda dəfn etdilər. Qəbri Şirazdadır. Hər il sentyabr ayının 29-da, Xosrov xan dəfn olunan gün Qaşqaylar onun qəbri başına toplanır, fatihə oxuyur, gül dəstələri qoyurlar. Qaşqay elxanları və elbəylərinin bir çoxu xarici ölkələrə sürgün edilirb və ya təqiblərdən qurtulmaq üçün özləri qaçmalı olublar. T.Ə.İbrahimov (Şahin) "Qaşqaylar" kitabında yazır ki, Qaşqay eli İran elatları sırasında ən mütəşəkkil, nizam-intizamlı, güclü, nüfuzlu, varlı, böyük el birliyi olmuşdur (səh.200). Əyəsi (yiyəsi) Nasiri Əkbər olan bağda Yüz illər boyu Farsların arasında yaşamalarına baxmayaraq, Qaşqaylar hələ də bizim Fars və Ərəb dilində işlətdiyimiz bəzi sözləri Türkcə işlədirlər. Məsələn, bizim sahib dediyimiz sözə onlar əyə deyirlər. Əyə (yeyə) sözü bizdə bəzi dialektlərdə hələ də işlədilir. Qaşqaylar şeirə yır, şairə, şeir deyənə, mahnı oxuyana yırçı, şeir deməyə və mahnı oxumağa yırlamaq deyirlər. Axşam Azərbaycandan gələn qonaqların şərəfinə Nəsir Əkbərinin bağında toplantı vardı. Ona görə mənim şərəfimə yazmıram ki, o toplantıda iştirak edənlərdən cəmi üç nəfərini - Ərsalan Mirzəyini, Mənuçehr Kəyanini və xanımı Turan Şəhbazini öncədən tanıyırdım. Azərbaycandan hansı ziyalımız getsə, onun şərəfinə bəlkə də daha gözəlini təşkil edəcəklər. Yəni təcrübələri artdıqca toplantılarının tərtibatı və formatı da zənginləşəcək. 30-dan çox şair, yazıçı, alim və müsiqiçinin qatıldığı toplantını Ərsalan Mirzəyi aparırdı. Bu toplantı 1970-80-ci illərdə iştirak etdiyim toyları, qonaqlıqları, ad günlərini xatırladırdı. Yəni şeir də vardı, söz də, musiqi də. Ərsalan bəy də peşəkar tamada kimi məclisi idarə edirdi. O, çılğın bir həvəslə öz şeirindən bir parça deyəndən sonra adamların buraya nə məqsədlə toplandıqlarından, onları birləşdi- 90 rən milli dəyərlərdən söz açdı, məclisin ağsaqqalı Mənuçehr Kəyaninin həyat və yaradıcılığından danışıb sözü ona verdi. Mənuçehr Kəyani Elaziqdə keçirilən Novruz simpoziumundan, orada mənimlə olan söhbətlərindən, yaradıcılıq yolundan və Türk xalqlarının bugünkü durumundan, onların bir-biri ilə sıx əlaqə qurmasının vacibliyindən danışdı. Ərsalan Mirzəyi doktor Bahadırinin rəssamlıqdakı uğurunu, onun milli dəyərlərə yüksək qiymət verməsini danışdıqdan sonra sözü ona verdi. Bahadıri isə qısa danışdı və toplaşanların diqqətini gətirdiyi alboma çəkdi. Albomda miflər, nağıllar əsasında çəkilmiş xeyli rəsm var idi. Bu rəsmlər mənim də xoşuma gəldi. Onları yaymaq, tanıtmaq üçün Ərsəlanla şərtləşirik ki, Qaşqay nağılları kitabını Bakıda nəşr etdirək və Bahadırinin rəsmlərini də həmin nağıllara illüstrasiya kimi verək. Ağsaqqal şair, araşdırıcı Əsadullah Mərdaniyə söz verildi. 1331/1952-ci ildə Fars əyalətindəki Rahimi elinin Cadurnişin (cadırda oturan) obasında anadan olan, ibtidai təhsilini hökümətin çadırlarda açdığı məktəbdə, orta təhsilini və müəllimlər seminariyasını Şirazda bitirən Əsadullah Mərdani bir müddət Qaşqay çadırlarındakı və kəndlərdəki məktəblərdə müəllimlik edib. Sonra litseydə riyaziyyat müəllimi ixtisasını qazanıb, Şiraz Universitetinin Fars Dili və Ədəbiyatı fakültəsini bitirib, 30 il ibtidai və orta məktəblərdə, litseylərdə müəllim işləyib. 2000-ci ildə isə onu təqaüdə göndəriblər. 1985-ci ildən Qaşqay ləhcəsinin sözlüyünü hazırlamağa başlayan və onu 1989-cu ildə bitirən Əsədullah Mərdaninin "Zərb-məsəllər" (Darbulmeselha-yi Turki-yi Qaşqayi - Qaşqay Turklərinin zərb-məsəlləri), "Asanaklar (Teraneha-yi Turki-yi Qaşqayi - Bayatılar. Qaşqay Turklərinin nəğmələri), "Zeban-i Turki-yi Qaşqayi və şivə-yi nigareş-i an - Qaşqay Turkcəsi və onun yazı qaydaları", "Hodamuz-i zəban-i Turki-yi Qaşqayi və mebani-yi dəstur-i an - Qaşqay Türkcəsi özöyrənimi və onun qayda qaynaqları" və b. kitabları nəşr olunub. 91 Əsadullah Mərdani Rahimi dedi ki, Əli müəllimə xoş gəldin ərz edirəm. Türk dili dünyada mənim baxışımla qanunlarının düzəniylə ən əvvəlimki dildir. Araşdırıcı qısa nitqində Türk dil tarixinin özətini verərək çıxışının: "Bəs biz görürik ki, dilimiz ən qədimitərin, cahanmənzərin, bir nev dünyada ən qaydalı dillərin sırasındadır. Mən ünvani bir Türk, ünvani bir Qaşqayi kimi eftixar edirəm: bu dillə, bu millətlə və millətlərlə və Türk dünyasıyla" cümləsi ilə bitirdi. Danışmaq üçün söz verilən vəkil Əli Bəhməniyari isə Qaşqay dili və mədəniyyəti sahəsində çalışan dost-tanışlarının fəaliyyətini yada saldıqdan sonra ana dilini Farslar arasında qoruyub saxladıqları ilə iftixar duyduğunu, milli geyimlərini, xalça və palazlarının dünyada keçirilən festivallarda nümayişinə şərait yaratdıqlarını danışdı. Milli mədəniyyətin YUNESKO-da qeydiyyatdan keçirilməsinin vacibliyini vurğuladı. Söz Mirzə Mezunun (Məhzun) şeirlərini Latın əlifbası ilə nəşrə hazırlayan Cəfər Eyvəzi Yadıkurıya verildi. O dedi ki, "mən Azərbaycanı çox tanımırdım. Elə irtibat yoxumuzdu. Biz çoxinçıx Türkiyə ilə artıx Qaşqayınan irtibat vardımızdı, nəinki Azərbaycannan. Bir illəti buydu ki, Azərbaycan bir uzun zaman Şurəvinin əli altındaydı, bir imkani rəfdaməd ora yoxudu. Neçə il bunnan irəli həmkarımızdan, Təbriz uşaqları bir dividi verdi mənə. İki-üç dənə fil içindəydi. Gətirdim baxdım, xub Azərbaycan filmi içindəydi. Mərhum Üzeyir Hacıbəyovun idi. İki məşhur filmdir ki, mən hər vaxt baxıram, deyirəm bunu heyfdir ki, bir kəs Türk ola, bunnara baxmaya. Şayət mən özüm yüz yol baxmışam. Birisi "Arşın mal alan"dı, birisi "Məşədi İbad" (O olmasın, bu olsun). Çox öyrəndim bu filmdən, kəlimatından. Məsələ buydu ki, biz bu filmə baxada hətta mənin quam (anam) ki, çox savad yoxlarıydı, heç dərs oxumamışdılar, rahat başarırlardı anlıyalar, ama bir Türkiyə filminə baxsalar onu yaxşı anlayamıllar. Xatiri budur ki, biz Azərbaycannan çox yaxınıx, yəni çox ixtilaflarımız (fərqimiz) azdır. Bir mətləb istirəm deyəm: "Qaşqayinin o mahnıları (asanakları) içində çox Azərbaycan şəhərlərinin adı var. 92 Dərbənd (Dərbənd indi Rusiya altındadır), Həştərxan var, İrəvan, Təbriz, Naxçıvan irtibadi təvarid varımız orda..." Axır ki mətləb keçərəm xidmətizə, ərz edəm, mənim beləmə belə gəlir ki, Qaşqayi fərhəngi, ədəbi çox şefahidir, vaqən mətbu əsərimiz çox azdır. Dər zaman musiqi də elə-belə. Biz istiyiriksə bunu gəlişdirək, tövsiyə verək, əvvəl baxaq bir beytər mənbə hardadır, bizə yaxindır. Biz gedək ondan başarəg ilham alaq, istifadə edək. Bu mənbənin ən böyügi, mənim nəzərimə əvvəl Azərbaycandı, sonra Türkiyə. Hətta Azərbaycan bizə artıx yaxındır, ümumxeşdir ta Türkiyə. Bizdə kəlmələr ki, danışırıq məxarici q, x bular vardır, Azərbaycanda da vardır, ama Türkiyədə bular dəyişilir. Mən fikir elirəm həm dər zəmini musiqi, həm dər zəmini ədəbiyyat biz gərək Azərbaycan əsərlərini oxuyak, ədəbiyatı irtibat bərqərar edək. İstirik bir roman yazək, Azərbaycanda gərək oxuyək, romanlar ki, yazılmış, əsərlər ki, yazılmış oxiyak onda gələk Qaşqayi için öz diliizdə roman yazak. Çünki vaxtı o dili öyrənirik, öz dilimizi xeyli artıx müsəllət edirik". "Ağai Əvəzullah Səfəri bizim şairimiz və yazarımız, beşaltı kitabı var Qaşqayi fərhəngində, Qaşqayi folklorunda, ədəbiyyatında. Biz iftixar edirik ağai Səfəri vücuduna. İndi qulluğundeyik. Sizinlə yaxından tanış ola" deyən Ərsalan Mirzəyi sözü Əvəzullah Səfəriyə verdi. O dedi: - İcazə istirəm cəmnən ki, xoşgərlik Əli müəllim qulluğuna deyəm. Və bu uzax yolu gəldiginiz bizim başımızı ucaltdı, ay Əli müəllim! Bu günki gündə təbrik deyəm, bu gün müəllimlər günüdü. Mənim işim ədəbiyyatdı, Türk ədəbiyyatı. Fars ədəbiyyatında da bir xırda iş görürəm, ama əsli işim elə Türk ədəbiyyatıdır. Bir kitabi ki yazmışam verəm Əli müəllimin qulluğuna: "Qaşqayi Türkcəsində şeir və yazın köklərinə bir baxış". Bu kiçik və şirin nitqini şeirləri ilə davam etdirdi: Dağıdır ayrılığı sel təki göz yaşlarımız, Genə məclis bəzəyər yaz çağı yoldaşlarımız. Yaşa sən, ta yoliya canımı qurban eylərəm, 93 Sən sağ ol, qoy ta bizim darda qala başlarımız. Hər kəs bir cür yarada, yaz eyləyər ölkəmizi, Sona kim göldə çimər, nazlı qələm qaşlarımız. Olmuşuq Ənqa təkin, bir adımız dildə qalıb, Ta bilə dərdimizi Qafdakı sirdaşlarımız. Biz ki qəm zəncirinə qollarımız bağlı qalıb, Qoy uca başlı qala Bakuda qardaşlarımız. Bu da Əli müəllim sağlığına bu şeiri ərz etdim. Ama Qaşqayidə yengi qoşmalar, yengi ədəbiyyatımız şayət Türk dünyasında biz Qaşqayılar çox gec bu işə başlamışlar". Əvəzullah Səfəri bundan sonra "Gecə keçmiş yarıdan" misrası ilə başlayan uzun bir içtimai- siyasi məzmunlu şeirini deyir. Şeirdə Bakının, Təbrizin, Savalanın və Qaşqayların yaşadıqları bölgələrin dağlarının adı çəkilir. Ərsalan Mirzəyi yenə də öz şeirlərindən bir neçə beyt dedikdən sonra sözünə belə davam edir: "Bizim cavan şairimiz Kavə İrəvani, bir şeir oxusun. Tazzə də adaxlılanmış". Kavə İrəvani "Bir güləm, açmışam budağ Aya sarı" və "Yorulmaz yağı ceyranım" misraları ilə başlayan şeirlərini oxuyur. Sonra söz Qulamrza Rəncbər İgdirə verilir. O da "Yaşıl alma" adlı kitabını nəşr etdirdiyindən danışır və "Qaşqayi" şeirini oxuyur. Elə bil kimsə Ərsalan Mirzəyiyə məclisdə xanımların da olduğunu pıçıldayır. Ərsalan bəy daha kişilərə söz vermir. "Hər kişinin arxasında bir güclü xanım var"- deyərək Mənuçehr Kəyaninin xanımı Turan xanım haqqında xoş sözlər söyləyib sözü ona verir. Turan xanımdan sonra Ərsalan Mirzəyi növbə ilə Əzizə xanıma və uşaq kitablarının yazarı Zəhra Tahiriyə də söz verir. Məclisdə çıxış etməyənlər haqqında da Ərsalan bəy bilgilər verir. Onun verdiyi bilgilər hərdən gülüşlə qarşılanır. Toplantıya qatılanlardan Kavə İrəvani və Qulamrza Rəncbər İgdirinin soyadları diqqətimi çəkir. Hər ikisi deyir ki, soyadlarını Qaşqay elindəki İrəvani və İgdır tayfalarından alıblar. Yəni indiki İgdır və İrəvan bölgəsindən son 300-400 ildə getməyiblər. Məclisdə 94 uşaq ədəbiyatını inkişaf etdirməyə çalışan gənc qadın yazarlarla da tanış olduq. Cəfər Eyvəzi Yadıkurı "Mezun Qaşqayi. Şeirləri", Ərsalan Mirzəyi "Qaşqay tapmacaları", Əvəzollah Səfəri Kəşküllü "Yettim yal"(Qaşqaylar dağ silsiləsinda ayrı olan yüksəkliyə, təpəyə, dağa yettim yal deyirlər. Şair Qaşqay elinin Türk xalqlarından uzaq düşdüyünü güman etdiyindən onları yettim yala, tək yüksəkliyə bənzədir. Yettim bizim yetim dediyimiz sözün Qaşqay ləhcəsində deyilişidir- Ə.Ş.) kitablarını, Zəhra xanım Tahirifər uşaqlar üçün yazdığı bir neçə kitabçasını mənə bağışladılar. Baxdım ki, son illər Qaşqaylar ana dilində müxtəlif mövzuda xeyli kitab nəşr etdiriblər. Tanışlıq və ürək sözlərimizi söylədikdən sonra Əfşin Hatəmi, Əli Bəhmənyar, Sasan Kərimi, Səid Görginpur, Milad Şəhriyari və Xosro Setorkniadan ibarət gənc musiqiçilər çalıb oxumağa başlayırlar. Orada mən Qaşqay mahnılarından başqa bir mahnı eşitmədim. Dinlədiyim mahnılar işərisində "Dağlara" mahnısı daha çox ürəyimə yatdı. Mahnını müğənni belə oxuyurdu: Dayan, bax dizə, dağlar, Dəyağ ol bizə, dağlar. Qəşqayidan bir səlam, Apar Təbrizə dağlar. Apar Təbrizə dağlar. Təkrar Dayan, bax dizə, dağlar, Dəyağ ol bizə, dağlar. Qəşqayidan bir səlam, Apar Təbrizə dağlar. Apar Təbrizə dağlar. Dağlara, dağlara, düşdüm uzaq yollara, Dağlara, dağlara, dərdimə yoxdur çara. Dağlara, dağlara, hara gedə min xuda. Təkrar Dağlara, dağlara, düşdüm uzaq yollara, Dağlara, dağlara, dərdimə yoxdur çara. 95 Nasiri Əkbərinin bağındakı toplantıdan bir görüntü Dağlara, dağlara, hara gedə min xuda. Sən bilən karın oğlan, Açma qətarın oğlan, Qoy qazılsın dağlara, Sənin məzarıŋ oğlan. Təkrar Sən bilən karın oğlan, Açma qətarın oğlan, Qoy qazılsın dağlara, Sənin məzarıŋ oğlan. Dağlara, dağlara, düşdüm uzaq yollara, Dağlara, dağlara, dərdimə yoxdur çara. Dağlara, dağlara hara gedə min xuda. 96 Təkrar Dağlara, dağlara, düşdüm uzaq yollara, Dağlara, dağlara, dərdimə yoxdur çara. Dağlara, dağlara, hara gedə min xuda. Mahnının müəllifləri ilə maraqlandım. Dedilər ki, sözləri Əvəzullah Səfəri Kəşküllünündir. İlk dəfə oxuyan, mahnı şəkilinə salan isə rəhmətlik Teymurisxan olmuşdur. Ondan sonra Qaşqay müğənniləri toy-düyünlərdə oxumağa başlamışlar. Sonralar Əvəzullah Səfəri ilə görüşəndə "Dağlar" şeirini yazıb mənə verməsini xahiş etdim. Sağ olsun, həm öz səsilə oxudu, həm də yazıb verdi. Şeir aşağıdakı kimidir. Dağlar, ey yağı dağlar, İllər ortağı dağlar. Sizi xəzan çürüdür, Bizi il dağı dağlar. Dayan, bax düzə, dağlar, Dayaq ol bizə, dağlar Qaşqayıdan bir səlam, Apar Təbrizə dağlar. Dağlar, ey uca dağlar, Günümdür gecə, dağlar. Analar bəslədən gül, Getdi taraca dağlar. Dağlar, ey sarı dağlar, İl yadıgarı dağlar, Bu günlər ki bizdə var, Əritməz qarı dağlar. Açığını deyim ki, şeir mənə mahnı qədər ləzzət vermədi. Bunu hiss edən Əmin bəy dedi ki, Qaşqaylar kimi sizi də mahnının musiqisindən çox oradakı "Qaşqayıdan bir səlam, Apar Təbrizə dağlar" nəqarəti özünə çəkir. Musiqisi bundan daha güclü olan şeirlərimiz heç belə maraqla dinlənmir." 97 Şirazda türkcə yazıb-yaratmış şairlər Qaynaqlarda Şirazda yaşamış, Türkcə yazıb-yaratmış şair və alimlər haqqında xeyli bilgi var. Baba Kuhinin, İmadəddin Nəsiminin Şiraza getmələrini də təsadüf saymaq olmaz. Görünür, orada onları anlayan, sevən bir ədəbi mühit varmış. Professor Şahin Mustafayev "İpek yolu sefaretnameleri: bir Akkoyunlu el yazmasinda 1419-1421 yıllarinda Çinchr("39")e gönderilen bir Timurlu büyükelçiliğinin tarihi" (Yükselen İpek yolu 3.cilt (İpek yolunda kültür ve senet), Ankara - 2016) məqaləsində yazır: "Metnin içeriğinden belli olduğu gibi, el yazması 1494-95 yılında Akkoyunlu Devrichr("39")nde İranchr("39")da Ardistan şehrinin daruğası emir Zeyneddin Nur Ali Bey Mahmudluchr("39")nun emri üzerine Hacı bin Muhammed Ardistanlı tarafından Farsçachr("39")dan Türkçeye çevrilmiş ve hazırlanmıştır" (səh.68). Demək, Hacı bin Muhammed Ərdistanlı 1494-95-ci illərdə tərcüməşiliklə məşğul olurmuş. Mevlana Qiyasəddin Nakkaş tərəfindən yazıya alınan günlük raporu ("Ruznamə") çevirən Hacı bin Muhamməd Ərdistanlı yazır: "Ve ehl-i nazardan gizli kalmasun ki bu kitabın aslı Parsi dilince idi. Cun tarih-i hicret dokuz yuz yıla yetişdi mir-azam-i ekrem Zeynuddin Nur Ali Bey Mahmudlu Ardistan şehrine daruğalığa geldi. Bir gun anın meclisinde ol kitabı ohurlar idi. Hercend ki ol bey savad ohuyabilir idi illa Parsice bilmez idi. Bende-i kemterin Hacı bin Muhammed-i Ardistanluya emr etti ki bu kitabı menim icun Turkiye cevurmağ gerek. Bende dahi istitatım kadarınca ceht etdim ve ol bey devletinde Turkiye". İsfahan yaxınlığındakı Ərdistanda darğa olan Zeynəddin Nur Əli bəy Mahmudlu Türk idi və Fars dilini də bilmirmiş. Elə isə o, əhalisi Fars olan şəhərdə necə darğalıq edirmiş? Bunun bir cavabı var: 15-ci yüzildə Ərdistanda yaşayanlar arasında Türklər çox imiş. Özü də onlar ana dilində nəinki yazıb-oxumağı bacarırmış, hətta Fars dilindən əsərlər tərcümə etmək səviyyəsində qabiliyyətləri varmış. 98 Əli Kamalinin topladığı "Koroğlu dastanı"nın "Koroğlunun Türkmən səfəri" məclisində (qolunda) Ərcistanın adı keçir. Koroğlu Aşıq Cünuna deyir: - Ay aşıq, mən istərəm gedəm Türkəmənə. Sən Türkəmən yolların getmişey. De görüm, hansı caddə yaxıntəhərdür və hansı xətər var və hansı bixətərdür? Aşıq Cunun dedi: - Koroğlı, dörd danə caddə var Türkəmənə gedər. Hər dördünün də vəsfini icazə versey saz ilə deyərəm ki, sən xoş olay. Koroğlı dəstur verdi, bir məclis qurub, şərbəti-şərbət, yemağ-içmağ başlandı. Koroğlı dedi: - Aşıq, de! Aşıq Cunun sazını basıb sinəsinə çahar caddənin vəsfini belə deyir: Çamlıbeldən Türkəmənə gedəndə, Əvvəl çatar Ərsistana, Koroğlı. Dörd yolu var Ərcistandan aralı, Hər biri gedər bir yana, Koroğlı. Məğribdən yol salma, xətəri çoxdur, Vəli bu yollardan çox-çox youqdur, Dağ-daşdur, qardur-qışdur, souqdur, Dağlar qərq olub dumana, Koroğlı. Havaludur, basəfadur hər yeri, Gülüstandu yolu, baği-İrəmi, Yeddi yerdən yolu kəsüb hərami, Yola qoymazlar quş qona, Koroğlı. ...Kəç olan caddədür Türkəmən yolı, O caddədür dayim ticarət malı, Üzülməz caddədən karvanun dalı, Çox uzaxdır Türkəmanə, Koroğlı.". 99 Görünür, biz "Koroğlu dastanı (Əli Kamali arxivində)" kitabını nəşrə hazırlayanda Ərdistanı Ərcistan kimi yazmışıq. Ərdistanın yerləşdiyi ərazi şeirdə təsvir edilən yerə uyğun gəlir. Professor Möhsün Nağısoylu 2000-ci ildə "Elm" nəşriyyatında çap etdirdiyi "Orta əsrlərdəki Azərbaycanda tərcümə sənəti" kitabında yazır: "Tarixi qeyd olunmuş Türkcəyə sətiraltı tərcüməli ən qədim Quran əlyazması İstanbuldakı Türk və İslam əsərləri muzeyində saxlanan nüsxə (N-73) hesab olunur. 734/1313-cü il tarixli bu 1288-ci (miladi 1872) əlyazmanı Məhəmməd bin əlHəcc Dövlətşah Şirazi köçürmüşdür, sətiraltı tərcümə də onundur... Tərcüməçinin Şirazdan olmasını və bu şəhərdə ta qədimdən indiyədək Azərbaycan Türklərindən olan Qaşqay tayıfalarının yaşamasını, Vəli Şirazi, Nişati Şirazi kimi tərcüməçilərin də Şirazlı olmalarını nəzərə alsaq, bu tərcümənin dilinin Azərbaycan Türkcəsinə daha yaxın olduğunu güman etmək olar". Möhsün Nağısoylu Sədinin "Gülüstan" əsərinin Türkcəyə sətiraltı tərcüməsinin ilk nüsxəsinin 14-cü yüzildəki nüsxəsindən, istedadlı və peşəkar tərcüməçi Məhəmməd bin Hüseyn Katib Nişatinin "Şühədanamə" və "Şeyx Səfi təzkirəsi"ni ustalıqla çevirməsindən də söz açır. Möhsün Nağısoyluya görə, Şiraz hakimi Qazan xan Saru Şeyx oğlu tərcüməçi-şair Nişatiyə çatdırır ki, Şah Təhmasib əmr edib Hüseyn Vaiz Kaşifin (ö. 1504) "Rövzətülşühəda" (Şəhidlər bağçası) əsərini Türkcəyə çevirsin. Nişati də şahın əmri ilə "Şühədanamə"ni çevirdikdən bir neçə il sonra, yəni 948/1542-ci ildə "Şeyx Səfi təzkirəsi"ni də çevirir. Ön sözündə də yazır ki, "həzrət şeyxin təzkirəsi...Fars dili ilə yazılmış idi və Türk talibləri ilən sufilər Pars dili anlamazlar və məlum etmədügindən faydasından mərhum qalırlar. Əgər Türkiyə dönsə, qamu Türk müridləri, bəlkə bütün Türkistan adamlarından faydalar görərlər... Bu xəyalda ikən əmrü işarət oldu kim, nə qədər kim tezrak isə bu kitabı təsnif edə gör... Bu təzkirənin təsnifinə məşğul oldum". Möhsün Nağısoy Nişatinin tərcümələrinin canlı xalq danışıq üslübunda olduğunu yazır. 100 "İslam Ansiklopedisi"ndə Şirazi ləqəbli bir şairdən də söz açılır. Şeyx Mahmud Şəbüstərinin "Gülşən-i raz" əsərini Türkcəyə çevirən şairin adını Əlvan Şirazi və ya Şeyx Əlvan Şirazi kimi göstərilir. Məqalə müəllifinə görə 779/ 1377-78-ci ildə Türküstanda doğulan şairin atası Şirazlı olub. Bu qeyd onu göstərir ki, 14-cü yüzildə Şirazda Türklər yaşayırmış. Özü də onlar özlərini gəlmə saymadıqlarından ləqəblərini Şirazi kimi işlədirlərmiş. Şeyx Mahmud Şəbüstərinin "Gülşən-i raz" əsərinin tərcüməsini 829/1425-26-cı illərdə bitirən Əlvan Şirvani məsnəvini Sultan Murada bağışlamışdır. Ayrı-ayrı qaynaqlarda məsnəvinin 993, 1008 beyt olduğu, tərcüməçinin isə özünün əlavə və şərhləri ilə beytlərin sayını 2854-ə, 3000-ə, 3070-ə çatdırıldığı göstərilir. Möhsün Nağısoy Mahmud Şəbüstərinin "Gülşən-i raz" əsərinin tərcüməsini Şirazi haqqında Məhəmmədəli Tərbiyətin, Əbdülqadir Gölpinarlının və b. yazdıqlarını geniş təhlil edir. O, tərcüməçinin əməyini yüksək qiymətləndirir və adının Vəli Şirazi olduğu yazır. Şahin Mustafayevin və Möhsün Nağısoyun araşdırmaları onu göstərir ki, yalnız indi deyil, orta əsrlərdə də Şirazda yaşayan Türklərin sayı heç də az deyilmiş. Yusif Qarabağinin dünyagörüşünün formalaşmasında Şirazın rolu Şirazla bağlı olan Azərbaycanlı filosof şairlərdən biri də Yusif Qarabağidir. Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi 1562-63-cü illərdə Azərbaycanın Qarabağ bölgəsində ruhani ailəsində doğulub. İlk təhsilini atasının açdığı məktəbdə alan Yusifi atası təhsilini davam etdirmək üçün Şirvana göndərir. Orada dövrünün məşhur filosofu və ilahiyyatçısı Həbibulla Mirzəcan Şirazi əl-Bəqnəvi işə tanış olur və Qarabaği ləqəbini götürür. Şirazda, tibb, riyaziyyat, astronomiya və b. elmlərə dərindən yiyələnən Yusif Qarabaği Əmir Teymurun nəvələrinin hakim olduqları Hindistana gedir. Bir neçə il orada yaşadıqdan 101 sonra Türküstana yollanır. Öncə Səmərqənddə yaşayır və mədrəsədə dərs deyir. Şəhərin filosof və şairləri arasında qazandığı hörmətə görə "Böyük axund" adlandırılır. Sufilərin Kəbrəviyyə təriqətdəki azadfikirlilik, insanın Allaha qovuşmasının yollarının saflıqdan, təmizlikdən, xeyirxahlıqdan keçməsi fikirləri Yusif Qarabağini özünə elə cəlb etdiyində onun üzvlərinə qoşulur və qısa müddətdə təriqətin öncüllərindən birinə çevrilir. Kosa ləqəbilə məşhurlaşan Yusif Qarabağinin Səmərqənddə Hüseyniyə xanəgahında yaşayarkən Mövlanə Cəlaləddin Dəvvaninin "Şərhi əqaidi-əzüdi" əsərinə haşiyə və əlavələr yazır. "Haşiyeyi Xanigahı" adlanan bu əsərini 30 noyabr 1590-cı ildə ustadı Əbu Hamid Xəlilullaha təqdim edir. Yusif Qarabağinin "Haşiyeyi Xanigahı" əsəri çağdaşları tərəfindən birmənalı qarşılanmır. Onu tərifləyənlər də olur, tənqid edənlər də. Ağa Hüseyin Xalxali "Haşiyeyi Xanigahı" əsərinə tənqid yazır. Buxarada əmiri Bahadur xan elmin müxtəlif sahələrinə dair əsərlər, şeir yazmaqla yanaşı, alimlərə də qayğı və diqqət yetirirdi. Sarayında alimlərin, şairlərin, nəqqaşların, xəttatların, miniatürcülərin və b. sənət adamlarının çalışması üçün lazımi şəraət yaradırmış. Buna görə də Yusif Qarabaği sevgili müəllimi Mirzəcan Şirazi ilə birlikdə Səmərqənddən Buxaraya köçür. Əmir Bahadur xan Yusif Qarabaği ilə ustadı Mirzəcan Şirazinin gəlişini xoş qarşılayır. Onların işləmələri, yaşamaları və elmi axtarışlar aparmaları üçün lazımi şərait yaradır. Az bir zamanda Yusif Qarabaği Əmir Bahadur xanın sevimlisinə və yaxın dostuna çevrilir. 1623-cü ildə Buxarada yaşayanda Ağa Hüseyin Xalxalinin tənqidinə "Tətimmətul-həvaşu fi izalətil-ğəvaşi" (Qaranlıq məsələləri aradan qaldırmaq məqsədilə haşiyələrə əlavə) adlı cavab yazır. Əmir Bahadur xan Yusif Qarabağinin şərəfinə 1619-cu ildə yeni bir kitabxana tikdirir, onu da "vəziri kitabxana" təyin edir. Yusif 102 Qarabaği Fərabi, İbn Sina, Bəhmənyar, Biruni, Tusi, Qəzvini, Davvani, Taftazani kimi filosofların əsərlərinə şərhlər yazmaqla qalmır, həm də Aristotel, Platon, Pifaqor, Sokrat kimi batı filosoflarının əsərlərinə şərhlər yazır, öz baxışlarını da bu əsərlərində ortaya qoyur. "Nur saraylarının şərhi olan hür mənzərələrinə haşiyə", "Varlıq fəlsəfəsi kitabına haşiyə" və b. əsərlərini də Buxarada yaradır. Əsərlərində dünyanın vahidliyi ideyasını müdafiə edən filosof varlığı fəlsəfənin obyekti hesab edir. Ona görə təbiətlə insan arasındakı münasibət tək ilə cəm, hissə ilə tam arasındakı münasibətə oxşayır. Yusif Qarabaği Allahı insanın özündə axtarmaqla kifayətlənmir, onu təbiətin içərisində əridir. Kiçik aləm olan insanı böyük aləmi təbiətin surəti hesab edir. Savaşlar, zəlzələlər, yanğınlar böyük elm fədailərinin əsərləri sırasında Yusif Qarabağinin də əsərlərini yox etdi. Ancaq alimin əsərləri tamamilə məhv olmadı. Dünyanın bir çox kitabxanalrında, elm və mədəniyyət mərkəzlərində, muzeylərdə həmyerlimizin əsərləri saxlanılır. Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar fondunda Yusif Qarabağinin 24 traktatı saxlanılır. Alimin sağlığında və ölumundən sonra onun haqqında olduqca dəyərli fikirlər söyləmişlər. Türküstanlı təzkirəçi Mir Şərif Seyid Xacə Raqemi "Tarixi Raqemi" əsərində Yusif Qarabağidən söz açarkən onu, "bilik səmasının on dörd gecəlik bədirlənmiş ayı" adlandırır. Şair və filosof kimi məşhurlaşan Yusif Qarabağinin istedadını, Əmir Bahadur xanla dostluğunu qısqananlar da az olmayıb. Onu qısqanan, paxıllığını çəkənlər qanqaraldıcı söz-söhbətlərdən qalmır, arxasınca yalanlar söyləyir, riyakarlıq edir, hətta böhtan atmaqdan belə çəkinmirlər. O isə rəqiblərinə onların metodları ilə deyil, yaradıcılığı və insanpərvərliyi ilə cavab verir. Əmir Bahadur xan da Yusif Qarabağinin bu xüsusiyyətlərini yüksək qiymətləndirir onun tibbə dair əsərlərindən həkimlərin yararlanmasını məsləhət görür. 103 Yusif Qarabağinin Əbu Əli İbn Sinanın "Qanun" əsərinə yazdığı şərh və izahlar, özünün tibbə dair yazdığı kitablar yaşadığı dövrdə deyil, özündən sonrakı yüzillərdə də böyük maraqla qarşılanmışdır. Yusif Qarabaği elmin nəzəri sahələrindən çox praktik məsələlərə diqqət yetirən alimlərdən olmuşdur. Əmirlər, sultanlar, vəzir-vəkillər, saray əyanları və divan üzvləri ondan məsləhət almış, hüquqa, dövlətin idarə olunmasına dair yazdığı əsərlərdən istifadə etmişlər. Yusif Qarabağinin türkcə yazdığı şeirlər yüksək bədi dəyəri və dilinin aydınlığı ilə seçilir. O, yazır: Ürəyim qana doldu, bu qan da olmalıydı, Cövrünlə bundan yaxşı daha nə olmalıydı? Həyatını elmə və şeirə həsr etmiş Yusif Qarabaği 1647-ci ildə (bəzi qaynaqlarda isə 1644-45-ci il göstərilir) Buxarada dünyasını dəyişir. Onu Buxara yaxınlığındakı Səfid-Muy kəndində, indi Sallaxana darvazası kimi tanınan Baba-i Şauki Parəduz darvazasının yaxınlığındakı qəbiristanda dəfn edirlər. 43 il sonra, yəni 1690-cı ildə onun cənazəsini Bədəxşana apararaq, sevimli müəllimi Xəlilullah Bədəxşaninin türbəsinin yanında dəfn edirlər. Kəbrəviyyə təriqətinin üzvləri Yusif Qarabağinin əsərlərinin təbliğində və ideyalarının yayılmasında böyük rol oynamışdır. Şahbaz Şahbazi Qaşqay şairləri haqqında Qaşqay şairləri haqqında bilgi verən qaynaqlar Mahmud İskəndərinin "Şeir və şairi dər ile Qaşqay" (Qaşqay elində şeir və şairlər) (1358/1979) və Şahbaz Şahbazinin "Qaşqai şiiri və asar-i şüara-yi Qaşqayi" (Qaşqay şeiri və Qaşqay şairlərinin əsərləri) (1367/1988) kitablarıdır. Tağı İbrahimov (Şahin) də doktorluq dissertasiyasında və "Qaşqaylar" kitabında yuxarıda adını çəkdiyimiz müəlliflərin əsərlərindən yararlanıb. 104 "Qaşqaylar və onların folkloru" kitabını mətbəyə göndərməyə hazırlaşanda Cəfər Éyvəzi Yadıkurı nəşr etdirdiyi son kitabının elektron variantını mənə göndərdi. 2019-cu (1397) ildə Şirazda nəşr edilmiş "Qaşqayının gələnəksəl şeirləri" kitabında şeirləri verilmiş şairlərin siyahısı belədir: "Mirzə Mezun (Məhəmməd İbrahim), Yusifəli bəy (Yusif-i Xosrov), Xosrov bəy (Xosrov), , Qul Oruc, Hüseynəli bəy Bayat (Bayatoğlu Hüseyn), Nemətulla bəy Rəhimi, Əli Şaylı, Məssi xan Qaraçaylı (Məsih), Həmrah, Koroğlu." Kitabda ən çox şeir "Məhəmməd İbrahimindir (Mirzə Mezun) (səh.2-118). Yerdə qalan şairlərin şeirləri çox azdır. Qaşqayların istər yazılı, istər şifahi ədəbiyyatında şeir şəkilləri o qədər də çox deyil. Onları sıralasaq birinci yeri bayatılar tutar. Qaşqaylar ona asanak deyirlər. Ondan sonra gəraylılar gəlir. Əsasən musiqinin müşayətilə oxunur. Gəraylılar oxunan müsiqi də üç yerə ayrılır: gəraylı, baş gəraylı və basma gəraylı. Qoşmaya çox vaxt qəzəl deyirlər. Şah Xətai adlandırdıqları janr bizim aşıq şeirindəki divani ilə eynidir. Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması nəşr edilib yayıldıqdan sonra bu qəlibdə də şeir yazanların sayı artıb. Mənsur Şah Məhəmmədi Dena dağına həsr etdiyi şeirini belə başlayar: Qismət oldu Dena, gəldim döşünə, Səcdə qiləm torpağına, daşına, Nəzər salam qamətinə, başına, Qucaq aç ta girəm génə qoynuna, Ana kimin mən əl salam boynuna (Cəfər Éyvəzi Yadıkurı, "Qaşqayının gələnəksəl şeirləri" səh. 5) İkinci Dünya Savaşından sonra ədəbiyyata gələn gənclərin bir çoxu sərbəst vəzndə yazmağa başlayıblar. Qaşqay Türklərindən olan Müslüm Rzayi Əməleh də (Farsca: Moslem Rezaei Amaleh) 2016-cı ildə Ankaradakı Qazi Universitetinin magisturaturasını bitirərkən yazdığı "Kaskay Turklerinden Mansur sah Muhammedinin siirleri (inceleme-me- 105 tin-sozluk)" əsərində Şahbaz Şahbazinin kitabından geniş istifadə etmiş, oradakı şeirlərdən nümunələr də vermişdir. Şahbaz Şahbazi Qaşqay yazılı ədəbiyyatından söz açarkən 18-ci yüzildə yaşamış Nişati ləqəbilə şeirlər yazan Mirzə Məhəmməd haqqında bilgi verir və onun Çıtır boyundan olduğunu söyləyir. (Moslem Rezaei Amaleh, səh. 24) Şahbaz Şahbazi Dərəşorlu tayfasının Çardaçerik boyundan olan Qul Oruc ləqəbli şairin 1200 (1784)-1260 (1844)-cı illərdə yaşadığını və elbəyi Murtazaqulu xanın ölümünə yazdığı şeirin Qaşqaylar arasında geniş yayıldığını yazır və həmin şeiri də kitabına daxil edir. Tağı İbrahimov (Şahin) "Qaşqaylar" kitabında yazır: Qaşqayların Fars dilində də şeir yazan çoxlu şairləri və ədibləri vardır. Onlardan bəzilərinin avtobioqrafiyası və şeirlərindən nümunələr Fars müəlliflərinin əsərlərində verilmişdir: Zərrə, Hüma, Niyza, Nisar və s. təxəllüsləri ilə Fars dilində şeir yazanlar Qaşqayların və ümumiyyətlə, Azərbaycan mənşəli əhalinin məşhur şairlərindəndilər" (T.Ə. İbrahimov (Şahin), Qaşqaylar, səh. 106). Tağı İbrahimov (Şahin) Qaşqayların 20-ci yüzildə yaşamış şairlərindən söz açarkən yazır: "Qaşqayların 20-ci əsr şairləri də çoxdur. Onlardan ana dilində yazanlar haqqında hələlik əlimizdə məlumat yoxdur. Fars dilində yazanlardan bir neçəsinin adını çəkə bilərik. Onlardan Tabnak və Türki Şirazi təxəllüslü şairləri göstərmək olar." Müəllif 18-ci yüzilin ikinci yarısı və 19-cu yüzilin birinci yarısında yaşamış din və hüquq elmləri sahəsində nüfuz qazanmış Qaşqay alimlərindən Ağa Məhəmməd Rzanın, Mirzə Hüseynəli Şirazinin adlarını çəkir. Araşdırıcıya görə, Mezundan sonra ikinci böyük el şairi Yusifəli Hüsrev (bu adı biz Xosrov kimi yazırıq. İnternetdə axtarış veriərkən asan tapmaq üçün biz hər iki adı veririk-Ə.Ş.) oğludur ki, onun "avtobioqrafiyasını aydınlaşdırmağa imkan verən məlumat yoxdur" (T.Ə. İbrahimov (Şahin), Qaşqaylar, səh. 100). 106 Şahbaz Şahbazi Qaraqanlı boyundan olan Yusifəlinin gəncliyində Sultan adlı bir qıza vurulduğunu və günümüzə kimi gəlib çatan şeirlərinin də ... məhəbbət şeirləri olduğunu yazır (Moslem Rezaei Amaleh, səh. 26). Cəfər Éyvəzi Yadıkurı yazır ki, Yusifəli şeirlərinin möhür bəndində əsasən Xosrov bəy dediyinə görə Yusif-i Xosrov kimi də tanınır. Şairi yaxından tanıyan Söhrab xan Bahadıri Qaşqayinin dediğinə görə o, 1325/1907- 1332/1914-cü illərdə dünyadan köçüb (Cəfər Éyvəzi Yadıkurı, "Qaşqayının gələnəksəl şeirləri" səh. 119). Yusifəlinin çağdaşı olan Məhəmməd Kərbalayı Nəzər oğluİbrahim ləqəbilə şeirlər yazar, kamançada və tarda gözəl çalarmış. Xətirlər obasında ustalar çox olduğundan bu obaya çox vaxt Ussalar obası deyərlərmiş. Onun atası neydə, qardaşı Süleyman tar və setarda, Süleymanın oğlu Davud tarda və setarda gözəl çalarmışlar. Şairin çox az şeiri toplanılıb. Hicri tarixi ilə 1320-ci (1905) illərdə öldüyü qənaətindədirlər (Moslem Rezaei Amaleh, səh. 27). Şair dünyasını dəyişəndə Şirazdan 10 kilometr aralıdakı Bibi Zöhrə adlı bir məhəldə dəfn edilsə də, qəbri itib-batıb Əmisi qızı Nurcahana vurulan, lakin sevgisinə qovuşa bilmə diyindən bir il sonra xəstələnən Nemətullah bəy Rəhiminin nakam məhəbbəti və söylədiyi şeirlər xalq arasında geniş yayılmışdır. Şahbaz Şahbazi keçmişdə yaşamış başqa şairlərdən söz açarkən Hüseynəli bəy Bayatın, heca vəzində şeirlər yazan Sami Kəşküllünün, Əli Şaylının, Hacı Məsih xan Qaraçaylının, Mingbaşı Nemətinin adını çəkərkən Koroğlunu da onların sırasına daxil edir. Cəfər Éyvəzi Yadıkurının kitabından öyrəndik ki, Koroğuya aid edilən şeir bizim bildiyimiz "Koroğlu" dastanındakı vücudnamədir. Buradan başa düşdük ki, Şahbaz Şahbazinin də Koroğlunun Qaşqay şairləri sırasına daxil etməsinə səbəb bu vüçudnamə olub. Cəfər Éyvəzi Yadıkurı şeir toplusunda şairlər haqqında da yığcam bilgilər verib. Qaşqay şairləri haqqında yazdıqlarımı Cəfər Éyvəzi Yadıkurın kitabı ilə tutuşdurdum və oradan bəzi əlavələr elədim. 107 Şəkildə Cəfər Eyvəzi Yadıkurı nəşr etdirdiyi "Mezun Qaşqai. Şeirləri" kitabını Əli Şamilə bağışlayarkən Yusifəlinin çağdaşlarından yazanda Təhmas Şakaki Bollu, Davud Həsən Ağalı, Teymur Qurbani Bulverdi, Mənsur Şah Məhəmmədi Mehtərxan, Həmrah Danişver Kohba, Əliəkbər Həsəni Teyibli, Əzəm Əmir Teymuri Gürekani, İmanqulu Cahangiri Cumabuzurgu, Xəlil Məhəmmədi Kəşküllü, Əli Rıza Borbor, Piran Muxtari Çigini, Maral Rızai Rahiminin adlarını çəkir. Müslüm Rzayi Əməleh yazır ki, gənc və yeni nəsil şairlər klassik şeir vəznləri ilə yanaşı, yeni modern şeirlər də yazmağa başlamışlar. Sərbəst şeirə üstünlük verən gənc Qaşqay şairləri 5, 6 və 7 hecalı şeirlərlə yanaşı, akca qoşma adlandırdıqları şərbəst qafiyəli şeirlər də yazırlar. Onlara nümunə də Əvəzullah Səfəri Kəşküllü, Ərsalan Mirzəyi Teyibli, Kambiz Nəcəfi Çobanqara, Bəhmən Muradi Əlamdarlı, Novzer Ustuvar Dərəşorlu, Arman Fərhəng Şorbahlı, Əli Fereyduni Köləli, Kavə İrəvani Okmulu, 108 Fəttanə Muradi Qaraqanlı, Raziyə Kazım Qurranı, Soğra Muradi, Duman Əjdəri Bölverdi, Pəricehr Məhəmmədzadə Qadılı Borbor, Səhər Kəşküllü, Teyyibə Kərimi Cəfərbəylinin adlarını çəkir (Moslem Rezaei Amaleh, səh. 28-29). Müslüm Rzayi Əməleh Mənsur şah Məhəmmədinin özündən aldığı bilgilər əsasında onun şeirlərini təhlil edir. 1945-ci ildə Firuzabad bölgəsindəki Ovsirin Qarağac qışlağında doğulan şair Əmələ tayfasının Əli Mehtəran nəslindəndir, atasının adı Abbas, babasının adı İsmayıldır. Şair ilk təhsilini çadırlardakı məktəbdə alıb. Sonra Firuzabaddakı orta Qamus litseyində, Şirazdakı köçəri təhsil mərkəzində pedaqoji təhsil alıb və 30 ilə yaxın müəllimlik edərək təqaüdə çıxıb (Moslem Rezaei Amaleh, səh. 30). Tağı İbrahimov Qaşqay folklorçusu Mahmud İskəndəri haqqında yazır: "...təxminən 1925-ci ildə... Kəşküllü tayfasının qışlaqlarının birində anadan olub. Qaşqayların 20-ci illərdə davam edən üsyanlarından və Qaşqay elxanı İsmayıl xan Sövlətüddövlənin 1932-ci ildə Rza şahın "Qəsri Qacar" zindanında öldürülməsindən sonra Mahmud İskəndərinin atası İsfəndiyar İskəndəri Fars əyalətinin Boyer Əhmədi rayonunda bir kəndə sürgün edilir. Gənc Mahmud 16 yaşına qədər sürgündə qaldığından ağır yaşayış şəraiti onun müntəzəm təhsil almasına imkan verməmişdir. Mahmud İskəndəri sürgündə kənd mollası yanında oxuyub yazmağı öyrənmişdir. 1941-ci ildə Rza şah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra sürgündən xilas olan Mahmud İskəndəri öz tayfasına qayıtmış, Qaşqayların Pəhləvi sülaləsinə qarşı üsyanında yaxından iştirak etmişdir. Eyni zamanda, elinin dilinə, ədəbiyyatına, folkloruna, adət-ənənəsinə bəslədiyi məhəbbət Mahmud İskəndərini Qaşqay tayfaları, qəbilələri və tirələri içində oba-oba gəzib Qaşqay şairlərinin şeirlərini, el dastanlarını və nağıllarını toplamağa sövq etmişdir. Mahmud İskəndərinin yorulmaq bilmədən çəkdiyi ağır, lakin şərəfli zəhmət və göstərdiyi fəaliyyət nəticəsində elin tayfa və tirələri işərisində sətir-sətir, misra-misra topladığı şeirlərdən 109 bu vaxta qədər 41 qoşma bizim əlimizə gəlib çatmışdır. Onlardan 30-u Mezunun, 11-i Yusifəli bəyin şeirləridir" (T.Ə. İbrahimov(Şahin), Qaşqaylar, səh. 100-101). Qaşqayların sevimli şairi Mezun Onu da deyim ki, son onilliklərdə Qaşqaylar arasında folklor nümunələrini toplamağa, klassikləri öyrənib nəşr etməyə, ana dilində yazıb-yaratmağa meyl artıb. Hətta bəziləri kitabları Latın əlifbası ilə nəşr etdirir ki, həm Qaşqay gəncləri bu əlifbanı öyrənsin, həm də Türkiyədəki, Azərbaycandakı araşdırıcılar onların əsərlərindən yararlansın. Bu baxımdan, bilgisayar mühəndisi Cəfər Eyvəzi Yadıkurının Latın əlifbası ilə hazırladığı "Mezun Qaşqai. Şeirləri" kitabı olduqca dəyərlidir. Tərtibçi əski əlifba ilə yazılmış mətnləri Latın əlifbasına çevirəndə yaranan çətinliklərdən, ləhcə və ədəbi dil normaları məsələsindən, Mezun şeirlərinin ondan əvvəlki nəşrlərində yol verilmiş xətalardan elmi əsaslarla söz açır. Kitaba daxil etdiyi "Qaşqay elinin tarixi" məqaləsini isə Cəfər Eyvəzinin Qaşqaylar haqqında bilgilər toplusu adlandırmaq daha doğru olar. Çünki burada tarixlə yanaşı, Qaşqay dili, ədəbiyyatı, şairləri, şeir şəkilləri, musiqiçiləri və s. haqqında da bilgi var. Kitabın sonunda da sanballı bir sözlük verib ki, bu da istər gənc Qaşqay oxucuları, istərsə də Türkiyə və Azərbaycan araşdırıcıları üçün olduqca dəyərlidir. Cəfər Eyvəzi yazır ki, Mezun ləqəbilə Türkcə, Tatca(Fars dili nəzərdə tutulur-Ə.Ş.), Lorca şeirlər yazan Seyid İbrahim 1830-cu (hicri 1246) ildə doğulub, 1895-ci (hicri1313) ildə dünyasını dəyişəndə Şirazdakı Dərvaze İsfahan məhəlləsində, Şahzadə Mənsur qəbiristanlığında dəfn edilib. İndi həmin qəbiristanlıqdan əsər-əlamət qalmayıb. Oranı düzləyib, beton töküb yeni binalar tikməyə başlayanda Qaşqaylar yığılıb bələdiyyəyə şikayətə gediblər. Mezunun və Qaşqayların başqa tanınmış şəxsiyyətlərinin qəbirlərini dağıtmağın top- 110 lum arasında rahatsızlıq yaratdığını görən rəhbərlik tikintinin dayandırılması haqqında göstəriş verib. Cəfər Eyvəzi yazır: "Onun famillarının çoğu o zaman sevadlimiş. Sonra diğer familları tekin, Dereşorlı tayfasının xanları ve kelanterleri yanında mektebdarlığa meşğul olur. Melik Mensur Xan dédiğine göre, Mehemmed Qulu Xan destgahında, şahnama oxumağa meşğul olur ve néççeden sonra Él beyi Eli Qulu Xan, Allahyar Xan ve Bahadır Xan destgahında münşilik éder. O ele bu arada şichr("39")ir démeğe baş qoyar. Evvel "Mehzun" texellusunu seçer, ama İsfahan hakımı, Zıl-ol-Sultan tapşırışı inen, öz texellusunu Mêzunchr("39")a değişdirer. Mêzun, özgür, téz inceyen ve qorxmaz bir şachr("39")ırımış. ... Mêzunun yaşam dowranı, İranın bir mühüm tarıxsal olaylarınan çağdaş olmuşdur. Britanıya-İran arasında 1857chr("39")de qanlı bir savaş oldu. Bu savaç sonucunda İndiki Efğanıstandakı Heratı şehri İrandan aralandı. Mezun bu savaşa giden Qaşqayıların qorxmazlığı, iğidliği, fedakarlıkları ve gençlerin şehadetini tesvire çekip, onların yoxluqlarına yaş tökmüşdür. Bunların biri Sohrab Xan dir. Mêzun onun iğidliğinden böle yad édmişdir: Sohrab Xan qılıcı berq-i cansıtan Ferenide meşhür oldu dasıtan" (səh. 21) Cəfər Eyvəzi bizi Mezunun dəfn edildiyi qəbiristanlıq yerinə apardı. Dedi ki, ötən illərdə, Məhəmməd Nadiri Dərəşorlu və Qaşqay aydınları bu məzarı bir anıt olarak düzəltməyə çalışırlardı. 2015-ci ilin Oruc (Ramazan) ayında Məhəmməd Nadırının maşını yolda qəza elədi, özü də dunyadan gétdi. Biz köhnə qəbiristanın yerinə gələrkən orada qəbiristanlıqdan əsər-əlamət qalmamışdı. Ətraf müvəqqəti hasara alınmışdı, yerə isə dəmir çubuqlar qoyulub üzərinə beton tökülmüşdü. Tikinti işinin dayandırıldığı göz qabağında idi. Cəfər Eyvəzi də, Əmin də bu işin Qaşqayların istəyinə uyğun həll olunacağına inamsız yanaşırdılar. Onların fikrincə, buranı alan, bina tikməyə başlayan adam işi məhkəməyə daşıyacaq. Orada da bir-iki illik süründürmədən, 111 mövzu unudulandan sonra tikintisinə icazə veriləcək. Bunu onlar təcrübəyə əsaslanıb deyirdilər. Cəfər bəyin hasara dırmaşıb Mezunun qəbiri üzərindəki tikintidən çəkdiyi şəkil Şiraza turistlər çox gəlir. Gələnləri də adətən Sədinin, Hafizin qəbirüstü abidəsinə aparırlar. Məzunun qəbri üstündə də bir abidə ucaldılsa oraya ziyarətə gələnlərin də sayı artar. Bu şəhərin həm iqtisadiyyatına təsir göstərər, həm də İranın ölkədə yaşayan xalqlar arasında ayrıseçkilik qoymadığını təbliğ edər. Köhnə Şirazın Türklər yaşayan Bölverdi məhəlləsi də söküləndə belə bir hadisə olub. İş dayandırılıb, sonra yenidən tikinti başlayıb. Mezunun şeirlərini ilk dəfə Məlik Mənsur xan 1920-ci ildə toplatdırıb. Lakin həmin nüsxə Məlik Mənsur xan Berlində yaşayarkən, yəni İkinci Dünya Savaşı illərində müttəfiqlər şəhəri bombalayanda məhv olub. Məlik Mənsur xan İrana döndükdən sonra Moyin 112 Dəftər Qəhramaniyə yenidən Mezunun şeirlərini toplatdırıb. Şahbaz Şahbazi də həmin dəftərdə olan şeirləri 1988-ci ildə nəşr etdirib. Şahbaz Şahbazi yazır ki, şairin atası Kəşküllü (Əmələ), anası Qadılı boyundandır. Əlişir Nəvaidən və Məhəmməd Füzulidən təsirlənən Mezunun babaları Xuzistan Avşarlarındandır. Ona görə də, şeirlərinin dilində Avşarların ləhcəsi ağırlıq təşkil edir. Bu günkü Qaşqay aydınları Mezunu özlərinin klassikləri sayırlar. Cəfər Éyvəzi Yadıkurı 2019-cu (1397) ildə Şirazda nəşr etdirdiyi "Qaşqayının gələnəksəl şeirləri" kitabına Mezunun 109, Yusifəli bəyin 27, Xosrov bəy Qaraqanlının 3, Məhəmməd İbrahimin 10, Qul Orucun 4, Hüseynəli bəy Bayatın 4, Nemətullah bəy Rəhimlinin 8, Əli Şaylının 1, Hacı Məssi bəy Qaraçaylının 1, Həmrahın 1, Koroğunun adına isə məşhur vücudnaməsini daxil edib. Şiraz Universitetinin salonunda konsert Şiraz Universitetinin salonunda təşkil edilmiş konsertə də Qaşqay geyimində getdim. Musiqiçilərdən bəziləri ilə Girəsunda tanış olmuşdum. Əlindən tutulub səhnəyə gətirilən ağsaqqal bir müsiqiçini (deyəsən, gözləri görmürdü) tamaşaçılar ayağa durub sürəkli alqışladı. Aparıcı elan etdi ki, Furud (Qaşqaylar ona Furud desə də, sənədlərdə adı Forud, soyadları Gorginpoor kimi yazılır) və Fərhad Görginpur qardaşlarının Qaşqay musiqisinin təbliğində və gənc musiqiçilərin yetişməsində rolu böyük olub. Bu gün Şiraz Universitetinin keçmiş müəllimi, Fars dili və Ədəbiyyatı sahəsində doktorası olan alim Fərhad Görginpur sizin üçün bir neçə mahnı çalacaqdır. Görginpur qardaşlarının övladları da musiqiçidir. Salonu gurultulu alqışlar bürüdü. Alqışlardan və salondakıların hay-harayından Fərhad Görginpurun xalq arasında nə qədər böyük hörməti olduğunu açıq görmək olurdu. Fərhad Görginpur bir neçə mahnı çaldıqdan sonra onu gələndə olduğu kimi gedəndə də alqışlarla yola saldılar. Sonra ansambl səhnəyə çıxdı. Girəsundan tanıdığım İbrahim xan Kohendlipurun "Koroğlu" dastanından oxuduğu "Beş durna" mah nısı məni yaman kövrəltdi. 113 Şəkildə soldan: İrəc və Zəhra Qənixah, Əzizə Şamil Konsertə əksəriyyəti ailəli gəlmişdi və çoxu da, xüsusən, xanımlar Qaşqay milli geyimində idilər. Musiqiçilər iki-üç saat öncə həmin salonda konsert versələr də, yorğunluqları hiss edilmirdi. İranda olduğum müddətdə iştirak etdiyim konsertlərdə, adətən, kişi musiqiçilər arasında qadınlar, qadın musiqiçilər arasında da kişilər olmur (qadın musiqiçilər çalıb-oxuyan konsertlərə kişilər buraxılmır. Qonaq olduğumuz üçün hərdən mənim belə konsertlərdə iştirakımı görməzdən gəlirdilər). Şirazdakı Qaşqay musiqiçiləri arasında iki gənc qız ifaçı da vardı. Özü də o qədər çox örtünməmişdilər. İranda qadınların saçının görünməsini qadağan eləsələr də, Qaşqay xanımları küçədə olduğu kimi, orkestrdə çalanda da saçlarının yarısı görünürdü. Konsert yüksək səviyyədə keçirdi. Əsasən Qaşqay xalq mahnılarını oxuyurdular. Bəzi xalq mahnıları da Azərbaycanda eşitdiyim xalq mahnılarından o qədər də fərqlənmirdi. Konsertin şirin yerində aparıcı, Nəsir Əkbərinin bağına toplaşanda tanış olduğumuz gənc Kave İrəvani elan etdi ki, Azərabaycandan gəlmiş qona- 114 ğımız Əli Şamil də Qaşqay geyimində sizinlə bir sırada oturduğundan onu tanımadınız. Bu zaman salondakılar ayağa qalxaraq alqışlamağa başladılar. Qaşqayların Azərbaycan sevgisi məni kövrəltdi. Konsertin sonunda İbrahim xan Kohendlipur və başqa sənətkarlar da salona gəlib bizimlə görüşdülər. İbrahim xan Kohendlipur dedi ki, Kave İrəvani elan etməsəydi, sizi tanımayacaqdım. Bir az gözünüzün qıyıqlığı və Qaşqay geyiminiz sizi bizlərdən heç seçmir. Konsert başa çatsa da, salonda adamların suallarına, Azərbaycanla bağlı sorğularına cavab verməli oldum. Salonun işçiləri isə bizi tələsdirmirdilər. Görginpurlar ailəsi Şiraza ikinci dəfə səfərimdən dönəndən 22 gün sonra Əmin Cahangirinia zəng vuraraq Qaşqay musiqisinin təbliğində və gənc musiqiçilərin hazırlanmasında böyük əməyi olan Fərhad Görginpurun avqustun 31-də haqqa qovuşduğunu bildirdi. Adətən, ölüm xəbərindən söhbət gedəndə onu acı xəbər kimi dəyərləndirirlər. Fərhad Görginpurun yaxın vaxtlarda dünyasını dəyişəcəyini öz dilindən eşitmişdim. O, buna bir yerdən başqa bir yerə gedən adam kimi hazırlaşırdı. Hətta deyərdim ki, tələsirdi. Fərhad Görginpurun ölüm xəbərini Bursaya gedən avtobusda eşitdim. 2018-ci il noyabrın 5-6-da Türk Ocakları Dərnəyi Bursa Şöbəsi ilə Uludağ Universiteti birlikdə Uluslararası Cengiz Dağcı Bilgi Şöləni keçirəcəkdi. Mən Türk Ocakları Dərnəyinin "Her Yıl Bir Büyük Türk bilgi Şölenleri dizisinin beşinci şöleni" məruzəçilərindən biri idim. Sovet dövründən başlayaraq xarici radio verilişlərindən tanıdığım Cengiz Dağcı haqqında son illərdə bir neçə məqalə də mən yazmışdım. Onu Azərbaycanda ən geniş təbliğ edən "525-ci qəzet" idi. Cengiz Dağcı 2011-ci ildə dünyasını dəyişəndə bu qəzet rəhmətlik Tofiq Abdinin də, mənim də məqaləmi nəşr etmişdi. Sonralar da bu mövzuya təkrar-təkrar yer ayırmışdı. Avtobusda yolboyu Fərhad Görginpurla görüşümüzü və onun haqqında eşitdiklərimi yada saldım. Axşam Uludağ Universitetinin hotelində yerləşəndə də özümə borc bildim ki, Fər- 115 had Görginpur haqqında "525-ci qəzet"ə bir məqalə yazım. Çünki "525-ci qəzet" son dövrlər Qaşqaylara diqqəti artırdığı kimi, Qaşqaylar da bu qəzetin saytını diqqətlə izləyir, yazılanları oxuyur və münasibətlərini bildirirlər. Fərhad Görginpurla cəmi bir dəfə, 2018-ci ilin aprelində görüşmüşdük. Şiraz Universitetinin salonunda Məsud Namidarın başçılıq etdiyi Qaşqay musiqi ansamblının konserti vardı. Konsert hələ başlamamışdı. Səhnənin pərdəsi də qaldırılmamışdı. Bir yeniyetmənin uca boylu, dolu bədənli qocanın əlindən tutub səhnəyə gətirməsi salondakıların ayağa qalxıb onu sürəkli alqışlamasına səbəb oldu. Bu o demək idi ki, salondakıların hamısı onu tanıyır və sevirdi. Yeniyetmə gözləri görməyən musiqiçinin oturmasına kömək etdi və akkordeonu onun qucağına qoydu. Aparıcı Kave İrəvani səhnəyə çıxaraq Fərhad Görginpur haqqında danışmağa başladı. Onun hər cümləsi alqışlarla qarşılanırdı. Fərhad Görginpur akkordeonda Qaşqay mahnıları çalmağa başladı. Mənim Türkiyənin Girə-sun şəhərindəki toplan-tıdan tanıdığım və səsinə heyran olduğum İbrahim xan Kohendlipur da səhnəyə çıxdı. Fərhad Gör ginpur akkordeonda çaldı, İbrahim xan Kohendlipur gur və yanıqlı səslə "Koroğlu" dastanından "Beş durna" mahnısını oxudu. Qəhrəmanlıq ruhunda oxunan bu mahnıda həzin bir kədər vardı. Ünlü musiqiçi Fərhad Görginpur Dara düşən Koroğlu dərdini durnalara deyir, dara düşdüyünü dəlilərinə xəbər aparmalarını istəyir. Fərhad Görginpur səhnəyə çıxanda necə alqışlanmışdısa, səhnədən enəndə də o cür alqışlandı. Səhnədən endirib salonda mənim yanımdakı yerdə oturtmağa gətirdilər. Ayağa qalxıb əl verib salamlaşdım. Əlimi tutan kimi dedi: "Xoş gəldiniz! Nə yaxşı bizi unutmayıbsınız. Sizin gələcəyinizi söylədilər deyə mən də gəldim. Bu, mənim son çıxışımdır. Yaxın vaxtda bu dünyadan köçəcəm, haqq dünyasına gedəcəm". 116 Mən korların duyma qabiliyyətinin güclü olduğunu bilirdim. Səsimi çıxarmamışdım. Sadəcə, əlimi uzadıb əlini tutmuşdum. Buna baxmayaraq, mənim qonaq olduğumu həmin dəqiqə bildi. Mən zarafatla "Siz ki müsəlmansınız, kimin nə vaxt köçəcəyini bir Allah bilər. Siz nədən Allahın işinə qarışırsınız?" - dedim. Gülümsəyərək: "Allahın verdiyi ömür başa çatır. Mən özüm bunu bilirəm. Daha heç kim, dünyanın ən məşhur doktorları da məni saxlaya bilməz" - dedi. Səhnənin pərdəsini qaldırdılar. Mikrofonları, musiqiçilərin oturacağı yerləri nizama saldılar. Musiqiçilər yerlərini tutana kimi Fərhad Görginpurla söhbət etdik. Sonra da hərdən musiqiçilərin ifalarına münasibət bildirdi. Musiqiçilərin onun səsini eşitmədiyini bilsə də, gah onların ifaçılığını alqışlayır, bəzən də narazılığını bildirirdi. Konsert bitəndən sonra da ayaqüstü beş-üç dəqiqə söhbət etdik. Bu söhbətlərdən doymadığını bildirdi. Evlərinə dəvət etdi ki, geniş söhbətləşək. Mən təyyarə biletimizi dəyişmək mümkün olmadığına görə sabah mütləq Bakıya qayıtmalı olduğumuzu bildirdim. Vəd etdim ki, yaxın vaxtlarda bir də Şiraza gələcəm. Allah qoysa, onda görüşüb geniş söhbət edərik. Bakıya döndükdən sonra "525-ci qəzet"in 2018- ci il sentyabrın 7-də çap etdirdiyim "Qaşqay elinə səfər. Üçüncü yazı"da Fərhad Görginpurdan bir neçə sətir də yazdım. Planlaşdırmışdım ki, görüşəndən sonra geniş yazı hazırlayaram. Mən vədimə əməl etdim. Söz verdiyim vaxtda, yəni avqust ayında Şiraza, Əmin Cahangirinianın bacısı Səhərin toyuna getdim. Əminə Fərhad Görgin- 117 pura verdiyim vədi xatırladıb onu görmək istədiyimi bildirdim. Əmin zəng vurdu və kədərli halda bildirdi ki, Fərhad Görginpurun vəziyyəti yaxşı deyil, xəstəliyi şiddətlənib, ailə üzvləri deyir görüşməyə halı yoxdur....Qaşqay musiqiçisi, xalq arasında gözəl tanburçalan kimi tanınan Həbibullah xanın (Həbibxan da deyilir - Ə.Ş.) ailəsi qışı Firuzabad şəhəri yaxınlığındakı Zəncirvan qışlağında yaşayır, yayı isə Simurun şəhəri ətrafındakı Qaleyi Muxtarxan yaylağına qalxarmış. Məsumə ilə evlənən Həbibxanın övladlarından altısı yaşayır və boya-başa çatır. Lakin onların dördünün gözü yaxşı görmür. 1948-ci ildə Şirazda doğulan Fərhadın da gözləri zəif görür. Onun böyük qardaşları Furud, Mustafa Kamal, baçısı Pəricöhr də onun kimi eyni xəstəlikdən əziyyət çəkirlər. Yalnız qardaşları Allahqulu və Qulaməlinin gözləri normal görür. Həbibxan zəif görən uşaqlarının da oxumasına can atır. Onları İsfahandakı xüsusi məktəbə qoyur. Lakin məktəbdəki baxımsızlıq valideynləri rahatsız edir. Uşaqlarını oradan götürür və Şiraz şəhərinə gətirirlər. Burada zəif görən uşaqlar üçün xüsusi məktəb olmur. Həbibxan Fərhadı Zəncivan qışlağında açılmış ibtidai məktəbə yazdıra bilir. Fərhad 5 illik ibtidai təhsili 2 ilə başa vurur. Böyük qardaşı Furud, sonra Fərhad 1957-ci ildən başlayaraq Əmirəzidi Salmanpurdan akkordeon dərsi almağa başlayıblar. Az bir zamanda qardaşların istedadı ətrafdakıların diqqətini cəlb edir. Onların bacarığından Şiraz radiosunun əməkdaşları da xəbər tuturlar. 1958-ci ildən Şiraz radiosunun uşaq verilişlərində çıxış etməyə başlayırlar. Oğlanlarının uğuru atanı bərk sevindirir. Ailəsini də götürüb 1963-də Tehrana köçür. Cəsarəti və sərt xarakteri ilə seçilən, Qaşqay musiqisini təbliğ etməklə milli ruhu qorumağa çalışan Həbibxan Rza şah rejiminin basqısından çəkinməyərək oğlanlarının birinə Mustafa Kamal adı da qoyur. Övladlarını da milli ruhda böyütməyə çalışır. Ailədə nəsildən gələn gözəl bir musiqi yaddaşı olduğundan uşaqlar kiçik yaşlarından musiqi alətlərində çalmağa meyllənirlər. Öncə Furud akkordeon çalmağı öyrənir, sonra da Fərhad. 118 Fərhad Görginpur Tehranda litseydə oxuyarkən Şenavərdən, Aləm Ohaniandan, Ənuşiravan Ruhanidən, kor Dudangədən sənət dərsləri alıb. Qısa müddətdə o qədər məşhurlaşıb ki, onu Tehran televiziyasında uşaq verilişlərinə dəvət ediblər. İranın məşhur müğənnisi Nadiri Qulcini televizyia verilişlərində akkordeonda, adətən, Fərhad Görginpur müşayiət edib. Bu onun daha da məşhurlaşmasına səbəb olub. Uşaqlarda musiqiyə maraq oyadan bu verilişlər böyük tamaşaçı marağına səbəb olur. Litseyi bitirən Fərhad Şiraz Universitetinin Dil və Ədəbiyyat fakültəsinə qəbul olunur. Oranı uğurla bitirdikdən sonra yenidən Tehrana dönür. Tehran Universitetinin İncəsənət Fakültəsinin magistraturasında oxuyarkən Nurəlixan Burumənd, Ələsgər Bahari, Məhəmmədrza Lütfi kimi istedadlı müəllimlərdən dərs alır. 21 yaşında gözləri tam tutulsa da, Fərhad Görginpur ruhdan düşməyib, Tehran Universitetində araşdırmalar apararaq doktorluq dissertasiyasını müdafiə edir. 1974-cü ildən 1994-cü ilədək litseydə müəllim işləməklə yanaşı, Qaşqay xalq musiqisini toplayır, yeniyetmələrə musiqi dərsləri verir. 1994-cü ildə onu İsfahanla Şiraz arasındakı Abadeh şəhərində açılmış Azadi İslam Universitetinə müəllim dəvət edirlər. Təqaüdə çıxanadək orada müəllim işləyir. Fərhad Görginpur hökumət məktəblərində dərs deməklə ailəsini dolandırır. Amma onun Qaşqay musiqisinin təbliğinə, yeniyetmələrin musiqi alətlərində çalmağı öyrənməsinə sərf etdiyi enerji maaş aldığı təşkilatlara sərf etdiyi enerjidən çox olmuşdur. Gözləri görməsə də, 2006-cı ildə Abadeh şəhərindəki "Ərmağan dəbiran" nəşriyyatında İranın Fars vilayətində yaşamış şairlərin şeirlərindən seçmələri "Qanidən Təvəllaya" adı altında çap etdirir. Bu onun nəşr etdirdiyi yeganə kitab olmur. 2007-ci ildə "Avri İraniyan" nəşriyyatında Ələsgər Naderi ilə birlikdə məşhur Qaşqay şairi Mezun Qaşqayinin şeirlərindən seçmələri Fars dilinə çevirib "Ayrılıq çağı" adı ilə çap etdirirlər. Bu, Qaşqay şairlərinin Fars dilli oxucular arasında yayılmasına xidmət etmiş olur. 119 Hafiz Şirazinin yaradıcılığına böyük məhəbbəti olan Fərhad Görginpur şair haqqında olan rəvayətləri və şeirlərinin bir qismini toplayaraq 2014-cü ildə Şirazdakı "Təxte-Cəmşidi və Qaşqai" nəşriyyatında "Hafiz şeirinin öyküsü" adı altında nəşr etdirir. Yaxın dostu İlyaşar Qüdrətizifərlə birlikdə hazırladıqları iki kitabı - "Koroğlu həmasəsindən bir bölüm" və "Qərib - Şahsənəm" kitablarını Şirazdakı "Təxte-Cəmşidi və Qaşqai" nəşriyyatında 2016 və 2017-ci illərdə nəşr etdirirlər. Onlar bu kitabları oxucuların ixtiyarına verməklə Qaşqaylara bir qürur hissi aşılamış olurlar. 2007-ci ildə Qaşqayların sevimli tanburçusu olan atası Həbibxanı itirən Fərhad Görginpur 2018-ci il oktyabrın 31-də, saat 9.30 radələrində Şirazın Namazi Xəstəxanasında xərçəng xəstəliyinə yenik düşür. Onun cənazəsi ilə noyabrın 2-də Abadeh şəhərindəki Mədəniyyət Mərkəzində vidalaşaraq dəfn ediblər. Olduqca təvazökar bir insan olan Fərhad Görginpurdan müsahibə alan müxbir: "Sizin ailə Qaşqay musiqisini qoruyub saxladı, yaşatdı!" - deyəndə o, etiraz edərək: "Qaşqay musiqisini bizim ailə deyil, Qaşqayların çobanları, sarvanları, xalça toxuyanları və b. sadə adamları qoruyub saxladılar. Biz sadəcə olaraq onlardan eşitdiklərimizi toplayıb ifa etdik" - cavabını vermişdi. Fərhad Görginpur dünyadan köçəndə Qaşqay şairləri onun haqqında şeirlər qoşmuşlar. O şeirlərdən iki nümunəni aşağıda veririk. Əvəzullah Səfəri Kəşküllü Ağlasın Söylə, neçin daha dinməz sazımız? Ərşə sindi, tar, akkordeon ağlasın. Musiqidə soldu bizim yazımız. Yanıqlı saz, ud, viyalon ağlasın. Tər burmaqlar mizrabına ilişməz. Daha Fərhad saz diliylə qonuşmaz. Daha laylay Məsumunnan danışmaz. Nigardağ, Qara Bisutun ağlasın. 120 Çətin bitər zar ürəklər yarası, Yondu Fərhad Bisutunun xarası, Hanı dərman, hanı dərdim çarası? Gözlər çayı olsun Karun ağlasın. Şəhram Bədri Alikürdi Furud, Fərhad eldən köçdü, gəl! Əcəl baxçamızdan soy gül biçdi, gəl! Məssiy bibi yaman günə düşübdür, Musiqi dünyasından tərlan uçdu, gəl! Qeyd: Şeirlərdəki "Məsum" Qaşqaylarda bir bəstənin adı, Nigardağ, Qara Bisutun dağ adları, Karun Əhvazdakı çayın adıdır. Məssiy bibi Fərhadın anası Məsiməyə işarədir. Fərhad və Şirin əfsanəsində adı çəkilən, eləcə də məşhur qayaüstü yazıları olan Bisutun dağına bölgədə Qara Bisutun da deyirlər. 02.11.2018 Fərhadın qardaşı Furud Qaşqaylar yayda yaylağa, qışda qışlağa köç etməyi sevən bir Türk toplumudur. İran hökuməti istər şah devrində olsun, istər İslam İnqilabından sonra onların düzənini pozmağa, köçlərini durdurmağa çalışıb. Lakin istədiklərinə tam nail ola bilməyib. Ötən ilin dekabrında tanıdığım, həmişə hörmət və ehtiramla xatırladığım üç nəfər də bu dünyadan köçdü. Onların köçünü nə ailələri, nə dostları, nə də həkimlər durdura bildi. 30 il öncə Sovet-İran sərhəddindəki tikanlı məftillərin sökülməsindən yaranan bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd etmək üçün dekabrın 31 saat 12-də Kiyevin mərkəzi Maydanındaki türkiyəlilərin açdığı Mojito restoranına toplaşmışdıq. Həmin toplantıda Milli Azadlıq hərəkatının fəallarından, mühacirətdə yaşayan və dünyasını dəyişən, Türkiyənin Kayseri şəhərindəki Erciyəz Universitetinin bölüm başqanı, bəstəkar Müsəvvər Əsgəroğlunun və Almaniyada vəfat edən Rafiq Həsənovun xatirəsini yad etdik. 121 Toplantıya Türkiyə Türklərindən də, Qaqauzlardan da qatılanlar vardı. Yer 2 saatlığına kirələnsə də, ötən günlərin xatirələri vaxtı bizə unutdurdu. Gələcək işlərimizdən çox keçmişdən danışdıq. Oradan ayrılandan təxminən bir saat sonra Türkiyədə yaşayan, millətsevər bir Qaşqay gəncindən - Səməd Muğanlıdan telefonuma bir şəkil və kiçik xəbər gəldi. Səməd bəy saat 14.00-da ünlü Qaşqay musiqiçisi Furud Görginpurun dünyasını dəyişdiyini xəbər verirdi. Rəsmi şəkildə hakim dairələrin musiqini qadağan etdiyi İran kimi bir ölkədə yaşayan, özü də zəif görən, sonra da gözləri tam tutulan qardaşların dövlət siyasətinə qarşı qətiyyətlə dirəniş göstərərək Türk musiqisini öyrənmələri və təbliğ etmələri qəhrəmanlıqdır. Buna görə də, Görginpurlar ailəsini Qaşqayların da, Xələclərin də, Qarapapaqların da, Türkmənlərin də, bir sözlə İranda yaşayan bütün Türklərin millətsevər övladları sevir və işlərini yüksək qiymətləndirirlər. Qaşqaylar mübarizliyi, döyüşkənliyi, qüruru ilə seçilirlər. Dünyadan köçən Furudun ailəsi də qürurlu, millətsevər bir ailədir. Atası Həbibullah xan Əmələ tayfasından, anası Məsumə (Qaşqayların əksəriyyəti onu əzizləyərək Məsi bibi deyirlər) xanım isə 5 böyük və kiçik tayfanı özündə birləşdirən Bəhmənbəyi tayfasındandır. Hər iki ailənin maddi durumu yaxşı olub. Qaşqay mədəniyyətinin yox olmaması, yaşaması və yayılması üçün böyük işlər görüblər. Furudun atası Həbibullah xan döyüşkən, cəsarətli bir insan olmaqla yanaşı, ustad musiqiçi kimi də tanınıb. O, Qaşqayların ustad sənətkarı, mahir tar və setar ifaçısı Davud Süleyman oğlunun şəyirdi olub. Ustadından öyrəndiklərini yalnız öz övladlarına deyil, elinin istedadlı gənclərinə də öyrədib. Məsumə xanımın 2019-cu ilin dekabrın 1-də dünyasını dəyişdiyini Qaşqay gəncləri mənə xəbər vermişdilər. Əvvəllər hətta xarici ölkələrdə yaşayan qohumlarının, yaxınlarının ölümündən 5-6 aya xəbər tutmaq olmurdu. İndi texniki tərəqqi bu problemləri aradan qaldırıb. Mən Furud Görginpurun dünyadan köçməsindən 122 2-3 saat sonra xəbər tutdum. 1-2 saat öncə bilsəydim toplantıda Furud Görginpurun haqqında bilgi verər, xatirəsini yad edərdik Məsumə xanımın qardaşı Məhəmməd Bəhmən Bəhmənbəyi öz vəsaiti hesabına Qaşqay uşaqları üçün çadırlarda açdığı məktəblərlə və Fars əyalətində yaylaq-qışlaq həyatı sürən tayfalar haqqında yazdığ kitabla, məqalələrlə məşhurlaşıb. Həbibullah xanın (bu adı çox vaxt qısaldılmış şəkildə, yəni Həbib xan kimi də yazırlar. Biz də hər iki variantı saxladıq-Ə.Ş.) ailəsi qışda Firuzabad şəhəri yaxınlığındakı Zəncirvan qışlağında, yayda isə Simurun şəhəri ətrafındakı Qaleyi Muxtarxan yaylağında yaşayıb. Məsumə xanımla ailə quran Həbibullah xanın övladlarının sayı çox olsa da, onlardan bir neçəsi uşaq ikən dünyasını dəyişib. Altısı yaşayıb və boya-başa çatıb. Xəstəlikdən Furud, Fərhad, Mustafa Kamal (Rza şah rejiminin sərt vaxtında övladına Mustafa Kamal adını qoymağı hər valideyn cürət etməzdi), baçısı Pəricöhrənin gözü zəif görüb. 1946-cı il martın 4-də Firuzabad yaxınlığındakı Zəncirvan qışlağında anadan olan Furud Tehranda musiqi təhsili aldığı illərdə Qaşqay mahnı və rəqslərini nota köçürməyə başlayır. Ədəbiyyat fakültəsini bitirsə də, musiqidən uzaqlaşmır. Tehran Universitetinin Sənət (incəsənət) Fakültəsinə qəbul olunub və oranı 1978-ci ildə bitirib. Beləcə, Furud Tehranda müxtəlif musiqi alətlərinin gözəl ifaçısı və Qaşqay musiqisinin toplayıcısı kimi məşhurlaşıb. Elə buna görə də, ölkənin ən nüfuzlu incəsənət toplusu olan "Mahe nur" dərgiının araşdırıcı qrupu onunla görüşüb. Furud Görginpurla etdikləri söhbət əsasında dərgiın 1977-ci ildə nəşr edilən sayında "Qaşqaylarda musiqi" məqaləsini çap etdiriblər. Dərgi ən böyük məqaləsi olan "Qaşqaylarda musiqi" bu gün də öz aktuallığını itirməyib. Xalq musiqisindən bəhs edən araşdırıcılar qaynaq kimi Furud Görginpurun fikirlərinə dayanırlar. 123 Dərgi araşdırıcılar qrupunun Qaşqay aşıqları ilə bağlı verdikləru suala Furud Görginpur belə cavab verib: "Qaşqay aşıqlarının sayı olduqca çox idi. 1953-cü ildə el quruluşunun dağıdılması aşıqlara da ağır zərbə vurdu. Onların çoxu dolanışıq çətinliyindən, yoxsullaşdıqlarından sənətlərini, peşələrini buraxmağa məcbur oldular. Sayları gündəngünə azaldı. Hazırda on, on beş aşıq ailəsi el içində dolanır". Araşdırıcıların Qaşqay aşıqlarının Azərbaycan aşıqları ilə əlaqəsi haqqında verdikləri sualı Furud Görginpur belə cavablandırıb: "Qaşqay musiqisi xüsusi müstəqilliyə malikdir. O, başqa xalqın, elin, tayfanın musiqisinin təsirində deyil. Lakin Qaşqay aşıq musiqisi Azərbaycan aşıq musiqisilə demək olar ki, eynidir. Aşıqların musiqisi geniş yayılmış qədim musiqidir. Aşıqlar şənlik, şadlıq və qəm gətirən hər hansı bir hadisəyə münasibətlərini şeir və mahnı ilə bildiriblər. Onlar məclislərdə dastan danışmağı çox sevirlər... Qaşqay aşıqları ilə Azərbaycan aşıqları arasında müştərək mahnılar vardır. Məsələn, Qaşqay aşıqlarının Koroğlu dastanındakı şücaət, igidlik, mərdlik, qəhrəmanlıq məsələləri Azərbaycan aşıqlarının Koroğlusu ilə eynidir. Qaşqayların "Kərəm", "Məsum", "Mahmud" mahnılarını çox cüzi fərqlə Azərbaycan aşıqlarının ifasında eşitmək olar. .... "Səhər avazı", "Cəngnamə", "Məhəmməd Tahir bəy", "Samsam" mahnıları köhnə aşıq melodyalarıdır. "Koroğlu", "Mahmud və Sənəm", "Mahmud və Nigar", "Baş Xosrov", "Həlilə Xosrov", "Bisutun", "Gəraylı", "Baş gəraylı" Qaşqay aşıqlarının hazırda istifadə etdiklər mahnılar və qoşmalardır." 124 Şəkildə Furud Görginpur və xanımı Əfsanə Cahangiri Qaşqay aşıqlarından danışan Furud Görginpur deyir ki, Qaşqay aşıqları da Həmədan, Savə, Xələc aşıqları kimi çəkur, çökur dedikləri sazda çalıb oxuyurlar. Qaşqay aşıqlarından Aşıq Səyyad və Aşıq İsmayılı yüksək qiymətləndirən musiqi araşdırı cısı Ustad Samsamın, Ustad Davudun, müğənnilərdən Mahpərvizin, Məhəmmədhüseynin, Təhmuraz Kəşküllünün, Mahmud İskən-dərinin və b. adlarını çəkir. Ustad Davud haqqında deyir: "Onun adına bəstələnmiş mahnı hələ də el içərisində oxunur". Şərq musiqi alətləri ilə yanaşı Avropanın simli musiqi alətlərində də mahir ifaçı kimi tanınan Furud Görginpur 1993-cü ildə Tehranda keçirilən beynəlxalq musiqi festivalında kamança çalanlar arasında birinci yeri tutaraq mükafat almışdır. 125 2007-ci ildə dünyasını dəyişən Həbibullah xanın gəlinləri də elə bil seçilib. Furudun xanımı Əfsanə Cahangiri oxuduğu xalq mahnıları ilə yalnız Qaşqaylar arasında deyil, İranda məşhurlaşıb. Furud oğlanlarına Saba və Kavə, qızına isə Qaşqayların yaylağında olan, şəninə şeir və poemalar yazılan Dena dağının adını verib. Hər üçü də musiqi ilə məşğul olur. Furud Görginpurun hazırladığı musiqi albomlarından "Qaşqay musiqisi" (6 ədəd), "Qərib-Şahsənəm", "Koroğlu", "Türkmənsəhra", "Hicran" müəllifinə yalnız musiqiçilər arasında deyil, İranda yaşayan Türk xalqları arasında da geniş şöhrət qazandırıb. Ölkənin yönətimində aparıcı rol oynayan din xanimləri musiqini yasaqlasalar da, Furud Görginpurun anadan olmasının 70 illiyi münasibətilə 2016-cı ilin yanvarın 31-də Tehranda təşkil edilmiş mərasimə İranın məşhur musiqiçiləri ilə yanaşı, yazıçı və şairləri, siyasətçiləri də qatılıb. 2019-cu il dekabrın 31-də dünyasını dəyişən Furud Görginpurun cənazəsi 2020-ci il yanvarın 10-da Abadeh şəhərindəki ailə məzarlığında dəfn edilib. 10.01.2020 Tehran-Kiyev təyyarəsində həlak olan qaşqaylar Türk xalqlarının elmdə, mədəniyyətdə, ədəbiyyatda qazandığı uğurlardan yazmağa çalışıram. Lakin həmişə istədiyim kimi olmur, üzücü hadisələrdən də söz açmalı oluram. "525-ci qəzet"də son yazım bu ilin yanvarın 10-da çap olunmuşdu. "Qaşqay musiqisinin fədakar xadimi Furud Görginpur dünyadan köçdü" adlı məqaləmin çap olunandan iki gün öncə bu ailənin bir üzvü, Furud Görginpurun qardaşı qızının ömür gün yoldaşı Fərid Arəstə də həlak olubmuş. Həmin günlərdə bundan nə mənim xəbərim olmuşdur, nə də ailəsinin. Kanadada biologiya sahəsində doktorluq müdafiə etmiş gənc Fərid Arəstənin faciəli ölümündən 11 gün sonra xəbər tutdum. Əslində 2020-ci ilin yanvarın 8-də Tehrandan Kiyevə uçan "Boinq 737" sərnişin təyyarəsinin Xələcistanda qəzaya uğradığı haqqında 126 xəbəri elə həmin günlərdə televizyadan eşitmiş, saytlardan oxumuşdum. Orada 176 nəfərin həlak olması üzüntümə səbəb olmuşdu. Ölənlərin ruhuna fatihə oxumuş, ölü-mlərinin səbəbini qəzavüqədərə bağlayaraq özümə təsəlli vermişdim. Qəzanın səbəbini təfsilatı ilə öyrənməyə o qədər də həvəsli deyildim. Bunu həmin sahədə Qənimət Əjdəri Kəşküllü çalışanların işi sayırdım. Düşünürdüm ki, qoy öyrənsinlər, dəqiqləşdirsinlər, günahkarları cəzalandırsınlar. Bəlkə bir daha belə yanlışlıqlar olmaya. Qəzadan 11 gün sonra, yəni yanvarın 19-da Qaşqay şairi Əvəzullah Səfəri Kəşküllüyə zəng vurmuşdum. Cavab verməmişdi. Şərtləşmişdik ki, 20 yanvar şəhidlərinin xatirəsinə yazacağı şeirini mənə göndərəcək, mən də onu Bakıdakı qəzetlərin birində çap etdirəcəm. Düşündüm ki, yəqin şeiri yazıb tamamlaya bilməyib və ya şeir uğurlu alınmayıb deyə cavab vermir. Axşamüstü Əvəz-ullah Səfəridən zəng gəldi. Düşündüm ki, şeiri göndərə bilmədiyi üçün üzürxahlıq edə-cək. Səsi çox hüzünlü idi. Elə bildim 20 yanvar şəhidlərinə görə belə kövrək səslə danışır. "Hamımızın başı sağ olsun, bu faciə hamımızın kədəridir" deyə təskinlik verməyə çalışdım. Əvəzullah bəyin səsi dəyişdi: "Sizə kim xəbər verdi? Haradan oxudunuz?" - deyə xəbər aldı. Sonra da qəbiristanlığa toplaşanların çoxluğundan, ailəsinin keçirdiyi sarsıntıdan, özünün üzüntüsündən danışdı. 127 Mən onun yas ye-rindən yeni gəldiyini başa düşsəm də, kimin dəfnindən gəldiyni müəyyənləşdirə bilmədim. Söhbəti təskinlikverici sözlərlə uzatdım. Düşündüm ki, bəlkə danışığından bir ipucu tapam, kimin rəhmətə getdiyini öyrənə biləm. Elə də oldu. Əvəzullah Səfəri Xələcistan üzərində vurulan təyyarədə dörd Qaşqay gəncinin olduğunu bildirdi və Qənimət Əjdərinin məzarı başında oxuduğu şeiri söylədi. Doğmalarını itirmiş insan kimi yasa batdım. Həlak olanların kimlərdən olduqları ilə maraqlandım. Əvəzullahh bəy onunla eyni tayfadan, Kəşküllü tayfasından, qohumları Qənimət Əjdəri haqqında yanğı ilə danışdı. Bildim ki, təyyarədə həlak olanların cəsədlərinin qalığını on günə müəyyənləşdirdikdən sonra ailələrinə dəfn etməyə veriblər. Ondan dünyasını dəyişənlər haqqında mənə bilgi göndərməsini istədim. O, qırıq-sökük bilgilər versə də, yas içərisində olduğundan suallarıma geniş və aydın cavab verə bilmədi. Belə olduqda mən başqa Qaşqay tanışlarımı da işə qatmalı oldum. Onlardan öyrəndim ki, Qənimət Əjdəri Kəşküllü 1983-cü il iyilun 21-də Şiraz şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra Əhvaz şəhərindəki Çəmran Universitetinin Təbii Mənbələr Fakültəsində oxuyub. Kərəc şəhərindəki Pərdis Universitetində təhsilini davam etdirərək magistr diplomu alıb. Elmi axtarışlara böyük həvəsi olduğundan ixtisası üzrə doktoranturaya qəbul olunmaq istəyib. İmtahanlardan üçüncü dərəcə (Bu, İranda ən yüksək göstərici sayılır) ilə çıxsa da, bilinməyən səbəbdən onun yerini başqasına veriblər. Qənimət Əjdəri bir müddət Kazerun şəhərindəki Təbii Ehtiyatlar İdarəsində işləyib. Tağı Fərur ilə tanış olandan sonra Şirazdan Tehrana köçüb. Burada "Senesta" müəssisəsində işləməyə başlayıb. Az bir zamanda çalışdığı kollektivin hörmətini qazanıb. Qeyri-Hökumət Təşkilatlarında çalışaraq İranın rəngarəng ətraf mühitini qorumaq üçün əlindən gələni əsirgəməyib. Beynəlxalq konfranslarda İranı təmsil edib. 128 O, Qaşqay adət və ənənələrini araşdırıb. Dəfələrlə ağsaqqal və ağbirçəklərlə görüşüb, onlardan material toplayıb. Dövlət idarələrində hər zaman Qaşqayların hüquqlarını müdafiə etməyə çalışıb. Topladığı materiallar əsasında doktorluq dissertasiyası yazmaq, Qaşqayları, onların maddi və mənəvi mədəniyyətini tanıtmaq istəyib. Xarici ölkələrdən birində təhsilini davam etdirmək üçün imtahanlara qatılıb. Çindən ona müsbət cavab gəlib. Butun xərclərini ödəməklə doktorluq müdafiə etməsinə şərait yaradılacağı haqqında məktub alıb. Lakin bu dəvəti qəbul etməyib. Kanadanın Qolof Universitetindən aldığı dəvət isə ürəyindən olub. 2019-cu ilin avqust ayında Kanadaya gedərək təhsilə başlayıb. Üç aydan sonra valideynlərini görmək üçün Şiraza dönüb. Yanvarın 8-də isə Tehranda təyyarəyə minib ki, Kanadaya getsin, təhsilini davam etdirsin. İslam İnqilab Keşikçiləri Xomeyni aeroportundan yenicə havaya qalxan təyyarəni raketlə vuranda Qənimət Əjdəri də təyyarədə olub. Həmin təyyarədə həlak olan ikinci gənc - Fərid Arəstə olub. Onun haqqında bilgini isə Səttarxan Sərdarımillinin nəticəsi Sami bəy Qaşqay müsiqisinin inkişafında və tanıdılmasında böyük xidmətlri olan Furud, Fərhad, Qulaməli Görginpurun qardaşı oğlu Milad Görginpurdan öyrənib mənə göndərdi. 1988-ci ildə Fars vilayətinin Qaşqaylar yaşayan Abadə şəhərində doğulan Fərid Arəstə 2010-cu ildə Urmiya Universitetinin Əkinçilik Fakültəsini bitirib. Sonra Tehran Universitetinin Bağ Mühəndisliyi Fakültəsində magistr təhsili alıb. Fərid Arəstə Qaşqay musiqisinin təbliğində böyük rolu olan Qulaməli Görginpur qızı Maral ilə evlənib və Kanadanın Karlton Universitetinin doktoranturasında oxuyub. Doktorluq dissertasiyasını uğurla müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almağa hazırlaşırmış. Vətənə dönüb, ailələri ilə, dost və qohumları ilə görüşüb. Yanvarın 8-də isə Kanadaya gedirmiş ki, diplomunu alıb geri dönsün. Hazırda Ankarada təhsil alan Qaşqay gənci Əmin Cahangirinianın köməyi ilə həlak olanlardan birinin Dərəşorlu tayfa- 129 sından Məhəmmədmehdi Hüseyn oğlu Elyasi olduğunu öyrəndim. Məhəmmədmehdi 1991-ci il avqust ayının 11-də anadan olub. 2010-cu ildə Tehrandakı Sənəti Şərif Universitetinnin Makina Mühəndisliyi Fakültəsini bitirib. 2015-ci ildə Kanadaya təhsilini davam etdirməyə gedib. Təyyarədə həlak olan Qaşqaylardan dördüncünün kim olduğunu müəyyənləşdirə bilmədim. Allah həlak olanların hamısına rəhmət etsin, yerləri cənnətlik olsun! 24.01.2020 Əmin ürəyimizdən keçənləri deyirdi Konsert salonunda gənclər bizi dərnəklərinə dəvət edirdilər ki, oturub dərdləşək. Qaşqayların üç aydan bir nəşr etdikləri "Gün açmaq" dərgisinə də dəvət etdilər. Dərgi yalnız Qaşqay dilində şeirlər, hekayələr və məqalələr nəşr etməklə qalmır, həm də ziyalıların toplantı mərkəzi rolunu oynayır. Bəziləri bizi həvəsləndirirdilər ki, yaylaq mövsümü başlayıb, yaylaqlara gedək, buz bulaqlardan su içək. Bəziləri daha gözəl konsertlər təşkil edəcəklərini vəd edirdilər. Folklor həvəslisi olduğumu bilənlər nənəsi, babası nağıl, bayatı, dastan, tapmaca söylədiyini deyirdi. Bizim geri dönüş biletimiz olduğunu deyəndə, onu dəyişməyi təklif edənlər də olurdu. Onların təkliflərinə müsbət cavab verə bilmədiyimizi gördükdə isə Əmin bəyə hirslənirdilər ki, nədən qonaqların gəldiyini öncədən bizlərə deməmişdin. Əmin bəy də tənələrdən yaxasını qurtarmaq üçün bizim fikrimizi öyrənmədən deyirdi: "Gedirlər, yenə gələcəklər. Uzun müddət Qaşqay ellərini gəzəcəklər". Əmin əslində bizim ürəyimizdən keçənləri deyirdi. İstəklərimizi reallaşdırmağa görək, ömür vəfa edəcəkmi?! Qaşqay toyu Bizi Şirazda gəzdirən, evində qonaq edən Əmin Cahangirinia bir neçə dəfə təkid etdi ki, bacısının toyunda iştirak edək. Əmin 130 bəyin təklifinə bacısı, anası, atası da qoşuldu. Toy avqustun 9-da olacaqdı. Əminə deyə bilmirdim ki, toylara getməyə nə həvəsim qalıb, nə da halım. Musiqi insanın ruhunu oxşamalı, ona zövq verməli olduğu halda, bizim Şadlıq saraylarında səsi o qədər gurlaşdırırlar ki, başqalarını deyəmmərəm, mən o səs-küyə dözə bilmirəm. Ona görə də, yarım saatdan, qırx beş dəqiqədən bir özüm üçün fasilə elan edib ya foyeyə çıxır, ya da Şadlıq sarayının həyətində gəzinirəm. Necə deyərlər, toylara əylənmək, dincəlmək, istirahət etmək üçün deyil, mənəvi borcumu yerinə yetirmək üçün yarıkönül gedirəm. Şadlıq saraylarında o qədər hay-küy olur ki, uzun müddət görmədiyin qohumundan, dost-tanışından hal-əhval da tuta bilmirsən. Toyları uşaqlıqda sevərdim. Elə ki yeniyetmə oldum, yavaş-yavaş bu məhəbbəti suallar əvəzləməyə başladı. Toy sözü eşidən kimi gözümün önünə birinci növbədə sərxoş kişilər, dava-dalaş, qanqaraçılıq gəlirdi. Məndə sual doğurdu: nədən adamlar bu qədər içir? Nədən sənin sakit, ağıllı, mədəni adam kimi tanıdığın insanlar, hətta müəllimlər belə boş-boş, gəvəzə danışır? Nədən birinin sözü o birinin boğazından keçmir? Nədən oynamaq üstündə dalaşırlar? Şənlik üçün toplandıqları halda qanqaraçılıqlar nədən baş verir? Bəzən dava-qalmaqal o qədər böyüyürdü ki, iş polisə gedib çıxırdı. Dalaşanlar, bir-birinə anabacı söyüşü edənlər üç-beş gündən sonra barışır, heç nə olmamış qadının, qızın gətirib qarşısına qoyduğu çayı içir, xörəyi yeyir, hələ gülə-gülə onlara tərif, xoş sözlər də deyirdilər. Cahangirinialar ailəsinə qəti bir söz deməsək də, içimdə qərara aldım ki, imkan olsa, bu toyda iştirak edim. İmkan deyəndə vaxt məsələsini nəzərdə tutmurdum. Toy münasib vaxta - xanımımın da, mənim də Mezuniyyət günlərimə düşürdü. Qorabişirən ayda Şirazın istisinə dözəcəkmiydim? Sağlığım neçə, buna imkan verəcəkmiydi? Gərək Bakıya dönəndə bunu həkimimlə məsləhətləşəydim. Bu işin bir tərəfi idi. İkinci bir məsələ xərclər idi. Bakıdan Şiraza 1500-1600 kilometrlik bir məsafəni necə getməliydim ki, ailə büdcəmizə uyğun gəlsin. Tehran və ya Təbrizə getmək, oradan da 131 Şəkildə soldan: Əli Şamil, Pərvin Bəhməni, Sami Sərdarimilli, Əzizə Şamil. Arxa sırada Pərvin xanımın gəlini Nazənin Şiraza uçmaq daha rahat variant idi. Onun da bilet qiymətləri bizim ailə büdcəsinə görə deyildi. Bakıdan toya əliboş getmək olmazdı. Gərək gənc ailənin evinə cehizlik bir hədiyyə də alaydıq. Onun qiymətindən çox necə aparacağımız məni düşündürürdü. Aldığın yeni bir əşyanı kömrükdən keçirmək mümkün olacaqdımı?! Kömrük işçisini necə razı salmaq olardı ki, bunu satmağa deyil, toya hədiyyə aparıram. Kömrük işçiləri bəzən elə inadkarlıq edirlər ki, ya gərək aldığın əşyanın qiymətindən çox ona pul verəsən, ya da elə oradaca atıb gedəsən. Şirazda tanış olduğumuz Cəfər Eyvəzi ilə internetdə danışıb məsləhətləşdim. O dedi ki, bu yaxınlarda mən də Bakıdan gəlmişəm. Kömrükdə bizim də başımız ağrıdı. Elə bir bahalı və keçirilməsi yasaq olan şey almamışdıq. Xatirə üçün, dost-tanış üçün hədiyyələr almışdıq. Onlar Bakının mağazalarında satılır. Bizdən tələb edirdilər ki, gərək mədəniyyət nazirliyindənmi, ha- 132 radansa kağız alaydıq ki, bu aldıqlarımız tarixi əhəmiyyət daşımır. Kömrük işcilərinə anlada bilmədim ki, onda İçərişəhərin küçələrinə səpilmiş, az qala xarici turistlərə zorla satılan tarixi əşyaların satışına niyə qadağa qoymursunuz? Turist nə bilsin ki, açıq satışda olan əşyaları aldıqdan sonra hansısa idarəyə gedib oradan sənəd almalıdır ki, "bu əşyanın tarixi əhəmiyyəti yoxdu". Biz, Allaha şükür ki, İçərişəhərdə köhnə-küşkül satanlardan heç nə almamışdıq. Yenə başımız ağrıdı. Yaxşısı budur pul gətir, burada birlikdə cehizlik hədiyyə seçərik. Toya hədiyyə seçmək məsələsini də belə həll eləmiş olduq. Qaldı mənəvi məsələ. Yəni dost-tanışın tənəsi. Bilsələr ki, biz ailəliklə Şiraza, heç bir qohumluq əlaqəmiz olmayan, təsadüfən tanış olduğumuz bir adamın baçısının toyuna gedirik, onda gəl giley-güzarın qarşısını al görüm, necə alırsan. Deyəcəklər qohumuq, 50-60 ilin tanışıyıq Bakıda, Azərbaycanın rayonlarında olan toya gəlmir, gör Şiraza necə gedir?! Düzünə qalsa, Şiraza toya getmək məsələsi maddi yöndən də önəmli idi. Qohumların, dostların, tanışların nə deyəcəyini göz önünə alaraq qərara aldım ki, başqa bir əngəl çıxmasa toya gedək. Bu qərara gəlməyim də səbəbsiz deyildi. Şirazda olarkən görmüşdüm ki, oradakı Qaşqaylar bizimlə bir soydan olsalar da, bir dildə danışsalar da, Azərbaycan Respublikası haqqında təsəvvürləri ya heç yoxdur, olanlarınınkı da çox bəsitdir. Azərbaycandan Şiraza gedənlərin çoxu da ticarət, az qismi müalicə üçün getdiyindən Qaşqaylarla çox ilgilənə, onlarla oturub-dura, xeyir-şərlərində iştirak edə bilmirlər. Qaşqay ailələrində olduğum, onlarla söhbət etdiyim zaman bəzən özümü Göyçədə hiss edirdim. Qadınlar qış vaxtı çəpkənin üstündən geydiklərinə nimtənə, başlarına örtdüklərinə dəsmal, kişilər köynəklərinin üstündən geydikləri paltara arxalıq, çılıqqa, alt paltarına işdan (iç don), yun çırpmaq üçün işlətdikləri çubuğa da şüy deyirlər. Bizdə bu sözlər arxaikləşərək ya mahnı və bayatılarımızda, ya da köhnə kitablarımızda qalıb. Halbuki, on- 133 ları bu gün də işlətmək olar. Belə arxaikləşmiş sözlərimizi aktivləşdirsək, nəinki Qaşqaylarla, Türk xalqlarının çoxu ilə dil yaxınlığımızı daha da artırarıq. Düşünürdüm ki, toyda 100-200 adam olar. Onlar da toya Azərbaycandan da qonaq gəldiyini bilər. Azərbaycanı tanımayanlar maraqlanıb öyrənər. Tanıyanlardan da bəzisi fikirləşər ki, Bakıdan buraya toya gəlirlərsə, biz niyə oraya gəzməyə, toya getməyək. Beləcə, əlaqələrin genişlənməsinə kiçik də olsa, bir təkan olar. Bizim Şiraza birinci səfərimizdən heç bir ay keçməmiş Cəfər Eyvəzinin xanımı və oğlu ilə Bakıya gəzməyə gəlməsi məndə bu fikri oyatmışdı. Xeyirlə şər qardaşdı Avqustun 4-də Təbrizdə Həsən Azərbaycanın qırxı idi. Onun dəfninə gedə bilməmişdim. Ömrünü vətən və millət yolunda xərcləmiş bu insanın qırxında iştirak etməyi özümə mənəvi borc bilirdim. Bunun üçün qırx mərasimindən bir neçə gün öncə Təbrizə getdik. Dost-tanışla görüşdük, dərdləşdik. Qırx mərasimində iştirak etdik. Ailəsinə başsağlığı verdik. Mən çox üzüldüm ki, nədən Azərbaycan Respublikasının Yazıcılar Birliyindən, Bəstəkarlar Birliyindən və b. təşkilatlarından yas mərasiminə gedənlər olmadı? Yasa gələnlərin çoxu bizim gəlişimizi yüksək dəyərləndirirdi. Çoxu da heç mənim adımı, soyadımı bilmirdi. İftixarla onu deyirdilər ki, Həsən Azərbaycanın qırx mərasiminə Bakıdan da gəliblər. Bunu vətən və millət üçün omür xərcləyənlərin xatirəsinin Bakıda da əziz tutulduğu kimi qiymətləndirirdilər. Xeyirlə şər qardaşdır deyiblər. Həsən Azərbaycanın qırxından sonra Şiraza toya getməyin ucuz variantını axtaranda Səttərxanın nəticəsi Sami bəy dadımıza çatdı. Dedi, Tehrana getməliyəm. Gəlin mənim maşınımla Tehrana gedək. Orada azacıq bir işim var. Mən onu görüm. Gecəni Siyaməkin (Saminin qardaşı-Ə.Ş.) Tehrandakı evində qalaq. Səhəri də təyyarənin ilk 134 reysləri ilə Şiraza uçaq. Təklif bizim üçün göydəndüşmə oldu. Razılaşdıq. Sami bəy bilgisayarla Tehran-Şiraz təyyarəsinə özünə də, mənə də, xanımıma da gediş-dönüş bileti aldı. Beləcə, Qaşqay toyuna gedişimiz nəinki reallaşdı, hətta bir bələdçi də qazanmış olduq. Təbriz-Tehran yolunda Saat 12-də Sami Sərdarimilli Təbrizdəki işlərini bitirdi. Onun maşınına əyləşib Tehrana doğru yola çıxdıq. Yeni TəbrizTehran yolu boz təpələrin arasından keçir. Yaşıllıq gözə az dəyir. Hərdən çay boyunca bitmiş yulğun kolları bu yerləri bir az canlı göstərir. Yolboyu kəndlər təkəmseyrək görünsə də, qarpızyemiş satanlar çardaqlar və balaca bir şəlalə quraraq məhsullarını satırlar. Bunun özü də yaxşı bir haldı. Yolda birisi dara düşərsə, köməyə ilk yetişən onlar olurlar. Yol rahat olduğundan o qədər də yorulmamışdıq. Buna baxmayaraq, Sami bəy Zənganın çıxışında maşını saxladı. Zənganın darçın çayını da bərk təriflədi. Yoldan keçənlərin çoxu dayanıb çay işir, bir az dincəlirdi. Biz də "Palaza bürün, elnən sürün!" məsəlinə əməl elədik. Çayxana-bufetdə əyləşdik. Darçınlı çay, yanında da plastik çubuğa hopdurulmuş zəfaranlı nabat gətirdilər. Sami Sərdarimillinin çubuğa hopdurulmuş zəfəranlı nabatı çayda tam əritmədiyi diqqətimi çəkmədi. Şirin çaydan xoşum gəlməsə də, zəfaranlı nabatı axıradək çayda əridib içdim. Sonuncu dəfə 55, bəlkə də 60 il öncə yediyim yumurta kababı da diqqətimi çəkdi. Biz yumurtanı közdə, küldə bişirəndə ona yumurta kabab deyirdik. Burada isə yumurtanı qızdırılmış çay daşlarının arasında bişşirirlər. Ac olmasam da, uşaqlıq xatirələri məni yumurta kababı yeməyə həvəsləndirdi. Satıcı çox çəld lavaşı araladı, soyduğu yumurtanı lavaşın arasına qoydu, üzərinə duz, istot, kərə yağı qoyaraq dürmək tutub bizə verdi. İstəyənlərə yumurta ilə birlikdə soyutma kartof da verirdi. 135 Öncə iştahı olmadığını söyləyən xanımım bizim pəhəpəhlə yeməyimizi görüb payıma şərik oldu. Sonra da gülərək: "Dadı suda bişirilmiş soyutma yumurtadan o qədər fərqlənməsə də, reklamınız çox güclü oldu. Sizin reklamınız sayəsində mən də yumurta kababı yemiş oldum, - dedi. Tehrana doğru yola çıxanda artıq mənim də, xanımımın da qan təzyiqinin yüksəldiyini hiss etdik. Sami Sərdarimilli gülərək: "Mən sizin zəfəranlı nabatı darçınlı çayda tam əridib içdiyinizi gördüm, utandım deyəm ki, təzyiqinizi yüksəldər. Zərər yoxdur, yolda limon, qatıq alarıq, təzyiqiniz normallaşar". Sami bəyin tibb işçisi olması burada da dadımıza çatdı. Olcaytu Xudabəndə Türbəsi Zəngandan Tehrana yola düşəndə sağda Olcaytu Xudabəndə Türbə-si görünür. Ana yoldan 25-30 kilo-metr aralıda olan abidənin gümbəzinə batmaqda olan günün şuaları düşdüyündən daha əzəmətli görü-nürdü. Sami bəy gözümüzü Olcaytu Xudabəndə Türbə-sindən çəkə bilmə-diyimizi görüb maşını sağa döndərir. Zəngandan Sultaniyyəyə doğru gedən yolu 10-12 kilometr geridə qoysaq da, itirəcəyimiz vaxta heyfsilənmirik. Əksinə, sevinirəm ki, nə yaxşı bu möhtəşəm abidənin yanından laqeyid keçmədik. Günəş hələ batıdakı sıra dağların arxasına çəkilməyib. Günortanın istisi, bürküsü azaldığından hava təmizdir. Sultaniyyə yə yaxınlaşdıqca Olcaytu Xudabəndə Türbəsi daha əzəmətli və arxasındakı sıra dağlardan uca görünür. Halbuki dağlar dəniz səyiyyəsindən ən azı 800-1000 metr uca idi. Elxanilər zamanı - 1312-ci ildə tikilmiş bu möhtəşəm abidə haqqında şairlər də, publisistlər də, səyyahlar da, memarlıq tarixini öyrənənlər də çox yazıblar. Memarlıq tarixi araşdırıcılarının Naxçıvan-Mara ğa memarlıq məktənə daxil etdikləri bu abidə UNESKO-nun Dünya Mirası siyahısına daxil edilib. Araşdırıcıların fikrincə, Olcaytu Xudabəndə Türbəsi Florensiyadakı Santa-Mariya del Fiore Baş kilsəsindən daha əzəmətli və zərifdir. 136 Olcaytu Xudabəndə Türbəsi haqqında çox yazıldığından onun gözəlliyinə, əzəmətinin təsvirinə vaxt ayırmırıq. Binada təmir işləri gedirdi. Böyük bir nisgillə, içimdəki sızıltı ilə türbəni ziyarət edirik. Elxanilərin saldığı Sultaniyə şəhəri bir zaman bəzəkli bir tovuz quşunu xatırladırmış. İndi o gözəllikdən, əzəmətdən əsər-əlamət qalmayıb. Zaman onu yoluq cücəyə döndərib. Kiçik qəsə bə indi-indi dirçəlməyə başlayır. Türbəni ziyarətdən çıxarkən yaxınlıqdakı dükandan içməyə su almaq istədik. Bu zaman yanımızdan keçməkdə olan 13- 14 yaşlı velesopedli oğlanlar danışığımıza maraq göstərdilər. Mənim üçün də onların ləhcəsi maraqlı idi. Ona görə də, həvəslə suallarına cavab verdim. Azərbaycan, Bakı haqqında az-maz da olsa bilgiləri vardı. Belə anladım ki, televizyia öz işini görür. Türkiyə Türkləri ilə Azərbaycan Türklərini danışıqlarına görə bir-birindən fərqləndirə bildilər. Necə oldusa biri gözləmədiyim halda biz Türk deyilik, təmiz qanlı Ariyik dedi. Maraq məni bürüdü ki, biz kimin hansı millətdən olduğu mövzusunda söhət etməmişdik. Mən ondan soruşmuşdum ki, sizin ata-babanız Sultaniyyə Zəngan yaxınlığındakı Olcaytu Xudabəndə Türbəsi önündə 137 şəhərindəndir, yoxsa ətraf kəndlərdən gəlib. Onların könlünü qırmamaq xatirinə kiçik hədiyyələr verdim və dedim: "Kim babalarının hansı tayfadan olduğunu bilsə, ona beş dollar verəcəm". Uşaqlardan biri həvəslə sualıma cavab vedi. Mənim babalarım Afşar tayfasındandır dedi. Mən də vədimə əməl etdim və təkrar soruşdum: "Avşarlardamı Aridir, yoxsa onlar Türkdülər?" Xorla cavab verdilər ki, bəli, Avşarlar Aridirlər. Mən onlaraın doğru demədiyini üzlərinə vurmadan Olcaytu Xudabəndə Türbəsi haqqında nə bildiklərini xəbər aldım. Ötəri cavab versələr də, belə gözəl bir sənət əsərinin onların qəsəbəsində olması ilə qürur duyduqlarını sifətlərindən oxudum. "Bilirsinizmi, bu türbəni Arilər deyil, sizə vəhşi kimi tanıdılan Moğollar tikdiriblər"- deyəndə heyrətlə üzümə baxdılar. Onları qınamadım. Bir zamanlar bizə də Monqollar vəhşi, qaniçən, yıxıb-dağıdan, daşı-daş üstündə qoymayan işğalçı kimi tanıdılırdı. Universitetdə oxuduğumuz illərdə bir dəfə "Azərbaycan tarixi" fənnindən dərs deyən Lətif Əsgərovdan xəbər aldıq ki, müəllim, neçə olur, Səlcuqlar, Moğollar yırtıcı, qəddar, dağıdıcı, hər şeyi məhv edən kimi təqdim edilir, kitabın elə həmin fəslinin mədəniyyət bölməsində isə oxuyuruq ki, ən əzəmətli abidələr, gözəl şəhərlər onların zamanında tikilib, kanallar, yollar, kəhrizlər çəkilib, elm və mədəniyyət inkişaf eləyib? Lətif müəllim təmkinlə başını yırğalayaraq "İmtahan suallarına cavab verib, qiymət alanacan fəslin əvvəlində yazılanları yadda saxlayın, imtahandan sonra, ömrünüzün sonunadək fəslin sonunda yazılanı"-dedi. Uşaqlarla söhbətim Bakıdan uzaqlarda mənə Lətif Əsgərovu xatırlatdı. Onun ruhuna fatihə oxudum. Düşündüm ki, görəsən bu yeniyetmələrin də qarşısına Lətif Əsgərov kimi müəllimlər çıxacaqmı? Çıxsa belə, onlar deyilənin mənasını anlayıb yadda saxlayacaqlarmı?! Hətta onu yadda saxlamayıb başqa qaynaqlarda Türklər haqqında yazılanları oxuyub həqiqəti biləndə, onları aldadan insanlara, rejimə qarşı üsyan qaldırmayacaqlarmı?! Nədən bəzi müəllimlərimiz, valideynlər, və- 138 zifə sahibləri uşaqlara və yeniyetmələrə qarşı saxtakarlıq edir, yalan danışır, həqiqətləri onlardan gizlərdilər? Uşaqlar da böyüyəndə onlara hörmət və ehtiram göstərməyəndə inciyib, gileylənirlər! Qəzvin kalahı Sultaniyyədən ana yola çıxıb Tehrana doğru irəliləyirik. Sami Sərdarimilli maşını bir də Qəzvinə çatanda saxladı. Yolun qırağında salafon örtüklərin üzərinə bizim parnik xiyarı kimi tanıdığımız uzun xiyarlar tökülüb satılırdı. Asfalt yoldan qalxan toz, maşınların tüstüsü onun üzərinə hopsa da, yoldan keçənlər böyük həvəslə alırdılar. Xiyar alanlar təkəmseyrək deyildi. Mən təəccübümü gizlətməyərək Sami Sərdarimillidən xəbər aldım: "Nədən adamlar xiyarı bazardan, səliqə-səhmanlı bir yerdən almır, böyük həvəslə buradan alırlar?" Sami dedi ki, bu xiyara kalah deyilir, İranda Qəzvindən başqa yerdə kalaha rast gəlməzsən. Şəhər bazarında olsa da, əsas satış yeri buradır. Ölkənin müxtəlif yerlərindən gəlib buradan keçənlər şəhərə dönüb kalah almırlar. Mövsüm boyu gecə-gündüz buradan alıb gedərlər." Biz də bir kilo kalah alıb yolumuzu davam etdik. Təkəbbürün fəsadları Gün batanda Tehrana çatsaq da, gur şəhərdə gedəcəyimiz ünvana çatmaq üçün maşınların tıxacında 2 saata yaxın vaxt itirdik. Saminin qardaşı Siyamək iş adamıdır. Buna görə gah Tehranda, gah da Təbrizdə olur. Tehrandakı evində az-az olurlar. Ona görə də, qohumları bu evdən düşərgə kimi istifadə edir. Xarici ölkələrdə səfərə çıxanlar da, səfərdən qayıdanlar da burada dincəlirlər. Evdə bir az rahatlanıb, nəfəsimizi dərdikrən sonra axşam gəzintisinə çıxmağı qərara aldıq. Evdən o qədər də aralanmamışdıq ki, kücənin qarşı tərəfində uzun bir növbə gördüm. Təbrizə, Tehrana gəldiyim 28-29 ildə belə bir növbə görməmişdim. Sami ayaq saxlayıb diqqətlə növbəyə baxdığımızı gördükdə "Bilirsinizmi nəyin növbəsidir?" - deyə xəbər aldı. Diqqətimi sə- 139 kidəki adamlardan çəkmədən "Onu müəyyənləşdirmək istəyirəm, ancaq bacarmıram." - dedim. Növbə çox ağır irəliləyirdi. Hətta növbədə dayanan adamların kitab oxuyanı, telefonla oynayanı da var. Amma heç biri tələsənə oxşamır, narahat da deyillər, içəridən də ikibir-üçbir çıxırdılar. Çıxanların da əllərində heç nə yox idi. Sami Sərdarimilli gülərək: "Gəlin gedək, nə qədər baxsanız da, nə üçün növbəyə durduqlarını müəyyənləşdirə bilməyəcəksiniz. Bir dəfə balalarımın və xanımımın güdazına gedib 4-5 saat o növbədə mən də durmuşam. Növbə yəqin ki, gecə saat 2-3-də sona çatacaq. Bura bir restorandır. Nə elə bir dadlı yemək verilər, nə də başqa bir xüsusi əlaməti var. Sadəcə, güclü reklamı var. Çoxları da bu restoranda olduqlarını söyləməklə özlərini başqalarından üstün tutmağa çalışır. Mənə görə, bura özünü başqalarından üstün tutanların restoranıdır. Ona görə qiymətlər də olduqca bahadır. Bakıdakı sıradan bir restoranın daxili tərtibatı da bundan yaxşıdır, yeməklərin keyfiyyəti də. Elə Təbrizdə də. Amma Təbrizdə görürsən ki, təkəbbürlə deyirlər ki, Tehrandakı filan restoranda olmuşuq". Bunu təbii saydım. Bakıda da, Moskvada da, Tbilisidə də bir zamanlar belə məşhur restoranlar vardı. Bizimkilər Moskvada, Tbilisidə rüşvət verib növbədənkənar həmin restoranlara necə girdiklərini qürurla dost-tanış yanında danışırdılar. Sanki ətrafındakılara yandıq-qındıq verirdilər. Oradan az aralanıb münasib bir yer axtardıq ki, oturub dondurma yeyək, meyvə suyu içək. Hava olduqca isti idi. Kafeterilərin qarşısındakı stullarda əyləşib şam edənlər, dondurma yeyənlər, su içənlər çox idi. Onlar səkidən keçənlərə mane olduqlarına, tez-tez yoldan keçənlərin onlara toxunmalarına əhəmiyyət vermədən dincəlir, istirahət edirdilər. Bir xeyli getdikdən sonra nisbətən sakit, örtülü, kiçik və darısqal bir kafedə əyləşdik. İstəyimizə uyğun meyvə suyu və dondurma gətirdilər. Yadıma keçən dəfə Şirazdan geri dönəndə Hədiyyə Əhmədinin bizi qonaq etdiyi kafe düşdü. Alcaq binaların arasında üstü açıq bir yerdə təşkil edilmiş kafe qeyri-adiliyi ilə 140 seçilirdi. Qarsonların geyimləri də, görünüşləri də bir-birinə bənzəmirdi. Onlar elə bil qədim dövrlərdən bəhs edən filmlərdəki aktyorları xatırladırdılar. Birinin çoban papağını xatırladan qara, qıvrım saçları kürəyinə və sifətinə dağılmışdı. O birinin kətana bənzər paltarından sallanan qotaz az qala ayağına dəyirdi. Ölkədə qadınlara başörtüyü yasağı qoyulsa da, buradakı qızın başı eləydi ki, bilmirdin, öz saçlarıdı belə günə qoyublar, yoxsa parikdi. Müştərilərin əksəriyyətinin geyimi, saçı-saqqalı qarsonlarınkından o qədər seçilmirdi. Hədiyyə Əhmədi dedi ki, bunların əksəriyyəti rejimdən narazı olanlardır. Özlərini modern sayan, bu ölkəyə, bu mühitə sığışmadıqlarını bildirən gənclər 2000-2500 il öncəki Perslərin geyimini uyğunlaşdırıb geyinərək buraya gəlirlər. Buna təbii və normal baxdım. Böyük şəhərlərdə özlərini fərqləndirmək istəyənlərin belə qruplaşmalarını görməyə alışmışam. Maşını küçədə saxlayanda Gecə saat 24-ü keçəndən sonra evə gəlib dincəldik. Sami planlayırdı ki, maşını evin qarşısında, küçədə qoyub Şiraza getsin. Mən narahatlığımı bildirdim. Dedim ki, oğurlayarlar, vurarlar, cızarlar, şüşəsini qırarlar. Gəl maşınla hava limanına gedək, maşını oranın pullu dayanacağında saxlayaq, Özümüz də rahat gedib-gələk. Sami təklifimi bəyəndi. Gülə-gülə dedi ki, ağamgil (atası Səttarxanı nəzərdə tutur - Ə.Ş.) maşını Siyaməkin evinin qarşısında küçədə saxlayıb İndoneziyaya gəzməyə getmişdilər. Bir də baxıblar İrandan zəng gəldi. Zəng vuran deyir ki, bələdiyyə işçisidir. Polisin köməyi ilə, nə zülümlə sizin telefonunuzu əldə eləmişik. Gəlin maşınınızı təcili buradan götürün. Yolu asfaltlayırıq. Ağam da deyib ki, biz Tehranda deyilik, İndonezyadayıq. Bələdiyyə işçiləri qaldırıcı çağırıb ağamın maşınını yükləyərək başqa yerə aparıblar. Ağamgil geri dönəndən sonra gedib maşını nə zülmlə tapıb Təbrizə qayıtmışdılar. 141 Şiraza doğru Səhər tezdən Saminin maşını ilə Mehrabad hava limanına yola düşdük. Ölkə daxili uçuşların hava limanı şəhərdən o qədər də uzaqda deyil. Xarici ölkələrə uçan təyyarələrin hava limanı isə şəhərdən 50-60 kilometr aralıdadır. Belə uzaq olmasına baxmayaraq, sərnişinlərin ucuz qiymətə gedib-gəlmələri üçün şərait yaradıblar. Metronun hava limanınadək işləməsi isə ən təqdirəlayiq haldır. Maşını oranın çoxmərtəbəli qapalı dayanacağında qoyub Şiraza uçan təyyarəyə mindik. Şirazda qarşılayanlara baqaj qəbulu bölməsinədək gəlməyə icazə verdikləri halda, maşınlarını hava limanının qarşısına gətirməyə icazə vermirlər. Hava limanının giriş-çıxış qapısından 100-150 metr aralıda bir dairə var. Qarşılamağa gələnlər maşınlarını orada saxlaya bilərlər. Əmin Cahangirinia da qaydalara əməl edərək baqaj bölməsinə kimi gəlib yüngül səfər çantanızı alır. Maşınının yanına gələnədək Türkiyədən də qonağı olduğunu, qonağın Ankaradakı Hacı Bayram Universitetində işlədiyini söyləyir. Maşına çatanda gördük ki, havanın istisindən qonaq tər tökür. Tanış olduq, professor Nurəttin Parıltı iqtisadçı alimdir və Türk dünyasında yaxşı tanınır. Türk xalqlarının əlaqələrinin genişlənməsi üçün də böyük işlər görüb. Biz maşına minəndə Əmin dedi ki, Qaşqaylar qonağı adətən evlərinə apararlar. Evə aparmasalar, bu, qonağa hörmətsizlik sayılar. Üzr istəyirəm ki, sizi evimizdə qonaq edə bilməyəcəyəm. Evimiz arı yuvasını xatırladır. Dayılarım ailələri ilə gəliblər, bizdə qalırlar. Toya görə qohumlar, tanışlar evimizə gəlib-gedirlər. Orada dincələ bilməzsiniz. Ona görə, sizə şəhərin mərkəzində, qədim şəhərdə hotel kirələdim. Biz incimək əvəzinə Əminə təşəkkürümüzü bildirdik. Hotelə gələndə bildik ki, Nurəttin Parıltı da burada qalır. Bizdən bir gün öncə gəlib. 142 Köhnə Şiraz Şiraz köhnə məhəllələri, dar küşələri ilə bizim İçərişəhəri xatırladır. İçərişəhərdə binalar daşdan tikilib, Şirazda isə qırmızı kərpicdən. Divarları da gəclə suvanıb. Hotel geniş və müasir deyildi. Qədim evləri alıb təmir edərək hotelə uyğunlaşdırıblar. Ona görə də, hotelin administirasiyası olan bina ilə Nurəttin bəyin qaldığı otağın arası 200-300 metr olardı. Oradan da bizim qalacağımız binaya 100-150 addım getmək lazım gəlirdi. Balaca, səliqəli otaqların görünüşünü, həyətinin quruluşunu olduğu kimi saxlayıblar. Maşın isə yalnız hotelin administrasiyası olan binanın qarşısınadək gəlir. Dar və döngəli küçələri keçib qaldığın yerə gedib-gəlməyin özü bir hünərdi. Bir dəfə biz o qarışıq küçələrdə azdıq. Sonra diqqətli olduq ki, bir daha azmayaq. Hoteldə yerli qonaqlara demək olar rast gəlmədik. Əsasən Avropadan gələnlərdi. Qadınların başlarının örtüyündən bilinirdi ki, bunlar bu yerlərin adamları deyil. Əmin bəyi dilə tutub evlərinə göndərdik ki, toy hazırlığında valideynlərinin yanında olsun. Biz haraya gedəcəyimizi ona izah etdik. Cəmi üç ay öncə burada olduğumuzdan turistik məkanlarını, məşhur restoranlarını tanıyırdıq. Burada tərcüməçiyə o qədər ehtiyac duymasaq da, Fars dilini gözəl bilən, işi ilə əlaqədar bir neçə dəfə Şirazda olmuş Sami Sərdarimilli yanımızda idi. Bir-iki saatlıq istirahətdən sonra hava isti olsa da, şəhərə gəzməyə çıxırıq. Ötən gəlişimizdə getdiyimiz Hafizin və Sədinin məqbərələrini gəzib geri döndük. İkinci gün Gülüstani-İrəmi və başqa muzeyləri gəzdik. Onlar haqqında öncəki yazımızda bilgi vermişdik. Əminin bacısının toyunda Avqustun 9-da Əmin bəy saat 17-də atasının maşını ilə gəldi ki, bizi Səhər Cahangirfam ilə Ehsan Sultanfərdin toyuna aparsın. Mən deyəndə ki, nədən atanın maşınını gətirdin, ona maşın daha çox lazım olacaq, biz taksi ilə gedərdik. Əmin əminliklə 143 cavab verdi ki, bacılarımın maşını atamın ixtiyarındadı. Qohumlar da maşınla gəliblər. Atamın bu maşına ehtiyacı qalmayıb. Biz maşına əyləşib şəhərin batısına doğru yola düşdük. Kiçik bir dağ aşrımına çatanda Əmin maşını saxlayıb 1940-cı illərdə Qaşqayların İngilislərlə savaşdığı yerləri göstərdi. Böyük həvəslə Qaşqay atlılarının İngilislərin topla, pulemyotla silahlanmış nizami ordusunu necə darmadağın etdiklərindən söz açdı. Maraqlısı odur ki, Qaşqaylar danışanda həmişə qələbələrini vurğulayırlar, məğlub olduqlarını yada salmırlar. Fakt budur ki, həmişə onlar qalib gəlmiş olsaydılar, İngilislər gəlib bu yerləri tuta bilməzdilər. Toy Siyax-Darinqun kəndində olacaqdı. Yolboyu kiçik bağ evləri, bağları damcılı suvarma üçün qurulmuş çənlər diqqəti şəkirdi. Əmin bəy bildirdi ki, bir zaman buralar Qaşqayların qoyun sürülərinin otlaqları idi. Yol boyunca bağlar yox, yaşıllıq adında aluc (yemişan) kolları və təkəmseyrək ağaclar olardı. Elə ki yeraltı suları üzə çıxarmaq üçün artezian quyuları dəbə mindi, şirazlılar da Qaşqaylardan otlaqlarını ucuz qiymətə alıb özləri üçün bağ-bağça saldılar. Havalar istiləşən kimi şəhərin yarısı ailəsini buraya köcürür. Şəhərdən təxminən 50 kilometr aralıda yerləşən, Şirazın mərkəzi bəxşinə (rayon) bağlı olan Siyax-Darinqun kəndində 10 mindən çox adam yaşayır. Toy da kiminsə həyətində deyil, bağda keçirilirdi. Burada bizdə olduğu kimi, bağlarda böyük villa tikildiyini görmədim. Varlı adamlar da bağlarında yağışdan, gündən qorunmaq üçün balaca və yüngül evlər tikirlər. Toy üçün hazırlıq görülmüş bağın kiçik darvazasından içəri girəndə əlvan və şux rəngli parçalardan uzun milli paltar geyinmiş bir dəstə qadın və qız qarşımıza gələrək hər iki əllərindəki rəngli yaylıqları oynadıb ağızlarında lololo-nu xatırladan səslər çıxardılar. Bu səs mənə doğma idi. Uşaqlıqda görmüşdüm ki, yaylaqda toy edəndə qadınlar belə səslərlə məclisi rövnəqləndirirdilər. Amma kənddə toy olanda qadınlar belə etmirdilər. 144 Sonralar bu səsi mən Uyğurustanda, Qazaxıstanda, Özbəkistanda və Türkiyədə də eşitdim. Amma 60 ildən çoxdur Azərbaycanda qadınların toylarda, şənliklərdə belə səsləndiklərini görməmişəm. Güney Azərbaycanda (və Quzey Azərbaycanın da bəzi rayonlarında) toyda qadınlarla kişilər bir yerdə olmurlar. Necə deyərlər, kişi toyu ayrı olur, qadın toyu ayrı. Öncədən bilirdim ki, Qaşqaylarda əksər elatlarda olduğu kimi, toylarda da qadınlarla kişilər bir yerdə olur. İran İslam İnqilabı da Qaşqayların bu ənənəsini poza bilməmiş, hətta qadınlara çadra da örtdürə bilməmişdi. Qadınlar əlvan rəngli, uzun ənənəvi geyimlərində başlarının yarısı açıq, əllərində göy qurşağı kimi iki kiçik yaylıq yallı gedirdilər. Onlar da yallıya Azərbaycanın bəzi rayonlarında, Türkiyədə olduğu kimi halay deyirlər. Bu gün Əminin ən kiçik bacısı Səhərin toyu idi. Əminin atasının adı Tufan, anasının adı Nərgizdi. Baçıları Sara, Mina, Rövşanə Səhərdən böyük olsalar da, hələ ailə qurmayıblar. Səhərdən böyük olan Rövşanə nişanlanıb. İranda nişan taxılanda nigah da bağlanır. Bundan sonra toya kimi qız ata evində qalsa da, bu, formal xarakter daşıyır. Yəni nişanlısı olan oğlanla qanuni əri kimi davranır, gedib günlərlə, qaynatasıgildə galır, nişanlısı ilə istədiyi vaxt, istədiyi yerə gedir. Onun bu hərəkətlərini valideynlər də, ətraf mühit də normal qarşılayır. Keçmişdə Qaşqaylarda qızı 15-16 yaşlarından ərə verirlərmiş. İndi vəziyyət dəyişib. Qızlar özlərini dolandıra biləcək qədər iş-güc tapmamış ərə getmək istəmirlər. Səhərin 26 yaşı toyu ərəfəsində tamam olmuşdu. Böyük bacısı Sara Tehranda yaşayır, vəkil işləyir. Dolanışığı yaxışdır. Evi də var, maşını da. Yaşı 33- ü haqlasa da, hələ ailə qurmağa tələsmir. Ondan kiçik baçısı Mina da təhsil alıb. Şirazdan xeyli aralıdakı bir qəsəbədə aptekdə işləyir. Maddi imkanı pis deyil. Özünə ev də alıb, maşın da, torpaq sahəsi də. Amma hələ ailə qurmağa tələsmir. Ailənin sonbeşiyi Arman isə hələ mədrəsəni (orta məktəbi) bitirməyib. Ailədəkilərin əksəriyyətinin familyası Cahangir- 145 fər olduğu halda, Əmininki Cahangiriniadır. İranda bir qayda da var ki, eyni soyadından ikinci bir ailə olanda onların soyadlarının sonlarına bir ad da əlavə etdirirlər ki, seçilsin. Üzərinə süfrə salınmamış plastmas ağ stol və stullar ağacların altında düzülüb. Toyda oynamaq üçün ayrılmış meydançanın sağı qadınlar, solu kişilər üçün ayrılsa da, ona ciddi əməl edilmir. Əminin başları və sinələri açıq, mini yubkalı, Avropasayaq geymiş bacıları Sara və Mina bizim yanımızda oturaraq deyib gülürlər. Ətrafımızdakı stollarda da müxtəlif yaşlı qadınlar və qızlar təkəmseyrək oturub qohumları, əzizləri ilə şirin söhbət edirlər. Amma qadınlar tərəfdə düzülmüş stollarda kişi gözə dəymir, hamısı milli geyimli qadınlar və qızlardır. Bizim qara zurnadan böyük, Özbəklərin gərənayından kiçik, Qaşqayların qaraney və ya saz dedikləri aləti musiqiçi böyük həvəslə püfləyir. Bizim qoşa nağaradan bəlkə də 10-15 dəfə böyük olan nağaralara da o biri musiqiçi balaca çomağı ilə vuraraq ritm tutur. Başqa musiqi alətləri, ionika və s. olsa da, hələlik onlar və müğənni də susur. Milli geyimdə, əllərində də göy qurşağı kimi rəngbərəng yaylıqlar olan qadın və qızlar böyük həvəslə halay gedirlər. Hərdən də onlardan bir qrupu ayrılaraq oynaya-oynaya qonaqları lololo səsləri çıxarmaqla qarşılayırlar. Qonaqlar gəldikcə yerlərini tuturlar. Qadınlar, qızlar isə saat 18-dən ara vermədən oynayırlar. Toy kənddə olduğundan burada tıxacdan söz gedə bilməz. Buna baxmayaraq, bizdə olduğu kimi, orada da bəy və gəlini gətirən maşın bir saatdan çox yubanır. Bəy və gəlini gətirən maşını rəqs edən qadın və qızlar lololo səslərli ilə, beş-altı gənc isə əllərindəki müasir tipli avtomat ov tüfənglərindən açdıqları atəşlə qarşılayırlar. Bəy və gəlini rəqs meydanının başında düzəldilmiş Qaşqay çadırına aparırlar. Çadır içərisindəki bahalı xalıları, bəzəkli farmaşları, qab-bacağı və başqa əşyaları ilə əsil varlı bir xan çadırına bənzəyir. Yaşlı nəsilin nümayəndələri deyirlər ki, 80-100 il öncəki xanların çadırları belə 146 zəngin deyildi. Azərbaycanda və Türküstanda çadırlar adətən dairəvi, üstü gümbəz formalı, qapısı kiçik olur. Çadırın içinə keçmək üçün əyilmək lazım gəlir. Buradakı çadırlar dairəvi deyil, düzbucaqlı formasında, qapısı da çox böyük, az qala çadırın bir tərəfi qədərdir. Görünür, bu, iqlimlə əlaqədardır. Biz tərəflərdə havalar nisbətən soyuq, Qaşqaylar yaşayan yerlərdə isə isti keçir. Qaşqay çadırlarının giriş qapısını əvəz edən geniş, açıq tərəfindən rəngbərəng saplardan hörülmüş qotazlar sallanır. Bəylə gəlin də bu qotazların arxasında, çadırda qurulmuş taxtda əyləşirlər. Əminin ana babası, hətta təqaüdçü müəllim olan atası, evdar qadın olan anası da heyfsilənirlər ki, indi toylar əvvəlki kimi gözəl keçmir. Əvvəllər toylar yaylaqda, qışlaqda açıq havada keçirilib. Bir də görürdün adamlar oynaya-oynaya bu obadan o obaya gedib çıxıblar. Toyda hədiyyə kimi qoyun-quzu, at-qatır, farmaş, cuval, səhəng və başqa ev əşyaları bağışlayardılar. Gəlinlər də onları əzizlərinin xatirəsi kimi qoruyub saxlayar, yaşlaşanda da "bu filankəsin mənə toyumda verdiyi hədiyyədi"- deyib qızına, nəvəsinə bağışlayardılar. Beləcə, nəsillər arasında möhkəm bir bağ yaranardı. İndi toylar da dəyişib. Qızlar gedib mağazalardan evlərinin quruluşuna, otaqlardakı divar kağızlarının rənglərinə görə istədikləri əşyaları alırlar. Geyim müasirləşməyə, inkişafa kömək edirmi?! Toya gələn qadınlar və qızlar, hətta 10-12 yaşlı qızlar belə milli paltarda olsalar da, Əminin baçıları başıaçıq, qısa paltarda toyda gəzir, oynayır, deyir-gülürdülər, kişilərlə söhbət edirdilər. Mən onlardan heç olmasa bu toy günündə, şənlikdə niyə milli paltar geymədiklərini soruşduqda, istehza ilə "Biz gerilikçi deyilik. Nə vaxtadək bu rəngbərəng, uzun paltarlar geyilir, qadınlar inkişaf etməz. Qadınlar da müasirləşməli, avropalılar kimi geyinməli, onlar kimi yaşamalıdılar. İranda qadın azadlığından əsər-əlamət yoxdu. 1400 illik islam əsarətindən hələ də qurtula bilməyiblər"- dedilər. Mən geyimin inkişafa heç bir mane olmadığını, Yaponlarda, Hindistanda milli geyimdə dünyanın ən məşhur alimləri, ya- 147 zıçıları, sənətçiləri olduğunu söyləsəm də, istehza ilə qarşıladılar. Onlar üçün geyim müasirləşməyin ilk əlamətidir. İnkişafca geri qalmış xalqlar özlərinin dəyərlərini də düzgün qiymətləndirə bilmirlər. İstər əxlaqda, istər geyimdə, istər davranışda hər nələri var atır, inkişaf etmiş ölkə toplumlarının yaşamını təqlid etməyə çalışırlar. Daha bilmirlər ki, onların gerilik saydıqlarını inkişaf etmiş ölkələrdə öyrənir, müsbət çəhətlərini təbliğ edir, öz yaşamlarında tətbiq etməyə çalışırlar. Buna bir misal göstərmək olar: Əminin bacıları və yüzlərlə özünü geriliyə qarşı mübariz sayan Qaşqay qızları və oğlanları bilmir ki, ABŞ-ın Texas ştatında 2019-cu ilin noyabr ayında dünya xalqlarının geyimi mövzusunda sərgi-müsabiqə keçirilib. Həmin müsabiqənin qalibləri arasında Qaşqay geyimləri də olub. Toyda kino Bəylə gəlin gəldikdən sonra qaraney və qoşanağara susur. Geniş ekranda vidofilm göstərirlər. Bunu bəy və gəlinin oynadıqları kiçik bədii film də adlandırmaq olar. Yəni bəyin və gəlinin uşaqlıq, gənclik şəkilləri göstərilir. Sonra ekranda milli geyimdə, əlində tüfəng dağları, meşələri gəzir, ov edir və s. Bulaqdan su aparmağa gələn qızı görür, atdan enib ondan su istəyir. Suyu alıb içdikdən sonra bir-birinin üzərinə su atır, zarafatlaşır, beləcə "məhəbbət macəraları" başlayır. Əslində bu, həm də Qaşqaylara keçmişlərini xatırladan bir etnoqrafik filmdir. Qızın xalca-kilim toxuduğu, qoyun sağdığı, farmaşa yük yığdığı, çadırın içində səliqə-səhman yaratdığı, nehrə çalxaladığı, çadırın qarşısındakı ocaqda xörək bişirdiyi təsvir edilir. Filmin sonunda bəylə gəlinin oturduğu maşın və onların arxasınca gedənlər Şiraz şəhərini dolaşır, park və bağlarda, tarixi abidələrin yanında durub şəkillər çəkdirir və s. Filmdə keçmiş yaşam və yaşadığımız günlər öz əksini tapır. Əslində bugünkü Qaşqay çadırları da müasirləşib. Daha filmdə göstərildiyi kimi, odun toplayıb, ocaq qalayıb süd qızdıran, 148 Şəkildə Ehsan bəy Sultanfərd və Səhər xanım xörək bişirən də yoxdu. Qaşqay çadırlarının əksəriyyətində qaz balonları da var, soyuducu da. Bəylə gəlin haqqında çəkilən 30 dəqiqəlik film bir növ keçmişi yada salmaq, ötənləri xatırlatmaq və ya keçmişdən günümüzə Qaşqay yaşamını göstərmək üçündür. Film başa çatandan sonra meydan müğənniyə, sintizatorçuya, setarçılara, skripkaçılara, tamburçulara verilir. Beləcə, müğənni "hakimiyyəti" öz əlinə alır. Toyda oxunan mahnılar və oyunlar Toy Fars vilayətinin mərkəzində, Farsların, Lorların, Ərəblərin və b. xalqların nümayəndələrinin də iştirakı ilə keçirilsə də, burada Qaşqay mahnısı, Qaşqay musiqisi hakimdir. Toyboyu hakim xalqın dilində bir mahnı eşitmədim. Saat 18.00-dan toya gələnlərə, oynayanlara, enerji sərf edənlərə 4-5 saatdan sonra bir banan, bir şaftalı və bir gavalıdan ibarət yemək verirlər. Toyda musiqi ağır halayla başlayır. Sonra getdikcə ritmikləşir və oynayanların sürəti artır. Buna orta halay deyirlər. Sona 149 yaxınlaşdıqca musiqinin, rəqsin tempi düşür. Buna da yorğa halay deyirlər. Halayların yağlıq (yəni yaylıq-Ə.Ş.) tökmə, dırnağüstü, yeddi yağlıq, basma, əşrəfi və s. kimi daxili bölmələri də var. Əminin bacısı Səhərin toyunda oxunan mahnıların bəzilərinin nəqarətini yaza bilirəm. Onlar belədir: "Kəsmə nar ağacıyam", "Yar, dönə-dönə", "Heylan, heylan", "Qulabətin"(bizdəki Güləbətin-Ə.Ş.), "Lay-lay", "Köç eylər", "Yar gəl, ay gəl", "Marala bax"... Toyun ikinci hissəsində kişilər fəallaşır. Ağac atma, hov, cəngnamə deyilən bir oyun başlayır. Keçmişdə bu oyun iki tayfa arasında olarmış, indi iki kişi oynayır. Bir az da bizim dirədöyməyə oxşayır. Amma burada cızıq, dairə olmur. Bir nəfər əlində bir metr, metr yarım (bəzən bu ağac uzun da ola bilir) uzunluğunda bir ağacla meydanın ortasında durur. Musiqi çalınır. İkinci şəxs isə ona yaxınlaşaraq əlindəki nazik çubuqla rəqibinin baldırına vurmağa çalışır. Əlində ağacla duran ayağının birini yerdən qaldırıbsa rəqibinin həmin ayağa, baldıra zərbə vurmağa haqqı yoxdur. Əlindəki ağacı yerə dayamış kişi onunla baldırını qorumuş olur. Oyun çubuq rəqibin baldırına dəyənədək davam edir. Toyda saat birə yaxın düyü plovu, ətli yemək, ayran və alkoqolsuz işkilər gətirdilər. Mənim diqqətimi çəkən isə burada israfçılığın olmaması idi. Gətirilən yeməklərin demək olar ki, qabaqdan qalanı olmadı. Toyun sonu yenə də qadınların, kişilərin, uşaqların birgə halay getməsi ilə başa çatır. Tufan bəydən xəbər alıram ki, Qaşqaylarda oynanılan halayların necəsinin adını bilir. O, çiyinlərini çəkir: "Mən müəllim işləmişəm. Elə şeylərə maraq göstərməmişəm. Onları Ərsalan Mirzəyidən soruş. Onlar yaxşı bilər. Bir də halayların hər yerdə adı eyni deyil ki! Hər tayfa bir ad deyir". Qaşqaylarla söhbətlərdən belə başa düşdüm ki, müəllimlər, hökümətdə müəyyən vəzifə tutanlar milli dəyərlərdən nisbətən uzaq olurlar. Bu heç şübhəsiz inzibati qadağadan çox, qeyrirəsmi basqılar nəticəsində baş verir. 150 Bizimlə bir stolda əyləşib Azərbaycanla maraqlanan adını unutduğum həkim halay haqqında danışanda dedi ki, babalarımızın ağlına heyran qalmamaq olmur. Oynamağa başlayanda öncə yavaşyavaş hərəkət edərək bədəni hazırlayırlar. Sonra rəqsin sürəti artır, bədən daha çox enerji xərcləyir. Bədən üzvlərinin demək olar ki, hamısı hərəkət etmiş olur. İnsan çox enerji xərclədiyindən tərləyir. Sürətlə oynadığı zaman rəqsi dayandırsa, əzələlər birdən boşalar, bu da xəstəliklərə yol açar. Həm də tərləmiş adamı tez soyuq tutar. Musiqi sona yaxın dəyişdiyində rəqsin sürəti də azalır. Tər yavaşyavaş soyuyur, əzələlər rəqsdən əvvəlki vəziyyətə düşür. Bizdə yallı oyanyanlar adətən oxumurlar. Gəncliyimdə Naxçıvanda yallı oynayanda xorla oxuduqlarını görmüşdüm. Onda da musiqi çalınmazdı. Dil yallıları adlandırılan bu rəqsdə oynayanlar oxumaqla yanaşı, ayaqlarını yerə vurmaqla, bədən hərəkətləri ilə bir ahəng yaradırdılar. Qaşqayda isə halay gedənlər müğənninin səsinə səs verib onun oxuduğu mahnının nəqarətini təkrarlayırlar. Müğənni saat üçü keçəndə elan elədi ki, gələn toylarda görüşərik. Musiqi susdu. Musiqiçilər başladılar alətlərini yığışdırmağa. Adamlar da yavaş-yavaş dağılışdılar. Bir qurup gənc isə hələ də musiqisiz ortada oynayırdı. Həyətə çıxanda maşınlara göz gəzdirdim. Bir dənə də olsun avtobusa rast gəlmədim. Belə başa düşdüm ki, toyda iştirak edən 500 yaxın adam yüngül maşınlarla gəliblər. Biz hotelə gələndə artıq orada çalışanlar qapıları bağlayıb şirin yuxuya getmişdilər. Qapını döydük, açan olmadı. Telefonla zəng vurdurduqdan sonra gəlib qapını açdılar. Musiqi məclisləri Gec yatsaq da, səhər həmişəki vaxtda yuxudan oyandıq. Şirazda hava isti olsa da, quru olduğundan adam özünü çox yorğun hiss etmir. Tərləyəndə də tər çiriş kimi bədənə yapışmır. Səhər yeməyini hoteldə yedikdən sonra şəhərin tarixi yerlərini gəzməyə çıxdıq. Əmin gəlib qulluğumuzda durmaq istəsə də, razı olmadıq. Məsləhət gördük ki, ailənin tapşırıqlarını yerinə yetirsin. 151 Günorta Mirzəyi zəng vurub dedi ki, işini qaydasına qoyduqdan sonra gəlib bizi gəzməyə aparacaq. Ona etiraz etmədik. Avqustun 10-da nahardan sonra Ərsalan Mirzəyi tibb bacısı işləyən, Qaşqay musiqisinə və ədəbiyyatına böyük marağı olan Hoda Çəmşidi ilə gəldi. Bizi şəhərin Səttarxan xiyabanının yaxınlığındakı bir məhəlləyə apardı. Burada özəl Qaşqay musiqi kursları fəaliyyət göstərirdi. Kurslara Samsam Şahməhəmmədi rəhbərlik etsə də, o həmin gün işdə yox idi. Ərsalan Mirzəyi gələcəyimizi öncədən xəbər vermişdi. Bizi Məhəmmməd Cəfər qarşıladı. Otaqda bir neçə nəfər vardı. Tanışlıq xarakterli söhbət ediyimiz zaman əvvəlki gəlişimizdə tanıdığımız, konsertində iştirak etdiyimiz Məsud Namidar, oğlu, konsert sonunda görüşümüzdə özünü zirək xanım kimi tanıdan, Məsud bəyin ömür-gün yoldaşı Fatma xanım da gəldi. Onların gəlişi söhbətə son qoydu. Meydan musiqiyə verildi. Kamancalar sızlamağa, Fatma xanım astadan zümzümə etməyə, Qaşqayların dediyi kimi yırlamağa başladı. Sən demə, zirək xanımın pəsdən gözəl oxumağı da varmış. Oxuduğu kövrək Qaşqay mahnıları adamın ürəyini qubarlandırır, bəzən də kövrəldirdi. Nurəttin bəy məclisdəkilərdən, həzin musidən ayrılmaq istəmirdi. Təbrizdən, Urmiyadan gələn zənglər isə onu tələsdirirdi. Tələbələri narahat idilər ki, Nurəttin bəy Şiraz-Təbriz təyyarəsinə yubanar, birdən onların sevimli müəllimləri ilə görüşləri baş tutmaz. Əmin Nurəttin bəyi yola salmaq üçün aeroporta getdi. Biz isə üç saata yaxın ləzzətlə Qaşqay musiqisinə qulaq asdıq. Nurəttin bəyi yola salan Əmin geri qayıtdı. Biz musiqi kursunun əməkdaşları və bizi görməyə gələnlərlə sağollaşıb maşınlarımıza əyləşirik. Ərsalan Mirzəyi öndə, Əmin isə onun arxasınca Şirazdan güney-batıya doğru yol alırıq. Təxminən 2 min metrlik dağ aşırımını keçib beş-on dəqiqə yol getdikdən sonra qəsəbə tipli Zanızeynan (buranın adını Xunuzeynun, Zeynan da deyirlər - Ə.Ş.) kəndində dayanırıq. Kiçik bir kafedə əyləşib dondurma yeyirik. Ərsalan Mirzəyi bu yerləri yaxşı tanıyır. Bil- 152 dirir ki, Şirazın Ərjən bəxşinə (rayonuna) daxil olan qəsəbədə 4 mindən çox adam yaşayır, hamısı da Farsimədan (yəni Farsca bilməyənlər. Bu tayfanı həm də bizlərin İmirli dediyimiz Eymurlu kimi də adlandırırlar-Ə.Ş.) tayfasındandır. Bir azdan içəriyə bir gənc daxil oldu və hamımızla mehribanlıqla görüşdü. Onda bildim ki, burada durmağımızın səbəbi Bəhmən Şahbazinin gəlib çıxmasını gözləmək imiş. Bəhmənin maşını öndə, bizim maşınlarımız da arxada qəsəbədən çıxıb güneyə doğru yol aldıq. Qaraçayı keçəndən sonra asfalt yol başa çatır, torpaq yolla, bağların arası ilə irəliləyirik. 15-20 dəqiqə sonra dərənin içərisində, söyüdlüyün ortasındakı bir istirahət mərkəzinə çatırıq. Orada işçilərdən və bizdən başqa kimsə yoxdu. Mirzəyi və Bəhmən Şahbazini istirahət mərkəzində çalışanlar yaxşı tanıyırlar. Bizi xalça-palaz döşənmiş bir güşəyə dəvət edirlər. Bəhmən Şahbazi heyfsilənir ki, bu yerlərin əvvəlki gözəlliyi qalmayıb. Yuxarıda, dərənin başında bir bulaq vardı. Onun suyu axıb gəlir bu yerləri cənnətə döndərir, hovuzu su ilə doldururdu. Sonralar artezan vurub, yamaclarda meyvə bağı saldıqlarından bulaq da qurudu. Bura da öncəki şöhrətini itirdi, gəlib-gedənlərin sayı azaldı. Şirazda havanın temperaturu 35-40 arasında olsa da, burada 25-26 dərəcə ancaq olar. Yəni heç birimiz nə tərləyir, nə də istidən şikayətlənirik. Ərsalan Mirzəyi Qaşqay setarını "dilləndirir". Özü də həzin səslə "Qərib- Şahsənəm" dastanından oxumağa başlayır. Bəhmən Şirazi də onun səsinə səs verir. Bəhmənin səsi daha gurdur. Ərsalan Mirzəyi öncə hansı havanı yırlayacaqlarını deyir. Onlar adətən çalacaqları musiqi parçasının adını demirlər. Şeirin məzmununa uyğun və ya şeirdən bir hissəni havanın adı kimi deyirlər. Ərsalan Mirzəyi və Bəhmən Şahbazi "Vətən", "Ovçu gözlə", "Qəribin Şam şəhərinə getməyi", "Aşıq gəldi məhləmizə", "Qəribin Hələbdə qalmağı" və b. mahnıları oxuyurlar. Hərdən də ara verib çay içə-içə Qaşqayların keçmişindən, bugünkü yaşamından, tanıdıqları insanlarından söhbət açırlar. Söz-sözü çəkir. "Koroğlu" dastanından parçalar oxuyurlar. Bəh- 153 Qaraağac çay yaxınlığındakı bulaq başında. Soldan 1. Xuda Cəmşidi, 2. Əzizə Şamil, 3. Ərsalan Mirzeyi, 4. Əli Şamil, 5. Bəhmən Şahbazi, 6. Sami Sərdarimilli, 7.Yaqub Əhmədi mən Şahbazinin gur səsi Koroğludan oxuyanda özünü qabarıqlığı ilə göstərir. Eyvaz haqqında da bir neçə mahnı oxuyurlar. Mahnıların hamısında da Eyvaz "Xan Eyvaz" -deyə xatırlanır. Azərbaycandan toplanmış "Koroğlu" dastanının qollarında da Eyvazdan "Xan Eyvaz" -deyə bəhs olunur. Nə dastan qəhrəmanı Koroğludan söz açılanda, nə onun dəliləri Dəli Həsənə, Də mirçioğluna, Bəlli Əhmədə və b. xan epiteti əlavə edilmir. Yalnız Eyvaza Xan Eyvaz, Boluya da Bolu bəy sözü əlavə edilir, işlədilir. Bu məsələyə də koroğluşünaslarımız toxunmayıblar. Mən rəhmətlik Əli Kamalinin arxivindəki "Koroğlu" dastanının qollarını nəşrə hazırlayanda gördüm ki, Eyvaz Azərbaycandan toplanmış qollarda olduğu kimi qəssab oğlu deyil, Qaşqay elxanının oğludur. Koroğlu Eyvazı Çənlibelə atasını aldadıb, yarı zor-yarı xoş aparmır. Eyvaz xan Koroğlunun ad-sanını, şöhrətini eşidib atasından icazə alaraq Çənlibelə - Koroğlunun yanına gedir. Söhbət əsnasında Ərsalan Mirzəyi deyir ki, Qaşqaylar arasında Eyvazla bağlı yırlar daha çoxdur. Bölgədə Gəc Koroğlu və Gəc 154 Eyvazın adı ilə bağlı iki böyük məzar var. Pəhləvi dövründə o yerin adı dəyişdirilərək Gəcsaran qoyulmuşdur. Şirazdan təxminən 260 kilometr aralıda yerləşən Gəcsaran indi əhalisi təxminən 325 min nəfəri keçən bir şəhər olmuşdur. O yer öncələr kiçik bir kənd imiş. Təxminən 90 il əvvəl bölgədən İngilislər neft çıxarmağa başlayanda orada yaratdıqları şirkətin adını da yerin adı ilə əlaqədar Gəc Koroğlu Neft Şirkəti qoyublarmış. Heyf ki, Koroğlunun və Eyvazın məzarlarının olduğu yerə gedib ziyarət edə, orada yaşayan Qaşqay və Lorlardan Koroğlu haqqında şeirlər, rəvayətlər toplaya bilmədik. Toyun son məclisi Əminin telefonuna tez-tez gələn zənglər bizi bu kiçik cənnət guşəsindən ayırdı. Əmingilə saat 22-də gəlib çatsaq da, burada elə bil axşam yeni başlayırdı. Əminin baçıları, qardaşı, kürəkənləri, dayıları, onların xanımları, uşaqları, qohumları evdə idilər. Səbirsizliklə bizi gğzləyirdilər. Əyləşib bir stəkan çay içdikdən sonra məclis yenidən başladı. Ərsalan Mirzəyi Qaşqay setarında çalmağa başladı. Əminin dayılarının xanımları Telli və Timar yırlamağa başladılar. Dayısının 13-14 yaşlı oğlu Fərşad Cahangiri də oxumağa başladı. Xanımlar pəstən, yorulmaq bilmədən oxuyurdular. Fərşadın səsi isə daha gur və məlahətli idi. Gecə saat 2- də süfrəyə bozqovurma gələndə müsiqiyə ara verdilər. İran İslam İnqilabından sonra rəsmi toplantılarda çalıboxumaq uzun müddət qadağan edildiyindən musiqi məclisləri evlərə, ailələrə daşınmışdı. Biz İran İslam Respublikasına getdiyimiz ilk günlərdən evləri kişik bir musiqi salonu kimi görmüşük Ailə üzvləri, qohumlar, dostlar bir yerə yığılıb çalıb oxuyur, necə deyərlər, hərə öz məharətini göstərir. Beləcə, Qaşqay toyunu yola verdik. Bizimlə görüşənlərin əksəriyyəti heyfsilənirdi ki, yaylaqlarda, açıq havada olan toyda iştirak etmədik. Biz də heyfsilənirdik. 155 Şəkildə soldan Əli və Əzizə Şamil, Səhər Cahangirfam, Nurəttin Parıltı İran İslam İnqilabından sonra rəsmi toplantılarda çalıboxumaq uzun müddət qadağan edildiyindən musiqi məclisləri evlərə, ailələrə daşınmışdı. Biz İran İslam Respublikasına getdiyimiz ilk günlərdən evləri kişik bir musiqi salonu kimi görmüşük Ailə üzvləri, qohumlar, dostlar bir yerə yığılıb çalıb oxuyur, necə deyərlər, hərə öz məharətini göstərir. Beləcə, Qaşqay toyunu yola verdik. Bizimlə görüşənlərin əksəriyyəti heyfsilənirdi ki, yaylaqlarda, açıq havada olan toyda iştirak etmədik. Biz də heyfsilənirdik. İstəklərimiz çox idi. Gəc Koroğluya gedib Koroğlunun qəbri deyilən yerə baxmaq, o bölgədən folklor nümunələri toplamaq, yaylaqlara gedib Qaşqayların çadırında qalmaq, yaşlı aşıq 156 ların dilindən dastanlar dinləmək və onları lentə almaq istərdim. Heyf ki, vaxt və maddi vəziyyətimiz buna imkan vermirdi. "Gün açmaq" dərgisi Şirazda olarkən "Gün açmaq" adlı bir dərgi verdilər. Yazılarının çoxu Qaşqay Türkcəsində olan dərginin sahibi və redaktoru Zəhra İsgəndəri Nəsəbidir. Öyrəndim ki, 2017-ci ilin 5-ci ayından nəşrə başlayıb. Dərginin abunəçisi, alıb oxuyanı az olduğundan 6 sayı işıq üzü görüb. Aydınlar gileylənirdilər ki, ana dilində məktəb olmadığından dərgidə yazılanları Qaşqaylar çətin oxuyurlar. Şah rejimi devriləndən sonra yaranan qarışıqlıqdan istifadə edən Qaşqaylar da bir neçə qəzet və dərgi nəşr ediblər. Onlarda yazıların əksəriyyəti Farsca olsa da, şeirlər əsasən Qaşqay ləhcəsində olurmuş. Həmin dərgilərin da ömrü çox olmayıb. Onlar da oxucu azlığından, maliyyə yetərsizliyindən bağlanıb. Universitetlərdə oxuyan Qaşqay tələbələri də bir neçə dəfə dərgi nəşr ediblər. Həmin dərgilər da davamlı olmayıb. Tələbələr təhsili başa vurduqdan sonra hərəsi bir yerə işləməyə gedib, necə deyərlər, dağılışıblar. Beləcə, dərgi də fəaliyyətini dayandırıb. Qaşqaylar haqqında kitabı nəşrə hazırlayarkən "Gün açmaq" dərgisinin taleyi ilə də maraqlandım. Öyrəndim ki, oxucu qıtlığından dərginin nəşrini dayandırmalı olublar. Sonra da dərginin adını dəyişərək "Fərauye fərhəng" (Mədəniyyətə doğru") adlıyla fəaliyyətlərini davam etdirməyə başlayıblar. Dərginin adı dəyişsə 157 də, Qaşqay Türkçəsində yazıların sayı azalsa da, mövzu baxımından elə bir dəyişiklik baş verməyib. Yenə də əsas ağırlığı Türk xalqları və onların tarixi, ədəbiyyatı haqqında yazılar təşkil edir. Tehranda aydınlarla görüş Şirazdan Tehrana dönəndən bir neçə saat sonra Saminin qardaşı Siyaməkin evində bir ədəbi məclis qurduq. Mirzə ləqəbli şair Kərim Şəhrək, tanınmış naşir Səid Muğanlı, nəşriyyat və kitab yayımı ilə məşğul olan tarix həvəslisi İsmayıl Yusufoğlu, ədəbiyyat aşiqi Əli Himməti (Əlinin dediyinə görə, soyadı Ərəbcədəki hümmət (birlik) sözündən deyil, Hun beti kəliməsindəndir) gəlmişdi. Söhbətin əsas mövzusu Azərbaycan Respublikasında nəşr olunan kitabların İran İslam Respublikasında nəşri məsələsi oldu. Nəşr olunan kitabların sayı gündən-günə artsa da, keyfiyyətinin məni qane etmədiyini bildirdim. Səbəb kimi də onların nəşr etdikləri kitabların əksəriyyətinin Sovet dövründə çap olunmuş, Sovet ideologiyası hopmuş kitablar olduğunu söylədim. Onu da qeyd etdim ki, Məmməd Səid Ordubadinin 12-ci yüzilin hadisələrindən bəhs edən "Qılınc və qələm" romanı belə ideoloji yöndən uzaq deyil. Bu məsələdə elə bir ciddi fikir ayrılığımız olmadı. Dedilər ki, o taydan əlimizə keçən, məşhur olan əsərləri nəşr etməyə üstünlük veririk. Səbəbi də odur ki, kitabı alan olsun. Səid Muğanlı bildirdi ki, İsmayıl Vəliyevin çevirdiyi və ön söz yazdığı qədim Şumer (Sumer) dastanı "Gilqamış"ı böyük həvəslə min nüsxə nəşr etdim. Düşünürdüm ki, qısa bir zamanda satılacaq, mən onu təkrar-təkrar çap edəcəm. Gözlədiyim kimi olmadı. Kitabdan 200 dənəsini belə sata bilmədik. Qalanı neçə illərdi anbarda qalıb, yer tutur. Söz verdim ki, Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra yazılmış və nəşr edilmiş tarixi roman və povestlərin elektron variantlarını onlara göndərəcəm. 3-4 saat davam edən söhbətin sonu Kərim Şəhrəkin şeirləri ilə bitdi. Təbrizdə yaşayan dostum Seyid Məhəmməd Hüseyni biz Tehrana yola düşəndən sonra zəng vuraraq Kərim Şəhrəki ilə 158 görüşməyimizi bərk-bərk tapşırmışdı. Müasir texniki imkanlara baxmayaraq, Tehran kimi bir şəhərdə arzuladığın adamla görüşmək heç də asan olmur. Şəhərin böyüklüyü, nəqliyyatın sıxlığı, iş-gücün çoxluğu adamların görüşməsinə əngəl olur. Vacib bir işin olanda belə istədiyin məntəqəyə getmək bəzən 4-5 saat çəkir. Bəxtimdən, Seyid Məhəmməd Hüseyninin tapşırığını yerinə yetirməyə, Kərim Şəhrəki axtarmağa vaxt sərf etməmişdim, planlaşdırmadığım halda özü gəlimişdi. Sakit, səmimi və mehriban bir insan olan Kərim Şəhrəklə öncələr görüşsək də, adı yadımda qalmamışdı. O, son şeirlərindən bir neçəsini oxudu. Şeirlərinin ruhu da özü kimi sakit və qəlboxşayan idi. Görüşümüzüm sonunda naşirlər çap etdikləri kitablardan nümunələr bağışladılar. Vəkil, şair, alim və sənətkarlarımız Səhərisi günü Sami Sərdarimillini Təbrizə yola salıb, Aqşin Ağkəmərligilə getdik. Aqşin Ağkəmərli ilə 1992-ci ildə Tehranda tanış olmuşuq. Əsilləri Güney mahalından - Şəbüstərdəndi. Ailəliklə köçüb Tehranda yaşayırdılar. Diş həkimi işləsə də, ədəbiyyatımıza, mədəniyyətimizə ürəkdən bağlı olan birisidir. Milləti üçün əlindən gələni əsirgəmir. Gah şeir yazır, gah uşaqlar üçün ana dilində kitabçalar hazırlayır, gah da aktyorluq, rejissorluq edir. İşindən ayrılıb bizi Tehranı gəzdirən, aydınlarla tanış edən, Şah Əbdüləzim kompleksində Səttarxan Sərdarimillinin qəbrini tapıb ziyarət etməyimizə şərait yaradan, Məşrutə qəhrəmanının qızı Məsumənin evinə gedib onunla müsahibə almamıza şərait yaradan da Aqşin bəy olmuşdu. 1992-ci ildə başlayan tanışlığımız ailəvi dostluğa çevrildi. Bu da səbəbsiz deyildi. Aqşin Ağkəmərli o tayla bu tay arasında körpü rolunu şərəflə daşıyır. Birinin xəstəsinə dərman lazımdır gətirdir, başqa birisinin xəstə tanışını Tehranın, Təbrizin xəstəxanalarına aparıb müalicə etdirir. Onun turizm şirkəti yoxdu. Amma İran İslam Respublikasından Aqşinin adına gəlib Bakını, Azərbay- 159 canın müxtəlif şəhər və kəndlərini gəzənlərin, qohumlarını axtaranların sayı turist şirkətlərinin müştərilərindən heç də az deyil. Ailəsi ilə Bakıda yaşayan Aqşin Ağkəmərli ildə bir neçə dəfə o taya gedir. Bizim Şiraza, Qaşqaylarla görüşə getməyimizdən də xəbərdar idi. Bərk-bərk tapşırmışdı ki, geri dönəndə onu Tehranda görək. Mən də zarafatla "Aqşin bəy, hesabatımızı Bakıda qəbul etməyə səbrin çatmadımı?"- deyə soruşanda gülərək bildirdi: "Həm elədi, həm də buradakı dost-tanışlarıma demək istəyirəm ki, Bakıdan gəlib Qaşqaylarla görüşə gedirlər, Siz Tehranda yaşaya-yaşaya Qaşqaylarla, Xələclərlə, Sunqurlarla, Qızılbaşlarla sıx əlaqə qurmursunuz!" Şəkildə soldan Cavad Dərbəndi, Əli Şamil, Səccad Səidmehr və Nasir Məhəmmədzadə Buna görə də, Aqşin Ağkəmərlinin tapşırığını yerinə yetirdik. Aqşin Tehranda anasığildə qalırdı. Biz oraya gedəndə bacıları da görüşmək üçün gəlmişdilər. Bir az söhbət etdikdən sonra Aqşin bəy dedi: "Xanımlar söhbətlərini davam etdirsinlər. Bizi gözləyirlər. Gedək biz də orada söhbətə başlayaq". Tehran Dəmavənd dağının ətəyində yerləşdiyindən şəhərin güney məhəllələrində havanın temperaturu 40 dərəcəni keçəndə 160 belə quzeyində, yəni dağın yamacındakı məhəllələrdə havanın temperaturu 25-30 dərəcəni keçmir. Biz də isti məhəllədən sərinə getməliydik. Şəhərdə sıxlıq olduğundan istədiyin yerə minik maşını ilə getmək çox vaxt aparır. Metro da hər yerə işləmir. Buna görə də, Aqşin bir motoreller alıb anasının qaldığı evin zirzəmisində -maşın qarajları olan yerdə saxlayır. Motoroller maşın sıx olan yerlərdən də asan keçir. Bəzən tıxac olan yerlərdə motorolleri səkiyə çıxmalı olurduq. Beləcə vaxt itirmədən Afrika xiyabanının qüzeyindəki müasir layihələr əsasında hazırlanmış məhəlləyə gəldik. Aqşinin dediyinə görə, bura bir növ ofislər səhərciyidir. Adamlar gündüz burada - yaylaqda işləyir, axşam da şəhər mərkəzindəki evlərinə dönürlər. Biz də Tehranın tanınmış vəkillərindən olan Səccad Səidmehrin ofisinə çatdıq. Əslən Urmiyadan olan Səccad Səidmehr uzun müddətdir Tehranda yaşayır. Cümə günü olduğundan ofisə gələn-gedən yox idi. Səccad Səidmehr dostları Cavad Dərbəndi və Nasir Məhəmmədzadə ilə bizi gözləyirdilər. İranda dost-tanışların bir yerə toplanma, söhbətləşmə, özləri üçün əyləncələr təşkil etmə ənənəsi var. Əslində bunlar bir dərnək rolunu oynayır. Lakin adamlar rejimin bürokrati əngəllərinə görə belə toplantılara dərnək adı verib rəsmiləşdirmirlər. Səccad Səidmehrin əsas peşəsi vəkillik olsa da, necə deyərlər, ailəsini vəkillikdən qazandığı pulla keçindirsə də, gözəl şair, yazıçı kimi də tanınır. Kitablarını da vəkillikdən əldə etdiyi pulla nəşr etdirir. Orada tanış olduğum Cavad Dərbəndi də vəkildir. Əsli Marağadan olan Cavad Dərbəndi dostları və tanışları arasında gözəl ney ustası kimi tanınır. Onun saza marağı da vəkilliyə və ney çalmaya olan həvəsindən az deyil. Sadəcə, dost-tanış məclisində saz çalmaqla kifayətlənmir. 30 ilə yaxındır aşıqlarımız haqqında bilgi toplayır, ömür yollarını dəqiqləşdirir, şeirlərinin nəşrinə və kasetlərinin hazırlanıb yayılmasına yardımçı olur. 161 İranda yaşayan aşıqlar haqqında ensiklopedik bilik sahibi olan Cavad Dərbəndi 3 cildlik kitab nəşr etdirib. Ərəb əlifbası ilə hər biri 700-800 səhifə olan bu kitabda Dərbənd, Borçalı, Göyçə, Gəncə, Şirvan və b. bölgələrimizdən olan aşıqlar haqqında bilgiyə rast gəlmək olar. Dəfələrlə Azərbaycan Respublikasında olan Cavad Dərbəndi kitabının 4-cü cildi üçün materiallar toplayır. Tanış olduğum təbrizli rəssam Nasir Məhəmmədzadə qəribə taleyi ilə diqqətimi çəkdi. Tehranda yaşayırmış. Güzaranı da yaxşıymış. Övladları pul qazanmaq üçün Cüney Afrikaya gedirlər. Orada iş yeri açırlar. Lakin uğur qazana bilmirlər. Ata övladlarının ardınca Kemtavu şəhərinə gedir. Onlara yardımçı olmağa çalışır. Beləcə, özü də Güney Afrikada qalıb işləməli olur. Söhbətimizin əsas mövzusu ədəbiyyatdan, incəsənətdən, Qaşqay ellərindən, Türk dünyasından oldu. Hərdən başqa dostları gəlsə də, çox oturmadılar. Bizim söhbətimiz isə 4 saatdan çox çəkdi. Orada olduğum vaxt diqqətimi çəkən bir şey oldu. Süfrəyə müxtəlif meyvələr qoymuşdular. Onların arasında qırmızı qarağat da vardı. Mən xəbər aldım ki, bunu haradan almısınız? Səccad bəy dedi ki, yaxınlıqda bağ var, oradan yığıb gətirib. Elə bil dilər ki, Azərbaycan Respublikasında qırmızı qarağat bitmədiyinə görə maraq göstərdim. Başqa meyvələrə deyil, qırmızı qarağatın haradan alınması ilə maraqlanmağımın səbəbini izah etdim. Təbrizdəki bəzi dostlarim qırmızı qarağatı çox sevirlər və ondan dərman kimi istifadə edirlər. Buna görə də, hər yay onlara qırmızı qarağat göndərməyə çalışıram. Görüşəndə də deyirəm ki, niyə özünüz qırmızı qarağat kolu əkmirsiniz. Deyirlər ki, bu tayda qırmızı qarağat yoxdu. Mən Təbriz bazarında qırmızı qarağat görməsəm də, inana bilmirdim ki, İranda bu bitki olmasın. Onlara deyirdim, ola bilməz ki, İranda qırmızı qarağat olmasın. Siz diqqət yetirməyibsiniz. Onlar öz dediyində qalırdılar. Buna görə də, Tehrandan Təbrizə zəng vurub dostlarıma süfrədəki qırmızı qarağatı göstərdim və Səccad Səidmehrlə danışdırdım. Dedim ki, Tehrana gələndə ondan qırmızı qarağat kolu alıb bağçanızda basdırın. 162 Yeni tanış olduğum aydınlar söz verdilər ki, gələn il mən İran İslam Respublikasına gələnə kimi onlar Xorasan, Sunqur, Xələc və b. bölgələrdə yaşayan Türklərlə əlaqə quracaqlar və bizi də oraya aparacaqlar. Axşam sərini düşəndə Aqşin bəyin anasıgilə qayıtdıq. Bir azdan İsmayıl Yusufoğlu da oraya gəlib öz maşını ilə bizi Tehrandakı Xomeyni aeroportuna apardı. Beləcə, Qaşqay elinə ikinci səfərimizi də başa vurub Bakıya döndük. Sonuc Qaşqaylar bölgədə yaşadıqları illər boyunca çox savaşlarda iştirak ediblər. Bu savaşlarda 10 minlərlə övladlarını itiriblər. Dəfələrlə obalarına basqınlar olub. Qocaları, qarıları, qız-gəlinləri, oğul-uşaqları öldürülüb. Qoyun sürüləri, mal-qara naxırları, at ilxıları, xalça-palazları, ev əşyaları, bir sözlə, mal-mülkləri talan edilib. Buna baxmayaraq onlar heç vaxt əyilməyiblər. Toparlanaraq yenidən dirçəlib mübariz əhval-ruhiyyələrini qoruyub saxlaya biliblər. Farslarla, Lorlarla, Bəluclarla, Ərəblərlə və b. xalqlarla eyni bölgədə yaşasalar da, onlarla heç bir milli və dini zəmində qarşıdurmaları olmayıb. Onların haqları tapdandıqda silaha əl atıblar. Bir sözlə, savaşlar əsasən elin daxili muxtariyyətini əldən vermədiyinə görə olub. Ənənəyə bağlı olduqlarına görə atababalarının yaşadığı kimi sərbəst yaşamağa çalışıblar. Hakimiyyətdəkilərə isə əmir və göstərişləri sözsüz yerinə yetirən toplum gərək idi. Bu xüsusiyyət isə Qaşqaylar üçün xarakterik deyildi. Elat mədəniyyətinin daşıyıcısı olan Qaşqaylarda el, tayfa daxilində bir seçib-seçilmək ənənəsi vardı. Necə deyərlər elat mədəniyyəti ilə oturaq mədəniyyətin arasındakı qarşıdurmalar da çox vaxt toqquşmalara səbəb olurdu. Savaşlarda uduzmayan Qaşqaylar diplomatiyada, danışıqlarda uduzurdular. Hazırda onların toxuduqları xalça və kilimlər xarici ölkələrə İran və ya Şiraz məhsulları kimi ixrac olunurdu. Bu günün 163 özündə də Qaşqaylar toxuduqları xalça və kilimlərdəki naxışları Türk xalqlarındakılarla qarşılaşdırır, onların anlamını izah edir, mifik təfəkkürlə bağlılığına dair maraqlı fikirlər söyləyirlər. Kitabı nəşrə hazırlayarkən İsvecdən dossent Səadət Kərimi mənə bir şəkil göndərdi. Bildirdi ki, şəkil Londondakı Freyd Muzeyindədir. Otaqdakı divanın üzərində və arxasında xalça var. Səadət xanım maraqlanırdı ki, bu xalçalar hara xalçasıdır. Mən ona cavab yazmaq üçün şəkili uzun illər Azərbaycan Xalça Muzeyinə rəhbərlik etmiş Röya Tağıyevaya göndərdim. Sahəsinin tanınmış mütəxəssisi olan Röya xanım bildirdi ki, bu xalçaların çeşnisi Qalşqay xalçalarının çeşnisi ilə eynidir. Demək məşhur psixoanalitik Siqmund Freyd Qaşqay xalçası üzərində əyləşərək düşüncələrini qələmə alırmış. Ümumtürk düşüncəsini günümüzədək daşıyan, mədəniyyət tariximizi yaşadan sənət əsərlərinin başqalarının adına çıxmasından doğan rahatsızlıqlarını da tez-tez dilə gətirir, haqlarının tapdanmasına passiv də olsa etirazlarını bildirirlər. Qaşqay eli özündə müxtəlif tayfa, tirə və nəsili birləşdirdiyinə görə, onların xalça və kilimlərinin naxışı kimi dialektlərində, folklorunda da bir rəngarənglik var. Bölgədə indiyədək ciddi və elmi əsaslarla nə folklor nümunələri toplanıb, nə də dialektlər öyrənilib. Necə deyərlər, dünyasını dəyişən hər bir Qaşqay qarısı, qocası özü ilə zəngin bir kitabxananı torpağın altına aparıb. Çünki vaxtında onları dindirən, bildiklərini yazıya alan, kağıza köçürən, qoruyub saxlayan olmayıb. Təkəmseyrək toplanılan folklor nümunələri də elmi əsaslarla pasportlaşdırılmayıb. Oturaqlaşmış əhali bir-birini tanımaq üçün "haralısan" deyə xəbər alır. Bu da təbii və normal bir haldır. Qaşqaylar isə hələ də bizlərin keçmişini yaşadır. Onlar oturaq həyata gec keçdiklərində bu gün də görüşəndə bir-birlərini yaxından tanımaq üçün soruşarlar: "Ne kayrasaŋ?" Yəni "Hansı tayfadansan/tirədənsən/qövmdənsən?". 11-ci yüzil Türk dünyasının dahi alimi Mahmud Kaşqarlı "Divanü luğat-it Türk" ("Türk dillərinin di- 164 vanı") əsərində Oğuzların boy "qəbilə" sözünü açıqlayarkən yazır: "Bir-birini tanımayan iki adam qarşılaşdıqları zaman öncə salamlaşar, sonra "boy kim?" deyə soruşarlar ki, "hansı boydansan?" deməkdir... Beləliklə, biri o birinin boyunu tanımış olur..."du ("Divanü luğat-it Türk". Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər. Bakı, 2006. 4 cilddə, birinci cild səh.349). Demək, Qaşqaylar hələ də əski Türk ənənəsini yaşatmaqdadır. Azərbaycan 28 ilə yaxındır öz müstəqilliyini elan etsə də, İran İslam Respublikası ilə mədəni əlaqələr lazımı səviyyədə qurula bilməyib. Bu da araşdırıcılarımızın orada işləməsinə, folklor nümunələri toplamasına, ekspedissiyalar göndərilməsinə əngəl törədir. Bizim səfərlərimiz isə gələcəkdə bu yöndə iş aparmaq istəyən gənc araşdırıcılara yön göstərmək məqsədi daşıyır. Qaşqay aydınlarının topladığı folklor nümunələri arasında "Əsli-Kərəm", "Qərib-Şahsənəm", "Mahmud-Nigar", "Koroğlu" dastanları, "Axsağ Ceyran", "Yollu və Yolsuz", "Ala dev", "Seyidi xan", "Mehri Xavər", "Yan (balaca) oğul" (Bu nağıl Azərbaycanda geniş yayılmış "Məlik Məmməd" nağılının bir variantıdır. - Ə.Ş.), "Allı Daşaqlı", "Çirkin qız", "Gözəl qız" daha məşhurdur. Qaşqaylar arasında söylənilən yırlar əsasən 7 və 8 heçalıdır. Bu da Qaşqay musiqinin ritminə daha uyğun gəlir. Folklor nümunələrinin az bir qismi olduğu kimi, bir qismini də Farscaya çevirərək kitab şəklində və qəzet-dərgi səhifələrində nəşr etilib. Assimilasiya sürətlə getdiyindən Qaşqay folkloru da məhv olmaqdadır. Dünya mədəniyyətinin bir parçası beynəlxalq təşkilatların, mədəniyyət mərkəzlərinin gözü qarşısında əriyib gedir. İran İslam Respublikası qapalı ölkə olduğundan bir çox beynəlxalq qurumlar da buna müdaxilə edə bilmir. 165 QAŞQAY ELİNDƏN TOPLANMIŞ FOLKLOR NÜMUNƏLƏRİ ATA SÖZLƏRİ (ZƏRBÜL-MƏSƏLLƏR) Adam mənə ögüd verir, özü çöllərdə göt verir. Arvadıŋ uşşağı olur, kişiyı Al aparır (Al/Hal anası). Ayran yoxudur içe, atınan gedir siçe. Baş-qulağımı unlu gördüŋ, adımı deyırmançı qoyduŋ. Çaqqal var ki baş yiyer, qurduŋ adı pes çıxmış. Çaydan gəçəndə ağ götünən qərə göt bəllı olar. Deveçinən yoldaşlıg edəniŋ dərvazası geŋ olası. Deve təkin günbəgün geri işir. Dolətliniŋ iti yatmaz, beçaranıŋ (kasıbın) si...i. Dowar (davar, sürü) geri büküləndə (dönəndə) ağsağ qəççi iləri düşür. Eşşəgi palan saxlar, qoşunu yalan. Eşşəgim su içmə, görəg sən qoduq sallaŋ (salacaqsan), ya mən? (Ay əşşəğim mənə ləc edib su içmə, baxalım görüm, sən zərər görürsin, ya mən? - Cəfər Eyvəzi Yadıkurı) Əbləh köpək tazıdan artıq qaçar. Ərli ağlar, ərsiz ağlar, qirx oynaşlı qərə bağlar. Gündüz gedir yar-yar edir, gecə gəlir zar-zar edir. İki toydan qalan çəŋŋi gününe düşmüş (çəŋŋi - musiqiçi; Qaşqaylarda çəŋŋi sosial baxımdan aşağı bir təbəqə sayılır. Onlarla müqayisədə aşıqlar daha sayqılıdır). İŋŋar (Fars. sanki, elə bil) qərib it meççidə gəlmiş. İŋŋar toyda oss...muş. İşimiz düşdü qaza (ev quşu), qaz özünü qoydu naza. İtiŋ yağ yeməgi adami yandırmır, quyruğunu ələm (bayraq) edməgi adamı yandırır. İt olaŋ, əviŋ küçük uşşağı olmayaŋ (İt olasan, evin kiçik uşağı olmayasan) Kora hay oldu, kəççələ fursat. 166 Xına çox olanda göte qoyarlar. Xoruz towuğa çus (oss...ur) edir, deyir bəni-adəm (Ərəb. adam oğlu, insanlar) kordur. Qonşu qızınıŋ topuğu qıllıdır. Qonşu payı verdiŋ, dərdindən öldüŋ. Oğul kəndə gidən olanaçaz Tat doyardası (doyuracaq), qiz çörək yapan olanaçaz it doyardası (Oğul alış-verişdə bacarıqlı olanadək dükançını doyurdu, qız çörək yapmaqda mahir olanadək iti doyurdu - Cəfər Eyvəzi Yadıkurı). Bunun bir başqa varıyantı da var: Tazza kəndə gedən Tat doyardası, tazza çörək yapan it doyardası (Kəndə alış-verişə gedən təcrübəsiz adamı Tat (Fars) dükandarları aldadacaq. Çörək yapmayı təzə öyrənən qızın da təndirə yapdığı çörək o qədər küt gedəcək və eşiyə atacaqlar ki, köpəkler yeyib tox olacaqlar - Cəfər Eyvəzi Yadıkurı). Özüm geddim ayran vermədilər, qasıdım gedmiş kərə gətirə. Si...ən si...dirənlər tər-tazza, görənə verərlər cəza. Soyulandan sora yoluŋ boyuna surə (Karvan soyulduqdan sonra ehtiyatlı tərpənməyin, gizlənməyin nə mənası var? - Cəfər Eyvəzi Yadıkurı). Şor çayda bir göt-götə dəymış. Towuq ölsə, bir çəng tükdür, deve ölse, dərrisi bir böyük ükdür (ük: yük). Təgəyə (təkəyə) dedilər: daşşaqıŋ arası açıqdır, dedi: arasında hesab-kitab vardır. Göndərən: Ərsalan Mirzəyi, 42 yaşında, ali təhsilli. Ərəb əlifbasından Latın əlifbasına çevirən: Fərhad Cavadi. BAYATILAR (ASANAKLAR) Ayaqsız qəçə bilməm, Damıŋdan üçə bilməm. Dəŋŋizə xətm (bitər, sona çatar) olar yol, Gözüŋdən geçə bilməm. 167 Dan ulduzu batançəz, Oyaq gözlər yatançəz. Yol gözlədim gəlmədiŋ, Ax, ta qiyamətənçəz. Telləriŋ xərmən-xərmən, Aləm əsir nə bir mən. Gəl aləmi bağışla, Ta bir qalam əsir mən. Bu yol gedər Təbrizə, Qənnati rizə-rizə, Xudam, bir yol ver bizə, Biz gedək ölkəmizə. Bu yol gedər Bağana, Dolanır aftabana (magistral yol). Mən bir maral owçusu, Oğradim gəl (sürü) ceyrana. Qarşıda yatan oğlan, Köynəgi kətan oğlan, Adaqliŋ apardılar, Xəbərsiz yatan oğlan. Qərşidə yar obası, Döğülür nağarası. Boğça gətir, gül apar, Xəlvətdir bağ arası. Qərşidə quzzu gördüm, Teli qırmızı gördüm. Şükr eylərəm Tarıma, Səvdigim qızı gördüm. Göydə durna dolanır, Qanadları bulanır. Ta bir ana yerdə var, Məhəbbət otu (odu) yanır. Yağış gəlir, qar gəlir, Dünya bizə dar gəlir. Ğəm yemə, qışdan sora Heyva gəlir, nar gəlir. Bizə bir atlı gəldi, Sözləri dadlı gəldi. Kölgəsi şer (şir, aslan) başında, Laçın qanadlı gəldi. Atlı tələsdi getdi, Bağırımı kəsdi getdi. Qar təkin sel yaratdı, Yel təkin əsdi getdi. Əvəzullah Səfərinin lentə yazıb göndərdiyi bayatıları Fərhad Cavadi yazıya köçürüb. Əvəzullah Səfəri şairdir. Qaşqay folkloru və etnoqrafiyası ilə də uğraşır. Dediyinə görə, 800-dən çox bayatı toplayıb. Lakin onun hansını xalqdan topladığını, hansını özü yazdığını müəyyənləşdirə bilmədik. Ağ alma, qızıl alma, Sat mənə qızıl alma. Cavanlıq gələr keçər, Üzümü geri salma Ağ dağlar, yassı dağlar, Qar gəldi basdı dağlar, Üç ay sazlı-söhbətli, Doqquz ay yaslı dağlar. 168 Aya bax, nice gedər, Örgenmiş gecə gedər, Qız döşüŋ arasında, Bir yol var, Haca gedər. Ağ Qurunun kahısı, İşdim qaldı yarısı, Mən işdim yar işmədi, Oldu ilan ağısı. Bir qız gördüm heleyçi, Saçı belində qəmçi, Gözləri gəl-gəl edər, Kirpikləri yalançı. Bu dərə başdan gələr, Süzülür daşdan gələr. Hər kimiŋ yarı vardır, Səhər o başdan gələr. Bu dərə buz bağladı, Dibi yarpız bağladı, Qonaq oldum bir əvə, Atı mı qız bağladı. Bu dərə piyanlıdır(biyanlıdır), Bu piyan qumanlıdır, Mənim əvim yandıran, Gedən ağ tumannıdır. Bu dərənin boyunu, Çoban qaytar qoyunu, Nə olaydı bir görəm, Nazlı yarın boyunu Bu dərəynən duz gəlir, İkki tərlan qız gəlir. Biri mənim yarımdı, Biri əyəsiz gəlir. Bura gowdı (çöl, sehra) Kunarı, Boyuŋ Meymənd çinarı, Üzüŋ döndər beri bax, Səni yaradan Tarı. Çahzalıŋ boynağında, Qoç-quzzu yatağında, Qar yağar caydağında (can dağında) Dudaq qoyag dudağa, Nazlı yar qucağında. Dərbənd ki, deyərlər, Bir parça bağdır. Alt yanı dəryadır, Üst yanı dağdır Dəryaya atdı məni, Balıxlar utdu məni, Bilməm hansı gözəlin, Qərğişi tutdu məni. Dərya qırağındəkilər, Ağ əllər, göy miləklər, Oğul qızın dərdinnən, Qah gedər, qah iməklər. Göydə ulduz olaydım, Dibəkdə duz olaydım. Yarım bizə gələnnə, Mən yalınqız olaydım. Kəhər atın qulunu, Məxmər edin çulunu, 169 Biz gəlmişik aparak, Sizin bağın gülünü. Kəhər at nalı neylər, Ağ boğaz xalı neylər, Mümzadı qəşəng oğul, Dünyada malı neylər?! Kumuca (balaca) bel bıçağı, Mən oldum yar naçağı. Bir səhər gəl, bir pəsin (ikindi, günorta ilə axşam arası), Bir də günorta çağı. Qoz ağacı qolum yar, Qol boyna salım yar, Necə mənsiz gəzirəŋ, Daş ürəkli zalım yar. Qoz ağacı, qozu yox, Altı çəmən toxu yox, Ana durar yer yığə, Baxar, görər qızı yox. O tayda quzu gördüm, Teli qırmızı gördüm, Açıldı cənnət dəri, Səvdigim qızı gördüm. O taydakı towada (qaya), İki quş bir yuvada, Yarım atlanmış gedir, Mən qalmışam piyada. Səhər-səhər gün dəmi, Qurrumuş ağzım nəmi. Üzüŋ dönnər bir öpəm, Açıla gözüm dəmi. Yer sarı, gədik sarı, El köçdü Farsa sarı, Ann vermişəm Tarıya, Bir dön bax bizə sarı. Yarı yolladım ləkə, Qorxuram peslik çəkə, Təmmaxısı (tənbəkisi) tükənmiş, Mixək yollaram çəkə Göndərən: Ərsalan Mirzəyi, 42 yaşında, ali təhsilli. Ərəb əlifbasından Latın əlifbasına çevirən Fərhad Cavadi. Əlim əlim xınası, Əlim Gülgəz xınası. Yağlıx geti oynuyam, Kürəkənin anası. Gin getdi pəsin oldu, Od getdi, xəsil oldu, Getmədim ala gözdən, Can gəldi təslim oldu. Gin getdi zərdə qaldı, El gitdi gərdə qaldı, Getmedim ala ğözdən, Ürəkdə dərdə qaldı Qızım, qızım hərili qızım, Şah Abbasın gəlini qızım. Böyün sava nişan gəlir, Kətxudadan bişan gəlir. 170 Mixəy əkdim gördülər, Göyərməmiş dürdülər, Xoş o kakam halına, Səvdigini verdilər. Mixək əkdim bucağa, Şamı qoydum ocağa, Qorxma ürəksiz kakam, Özü gəlir qucağa Oğul bir gin çapıtdır, Deyə bəxtin yatıpdı, Tə sən gedin mal bulan, Qoça qızı satıpdır. Yığılır gəlir min adlı (atlı), Seyrini görər bir adlı (atlı). Söylədi: Zəhra Qənixanı, Şiraz, 55 yaşında. MƏRASİM NƏĞMƏLƏRİ Qaşqay qadınları və qızlarının yun darayarkən və ya əyirərkən oxuduqları mahnılardan nümunələr: Əlim şir (şir, aslan), əlim şir, Şir, gəl mənə mədəd ver. Mədəd verənim yoxdur, Çörək yeyənim çoxdur, Vuran, söyənim çoxdur. Towlar (işlər) əlim, ırlar dilim, Towlaram ta ola gilim (kilim) Towar bacı, tow ver gələ, Xanım bacı, xam (xam ip) ver gələ. Hər rəngdə bir yaz olsun, Hər nəqşə şahbaz olsun. Qadınlar çəltiyi qabıqdan çıxarmaq üçün həvənglərdə döyərkən oxuduqları mahnılardan nümunələr: Hayna, heli hayna, siz da deyŋ hayna, Biz de derəg hayna, varı deyŋ hayna. O tayda yar obası, döğülür nağarası. Boğca gətir gül apar, xəlvətdir bağ arası. Hayna, heli hayna, siz də deyiŋ hayna, Biz də derəg hayna, varı deyiŋ hayna. Kəhər atıŋ qulunu, məxməl ediŋ çulunu. Biz gəlmişək aparag, siziŋ bağın gülünü. 171 Ülgərəm, aya bəndəm, çeşməyəm, çaya bəndəm, Üzüŋ döndər bir öpəm, həsrətli vaya məndəm. Hayna, haynalı qızlar, cibi aynalı qızlar, Aynayı ver mən baxam, gəşəng deməli qızlar. Ay aydındır ay batmaz, itlər dulanır, yatmaz, Şahmar çalsuŋ anayŋı ki sənnən ayrı yatmaz, Dağdan endirdim qarı, məcməyə düzdüm narı, Bəzədim yola saldım, naz ow ğəmzəli yarı. Mərasim nəğmələrini Mənuçehr Kəyaninin doktorluq dissertasiyasından aldıq. XALQ MAHNILARI Xalq mahnılarının mətinləri bayatı formasında 7 hecalı və gəraylı formasında 8 hecalıdır. Musiqisi 6-8 ritmində olan mahnılar əsasən şur dəsgahı üstündə oxunur. Kəsmə, nar ağacıyam Sərhəddiŋ yeli əsdi (Qaşqaylar yaylağa, dağa Fars. "sərhəd" də deyirlər), Sovuğu məni kəsdi. Bir gözüm yara qurban, Bir gözüm mənə bəsdi. Nəqarət Kəsmə, nar ağacıyam Şirin bar ağacıyam Kəsmə, narım töküldü Şirin barım töküldü Qız, qaşlariŋ edər qan, Məst gözləriŋ alar can. 172 Mən bir tənəm dörd əcəl (tən - vücüd, bədən; dört əcəl - burada: iki göz və iki qaşı dört dənə can alan Əzrayilə təşbih edmişdir - Cəfər Eyvəzi Yadıkurı). Müşkildir aparam can. Nəqarət Kəsmə, nar ağacıyam, Şirin bar ağacıyam. Kəsmə, narım töküldü, Şirin barım töküldü. Hayna həli Çeşməniŋ başi mənəm, İçiniŋ daşi mənəm. Yar gəldi geçdi burdan, Əliniŋ quşu mənəm. Nəqarət Hayna, həli, hayna, Biz də derəg: "hayna", Siz də deyiŋ: "hayna". Hayna, həli, hayna, Varı deyiŋ hayna, Hayna, həli, hayna, Bu toyda oynamışam, Baş yerə qoymamışam. Yar gəlmiş, burdan getmiş, Mən xəbər olmamışam. Nəqarət Hayna, həli, hayna, Biz də derəg: "hayna", Siz də deyiŋ: "hayna". Hayna, həli, hayna, 173 Varı deyiŋ hayna, Hayna, həli, hayna. Suda baliq yan gedər, Kəsmə, bağrım qan gedər. Üzüŋ döndər, bir öpəm, Əcəl gəlmiş, can gedər. Nəqarət Hayna, həli, hayna, Biz də derəg: "hayna", Siz də deyiŋ: "hayna". Hayna, həli, hayna, Varı deyiŋ hayna, Hayna, həli, hayna. Marala bax, bax-bax İrəvandan gəldim bəri, Marala bax, bax-bax! Əbdal oldum, dögdüm dəri (qapı), Marala bax, bax-bax! Səvdim alagöz dilbəri, Marala bax, bax-bax! Yar içmiş məst o məstanə, Ceyrana bax, bax-bax! İrəvanda bir quyu var, Marala bax, bax- bax! Şəkərdən şirin suyu var, Marala bax, bax- bax! Hər gözəliŋ bir xuyu (xasiyyəti) var, Marala bax, bax- bax! Yar içmiş məst o məstanə, Ceyrana bax, bax-bax! 174 Kəylik qonmuş daş üstünə, Marala bax, bax- bax! Qələm çəkmiş qaş üstünə, Marala bax, bax- bax! Hər nə deyiŋ baş üstünə, Marala bax, bax- bax! Yar içmiş məst o məstanə, Ceyrana bax, bax-bax! Yar gəl, ay gəl Getdim gördüm su doldurur, Yar gəl, ay gəl. Su yerinə gül doldurur, Yar gəl, ay gəl. Nəqarət Yar mehrəbanım, gəl ay, gəl ay, Bir şirin zəbanım, gəl ay, gəl ay. Getdim gördüm bulağdadir, Yar gəl, ay gəl. Əl-üzünü yumagdadır, Yar gəl, ay gəl. Nəqarət Yar mehrəbanım, gəl ay, gəl ay, Bir şirin zəbanım, gəl ay, gəl ay. İsladım Xəmis xınasın, gül gülabdan (Xəmis - xınası ilə məşhur kənd), Bəzətdim hiclə otağıŋ, gül gülabdan. Toplayıb göndərən: Ərsalan Mirzəyi, 42 yaşında, ali təhsilli, Ərəb əlifbasından Latın əlifbasına çevirən Sami Sərdarimilli 175 Hayna, lay-lay Bu dərə başdan gələr, Süzülür daşdan gələr. Nəqarət Hayna, lay-lay, Hayna, lay-lay. Hər kimiŋ yarı vardır, Səhər obaşdan gələr. Nəqarət Hayna, lay-lay, Hayna, lay-lay. Əkin əkilən yerdən, Korza (lək, kərdi) çəkilən yerdən. Nəqarət Hayna, lay-lay, Hayna, lay-lay. Üzüŋ döndər, bir öpəm Zülfüŋ büküləŋ yerdən. Nəqarət Hayna, lay-lay, Hayna, lay-lay. Bu əkin əkin olmaz, Eşq otu (odu) sakin olmaz. Nəqarət Hayna, lay-lay, Hayna, lay-lay. Varı aləm yığılsa, Öz yarim təkin olmaz. Nəqarət 176 Hayna, lay-lay, Hayna, lay-lay. Toplayan: Zəhra Əlirza qızı Tahirifər, 29 yaşlarında, orta məktəb müəllimi, göndərən Ərsalan Mirzəyi. Ərəb əlifbasından Latın əlifbasına çevirən Sami Sərdarimilli. UŞAQ ŞEİRLƏRİ - Develər handan gələr? (hardan?) - Sərvistandan gələr! - Nəmənə yiyər? - Şirə-şərbət! - Nəmənə siçər? - Xurma- xərək Kar Ahəng Elim şer, elim şer. Şer, gəl mənə mədəd ver. Mədəd verənim yoxdur, Gəlib gidənim çoxdur. Çayı içənim çoxdur, Qəylan çəkənım çoxdur, Mədəd verənim yoxdur. Elim şer, elim şer, Şer, gəl mənə mədəd ver. Elim-elim əvrişim (ipək), Əlimdəki göy quşum, Üçdü geddi Təbrizə, Haçan gələr, Nowruza? Kakam (qağa, böyük qardaş) girdəg içinde, Əli gəlin saçında. 177 Elim şer, elim şer, Şer, gəl mənə mədəd ver. Mədəd verənim yoxdur, Gəlib gidənim çoxdur. Çayı içənim çoxdur, Qəylan çəkənım çoxdur, Mədəd verənim yoxdur Sicilləmə-Təkərləmə Mətəllarıŋ başlangıcı Mətəl-mətəl mətiŋizə, İki sıçan götüŋüzə, Biri zərdə (zil qara), biri çərmə (ağ və boz rəngin qarışığı, yəni həmin rəngdə olan at və ya eşşək), Mindim çərmə kindinə (kürəyinə, belinə), Çaptım Kuşan yoluna, Kuşan yolu dərvaza, Ayı gördüm yer qaza. Suğan verdim souttum (yaşartdım, gözünü yaşartmaq), Alma verdim owutdum (ovutdum), Getdim gördüm: Şah qizi qalı toxur, Üstünde bülbül oxur, Gördüm ki, bir palandır. Altında bir Qurandır. Oxuyanda gördüm ki, Varı gəplər yalandır (gap: söhbət). YANILTMACLAR (Dil oyunları) Tacı bacı, sac sizde? Seysan səkiz sarı arrıq sirçə şorbası. Deve doğdu adam gətirdi, ya gedər geri baxar. Toplayıb göndərən: Ərsalan Mirzəyi, 42 yaşında, ali təhsilli. Ərəb əlifbasından Latın əlifbasına çevirən Sami Sərdarimilli 178 TAPMACALAR (Mətəllər) Aldım bir dana, açdım miŋ dana (Nar). Aldım qazan, atdım quyruq. Yerridi qazan, qaldı quyruq (Ayaqqabı və ayaq). Atdan ücə, itdən alçaq (At həgəri - at yəhəri). Ayaqdan ayaq açar, dağdan dağa qaçar, qulağı göyə çatar, dişləri torpağa yatar (Bulud). Ay çıxdı üçə çıxdı, sədəfdən cücə çıxdı, on ikki yumurtadan, üç üz altmış beş cücə çıxdı (İl, ay və günləri). Bazarda qərədir, əvdə qırmızı (Çay). Bəş kaka (qağa, qardaş) bir quyuyu daşlar (Ağıza yemək aparan əl və barmaqlar) Biz biz idik, üz qız idik, bizi üzdülər, ipə düzdülər (Qamışdan düzəldilmiş çətən). Burda atdım qilici, Hələbdə oynar ücü (İldırım). Otaydakı dərvişlər, bəskə nəvərd vurmuşlar çəŋŋə çəvil (çox danışan) olmuşlar (Dişlər). Çilə (çiləmək: səs vermək) çiliŋ gorruna, ölü ölüŋ goruna, Bağdaddan bir quş gəlir, poxu ölüŋ goruna (Arı və onun balı). Dar təng, nağara pələng (Tüfəng) Əlif birdir, lam ikki, Payla (piyalə) birdir, cam ikki. Əl varıdır, qıç yoxi, Qarnı irtiq, can yoxi (Kəpənək). Əlimnən əkərəm, dilimnən biçərəm (Məktub). Əlim ətdə, başım g...ə (Keçi sağmaq). Əlinən tutmag olmaz, gözünən görmək (Yel). Əti var, qanı yox (Arı). Əlif birdir, lam ikki, Payla (piyalə) birdir, cam ikki, Hanı quşdur o quşdan, Yumurtası on ikki (İl). 179 Hey həssələr, hey həssələr, hanı quşdur bağarsağın dəstələr (İlbiz) İki qonşu bir birini görməz (Göz). Xatın xatınlar ayağında var corablar, qoyma başına ki səni xarablar (Toyuq) On ikki qardaş: üçü vurar gətirər, üçü vurar aparar, üçü cənnət bağıdır, üçü ondan yağıdır (İlin fəsilləri). O nədir ki, öz dövrünə dolanır (Su). O nədir ki, qiçi yoxdur, qaçayır (İlan). O nədir ki, hər zadnan allanır (Uşaq). O nədir ki, yerdən göyə bulanır (Tüstü). O nədir ki, göydən yerə sallanır (Yağış). O nədir ki, yüz il qalsa qarımaz (Dünya). Oba küçdü, babamıŋ kələ qılıcı qaldı yurtda (Qarım: çadır qurularkən içərisinə yağış suları dolmasın deyə ətrafında qazılan kiçik arx). O tay təxtə, bu tay təxtə, arasında kölə bəxtə (Ağız və dil). O taydakı dərvişlər, Dəvrə dəli qonmuşlar, O tayı kəmər, Bu tayı kəmər, Madyan dutar, Qulun əmər (Bal). Ocağa düşər yanmaz, Suya düşər yaş olmaz (Kölgə). Üç oyunçu, 12 tamaşaçı (Saat). Üzü sarıdır zəfəran təkin, İçi ağdur un təkin, Oturmuşdur xan təkin (İydə). Uzun quyu, dum-dum, Suyun içən ölər, İçməyən ölməz (Tüfəng). Üstü köynək biçməli, altı şərbət içməli (Qoyun). 180 Yerə vursam qirilər, içindəki qirilməz (Qarpız və dənələri). Tapmacalar Ərsalan Mirzəyinin 2018-ci ildə Şirazda nəşr etdirdiyi "Qaşqay tapmacaları" kitabından alınmışdır. İNANCLAR 1. Hər kim barmağını qəbristana uzadır, gerək barmağını dişləyə. 2. Gecələr qəbristana gedməzlər, çünkü inanırlardı mərizlənirlər (xəstələnirlər). 3. Ölu birimki (birinci) gecə qəbr içinə qoyulursa, oraya gerək su çadmıya (çatmaya). O gecə yağış olsa, ölünüŋ qəbri üstünə bir çarqad atırlardı. 4. Gecədə ağac altına gedməzlər. 5. Gecədə aynaya baxmazlar, inanıllar adam dəli olur. 6. Pəncşənbe, cüma gecəsi soğan yemirlərimiş, çünki deyillərdi ölü için xub (yaxşı) dəyil. (Yəni həmin gecələrdə ölənlərin ruhları doğmalarının evinə gəlir. Ruhlar da soğan, sarımsaq və s. kəskin iyləri sevməz. Gərək həmin günlər evlərdə xoş ətirli xörəklər bişirilə - Əli Şamil) 7. Ölü torpaqlamag için (dəfn edilənin üstünü torpaqlamaqda) heç kimsə uxuda (yuxuda) gerək qalmaya. 8. Bir kendde ölüyü mezara qoyulduğu zamanda, başqa adamlarıŋ uxuda qaldığı uğurlu değil. 9. Gün batanda heç kimsə uxuda (yuxuda) gerək olmaya (Gərək şər vaxtı, yəni gün batan vaxt heç kim yatmaya, oyaq ola - Əli Şamil). 10. Hər küçük uşaq ki qırx günü tükənməyib (qırxı çıxmayıb), bir Quran, ya duz, ya bıçaq qoyurlarımış yanına. 10. Tazza uşağı olunmuş bir arvad çaydan geçəndə bir kışı biçağınan çayıŋ suyunu kəsirdi və arvad (bundan sonra kişiniŋ) dalıçı gedirmiş. 181 11. Ata əvə gələndə uşaq uxuda (yuxuda) olsa, onu uxudan (yuxudan) oyartmadan dik tutarlar (elə bil ayaq üstə dururmuş kimi), ta ata yornaqlığını almaya (ata gedib bir yerdə oturmayana, uzanmayana kimi). Yəni atanın yornaqlığı (yorğunluğu) uşağa keçməsin. 12. Bir uşağın çilləsi çixməkdən iləri (henüz qırx gün olduğundan geçmemiş), heçkim bu əvə gedməzdi. Birdən gedsəydi, əv əyəsi o adamdan bir üzüg, ya muncuq alırdı, onu atırlardı su içində verirlərdi uşağa içə. 13. Cuma günü un kessəsini açırlardı. Çünkü ınanırladı cuma günü bir ağır ow bərəkətli gündür və un kessəsiniŋ ağzı bu gün açılanda unu tez tükənməz, bərəkətli olar. 14. Dowar (davar) dağda itirdi, (davarın sahibi olan) əviŋ arvadı niyyət edirlədi və "Qurduŋ-quşuŋ ağzını bağladım" -deyib öz çarqatını düğün bağleyrdi. Gərçəkdən inanırlardı bu işinən o vəhşi hayvanıŋ ağzını bağleyrlər. 15. Hər neççə uşaq hər xanevadədə (ailədə) var, bayram günü ocaq düzədirlərdi, sora (soŋra) bunları alışdırırdılar. 16. Gecələr ağarantı (ağartı, süd məhsulları), un, duz əvdən yazıya (çölə, bayıra, başqasına) verməzlər. 17. Gecə bişirmiş yeməkdən artıq qalanda, yeməyəndə, səhərə saxlayanda gecə onuŋ üstünə iŋŋə (iynə), ya kömür qoyurlardı, ta sabah yeyə bilələr (Yəni gecə cin, şeytan, şər qüvvələr o yeməyə toxunmayalar). 19.Gecə saç darasaŋ uğursuzlug gətirir. 20.Gecə aynaya baxsaŋ uğursuzlug gətirir. 21. Hicri-qəməri (ay ilinin) 21-də yeŋŋi işə başlamazlar, səfərə çixməzlər, lıbas (paltar) yumazlar. Deyərlər "o gün xub değil, nəhsdir (uğursuz)". 22. Şənbə gününü uğursuz gün sayırlar. Həmin gün ölüm və ya ağır bir iş olsa, elə düşünərlər ki, qarşıdakı həftənin şənbə günü uğursuz bir hadisə olacag. 23. Gəlini bowası (babası, atası) evindən ata mindirib kürəkən (bey) evinə göndərəndə atıŋ tərkinə bir oğlan uşağı qoyar- 182 lar. Gerək o oğlan uşağı kürəkən evinə çatanança, atdan yerə düşməyə. İnanırlar ki, belə gəliniŋ əvəlki uşağı, oğul olar. 24. Qurbanlıq quzusunuŋ sümüklərini yazıya (çölə, eşiğe) atmazlar, torpağı qazıb basdırarlarmış ki, it ya gurba (pişik) yeməsin. 26. At qılından saç təkin (kimi) hörüb uşağıŋ lıbası üstünə tikirlər ki, ona cin, ya şeytan yexin olmaya (doxunmasın), göz dəyməsin. 27. Tazza gəlin gələndə onu üç gün girdəkdə (gelin hiclesi; gərdək) saxlayırlar ki gəlininen kürəkən orda qala (qalsın). Çünkü deyillər gəlin çilləlidir (hənüz 40 gün gəlin olduğundan gəçməmiş). Buna görə ordan tez çıxsa, uğursuzluk gətirər. 28. Gəlin üç gün girdəkdə qalandan sora onu qayn bowası (qaynatası) evinə aparırlar və onuŋ cilowunda (önündə) bir quzzu, ya oğlaq qurbanlıq edirlər. Qurbanlığıŋ başını laşından ayırırlardı və gəlin bu ikiniŋ arasından gəçirdi. Gerək ayaqları bu heyvanıŋ qanına bulana. 29. Qədim qaşqaylar cinnə və Ala çox inanırlardı. Uşağı cindən qorumak üçün üstünə, yanına dəmir bağlayarlardı (Al: qırmızı cin). 30. Bir arvad uşaqı olanda (doğanda) ətrafına dəmir düzər, yanında tüfəŋ atırlardı (atəş açarlardı), at kişnədərlər ki, Al qorxa, oraya gəlməyə. Belə inanırlardı ki, Al gelmiş doğan arvadı apara. Həzrət-i Abbas kərrəsı Həzrət-i Abbas şiələriŋ 3-cü imamı, İmam Hüseyniŋ qərdəşidir ki, İmam Hüseyn və Yəzid arasındakı Kərbəlada olan savaşda şəhid olmuş. Həzrət-i Abbas kərrası neççə küçük daşıŋ (bir əl içinə alınabilən daş) bir-biri üstünə qoymagından dizəlir. Bu kərrə iki yerdə işlənir: 1. Bir mal (xərman kimin) çölde qalırsa, yanına, ya üstünə kərrə qoyarlar. Qəşqayılar bu kərrəyə çoq inandıklarına göre o mala əl vurmazlar. 2. Bir adama bohtan (ittiham) vuranda (atıldığında) günahsiz oldığını Həzrət-i Abbas kərrəsinən sabit edir. Yanı bir kərrə- 183 yı dağıdır və der: "Əğər xətə edmişəmsə, elə bu kərrə təkin (kimin) evim qumurulsun (dağılsın, yumurulsun)". Qaşqaylarda üç önəmli inanc yeri var: Allah, Quran, ocaq! Deyirlər: Ocağıŋa and olsun! Allah qərarı qoyubdur: Quran inən ocağıŋ fərqi yoxdur. Ocağa and içərlər, heç kim yalandan ona and içməz. Yalançıyı ocağa tapşırarlar. Qaşqaylarıŋ inancına görə, hər kimsə ocağa yalandan and içsəydi, sağ baş məzara qoya bilməzdi. Həs kəsiŋ bir nıyazı və istəği var, ocaq başına gedirdi və deyirdi: "Ey fılan şəxsiŋ ocağı, mənə yardım ed. Mənə, ya mərizimə (xəstəmə) şəfa ver, ya malım itmişdir, yardım ed, onu bulam. Birisində qan düşmanlığı və ya kin ow küdurəti olsa, onuŋ ocağınıŋ başına gedəŋsə, o adam güzəşt edər, gəçər ow barışar və kin ow kudurət aradan gedər. Yazıb göndərən: Zəhra Əlirza qızı Taherifər, ali təhsilli müəllim, 29 yaşında. Ərəb əlifbasından Latın əlifbasına çevirən Fərhad Cavadi Çillə bədər Çilləniŋ sowunki (sonki, son) günləri, eydə (bayrama, Novruz bayramına) bir həftə qalmış Qaşqaylar içində xaki-ləhi deyilən bir günlər var. Xaki-ləhi deyilən günlər, yəni o zaman ki yer o qarza (o qədər) xub göyərmiş ki, daha dowarlar yayılanda doyur. Bu günlər Qaşqayı obaları daha qış yurdunnan yaz yurduna daşınırlarmış. Buna görə iki yerdə ot edirlərmiş və dowarları bir səhər çağı eridirlermiş (yeridirlərmiş: Dowarı yerinden sürmek, qopartmak) bunuŋ arasından keçirdirlərmiş. Ən axırki quzzı, oğlaq, hər birisi ki qalmışdır, onu çoban tutir gətirir, öldirillər qoyullar eyd şamı için ki bayram gecəsi qowuralar veya kebab edəler, yeyələr. Mən özüm tayfamda bir neççə yolu (neççə dəfə) "Çillə bədər" görmişəm. Zamanı da qışıŋ ortası dəğil, eydə (bayrama) bir həftə qalmışdır. Söylədi: Əvəzullah Səfəri, Kəşküllü, ali təhsilli. 184 LƏTİFƏLƏR Sopanıŋ duza gedməği Bir gün əşşəgləri cülləyib gedirdiler duz gətirələr. Sopaniŋ (sıpa, iki yaşlı eşşək) biri ki indiyənçəz heç zaman üklənməmişdi, çox şəğəm (şən halda) edib götələg atib və çapırdı. Dedilər: - Sopacan, nəssiŋ bele şad-o şəngüləŋ? Hara gedirəŋ? Sopa gülə-gülə dedi: - Gedirəm duza! Duza! Duza! Duzdan geri büküləndə (dönəndə) bir ağır duz ükü (yükü) vurdular sopanıŋ dalına. Obaya çatanda sopadan soruşdular: - Sopacan, hardan gəlirəŋ? Sopa bir isnadı(əsnəyərək, dərindən nəfəs alaraq), zəyif səsinən dedi: - Duuzzzzzdaan, duuzzzzzdaan, duuz... Mullanıŋ bağlı kosalası (buzovu) Bir gün mullanıŋ kosalaları (buzovları) əldən çixib qaçırdılar. Mulla hər iş gördü kosalaları ağıla büke (döndərə) bilmədi. Dönub bağlı kosalayı saldı çomaq altına, indi vurma, haçan vur! Xəlq yiğilib: - Mulla, babaŋ yaxçı, anaŋ yaxçı, sən bu dili bağlıy heyvanı nəçin vurıraŋ? Dedi: - Siz bilmirəŋiz, elə bu dili bağlı, əğər açılsaydı, onlardan artıq qaçardı. (Molla Nəsrəddin lətifələrindən) Toplayıb göndərən: Ərsalan Mirzəyi, 42 yaşında, ali təhsilli. Ərəb əlifbasından Latın əlifbasına çevirən Fərhad Cavadi 185 KOSSAGƏLİN Kossagəlinəm, Yel gətirmişəm, Yağış gətirmişəm. Pəsin çağıydı (ikindi, günorta ilə axşam arası), varımız (hamımız) yiğilmişdig ocaq dowruna (dövrəsinə - Ə.Ş.), atamıŋ mətəlinə gulaq asırdıg ki, bu səs gəldi. Köpəgləriŋ hoxurmagi (hürmək) başlandi. Bəri başdaki yatmışdı qapıya və gözü sac üstündəki çörəkdəydi. Qalxdı bir silkləndi və hoxura- hoxura qaçdı obadan aşşağı. Bir dəqəydən sora səkkiz, doqquz adam durdu qapıya. Varısından (hamısından) görməlitər Allahverdiydi. Allahverdi bir uzun çatma qanatına minmişdi (Qaşqaylar nəhrə çalxalamaq üçün təxminən 2 - 2,5 metr uzunluğunda, bilək yoğunluğunda üç ağacın bir ucunu torpağa basdırır, o biri ucunu havada bir-birinə bağlayırlar. Ağaçların baş-başa çatıldığı yerə kəndir, sicim bağlayıb aşağı sallayırlar. Aşağı sallanan tərəfi də nehrənin iki başına bağlayaraq onun havada o tərəf, bu tərəfə hərəkət etməsini təmin edillər. Beləcə, nehrəni havada itələməklə ondakı qatığı çalxalayaraq yağa və ayrana çevirirlər. Kamran Səlimi də Allahverdinin sacayaq kimi bağlanan ağaclardan birini, yəni çatmanın bir qanadını-tayını ayaqları arasına alaraq at minmiş kimi hərəkət etdiyini deyir - Ə.Ş.) ve gowdda (çöl) uşaq kimin çapırdı. Cıŋırowuŋ (zınqırovun) da bir abadını (böyüğünü) asmışdı buynuna. Bir burma üŋ (yun) də yapıştırmışdı səqqəlinə. İkki kələş (ayqqabı) tayı də bağlamışdı şaxı (velosiped oxu) yerinə ki, onu gülməlitər edmişdi. Bir uzun arxalıq da gəymişdi ki, balı (ətəyi) gedirdi göyə yow gəlirdi yerə. Baş-qulağı, burru (varı, hammı) da unudu (Arxalığıŋ bir balı: bir güşəsi, bir yanı, bir ətəyi) Allahverdi kossagəlin olmuşdu. Onuŋ dörd-beş gözləyənçi varıydı ki, qoymeyrlərdi səqqəli yossula (yolunmaya) və başına su tökələr. Obanıŋ adamı da çalışırdı ki, Allahverdiniŋ səqqəlini yossalar (yolsunlar). 186 Bu şək-şuluğda (səs-küydə, şuluqluqda) dowar (davar) da ürküb qaşdan (qoyun-keçilərin müvəqqəti saxlanması üçün düzəldilmiş üstüaçıq yer, qere çadırıŋ önündə dowarlar yatar yer) çixdi, ayaq qoydu dağa sarı. Allahverdi vəlm edirdi (çalışırdı, vəlm edmək: fürseti uyğun bulmak) taqqanağını (dəyənəyini) salırdı ocaqıŋ içinə və külünü sowururdu göyə. Böyüg qərdəşim qablamayı doldurmuşdu sudan tökə kossagəliniŋ başına ki, Allaverdi payaynan vuranda geddi göyə. Bu ortada mən varıdan (hamıdan) artıq keyf edirdim. Uşşaqlar dağılmışdı kossagəliniŋ dowruna və gülüşürlərdi. Bowama (atama) söylədim, nəçin Allahverdiyi beləkin edmişlər? Atam bir əl çəkdi başıma, dedi, balam, Allahverdi kossagəlin olmuş, seyr (isteyr) yağış gətirə. O ilıŋ qışı başlanmışıdı, ama yağışdan heç xəbər yoxudu. Yer qaraydı, göy də qara. Nə qışlaqlarda ot varıdı, nə də çaylarda su. Çobanlarıŋ gözü göydə qalmışdı. Xəlqıŋ gözünüŋ qarası göyə baxdıgdan gedmişdi. Elə bu bəla için kossagəlin düzədmişdilər. Allahverdi çox şək-şuluğdan sora həmlə eddi bir çəng un xoradan (xaraldan, böyük kisə, kəndirdən toxunmuş çuval) çaxarddı, mindi ağacına və çapdı. Biz də quluncuça (ardınca) elə gecəniŋ çağı obadan-obaya gəzirdig və un yiğirdig. Hər obaya yetişirdig, Allahverdi bu qoşmayı oxuyurdu: Kossagəlinəm... Yel gətirmişəm.... Yağış gətirmişəm.... Kossagəlin nə istiyer..... Tanrıdan yağış istiyər... Allah yağış verəydi, Nəzrim qabul olaydı. Yağ yağışım sel gələ, Yağ tə yəttimlər doya. Yağ fəqirləriŋ arpasına, 187 Yağ qocanıŋ ləttəsinə (tərəvəz, bostan əkilən yer). Tarı işi hesabdır. Kossa xastı (istegi) seylabdır (sel-ab, selsu). Hər obaya gedirdig elə bu işimizdi. Ta etişdig axırkı obaya. Bu obada kossagəlin hər nə un yiğmişdi xəmır eddi və bir kummuca (kiçik) noxud təkin daş da atdı xəmır içinə. Xəmırı tappı (tapı - çörək növü) eddilər. Tappıyı yiyəndə daş hər kimsəniŋ ağzından çixsəydi onu vurasıydılar ta diyə haçan yağış yağır. Mən o gecə qorxudan heç doq tappı yiyəbiləmədim. Ama yoldaşım Qərə Hüseyn ki, çox tappıdan yemişdi, qərə allından (bəxt, tale) daş ağzından çixdi. Ta bildilər daş Qərə Hüseynıŋ ağzından çixmiş, düşdülər canına. Bəna qoydular vurmaga ki, söylə görəm əvvəlki yağış haçan gələr. Qərə Hüseyn də çiğirirdi: - Əl götürüŋ məndən...., yağış yoooox, tifan yoooox... Hərnə xəlx vura, hərnə də Qərə Hüseyn çiğirə. Axır dedi: - Bir aydan sora yağış yağar. Obanıŋ adamı qabul edmədi, dedilər: - Bir ay çoxdur, görəg çox teztər (tezrəg, daha tez) vədə verəŋ. Genə dayandılar Qərə Hüseyni vurmaga. Qərə Hüseyn çarasız söylədi: - Gələn yeddicədə (həftə) yağış var. Obanıŋ aqsəqqəli zamın oldu Qərə Hüseyn azad ola (bıraxıldı). Ama yağış yağmadısa, gerək o aqsəqqəl Qərə Hüseynı elə verə. Günlər gəçirdi, mən də gün sayırdım. Beş-altı gün artıq gəçməmişdi ki, bir qərə göy üzünü basdı. İldirimler şaqqılladı və dərə-təppədən çay yola düşdü. Atamıŋ ki vurdgu (bağırtı) səsi ildirimləriŋ səsindən baş olmuşdu. Yazan: Kamran Səlimi, 32 yaşında, ali təhsilli. Göndərən: Ərsalan Mirzeyi. Ərəb əlifbasından Latın əlifbasına çevirən: Fərhad Cavadi. 188 NAĞILLAR (MƏTƏLLƏR) Nağıllarıŋ başlanğıcları (sicillər) Mətəl, mətəl mətiŋizə, İki sıçan götüŋüzə, Biri zərdə, biri çərmə. Mindim çərmə kindinə, Çaptım Kuşan yoluna, Kuşan yolu dərvaza, Ayı gördüm yer qaza. Suğan verdim sowuttum Alma verdim owuttum (ovutmaq) Getdim gördüm: Şah qizi qalı toxxir, (toxur) Üstündə bülbül oqqir (oxur). Gördüm ki, bir palandır, Altında bir qurandır. Oxuyanda gördüm ki, Varı gəplər yalandır. Göndərən: Ərsalan Mirzəyi, 42 yaşında, ali təhsilli. Qarqaynan tilki qonaqlığı Bir tilki və bir qarqa bir çölde bir-birə qərşiləşdilər. Tilki qarqaya dedi: "Gəl özümüz bir-biri qonaqlayag". Qarqa da dedi: "Olsun!" Tilki geddi bir kaççi (duru yemək adı) düzəddi, yow tökdü bir towaya (tava kimi yastı daş), qarqayi dəvət eddi. Qarqa gəlli bir para dimdik vurdu yow gördü dimdiğe gəlmiyər. Qırağa çəkilli. Tilki gəlli özü yaladı. Qarqa da dedi: "Xoşməzzəydi, əliŋ ağrımasın. İnni noba mənimdir, səni qonaqlayam". 189 Qarqa geddi qiləyin (bir az) buğda buldu, qovurqa eddi gətirdi, tökdü bir qizil güyən (gəvən, tikanlı kol) içinə. Tilki gəlli yalaya, güyən batti dilinə. Qarqa gəlli buğdaları deşirdi yow (dənnədi) çıxdı oyana. Tilki dedi: "Qarqa kaka (qağa, qardaş), gəl bir üçmə (uçma)-qəçmə (qaçma) də bir-birə örgədəg. Qarqa dedi: "Olsun!" Tilki dedi: "Gəl çinim (çiynim) üssünə". Qarqayı allı çininə yow bir para o yan bu yana qəçdi. Qarqanıŋ qanatınnan bir para töküllü. Onu yerə qoydu. Qarqa dedi: "Gəl inni (indi) mənim nobamdır (növbəm, nobatım), kakamı alam dalıma". Dedi: "Gəl çinim üssünə". Tilkiyi allı çininəyo howalannı (havalandı), geeeddi uxarı (yuxarı). Tilkiyə dedi: "Yer görünüyor?" Dedi: "Həyə". Ginə geeeddi uqarı. Dedi: "Yer görünüyor?" Dedi: "Bir az". Geeeddi... uqarı geeeddi. Tilkiyə dedi: :Yer görünüyor?" Dedi: "Yow". Əyənnə (belini əydığı halda) tilkiyi vill eddi (buraxdı) aşşağı. Bir abıd bir göldə suya girirdi (çimirdi). Gördü göydən bir zad gəlir ow deyər: "Ya gölə, ya xərmənə". Abid suyuŋ qıraqındaydı ki tilki guruppunan (gübbultu ilə) düşdü suya. Abıd qorqdı hərakkət eddi (siçradı yerindən, qaçdı), rəxti (paltarı) də qallı. Tilki sudan çiqdi yazziya (çölə, eşiğe). Abıdıŋ abasını yow təzbisini (təsbehini) götürdü yow yola düşdü. Təzbiyi atıyardı yow (çevirirdi) gedirdi. Bir qurd qərşisindən gəlirdi. Xəbər allı: "Bular nədir, tilki kaka?" Tilki dedi: "Mən elə bullarınan kasıblıg (iş görmək, qazanc əldə etmək) edirəm. Aba owuram (kəççə və yapıncı düzəltmək) Qurd dedi: "Başarraŋ mənə də bir owaŋ?" Dedi: "Həyə". 190 Geddi bir dəligə mənzil eddilər. Tilki qurda dedi: "İnni (indi) geceye (hər gecə) bir göy quzzu gətirəsiŋ, mən yiyəm ow dərrisinidən sənə aba tikəm". Qurd bir neççə quzzu gətirdi, bu da yedi yow yedi. Qurd xəbər alırdı nicə oldu, tilki də deyrdi: "Uzadma boyu var, sallama qolu daha çoq qalmamış". Bir gün qurd gəlli dəlig dəminə (önünə, qarşısına, qapısına) dedi: "Sən ki mənim yeddi puştumu (arxa, ard. Burada yeddi babamı anlamındadır) yannırdıŋ. Mən bu xəlqdə quzzu qoymadım". Loh yedi içəri (Farsca deyimin kalkasıdır: icazəsiz, tələsik bir yerə girmək, "loh yedi içəriyə" Qaşqayı Türkçesidir, yanı birden içəriyə girdi). Gördü tilki yalan deyr. O qarza (o qədər) dərri tökülmüş içəri ki howara (yaxına) gedməli değil. Əlpərləyənnə (əl atıb) tilkiyi qoydu yerə, quyruğunu qazdi pirq eddi (atdı) oyana. Aba owmag da vill ollu (əba tikilməmiş qaldı). Heşnə də içərdə yoqudu ki, qurd götürə gidə. Vill eddi geddi. Tilki geddi yollaşları yanına. Yollaşları gördülər quyruqu kölədir (kəsik). Ona çoq güllülər. Tilki heşnə demədi. Ama fikirdəydi ki, oları da öz gününə qoya ki, daha ona gülməyələr. Bir gün bir bağa geddi, üzüm yeməyə. Bağban xəbər ollu onu qowdu. Bir ağac da tilkiyə vurdu ki, burnu qanadı. Ama tilki qəçdi. Yollaşarı yanına geddi. Dedilər: "Genə nic olmuşaŋ? (nə olmuşdur? sənə nə olmuş?) Dedi: "Bu yaqqınlarda (yaxınlarda) bir üzüm bağı var, geddim elə üzüm yedim ki, burnum qanadı. Gəliŋ ta sizi də aparam üzüm yeyəŋiz". Geddilər bağ içinə. Tilki dedi: "Gəliŋ quyruquŋuzu bağlayam üzüm ağacına, bir az turuŋ (durun) üzüm tökülür, onna yeyiŋ. Varısınıŋ (hamısının) quyruğunu ki bağladı dıfar (divar) üssünə, çiqdi çağırdı: "Əy bağban, bağıŋ xərab olmuş, əyə (əgər) gəlməyəŋ, əviŋ xərab (evin yıxılacaq, bütün malıŋ əldən gedər)". Tilkilər qəçdilər, ama quyruqları qazıllı (üzülüb) qallı, özləri geddilər. Tilkilər vari (hamısının) quyruqu kölə ollular. 191 Neççə gün sora tilki bir yollan gediyardi ki, bağban qərşisinnən çiqdi. Bağban əl eddi ağaca, dedi: "Sən gəlmişdiŋ mənim bağıma oğurluğa? Vurasım öləŋ". Tilki dedi: "Hardan bilirəŋ mənidim? Mən heç bağa gedməmişəm". Bağban dedi: "Quyruquŋ kölədir". Tilki dedi: "Bir tək mən quyruqu kölə dəğilim bu çöldə. Bir hazara (bir çox) quyruqu kölə tilki var". Bir vəyqirdi (vaqqıldadı) ki, 20-30 quyruqu kölə tilki gəlli. Bağbana dedi: "Gördüŋ dedim, quyruqu kölə tilki tək mən dəyiləm?" Bağban bu qədər quyruqu kölə tilki ki gördü, qorqdu qəçdi. O tilkilər də billilər nə başlarına gəlmiş. Söyləyən: Şeşbəyli tayfasının Doqquzlu tirəsindən Zəkki Cahangiri, təhsilsiz, 84 yaşında. Səsini yazan: Milad Xorşud (Həməd) oğlu Cahangiri, Şeşbəyli tayfasının Doqquzlu tirəsindən, 17 yaşında, şagird. Ərəb əlifbasından Latın əlifbasına çevirən: Əmin Cahangirnia. Səs yazılıb 2019-cu ilin qışında. Şah oğuluynan Şahbalıq Bir padışahımış, bir gün noxoş olur. Təbiblər yiqilirlər (yığılırlar) görələr çarəsi nədir? Təbibləriŋ biri der: "Bunuŋ darmanı (dərmanı) şahbalıqdır". Xalqa derlər: "Gediŋ dəŋŋizə, şahbalıqı tutuŋ ta padışaha darman edəg". Hər kəs, hər yerdən gedir dəŋŋizə tor atmaya. Hərnə çalışırlar şahbalıqı heç kimsə tutamaz. Bir gün şahıŋ öz oğulu gidər tor atır. Qazadan şahbalıq onuŋ toruna gəlir. Ser (istəyir) ki onu su üzünə çəkə, görür nəççə miŋ balıq su üssünə gəlli ağlayar o naylayır (şikayətlənir, nalə edir). Fikrə gedir ki, inni nic edəm (nə edim)? Bunu aparmasam atam ölür, aparsam bu balıqlar ölür. 192 Der (deyir), inni (indi) mən munu aparsam, bəlli dəğil, atam salım olur, olmaz? Həm də atam umrunu edmiş (ömrünü başa vurmuş). Şahbalıqı atar suya. Bir adam yaqqındaymış, bunu görür. Adam gidər şaha xəbər verir ki, oğuluŋ şahbalıqı tuttu, ama ginə (yenə) suya atti. Şah qussalanır. Der: "Oğulum gəldiğinnə tutuŋ onu edam ediŋ". Anası bunu ki eşidər, gidər bacısına (oğuluŋ xalasına) der: "Ged mənim oğuluma de ki, səni seyrlər (istəyirlər) edam edələr. Bir az çörəg də ona ver ki, burdan qəçə". Dazzası (xalası) da gedər peyğamı (xəbəri) ona etirdər, çörəgi verər ow anasınıŋ dediği nəsihətləri də ona der (deyər). Nəsihət buymuş ki, burdan ki, geddiŋ, yolda bəlkə 3-4 adamınan qərşiləşərən. Əyə (əgər) qərşiləşdin, çörəgiŋdən dördünü çaqard, üçünü ver ona, birini götür özüŋə. Əyə üçünü sənə verdi, birini özünə götürdü yollaşıŋdır. Əyə çoqunu özu yedi, yollaşıŋ dəğil. Geddəŋ iləri, genə bir yerdə derəŋ sən ged, mən seyrəm (istəyirlər) çürrəyəm (işəyəm), əyə turdu ki, yollaşıŋdır, turmadısa, yollaşıŋ dəyil. Geddəŋ iləri bir ayrı adam gördəŋ. Genə bu işi gör ta görəŋ yollaşıŋdır, ya yow. Oğul yola düşər gedər. Yolla bir adam görür. Bir-birə qoşulur gidərlər. Bir az iləri ki gedirlər, oğul çörəgi çaqardar üçünü ona verir, birini özünə götürür. O adam üç çörəgi yer. Oğul görür ki, bu adam yollaşı dəyil. Ayrılar gidər. Genə bir ayrı adam görür. Qoşulur gedirmişlər, oğul der: "Sən ged, mən seyrəm çürrəyəm". Adam turmaz gedir. Bilir ki bu da yollaşı dəğil. Genə yolunu qapar gidər. Ortalıqda bir qocaya etirər (yetirər). Qocaynan belənə yola düşürlər. Bir az geddigdən sora genə oğlan dörd çörəg çaqardar, üçünü verir qocaya, birini özü götürür. Qoca ikisini verir geri. Der: "Sen cahalan, şayəd məndən artıq ac olaŋ. Mən elə bu bəsiim. Oğul görür bu iŋŋar yollaşıdır. İləriyə ki gedirlər, oğul qocaya der: "Mən seyrəm işşəyəm, sən ged". 193 Qoca der: "Yow, balam bəlkəm sənə bir tafaq (ittifaq, olay) düşə. Tafaq ki xəbər edməz. Turasım belənə gidəg". Oğul da munuŋunan yollaş olur. Ama deməz ki mən şah oğuluyam. Gidərlər ilərtərə bir kənnə etişirlər. Onna (onda, o zaman, o çağda) siğir (inək) otardıg rəsmimiş. Hər kəs bekarımış (işsiz) sığır otarıyarmış. Bir sürü sığır bulullar ki, otaralar. Gələdanı (Fars. tövlə) içinnə bir otaq da belələrinə verirlər. Bular elə orada ruzıgar (gün) gəçirdiyərmişlər ow çörəglərini buluyarmışlar. Bir gün padışah oğulu gedmişmiş sığır otara, o məhəliŋ padışahı qizini ki ordan rədd oluyarmış (gedirmiş, keçirmiş) görər. Bu qizi ki görər, məriz (xəstə) olar düşər. Sığırləri (naxırı) gətirir o der ki, bowa (baba, ata. O qocaya bowa deyərmiş), mən sığırləri otaramadım, gətirdim. Ciğələ (cığələ - cavan, gənc) düşər ow səhərinə, qoca siğirləri aparır otarır. Geri gələndə der: "Balam, səniŋ nəssiŋ? Beyə nə ittifaq düşmüş?" Ciğələ der: "Heç". Qoca der: "Yow, de görəm nə ittifaq düşmüş? Sən beləyi (belə, bu cür) dəyildiŋ!" Ciğələ der: "Həqiqəti, mən şah qizini gördüm ow onu seyrəm (istəyirəm), ama bullar özümüzə verməzlər". Qoca der: "Səniŋ muşkiliŋ elə budur?" Oğul der: "Həyə". Der: "Mən səniŋ içi (üçün) düzədərəm. Sən səhər sığırlərı apar, mən gidər danışaram". Daha ciğələ bir az xoşhal olur, səhər gidər sığırləri aparır, qoca da gidər şah yanına. Şah der: "Nə iş varıŋ, qoca? Sən nə içi gəlmişəŋ?" Der ki, gəlmişəm qiziŋi alam oğuluma. Oğulum dünəŋ (dünən) qiziŋi görmüş, ow halı pes olmuş. Səniŋ qiziŋi seyr. Şah der: "Qoca nə deyrəŋ? Səniŋinən oğuluŋ sığır otarıraŋız, mən bir şaham". Qoca aynaşır (israr edir) ki, yow, hətmən (mütləq) qiziŋi verəsiŋ mənim oğuluma. Şah qalmış çikonəm nəkonəmdə (Fars. nə edim, nə etməyim?). 194 Bir vəzir varıymış, çoq zirəkimiş. Vəziri çağırar ow der: "Nic edəm? " (Necə edim?) Vəzir der: "Bir zad ondan sə (istə) ki, əlinnən gəlməyə, vill edə (buraxa, boşlaya) gedə". Şah qocaya der: "Sən bu şəhriŋ varısına (hamısına) qirmizi qalı (xalı) atasıŋ (döşəyəsən) ki, mənin qizim qirmizi qalılar üssünnən gələ, bir həzara (F. hezar min. Burada çox anlamındadır, bir çox; Türkiye Türkçesində: bunca, bir sürü) da sikkə gətirəsiŋ". Qoca der: "Elə bulları getirəm qəbullur?" Şah der: "Həyə, elə bulları cur edəŋ (düzəldən) qəbullur". Qoca gedir oğuluna der: "Qizi sədim (istədim), ow bu şərtləri qoydular. Səhər gedəsig". Səhər gidər varı zadı cur edərlər. Şah görür varı zadı cur edmiş, məcbur olur qizini verir. Bullar da toy edərlər, ow gedərlər gələdanı (tövlə) içinə. Xəbər gəlir ki, oğuluŋ bowası (aslı bowası ki şahımış) ölmüş. Oğul ser (istəyir) ki gedə öz şəhrinə, qoca der biz səni vill edməg (buraxmarıq). Biz də gələsiyəg. Gidəllər ow ortada qoca der: "Sən bilirəŋ mən kiməm?" Oğul der: "Yow". Qoca der: "Mən elə o şahbalığam ki, sən tutduŋ ow ginə (yenə) suya addıŋ". Ciğələynən ow qiz dellər biz daha səni vill edməg (buraxmarıq). Qoca görür əŋŋər (sanki) fayda yoqu, vill edməyərlər (buraxmayalar). Siyərmiş (istiyir) belələrini allada, der: "O nədir, o tərəfdə?" Bular ta üzlərini oyana edərlər, qoca qaym (qeyb) olar. Daha bullar da hər nə gəzərlər bulamazlar, ow vill edər, gidərlər. Gidər şəhrə, görürlər həyə şah ölmüş, ow çun oğul yoq1 uymuş, bir baz (quş, şahin) üçürdürmişlər ki, hər kəsiŋ üssünə qonnı 1 Bu hikayet Şeşbəylilər ləhcəsində rivayet olmuşdur. Qaşqayınıŋ bu tayfasında bir para özəlliklər var: bir para kələmələriŋ sonundakı x sesi qchr("39")ye dönir: yoq, çoq, toq, yaqqın (yaxın); Eylemləriŋ də bəzisi xas bir şeklde söylənir: Gəliyor (gəlir), vurıyor (vurır, vurur) 195 o şah ola. Baz üçüyərmiş, gəzirmiş ow heç kəs üssünə qonmeyrmiş. Bullar elə xalq arasına turmuşlarımış ki, baz üçər ras (düz) gələr ciğələniŋ (cavanın, gəncin) üssünə qonur. Xalq der: "Bu nə vəzdir, bu kimdir ki, baz başı üssünə oturdu yow elə, yow belə?" Ciğələ der: "Mən elə şahıŋ oğuluyam". Daha xəlq dağılar, bu da gedər şah olar. Söyləyən: Şeşbəyli tayfasının Doqquzlu tirəsindən Zəkki Cahangiri, təhsilsiz, 84 yaşında. Səsini yazan: Milad Xorşidi (Həməd) oğlu Cahangiri, Şeşbəyli tayfasının Doqquzlu tirəsindən, 17 yaşında, şagird. Ərəb əlifbasından Latın əlifbasına çevirən: Əmin Cahangiriniya. Səs yazılıb 2019-cu ilin qışında. DASTANLARDAN PARÇALAR AŞIQ QƏRİB VƏ ŞAHSƏNƏM DASTANI "Aşıq Qərib", "Aşıq Qərib və Şahsənəm", "Qərib-Şahsənəm", "Qərib-Sənəm" kimi tanınan məhəbbət dastanımız nəinki Türk xalqları arasında, hətta onlara qonşu olan xalqlar arasında da geniş yayılmışdır. Şirazda olarkən Ərsalan Mirzəyi "Aşıq Qərib və Şahsənəm" dastanından parçaları böyük həvəslə oxuyurdu. Mən ondan xəbər aldım ki, dastandan parçalar bilirsən, yoxsa başdan sona kimi danışırsan. -- Məclislərdə dastandan qısa parçalar danışır və hadisə ilə bağlı şeirləri oxuyuruq. İndi tək-tək adamın dastan dinləməyə səbri çatır. Bir az düşünsəm, yadıma salsam dastanı danışa bilərəm. - dedi. Şirazda olarkən imkanım olmadı, bir neçə gün gözləyim Ərsalan yaddaşını təzələsin, necə deyərlər məşq etsin, dastanı 196 danışsın. Əslində onun da vaxtı yox idi. İş dalınca qaçırdı. Söz verdi yaddaşını təzələyər, bir məşq edər, dastanı lentə yazıb mənə göndərər. Sağ olsun, verdiyi vədə əməl etdi. Aradan bir neçə ay keçəndən sonra "Aşıq Qərib və Şahsənəm" dastanının lent yazısını internetlə göndərdi. Diqqətimi toplayıb bir neçə dəfə dinlədim və çalışdım yazıya alım. Aradan bir neçə ay keçəndən sonra Ərsalan Mirzəyi toplamış olduğu folklor nümunələrinin bir qisminin internetlə göndərdi. Əski əlifba ilə yazılmış mətinlər də "Koroğlu", "Aşıq Qərib və Şahsənəm", "Nigar- Mahmud" dastanlarının şeirləri də var idi. Həmin mətinlərdən parçaları İran İslam Respublikasında yaşayan tanıdıqlarıma oxutdurub latın əlifbası ilə yazıya köçürtdürdüm. Özüm də Ərsalan Mirzəyinin səs yazısını dinləyib bilgisayarda yazmağa başladım. Qulaq alışqanlığım olmadığından sözləri başa düşməkdə çətinlik çəkirdim. Bəzən yeni parçanı 5-6 dəfə dinlədikdən sonra Ərsalanın nə dediyini seçirdim. Fars sözlərini moxluğu da işimi çətinləşdirirdi. 5-6 səhifəni bir aya yazsam da oxuyanda gördüm yanlışlıqlarım var. Dastanı Qaşqayların söylədiyi kimi, yəni Qaşqay ləhcəsində verməyi də əhəmiyyətli sayırdım. Ona görə də Bakıda Milli Konservatoriyanı bitirmiş, təbrizli Əhməd Səttariyə üz tutdum. Başladığım işi davam etdirməsini xahiş etdim. Çox sağ olsun, sözümü yerə salmadı. Ərsalan Mirzəyinin söylədiyi dastanını lentdən yazıya köçürdü. "Qaşqaylar və onların folkloru" kitabını nəşrə hazırlayarkən gördüm ki, Ərsalan Mirzəyinin yazıya aldığı şeir nümunələri ilə, lentə söylədiyi arasında fərq var. Bu mənə təəccüblü gəlmədi. Tanıdığım, dastan söylədib yazıya aldığım aşıqların dastanların şeirlərini dəftərçələrinə yazdıb saxladıqlarını görmüşdüm. Onlar dastanı söyləməmişdən öncə dəftərçəsinə yazdığı şeirləri gözdən keçirər, necə deyərlər yaddaşını təzələyərdilər. Şeirlər adətən mətni qorumaqda daha mühafizakar olur. Aşıq dastanı danışarkən yurd yerini, yəni nəsr hissəsini şeirdəki məzmuna uyğun söyləyər, arada bir də məclisdəkilərin yaşına, dünyagörüşünə, əhval-ruhiyyələrinə uyğun əlavələr edər. Ərsa- 197 lan Mirzəyi dastanı məclisdə deyil, tək bir otaqda söyləyib lentə yazdığından orada bir çanlılıq yox idi. Mənə göndərdiyi folklor nümunələri içərisindəki şeirləri də görünür öncələr yazıya alıb ki, yadından çıxanda oraya baxsın. Yazıya aldığı şeirlərin bir neçəsi lentə söylədiyi dastanda yox idi. Həmin şeirlərin dastanın hansı yerində ola biləcəyini təxminəm müəyyənləşdirdim. Lent yazısındakı mətindən seçilsin deyə folklor nümunələrindən etdiyimiz əlavələri böyük mötərzə [ ] içərisində kursivlə yazdım. Bəzi şeirlərdə qafiyə pozuqluğu vardı. Onları da olduğu kimi saxladım. Dastanlarda şeirlər adətən 3, 5, 7 bənd, az-az hallarda ondan çox olur. Ərsalan Mirzəyinin söylədiyi mətində Aşıq Qərib toy məclisinə gələndə Şahsənəmin bilindən deyilən "Mən" rədifli şeirin bir bəndi var. Görünür o biri bəndləri söyləməyi ya unudub, ya da heç öncədən bilməyib. Şahvəldin Şahsənəmin anasını qızını onunla evlənməyə razı salmaq üçün göndərib. Ana ilə qız arasında söhbəti özündə əks etdirən şeirdə də bir pozuqluq var. Belə ki, ananın dilindən deyilən şeir 7 misra, Şahsənəmin dilindən deyilən isə 8 misradır. Bu şeirdə başqa naqisliklər də var. Ərsalan Mirzəyi dastanı lentə söyləyərkən gah Sənəm, ga da Şahsənəm deyir. Onlara da toxunmadım. Dastanı nəşr üçün hazırlayanda hiss etdim ki, Əhməd Səttari də bəzi diqqətsizliyə yol verib, yaxud, özündən asılı olmayaraq bəzi sözləri Təbriz dilalektində yazıb. Ona görə də mətni latın əlifbasında yazmağı yaxşı bacaran, Qaşqay Cəfər Eyvaziyə göndərdim. Çox sağ olsun, içi çox olsa da mətni oxudu və mənim fikrimlə şərik olduğunu bildirdi. Oxuyub, düzəlişlər aparması üçün lent yazısının əlinin altında olmasının vacibliyini söylədi. Lent yazısını göndərdim. Cəfər bəy lenti diqqətlə dinləyib düzəlişlərini etdi. Məsələn mənim də, Əhməd Səttarinin də iç cilovuna kimi eşitdiyimiz sözün Cəfər bəy qıc cilovu kimi yazdı. Bildim ki, Qaşqaylarda qıc sözünü deyərkən öndəki q səsi o qədər zəif səslənir ki, biz onu tuta bilmirik. Bundan əlavə Cəfər bəy bu gün bizim dialektlərdə işlədilən, lakin ədəbi dilimizdə olmayan səsi ow şəkilində yazdı. Məsələn biz toyuq yazdığğımız söz Qaşqaylarda towuq, yowuq və s. Mən də onu olduğu kimi saxlamağı lazım 198 bildim. Fars dilində o səsi bizdəki və baylayıcısını əvəz edir. Qaşqaylar da danışanda o səsini və əvəzinə işlədirlər. Məsələ Şam və Hələb əvəzinə Şam o Hələb deyirlər. Buradakı o səsini də Cəfər bəy ow kimi yazmışdı. Biz də onu elə saxlamağı münasib bildik. Anlaşılmaya sözləri mötərizə açaraq içərisində verdik. Ərəb dilindən alınma sözləri bildirmək üçün ə. hərfi, fars dilindən alınma sözləri bildirmək üçün f. hərifi yazdıq. Şeirlərdə bəzi misrala lentdə söylənənlə Ərsalanın göndərdiyi folklor nümünələrindəki arasında fərqlər vardı. Həmin fərqlı misraları da mötərizə işərisində verdik ki, oxuyan üçün aydın olsun. Beləliklə dastanın Qaşqay variantını nəşrə hazırlamış olduq. Yanlışlıqlar varsa onu da bu işi davam etdirəcək araşdırıcılarımız düzəldərlər. Yəni mənim bacara bildiyim bu qədər oldu. Qərib-Sənəm Qədim Tiflis şəhrində bir böyuk hakim varıdı yow o hakimiŋ bir qız varıydı. Qızınıŋ adı Sənəm (idi). Bu şəhrdə bir böyuk aşıq varıdı. Bu aşığıŋ adı Qərib idi. Qəribiŋ səsi çox gözəl idi, çox-çox qəşəng kəmançə çalırdı, ama dirriliğini səxtliğinən (f. çətinliklə) gəçirdirdi. Əlləri xalıydı (ə. boş), yoxsuludu, fəqir ow bıçaraydı. Qərib çünkü çox xub (yaxşı) aşığıdı və çox qəşəng çalırdı, hakim Qəribi gətirdi öz dəstgahi içinə, öz dərbarı (saray) içinə, və orda hakimiŋ dərbari için, Qərib kəmançə çalırdı və irleyrdi. (Hakımıŋ qızı) Sənəmiŋ bir əmioğlu da varıydı ki adı Şahvələd idi. Şahvələd aşığıdı Sənəmə, ama Sənəm heç əlaqə və heç dilbəstəlig (f. ürək bağlılığı, aşiqliyi) Şahvələdə yoxiydi. Şahsənəm, Qəribi çox seyrdi və göynü seyrdi ki Qəribinən toy edə. Qəribdə dünyadan bixəbər idi. Şahsənəm hər gün bu qəsriŋ başından bir narınc atırdı Qəribiŋ qıçı (qıç-ayaq) cilowuna (f. ön, qarşı, qabaq) ta Qərib başını oxari (yuxarı) edə yow onu görə. Ama Qərib heç cəryanda dəyildi və başını oxari edmeyrdi. Çox şərəfli və nəcib insanıdı. Həmmişə həzrət-i Əliinən zikr deyrdi. Həmmişə fikrizikri buyudu ki, qəsr içinə gedir və gəlir, qıçı dəmindən ayrı heç 199 yerə baxmaya. Sənəm hər iş gördü, gördü ki yow, iŋŋar(demək, sanki,) başarmır ki, Qəribi görə, ya Qərib ona bir baxa. Bir gün narınclarıŋ içinə bir para(bir para: bir neçə) xurdə pul qoydu, atdı Qəribiŋ qıçı cilovuna və öz adamlarınada buyurdu ki, əğər Qərib bu dəfə daha baxmadı, hətmən tutuŋ gətiriŋ mənim yanıma. Mən munu seyrəm(istəyirəm) yəxindən görəm. Ələ bu işi görirlər. Narıncı genə atır Qəribiŋ qıçı cilovuna, Qərib baxmeyr və fəqət deyr ki Allaha şükür və rədd (ə. keçər) olur. Burda Sənəmiŋ adamları Qəribi tutıllar və aparıllar qəsr içinə. Sənəm bir pərdəniŋ quluncuna (dalına, arxasına) oturmuş və Qəribdə üzünü görmeyr, ama bir birinən belə danışırlar. Qəribi çox ehtıramınan əlbəttə apardılar ora və orda beləsinə deyrlər ki Sənəm seyr səni görə və burda ələ o pərdəniŋ puştunda (f. arxa, dal) bu şeirlər Qəribinən Sənəmiŋ arasında rədd ow bədəl (ə. demək, danışmaq) olir. İndi görək burda Sənəm nə deyr Qəribə. Sənəm deyr ki: Aşıq gəldi məhləmizə, Heç məhəl əsmədi bizə. Sən ki, bizim sərimizəŋ, (Sən ki döndüŋ sarı bizə) Sən haranıŋ aşığıyəŋ? Qərib deyr ki: Səriŋə döndüğüm Sənəm, Sənəm ki, deyrlər sənmişəŋ? Dur ta dolanım səriŋə, Sənəm ki deyrlər sənmişəŋ? Sənəm: Səni göydən asdırayım, Ciğər bəndin kəsdırayım, Səni gowsər basdırayım, Sən haranıŋ aşığıyəŋ? Qərib: Aşıqlərdə məhrəm olur, Gözəllərd kərəm olur, Səniŋ təkin Sənəm olur, Sənəm ki, deyrlər sənmişəŋ? 200 Sənəm: Kəbabları köz yandırar, Oğlanları qız yandırar, Sənəmləri söz yandırar, (Sənəmləri söz qandırar) Sən haranıŋ aşığıyəŋ? Qərib: Qız sözümü faş eyləmə Gözüm dolu yaş eyləmə Sən Qəribi laş eyləmə Sənəm ki deyrlər sənmişəŋ? Ama bu sözlər ki aralarında gəçir, Qərib də Sənəmiŋ mənzurunu bilir ow buda ürəg bağleyr Sənəmə. Şahsənəm görir ki, bêli, tirini xub (f. tir-hədəf, xub-yaxşı) hədəfə vurmuş, burda icazə verir ta Qərib qulluğundan murəxəs (ə. getməyə icazə almaq) ola. Qərib bu cəryanı ki görir və Sənəmiŋ aşığlığını görir ki, Sənəm ürəg bağlamış Qəribə, fikr etdi ki bu nəyi işdir? Bu nə işdir? Bu beləkin iş mahal(ə. imkansız) işdir. Beyə olur? Nəyi olur ki bir şah qızı gələ aşıq ola mənə. Amma ələ beləkin fikr içində varır gedir öz əvlərinə. ************* [Aşağıdakı praça,səs qaydında, lentdə yoxudur Sənəm: Çağırdım Şahimərdanı, Bu arzuya etird məni, Şahsənəmiŋ imanısan, Sən haranıŋ aşığısan? Görünür Aşıq Qərib birinci görüşlərindən sonra Şahsənəmi bir daha görmək üçün onun bağına gedmiş. Şahsənəmin kənizi Ağcanın köməyi ilə sevgilisini görmək istəmişdir. Lakin diqqətsizliyindən, huşa getdiyindənmi, yatdığındanmı Şahsənəmi görə bilməmişdi. Ayılanda dediyi şeir Ərsalan Mirzainin topladığı folklor nümunələrində aşağıdakı izahla verilib. 201 Burda Aşıq Qərib isteyr Şahsənəmi bir bağ içində yəxindən görə. Qərib bir ağacıŋ dalına[ardına] gizlənir. Ağca ki, Şahsənəmiŋ kənizidir, Qəribə deyr ki, owçu gözlə, Şahsənəm geçdi. Canım owçu, gözüm owçu, Owçu gözlə, maral geçdi. gəl sən ay. (doğrusu: gəlsənə) Bağıŋa girdi talançı, Owçu gözlə, maral geçdi gəl sən ay. Owçu olan olur owu, Belində çəxmağı, qowu, [Damda]Damdə gedər səyyad owu, Belində çəxmağı, qowu, gəl sən ay. Ağca çalır yar xeylini (dəstə, xıl), Gözəl Şahsənəm meylini (meyil, istək), Quncayım inçə belini, Owçu gözlə, maral geçdi. gəl sən ay. ********** Sənəm nə iş görir!? Sənəm də adamlarını yolleyr bazardan üç dana qovun alır gətirir. Birisi etişmişdir, birisi də etişməmişdir, birisi ələ etişmşi ki daha xərab olmuş. Bu üç dana qovunu qoyr bir sini içinə, yolleyr bowası (babası) yanına və bowası (ki ələ ow şah ola), kənizdən xəbər alır, deyr ki, bu nəmənədir, cəryan nədir? (Kəniz) deyər ki: "Bu siniyi və bu qovunları Sənəm yollamış qulluğuŋa". Bir yağlıq (yaylıq) da atmışımış üstünə. Şah dəstür verər ki, yağlığı qovunlar üstündən götürüllər. Onda vəzirindən xəbər alır, deyr ki, bax görəm mənim qızımıŋ mənzürü(ə. niyət) bu işdən nəymiş? Vəzir deyr ki, şah başı sağ olsun, burda Sənəmiŋ mənzürü budur ki, o qovun ki hənüz etişməmiş, qoyasıŋ etişə və çaqıynan, bıçaqınan kəsəsıŋ yeyəŋ. Əğər yemədiŋ xərab olur. Qoyasıŋ etişə və əğər də qovun etişmiş hətmən bıçaqınan kəsəsıŋ beləsini və yeyəsiŋ. 202 Şah buyurur ki, vəzir, bu mənzürü nəymiş ki bunu yollamış? (Vəzir) deyər ki, Sənəm şərm(f. utanma) varıymış ki, sənə deyə mənim ərə getdiğimiŋ vəqti gəçir. Seyr deyə ki daha mowqadır ki mənim için bir kəsi bulaŋ və məni ərə verəŋ. Şah dəstür verir carçılar kənd içində oğunırlar, çağırıllar tamamı cahallar ki şəhr içindədillər gəlirlər və şahıŋ kaxınıŋ (saray, köşk) içinə yiğilirlər. Görək Sənəm hansını ser[istəyir], bu cahallarıŋ hanısını ser, hanısını özü səçir və hanısını intixab edir. Şəhriŋ cahalları tamamı özlərini bəzəyəllər, tamamı özlərini düzədirlər, baş-qulaqlarına əl çəkirlər və gəlirler yiğilirlər şah qəsri içinə. Bir böyük meydanımış, ora yiğilillər. Şahvələd də özünü bəzədir ow ata minir ow börkünü qoyr ow, qizildən, təladan(ə. qızıl) özünü bəzədir ow gəlir meydana. Cahallar vəqti baxıllar ow Şahvələdı görüllər bu həmə kəbkəbə(şıhrət) -təntənə inən gəlir, tamam nachr("39")omid olillar, tamam öz omidlərini [ümidlərini] əlden verirlər ki, vəqti Şahvələd vardır, daha biz hara gedək. Varı kəs fikr edir ki Şahsənəm, əmisi oğlunu, Şahvələdi, hətmən intixab edər. Şahvələdi bəğənər. Şahsənəmdə oturmuş eyvan içinə, cəmiyyət(ə. toplum), varı kəs, müntəzir(ə. gözü yolda), bir almada əlində, o zaman, qədim rəsmimiş(f.adət imiş) ki, hər kəs bir kəsi sədi [sevdi], qız oğulu sədi, bir alma vurır (onuŋ) döşüne. Oğullar, varı kəs, yiğilillər və qız burda almayı vurır o oğul ki göynü seyr, onuŋ döşü içinə. İntizarlar tamam olur. Xelxiŋ intizarı tamam olur ow görüllər ki, yow, Şahsənəm bu həmə cahal (f. cavan, gənc) ki, gəlmiş bura, heç birini içindən səçmədi, heç biri, heç kəsi intixab edmədi. Şah deyər: "Baxıŋ, görüm aya bir kəs daha var kı, bir daha cahal var şəhr içində ki bura gəlməmiş? Vəzir genə casusları yolleyr şəhr içinə və gedirlər gəzirlər və gəlir deyillər şaha ki, bêli, bir aşıq Qərib (adlı)var, o fəqət gəlməmiş. Şah deyər ki: "Gediŋ Qəribi əvinnən tutuŋ gətiriŋ bura, Qərib bir az çala, şayəd qızım uxudadır, şayəd qızım həvası yerində dəyil, bir çalsın ta qızımıŋ halı gələ yerinə, və o cahal ki göynü seyr onu intixab edə. Qərib gəlir və ələ bu işi görir. Şoru edir çaldigə və vəqti çalır indi burda görək Qərib nə deyr: 203 Şah gəldi qondu gülzara, Sənəm gəldi, sonam gəldi. Almasını tutar atar, Sənəm gəldi, sonam gəldi. Sənəm oldu bizdən yağı, Aramıza saldı dağı, Su ağzı qaymaq dodağı, Sənəm gəldi, sonam gəldi, Nimtənəsi olar ətləs, İŋŋələri ona batmaz, Aşıq Qərib beycə (bu gecə) yatmaz, Sənəm gəldi, sonam gəldi. Ələ burda ki Qəribiŋ nalaları bura çatır ow deyr Sənəm gəldi, sonam gəldi, Sənəm qıçı iləri-geri qoymayanda ki almayı ras vurır Qəribiŋ döşü içinə. Onlar ki Aşıq Qəribiŋ yəxininə oturmuşlarımış, heç bavərləri olmeyrmiş, inanmeyrlərmiş ki Sənəm almasını vurmuş Qərib döşü içinə. Birisi deyər ki, yow, yow, Qız atırmış Şahvələdə dəymiş Qəribə. Biri deyr ki yow atırmış mənə dəymiş Qəribə. Hər kəs öz yanında xulassa bir gəp[ gap, söz, söhbət] çalırmış. Biri deyrmiş yow tiri xəta(f. oxu yanlış hədəfə dəymiş) gedmiş, hətmən o mənimişəm. Hər kəs xulassa bu ortada bu həmə cahal yiğilmişimiş tamamı vêzləri Qəribdən xub, tamamı Qəribdən şəkiltər, tamamı Qəribdən maldan sarı, nıyazdan sarı, mülkdən sarı Qəribdən yeytər, hər kəs bir söz öz yanında çalırmış. Ama genə də Sənəm ikimki almayı da götürəndə vurur Qərib döşünə. Üçü də vurur Qərib döşünə, ta yeddiyənçəz hər nə alma atırmış dəyirmiş Qərib döşü içinə. Daha hər kəs bilir ki, bêle, hətmən iş tamamdır, Sənəm ələ Qəribi səçmiş bu cahallar içində. Qəribiŋ yollaşları attılayarlar göyə, xoşhallıg edəllər, horra çəkirlərmiş, hababaq vurırlarmış. Amma düşmənləri narahat ow hər kəs gedər öz işi quluncu sıra. Qərib burda fikrə gedər və Allahına şükr edər ow deyər ki, hətmən! hətmən bu Allah işidir ki Sənəm məni səmiş (sevmiş). 204 [Burda Aşıq Qərib bir yol istir Şahsənəm küyünə (məhəlləsinə) gedə Hay aqalar, həmdad ediŋ, Varam Sənəm ellərinə. Çox müddətdur nabələdəm , Bələd olam yollarınə. Xudadən istərəm sağlıq, Saz ow sohbət dəmaq çağlıq, Mən olaydım gilgəz yağlıq , Sənəm ala əllərinə. Hər nə etdi göŋül (könül, ürək) etdi, Ağırıdım üŋŋül (yüngül) etdi, Binəvaydım, bülbül etdi, Uçam, qonam güllərinə. Ücə dağın başı kələk (qala, qalaça, qalaq, heyvanları saxlamaq üçün üstü açıq yer), Yar işqindən oldum hələk, Mən olaydım bir cüft miləg (cüft: çift, miləg: biləzik- mil) Sənəm sala əllərinə. Yollar üstə vardır dərbənd , Yariŋ üzüŋə arzubənd (örtük, niqab), Mən olaydum bir cüft bazbənd, Sənəm sala qollarına.] Şahvələd də bu işdən çox-çox əsəbaniymiş, acexlenmeş, eyni bir yaralı ilan təki qivrilirmiş öz içinə və deyr ki, mən bu Qəribi aradan aparasıyam. Beyə olur mənim əmim qızı gələ, mən bu həmə daralıg varım, mal varımdır, pul-mülk varımdır, mən şahzadəyəm, məni səçməyə, gedə Qəribi səçə!? Beyə olar? beyə Allah bu işi götürər? Pəs ələ burda daha öz təsmimini(ə. qərar) tutur ki, hətmən Qəribi aradan apara. Elə bu fikr başında, gələr ow Qəribə çatar və bir xoş və beş edər beləsinən ow deyr ki, gəp başı götürər deyr ki sən bu işi ki ittifaq düşdü mundan iŋŋar xoşhal 205 deyiləŋ? Qərib der valla mən çox xoşhalam, ama mən hara, Sənəm hara. Mən bir aşığam? Sənəm padışah qızıdır. Mən heçnə yoxumdur, məndə nə bir pul vardır, mən hətta öz toyumuŋ rəxt ow rəcəsini də alabilmərəm, mən hara yow Sənəm hara, Şahsənəm hara? Şah qızı hara? Şahvələd deyər ki əğər seyəŋ toy edəŋ, hətmən çox pul varıŋ olası, çox bağ ow mülk varıŋ olası və sən ki pul yoxuŋdur, ehtımalı çoxdur ki, Sənəm peşman ola səndən. Qərib elə bu fikrinən çox iradəti (istəyi) varımış həzrət-i Əliyə, həmmişə öz xıyalında həzrət-i Əlinən danışırmış. Öz xıyalında həzrət-i Əlidən seyrmiş ki, beləsinə kömək edə, təsmimlərində işlərində bir mohem [mühümm] və bir böyük iş ki, dirriliğində görirmiş, bilirmiş ki həmmişə öz xıyalında, uxuda iş gördükdə uzanırmış yata həmmişə həzrət-i Əlinən raz ow nıyaz edirmiş, həzrət-i Əli adı dilindəymiş və həzrət-i Əlinən danışırmış. Bir motəqid (ə. inanclı, inanan) adamıymış ələ bu fikrdəymiş etişər əvə əvdə uxuya gedər. Səhər gahımış həzrət-i Əli gəlir düşünə deyr ki, oğlum, narahat olma, gəl əl-ayağıŋı yiğişdir, vəsayılıŋı da götür sən gedəsiŋ Şama ow Hələbdə qalaŋ. Yeddi ildən sora mallı olaraŋ, mülklü olaraŋ, vêziŋ xub olur, dara olaraŋ, varlı olaraŋ onda başardaŋ gələŋ geri və Sənəminən toy edəŋ. Bir izzig də burmağından çaxardır verər Qəribə və deyər ki, bu izzig səniŋ müşkülləriŋi, çətinlikləriŋi həll edər. Sən hər vəqt seyəŋ bu izzig səniŋ dərdiŋə uğrayar. Qərib çox xoşhal olar, uxudan siçirəyər gözlerini owkalayar, və baxar görər ki bêli, izzig burmağındadır. Səhərgah gələr vəsayılını (ə. yükünü), əl-ayağını yiğişdirər və cərəyanı bu ki, həzrət-i Əli gəlmiş düşünə və demiş sən gedəsiŋ yeddi il Şam ow Hələbdə qalaŋ, munu Sənəm içi (için) têrif edər. Sənəm ki, intızar yoxuymuş Qərib yeddi il burayı tərk edə, öz vətənini tərk edə, vara gedə ayrı yerə, oda əl-ayağını yiğişdirər gələr Qərib gilə. Qəribiŋ nənəsinen, bacısıynan danışar, deyər ki, hər cur olmuş bir iş görəsig ki Qəribi bu səfərdən bikəg beləsini (fikrini dəyişdirmək) və qomayag gedə, rayını vurak ta Qərib bu səfərə gedməyə. Sənəm çox qızarmışıymış, çox narahatıymış, deyrmiş ki mən özümdə ta deyəŋ pul varımdır, varlıyam, sərmayə varımdır, mən şah qızıyam, mən səniŋ varlığıŋa heç ehtıyacım 206 yoxdur, sən nəçi(nə için) pul içi(için) və mal ow mülk içi burayı vil edəsiyəŋ və tərk edəsiyəŋ, varaŋ gedəŋ ayrı yerə? Gəllələr ow yapışırlar Qəribiŋ əl-ətəğinə, əl-ətəg olarlar, iz-iltımas (xahiş, yalvar-yaxar) edirlərmiş ki eğer olir sən gedməyəŋ Şam ow Hələbə burda qalıŋ, bu yolda xətər çoxdur. Bir tikkə çörəği Allah etirdər, hər cur olmuş xulassə sən burda qalasıyəŋ və gedməyəŋ. [Qəribiŋ Şama gedməgi Burda Qərib istir gedə Şam və Hələbə. Şahsənəm və Qəribiŋ anası və bacısı yalvarırlar ki, Qərib gedməyə Şam və Hələbə. Qəribiŋ Şama gedməgi, Əzm-cəzm (dirənişli, möhkəm, iradəli) oldı, anacan! Bu dünyada var-ow-yoxum, Tərkini qıldı, anacan! Turun (durun) gedəg otağına, Dodaq qoyag dodağına, Öpişsən goyər qucaqına, Bəlkə gedməyə Qəribcan. Bulbulam qonda gülünə, Qurbanam şirin dilinə, Goncəmi verdim əlinə, Bəlkə gedməyə Qəribcan Qərib gedir yalvarıram, Daha mən neylim anacan. ] Ama, Qərib deyr ki, bu buyuruğu və fərmayişi (f. əmri, tapşırığı) həzrət-i Əli mənə edmiş və mən heç zaman başarmaram həzrət-i Əli gəpini vuram yerə və hətmən-hətmən(e. kəskinliklə) bu səfəri gedəsiyəm, bu öz əlimdə dəyil. Həzrət-i Əli belə buyurmuş mən hətmən gedəsiyəm. Qərib səmirmiş ki öz ğururunu və kişiliğini vura yerə və gedə Şahsənəm mennəti altına. Xulassə hər nə mêşuq ki Sənəm ola israr edirmiş, hər nə anası deyərmiş heç fayda bağışlamaz ow təsmimini tutar ki gedə. Amma Sənəm yağlığını gətirər ow verir Aşıq Qəribə və Qəribdə izziğini [üzüyünü ]çaxardır verər Sənəmə ow deyər ki, bu izziği (üzüyü) xub 207 gözlə və beləsindən muvazıb(ə. diqqətli) ol, şayəd bir gün dərdiŋə dəyə. İndi burda ki, Qərib inen ow Sənəm danışırlar və anası gili gəlillər Qerib yanına iltımas edillər, yalvarırlar ki gedməyə Şam ow Hələbə, munıŋ bir para qəşəŋ şerlər var ve qəşəŋ ahəŋ varı ki siz burda eşidirəŋiz gerək nə deyr: Sənəm: Qəribiŋ şama gedməği, Əzmi cəzm oldu ana can, Bu dunyada varı-yoxum, Tərkini qildəm ana can Qərib demə mən pəriyəm, Üce dağlarıŋ qarıyam, Varıb gedir yalvarıram, Daha məndə... Bülbülem qondam gülünə, Qurbanam şirin diline, Gəncimi verdəm elinə, Bəlkəm gedməyə Qərib Can Xulassə xodahafılıg edirlər birbirden, bir birinen allah saxladsın edirler ow Qərib qapır yolunu gedir. Sənəm deyr ki: Sənəm: Qəribiŋ Şama gedməği, (Yarım əzm eylədi Şam ow Hələbə) Əzmi cəzm (dirənişli) oldu anacan, (Ged ey Qərib sağlığınan gələŋsən) Səni tapşırmışam qadır kərimə, Ged ey Qərib, sağlığınan gələŋsən (sağ-səlamət gələŋsən). Qərib: Ağlama, ağlama, didələri doldurma, Bülbül yerinə zağı bağa qondurma, Sən Qəribi gözü yaşlı göndərmə, Ağlama nazlı yar, genə də gəlləm. 208 Sənəm: Bu yolu ki gedər daşdır, dumandır, Yar-yardan ayrıllar, axır zamandır, İndi Qərib ged ki, axır zamandır, Ged ey Qərib, sağlığınan gələŋsən. Qərib: Sən ağlayıb gözüm yaşı süzdürmə, Bağrımı kəsdirib, ciğərimi əzdirmə (ciğərbəndim əzdirmə), Bu nışan dir çox yerlərə gəzdirmə, (Bu nışandır, çox yerlərdə gəzdirmə) Ağlama nazlı yar, genə də gəlləm. Xulassə bu sözlər aralarında deyilir. Bir birinən danışıllar. Qərib çalır ow irleyr ow Sənəm de ağleyr ow deyr, bir birdən ayrilillər və Qərib minir atına yow yola düşir Şam ow Hələbə sarı və anasınan ow bacısınan ow kaksınan ow Sənəmi yeddi il intızar qoyr. Amma Şahvələd ki, əvvəldən yaralı ilan təkin qivrilirmiş təsmim tutur ki, hətmən Qəribi aradan apara və burda xubfürsət əlinə gəlmişimiş və tez minər atinə və Qəribiŋ dalına düşər və biraz yol ki, gedərlər, salam-sağlıg birbirinə ederlər ow çoxda mehrəbanımış Qəribinən. Soruşar ki, aşıq hara gedirəŋ? Aşıq deyr ki, Şam ow Hələbə gedirəm. Şahvələd deyr ki, nə xub, elə məndə ora gedirəm. Birbirinən yoldaş olag, şans ow iqbal bizə üz gətirmiş ki, bu xətərli yolları tək gedməyək. Qərib də çox ürəği ağır ow çox sadə bədbəxt adamıymış. Naqada ürəkdən xoşhal olar ki, bêli naqad xub dur biz ikimiz bu yolda bir gedək və heç xətər bizi başarmıya ki, təhdid edə. Xulassə iki atlı, yolu çapırmışlar ki, birisi Qərib ki, Allah yadında, Xoda yadında, ürəği ağır həzrət-i Əli fərmayışinən gedərmiş və Şahvələd ürəği dolu boxl kinə, ürəği dolu peslik və pes fikr başındaymış ki, Qəribi aradan apara, dağdan-dərədən yollardan gəçərlərmiş və deyr ki, Qəribiŋ başını kəsib ataram biyabana uxuya gedəndə və çox xub-xub fürsətdir (f. yaşı zamanıdı) ki, Qəribi aradan aparam. 209 Vəli yolda gedirlər bir yerə mənzil tutallar, yatallar və bu yoluŋ yorğunlığı canlarındaymış ki, ağır uxuya gedərlər və heç birisi səhərənçəz oyanmaz. Neçə gecə Şahvələd sêy edər ki, yatmaya, uxuya gedməyə, qala oyax və Qəribi öldürə, amma ələ ki, qılıcı gətirirmiş, dərin bir uxuya gedirmiş və səhərənçəz oyanmirmiş. Elə hər gün bir neçə məsafati gəçirdirmişlər ow bu hər gün bir nəqşə(f. plan) çəkirmiş ta başara Qəribi aradan apara. Bir gun bu yoldaki gedirmişlər düşərlər bir böyük çaya və Şahvələd çox xoşhalımış, içində deyr ki, Qəribi burda ata çaya və boğa və Qəribi aradan apara. Qərib deyr bu çayıŋ harası godardır (dərin), hardan gəçək? Çağırar bir qul varıymış, o yolu görsədər və çox xətərli bir yol görsədər və deyr ordan gəçəsiŋ. Bir iş görərki bədbəxt Qərib getdi orasa daha gəlməyə. Qəribiŋ fikri-zikri Allahıymış və Allahdan kömək istər və ordan gəçər və Şahvələd tez yapışar Qəribiŋ belbağlisindan ki, su aparsın. Amma əl atar Qəribiŋ şal bəndinə əli çatmaz, fəqət yağlığı ki, Şahsənəm vermişimiş Qəribə, əlinə gələr və Qərib vurar suya və çaydan gəçər. Daha yol yoxmuş, o otaydaymış, bu da bu tayda. Qərib gedər baxar və Şahvələdi görər ki, yağlığı ki, Şahsənəmə vermişdi Şahvələd əlindədir. Çağırar çayıŋ otayınan ki, məlumiydi, bəlliydi ki, sən mənim həmsəfərim deyildiŋ və gəlmişidiŋ bu yağlığı məndən alaŋ. Sən mənim sədaqətimdən, sadəligimdən suestifadə (ə. sui-istifadə, qaydasından, nəzərdə tutulduğundan artıq) etdiŋ. İndiki öz istədigiŋə etişdiŋ, Allah əlinə, əğər ki, əmiŋ qızı səni seyr, əğər əmiŋ qızı məni bu yağlığı istəmeyr ged mubarəkiŋ olsun. Amma əğər bizim işqimiz (eşqimiz) bir ilahi işqdir, əğər bizim işqimiz bir irfani işqdir biz birbirə etişərək. Ged Allah əlinə və Qərib yoluna edamə verər və Şahvələd ki, tinəti (ə. yaradılışı) xərabıdı və pəlid (ə. pis) adamıdı, gedər yağlığı etirər şəhrə və yoldaşlarınıŋ evində qayım olar. Ta xəlq bilə ki, bunuŋ səfəri tulanıymış (uzun) və xəlq buna inana və bu arada şah dunyadan gedir və ölir və oğuluda yoxmuş. Vəsiyyət edər, Şahvələd ki, mənim atam oğludu, otura mənim yerimə şahlıq edə, şah ola. Şahvələd də çox xoşhalıdı və bir gündə girər şəhrə. Özünü izlədir çox narahat və çox ağlar və çox özünü narahat görsədir 210 ow gözündən yaş tökür ow gedir oturur şahıŋ yerinə və qanlı yağlığı aparır Qəribiŋ xanəvadəsinə görsədir və deyr ki, Qərib ölmüş. Deyr belənə yol gedirdik, bir çayda canavarlar töküldülər Qəribiŋ başına və Qəribi yedilər. Bu yağlıqda qanlı yağlıqdır. Mən xulassə arada başardım ki, bu nişanəyi gətirəm ki, Qərib ölüb. Qəribiŋ ana-bacısı çox narahatidilər, ağladılar, alə ağlallar, alə ağlallar, ələ ağlallar ki, ana-bacısı kör olullar. Sənəm bu xəbəri eşidəndən sora məriz olur ow yatar. Vəli, deyr ki, tikətikə də olaram, canımıda verərəm, Şahvələdə gedməm. Şahvələd gedir Şahsənəmiŋ anasınıŋ yanına, deyr ki, hər cur olmuş olsa qızıŋ razı ed məniminən toy edə. Şahsənəm xulassə anasıynan danışır ki, məni tikə-tikə də edsəŋiz, başımı da kəssəŋiz, Şahvələdinən heç vaxt toy edməm və Şahvələd deyr ki, Şahsənəmiŋ anasına, ged de qızıŋa dünyanıŋ hər nəsini verərəm, fəqət məniminən toy edsin. Şahsənəmiŋ anası gəlir deyr ki, sən Şahvələdinən toy ed. Gerək indi Sənəmiŋ anası burda nə deyr: Ana: Bir cura çəkmişəm cowr ow cəfaŋı, (Quzu can, çəkmişəm cowr o cəfaŋı) Cəfaŋı çəkmişəm, görməm vəfaŋı, Gedəŋ Şahvələdə sürəŋ səfaŋı, Elçı bəylər gəlmiş, qızım nə deyrsəŋ? (Elçi bəylər gəlir, qızım nə deyrəŋ) Sənəm: Oturmuşdum(oturmuşam) öz hal ow ahvalıma, Qoy nənə lal olaŋ, dindirmə məni. Aq ləççəğiŋ batır qızıl qanıŋa, Kor olaŋ, lal olaŋ, dindirmə məni. Burdada Sənəm çox acıxlanır və dəstür verir ki anasını qəsrdən atalar yazıya və deyr ki: Sənəm: Başımız ücünü dumanlar tutar, (Başıŋız ücündə dumanlar titər) Mətləb sizə gələ əqliŋiz itər, (Mətləblər gələndə əqliŋiz itər) 211 Başıŋ doŋŋuza bəŋzər, dişləriŋ itə, Kor olaŋ, lal olaŋ, dindirmə məni. Ana: Üz tümənə düzətmişəm(düzdürmişəm) təxtini, Miŋ tümənə biçdirmişəm rəxtiŋi, Şahvələdə açdırmışam bəxtiŋi, Elçi bəylər gəlmiş, qızım nə deyrəŋ? (Elçi bəylər gəlir, quzum nə deyrəŋ) Sənəm: Tabutum eləyiŋ mənim təxtimi, Gerəməndən biçdiriŋ mənim rəxtimi, Daşlara yazdırıŋ qərə bəxtimi, (Daşlara siz yazıŋ qərə bəxtimi) Kor olaŋ, lal olaŋ, dindirmə məni. Ana: Şahvələdiŋ elçiləri gəlibdir, Səni ataŋ(babaŋ) Şahvələdə veribdir, Xəbər gəlib, Aşıq Qərib ölübdür, (Əxbar gəldi aşıq Qərib ölübdür) Elçi bəylər gəlmiş, qızım nə dərsən? (Elçi bəylər gəlir, quzum nə deyrəŋ) Sənəm: Şahvələd ölseydi, anamda belə, ( Şahvələd öləydi, nənm də belə) Mən vêdə qoymuşam ta yeddi ilə, Yeddi il baş ola Qəribim gələ, (Yeddi il baş ola, Qərib can gələ) Kor olaŋ, lal olaŋ, dindirmə məni. (Elçi bəylər gəlir, quzum nə deyrəŋ) Ana: Səndən mənə nəmənələr gəlibdir, Hamı kəslər bu söhbəti bilibdir, And içirəm Aşıq Qərib ölübdür, Elçi bəylər gəlmiş, qızım nə deyrəŋ? (Elçi bəylər gəlir, quzum nə deyrəŋ) 212 Şahvələd gözləyirmiş ki, Sənəmiŋ anası nə xəbər verəcək. Budur ki, Sənəmiŋ anası varid olur girir Şahvələdiŋ qəsrinə və beləsinən xəbər alerki nəcur oldu? Anası deyr ki, başın sağolsun şah, məğər olar ki, məni bir iş dalısıca göndərəsən xəbər gətirməyəm? Şahvələd burda zöqdan gözləri dolur yaşınan, xoşhal oldu, nəcur oldu cərəyanı bizə tərif et. Sənəmiŋ anası deyr ki, bax gör Sənəm xoşhallıqınan mənim başımı mencuqlamış və ow qədər tərif o təmcid (ə. tərif və yersiz şirin sözlər) edir ki, Şahvələd xoşhal oler. Qəribiŋ Sənəmə xəbər aparillar ki, anan səniŋ tərəfindən yalan vədələr verdi Şahvələdə. Sənəm burda çox-çox narahət oler və huşdan gedir və uxuda Qəribi görur və uxuda oturur Qəribinən danışır və bir bağın içində qədəm vurullar və danişellar və Sənəm bu şeirləri deyr vəqti ki, gedir Qəribiŋdiyari içinə. [Şahsənəm ürəgi Qərib üçün darıxmış və gecə ki yatır, Qəribi düşdə (yuxuda) görür və xatirələri yadına düşər : ] Ğəmli güynüm genə gəldi qabağa, Qəribiŋ gedməği yadıma düşdü. Nəzr eylədim şêm yandıram imama, Hələbdə qalmağı yadıma düşdü. Xoş o gündən bağda yara sataşdım, ( Xoş o gün ki bağda yara sataşdım) İşvələndim, ğəmzələndim araşdım, (Baxdım cəmalına nurdan dolmuşdu) İsteyrdi tuta öpə, mən qaçdım, (Məndən maç istədi əlindən qaçdım) Qovuban tutmagı yadıma düşdü. Ğəmli Sənəm deyr: Aman ay, aman, Ömrüm başa getdi, yar gələr haçan? Çağıraydı qulağıma: "Sənəm can, Sənəm can" deməgi yadıma düşdü [Folklor nümunələrində yuxarıdakı şeir və aşağıdakı bənd "Buzdağ, Qəribiŋ Hələbdə qalmağı adı altında verilib. Lentə 213 söylədiyi mətində aşağıdakı bənd yoxdur. Görünür bu dastanın başqa yerində söylənmiş şeirin bir bəndidir. Sıxılmişəm ğəmli qaldım setara, Üzülmişəm daha gəlməm qətara, Sənəm arzulayar gora-məzara, (Sənəm arzuladı girə məzara) Bu canım çixməgdən Qərib gəleydi. (Bu canım çixməgdə Qərib gələyd)i Üstümü örtməgdə Qərib gələydi)] Sənəm deyr ki, daha mən susuzmuşam(çox istəyirəm) ki, Qəribiŋ səsini eşidəm. Elə ruhum məriz olmuş, elə narahatam ki, daha seyrəm öləm. Daha Qərib gələydi mənim ustumu örteydi, kaş gələydi məni dəfn edərdi, kaş ki Qərib torpaq tökərdi üstümə. Amma Sənəm hənuz da inanmeyr ki Qərib ölə və öz ürəğində Alahıŋ deyr ki, Qərib ölə və öz göynündə deyr ki, bu yalandır. Qəribim ölməmiş, mənim Qəribim gələr. Elə ağlamışdı, elə ağlamışdı, bu fikrlər içində ki, gözləri şişmişdi, gözləri qırmızı olmuşdu şişmişdi. Bir kənizlərdən gəlir Sənəmiŋ yanına deyr ki, xatun başı sağ olsun yadıŋızda Qərib gedəndə sizə bir izzig vermişidi? Dedi ki, hər vəxt müşkülüŋ oldu, hər vəxt çətinligiŋ oldu, izzigə baxaŋ və bu izzig müşkülləri həll edər. Sən başarmeyrəŋ o izzigə baxaŋ və o izziginən aramlaşaŋ? Bêli, Sənəm burda izzigi çaxardar ow həzrətii Əliniŋ adını görir ow o da bir kəlam yollar həzrət-i Əliyə və baxar birdən izziginiŋ rəŋŋi dəyişilir və izziginiŋ içinə baxar ow izziginiŋ qaşı içində Qəribi görər ki, sağ ow salımdır, başı öz işi içindədir. Daha Sənəm təsmim(ə. qərar) tutur ki, ta ölənənçə təslim olmaya, Qərib umuduna outrup ow Şahvələd də adamlarını bir-bir dalıça yolleyrdi Sənəm yanına ki, hər nə teztər Sənəm amada(f. hazır) ola ta Şahvələdinən toy edə və Sənəm də burda oturmuşdu Qəribinən beyin-səhər edirdi. Ta bu ki, bir gün xəbər gəldi ki, bir karvan ki tacirimiş və dunyanıŋ var yerinə səfər edərmiş və var o şəhrlərdən xəbəri varıymış gedmişdilər Tiflisə. Qafiləniŋ rəyisi və böyüğü bir adamdır ki, çox düz və doğru adamdır. Çox Allaha etiqadı varıydı və bir ağır ow pak 214 adamıydı. Sənəm Qəribiŋ anasını getirir ow, gedir ow qafiləyə sarı və gedillər ow taciri görəllər ow bazərganı görellər ki, bu ki şəhrləri gəzir Qəribdən bir xəbər varı ya yoxu? Xulassə, gedirlər və gözçüləri görillər və təqaza(ə.israr etmək) edillər ki, biz seyrek bu qafiləniŋ reyisini görək və bu kişidə çox işi düz və doros adamiydi. Vəqti ki, evdən çıxerdi ta gedə və şəhrləri gəzə və geri gələ, heç arvadıŋ üzünə baxmazıdı, öz arvadınıŋ üzündən ayrı heç arvadıŋ üzünə baxmeyrdi. Sənəm deyr mən bunu seyrəm ki, gedəm reyisiniŋ yanına və beləsinən danışam. Qəribiŋdə anası deyr ki, məni ki, görəŋ mən kor və acız və qərriyəm, səni and vermişəm Allaha, səni and vermişəm həzrət-i Əli başına ki, bizim üzümüzü geri vurma. Mənim ürəğim yanmış, mənim qəlbim yanmış, qoy ta gedək bu karvanın böyügünüŋ yanına. Gedillər ow xulassə reyisi görillər, cərəyani tərif edirlər beləsinə ki, belə olmuş. Bir Qərib varıydı, gedmiş bizə demiş ki, yeddi il Şam ow Hələbdə qalam ow, neçə ildir beləsindən xəbər yoxumuzdur. Əğər sən Qəribdən xəbər varıŋdır xulassə bizə de. İndi gerək burda nə deyillər. Ana: Ey qoca, mənim sodagər həmdəmim, Qadır Allah versin səniŋ muradıŋ. Qərib anasıyam, Zohrədir adım, Gözdən oldum "Balam Qərib" deyibən. Bu xabe (yuxu) nazdan oyandım, (Xab-ı nazdan oyandım) Beli sınmış kimi dayandım, (Beli sinmiş dayandım) Əvvəlim şad oldum, sonrada yandım, (Əvvəli şad oldum, soradan yandım) Sənəm: Səhər-səhər qızıl güllər dürərlər, Dürüləndə sinəm üstə sərərlər, Şah Sənəmi, Şahvələdə verərlər, De Qərib can, heç durmasın tez gəlsin. 215 Qoca mən gəlmişəm, sənə hay cara, Bəlki özüŋ gələŋ, mənə fəryada, İxtiyarım düşmüşdür Şahvələdə, Söylə Qərib can, durmasın tez gəlsin Xulassə bu sözləri Qəribiŋ anasi ow Şahsənəm qocuya deyrlər və qoca deyr ki: Dedi qoca yandırıb etdiŋiz bəlal, Sərvətim ow malım bu yolda həlal, Çağırram Əliyi müşkülə həllal, Söylərəm Qəribiŋ durmasın gəlsin, Qoca deyr ki, siz mənim ciğərbəndimi (f.çiyərimin parası, doğmam, əzizim) yandirdiŋiz və mən qowl (ə. söz) verirəm ki, məndən hər nə iş ki, saxtə (f. bacara bilmək, əlindən gəlmək) ola, sizə görəm və mal ow sərvətimi bu yola qoyaram və hətmən sêy edərəm ki, Qəribi bulam və sizə sarı yollayam. Qafiləniŋ bəgini (böyügünü) bulullar və bar ow sərvətini list(siyahısını hazırlama) edərlər, sürət götürər və verər Sənəm əlinə və deyr ki, ollardan muvazibət (ə. gözləmək, qorumaq) ed, ta mən Qəribi bulam ow gətirəm siziŋ yanıŋıza və soa minir bir ata və neççə nəfər yanı sıra götürər və həzrət-i Əli adi dillərində, hərəkət edillər və hərəkət edəndə deyr ki, qızım sən Qəribdən nə nışana varıŋıdı? Sənəm deyr ki, ow çox ədəbli adamdır, çox mətin və ağır adamdır, qıçını aram götürər qoyar yerə. O su üstünən heç vəxt atlamır, bir yer ki, nəmdi oralara oturmeyr və ow yerə hətmən abası və arxalığını sərir ow onda oturir üstünə. Bir izzig var mənim yanımda ki, onu verirəm sizə, əğər müşkülə uğradıŋız, ow həll edər. Qoca kişi yola düşər ow dağdan-daşdan aşır ow gedir, gedir və çatır Hələb şəhrinə. Bir yerdə, bir məhəllədə mənzil tutur ow səhəri gedir Şama, ta Qəribi bula. Hələb şəhrində bir bulaq varıdı, Murad bulaqı. Çeşme-yi murad deyrlər beləsinə ki, orda o adamlar ki, iman varlarıdır və həzrət-i Əli peyrovlarıdır (f. tərəfdarı), gedir nəzr ow nıyaz edirlər və öz muradlarını seyrlər. Bu qafiləniŋ əyəsidə getdi orada nəzr ow nıyaz etdi və orda xəlq nəzr verirdi və orda şərbət 216 verirdi ki, ta şəbdə Qərib gələ ora, bu Qəribi bula. Hər gün nəzrini əda edirdi ki, ta başara Qəribi bula. Qəribdə ki, o ölkədə çox varlı olmuşumuş, çox sərvətli olmuşmuş, çox-çox xub yeridə varıymış şəhr içində. Nökərinə deyr ki, ged murad çeşməsindən mənə biraz su gətir. Qəribiŋ nökəri küzəyi qoyar çininə və varır gedər çeşmə başına, ta o bulaqdan Qəribə su gətirə. Gedir görur ki, orda çox-çox cəmiyyət ora yiğilmiş və görir ki, bir qoca ordadır və çox bir irfani muslıman adam dır və həzrət-i Əli adına xəlqə şərbət taruf edir ow oyan- boyan Qəribiŋ nökəri otirir ow bir livan(f. istəkan, qab) şərbət içir ow küzəsini doldurir ow varır gedir və macerayı Qəribə têrif edir və Qəribdə ki, çox həzrət-i Əli muridiydi(ə. tarəfdar) ow çox mowlasına(ə. rəhbər, etiqad ediln şəxs) eradət (ə. icdən bağlılığı) varıydı, durur ow arxalığını geyir ow atinə minir və nökərinən düşir yola ow gedir o bulağa sarı. Burda qoca kişi qafiləniŋ eyəsi görir ki, bêli bəyəxdəki (bayaq, öndəki, irəlidəki) cahal neççə adamınan gəlir onlara sarı. Sənəm dediği təkin çox Qəribə bəŋzeyr. Vəxti gəlilər yəxinə, qoca artıq onlara baxır görir ki, bêli ow adamlar ki, var içlərində, biri var ki, axardan attılamadı. Xoşhal oldu dedi bêli, Qəribiŋ əvvəlki nışanasını gördüm. Vəxti Qərib gəlir yəxinə, salam edir görir ki, yer biraz nəmdir, Qərib abasını çaxardır sərir və oturir yerə. Qoca kişi çox xoşhal olur və deyr ki, Qəribiŋ nışanası budur, doğrudur, düzdür və Sənəm dediği təkin. Bu Qəribdir, burda ki, Qəribiŋ gilasını (bardaq, su içiln qab) doldurur şərbətinən, izzigi çaxardır və atır Qəribiŋ gılası içinə, verir Qərib əlinə və Qərib vəxti ki, şərbəti çəkər başına və içər, izzigi gılas içində görir və Qərib izzigi alır əlinə baxır və görir ki, bêli öz izzigidir və ğəmgin olır və əfsordə (ə. narahat) olir ow öz yaninda deyr ki, Allah canım nə olmuş ki, Sənəmiŋ başına nə iş gəlmiş ki, nicə olmuş ki, Sənəm məcbür olmuş bu izzigi sata. Burda qoca kişiyi qırağa çəkir ow xəbər alır, deyr ki, çox ehtiramınan soruşur, deyr ki, mən bu şəhrdə çox abıru (etibarı, hörməti) varımdır, heysiyət varımdır və çox illər çəkmiş gəçmiş ki, mən özüm için ad ow san ələ gətirəm ow, çox abııru ələ gətirəm ow mən bu dunyada heç nə az yoxumdur. İsteyrəm 217 görəm bu izzig mənim adaqlımıŋdır? Şahsənəmiŋdir? Seyrəm görəm nə cür səniŋ əliŋə etişmiş və nə cür sənə satmış? Qoca kişi də ki, xeyli xub başarmışmiş öz işini görə, Allaha şükr edir ow cəryanı Qərib için têrif edir. Qəribdə ki, çox həyəcanlıydir və xəbər bilmiş ki, Şahvələd seyr Sənəminən toy edə, çox narahat olur və ayaq üstünə dura bilmeyr və iradəsiz baş qoyr qəçdigə. Ondan sora yadına düşər ki, yow, gerək öz içində aram ola. Bu bir hədəfinən Hələb şəhrinə gəlmiş. Həzrət-i Əli buyurmuş beləsinə ki, sən gedəŋ Hələb şəhrində qalaŋ. Gedir ow nökərinə deyr əl-ayağıŋı yiğişdir ow və bu qoca kişinəŋ gerək gedəm öz şəhrimə. Mən tez-tez yola düşəŋ. Qərib gedər Hələb hakiminiŋ yanına və ehtiram qoyar, baş yendirər və deyər ki, bu müddətdə mən sizdən çox-çox mühəbbət görmişəm və heç zaman siziŋ mühəbbətləriŋizi unudmam, fəramuş (f. yaddan çıxarmaq) edməm. Gəlmişəm ki, siziŋinən xodahafizlig edəm, çün anam çox mərizdir, narahatdır və seyrəm siziŋ qulluğuŋuzdan morəxəs olam. Xulassə hakim deyr ki, pəs qal biraz, səniŋ için arvad alam burdan. Sənə bir toy tutam, öz deynimi (borcünü geri qaytarmaq) sənə əda edəm ow səni çox varlıtər, çox daratər(f. zəngin, pullu, mallı) şəhrə yollayam. Qərib də çox şərm-i huzur (utancaqlığı) varımış ki, bir kələmə ağzına gətirə və danışa. Hakim dəstür verir ki, təmam qizlər yiğilələr qəsr içinə, eyvan içinə və qizlər gələllər və Qəribiŋ cilowundan gəçərlər, ta hər birisi ki, Qərib çox səyə onu intixab (seçə) edə. Vəli, Qərib biqərardi və heç zaman bu qızlara baxmır və faqat Sənəm fikrindəydi, hətta bir ləhzə başını uxarı tutmeyr ki, baxa. Heç qızları bəğənmeyr ow hakım deyr ki, Qərib, nicə olir ki, sən bu qızları bəgənmeyreŋ ow istəmeyrəŋ? Qərib deyr ki, hakım can mən bir əhd ow qərar biriynən bağlamışam və gerək ora gedəm və hakım çox xoşu gəlir ow bir məmur yolleyr və çox-çox bahalı və ağır qimətli parçalar alir ow lebaslar, geyimlər düzəldir o, alir ow verir Qəribə ki, bu qəliniŋ geyinəsi, libasiydi ow bunu sənə verirəm və sən gerək gedəŋ o, öz mêşuqəŋə etişəŋ. Qəribdə çox təşəkkür edir o, çox məmnun olir hakimdən. Hakım əlini öpir ow çox səbrsiz və moştaq yola düşir. 218 Gedər o, gedər ow gedər ta bir yerə etişər ki, yol ikki olir. Bilmeyr hara gedəsidir, ta tez məqsədinə etişə, çoxda yorunağmış və bir daşa təkə verir ow yatar uxuya gedir. Həzrət-i Əli, mowla Əli etişir ow Qəribiŋ uxusuna girer və deyr oğlum narahat olma, mən ki, sənə əvvəl dedim, sən gələŋ Hələb şəhrinə və burda qalaŋ, ta ondan sora muradıŋa etişəŋ. Qərib deyr ki, mowla can beyə bilməŋ Şahvələdiŋ toyu başlamış, mən qorxıram ki, ta mən çatam ora, Şahsənəmi gücünən verələr Şahvələdə və mən etişmiyəm və Şahsənəmiŋ xub aqibəti olmaya. Həzrət-i Əli deyr ki, narahat olma sən, fikrinə gedmə bu məsələniŋ. Həzrət-i Əli çəkər tərkinə Qəribi ow bir gözünən-qaş arasında etirir Tiflis şəhrinə. Vəxti Qərib şəhrə etişir, görir ki, xəlq yiğilşmiş bir yerə ow saz, nağara səsi gəlir. Məğmum(ə. Qəmli, yazıq) ow narahat olir ow həzrət-i Əli buyurur ki, sən narahat olma, iş düzələr. Qərib nə iş görir ow biraz həzrət-i Əli atınıŋ sommunuŋ (dırnaq, ayaq) altından bıraz torpaq getirir ow öz yanında saxladır, çün bilir ki, bu torpaq çox-çox mərizləri şəfa verir. Həzrət-i Əli deyr ki, hər mowqa ki, getdiŋ çatdıŋ əvə və Sənəmə etişdin, bacıŋı ver Şahvələdə ta toy bir-birə dəyməyə. Qərib də bu sözləri eşidəndən sora görir ki, bêli həzrət-i Əli yoxdur və gözünü açar görir ki, həzrət-i Əli görünmeyr və Qərib olmuş şəhrdə ki, heç kim Qəribi tanımeyr gəzir və əvlərini bulir. Dər (qapı) vurir, bacısı deyr ki kiməŋ? Qərib deyr ki, mənəm, bir Qərib adamam, yornağam, uzaq yoldan gəlmişəm, çün yol yoxumdur, gəlmişəm bura. Qəribiŋ anası ki, bu gəpləri (sözləri) eşidir, deyr ki, qiz dəri (qapını) aç, hər kəs dir qoy gələ içəri. Qəribiŋ anası və bacısı əzbəs ki Qəribiŋ dağından (yasından, kədərindən), dərdindən ağlamışdılar, ikisi də kor olmuşdu. Qəribiŋ anası və bacısı ki, çox vaxtdır Qəribi görmeyrlər, tanıya bilmeyllər. Qəribiŋ yornağlığı varımış, biraz istirahat edər, biraz yeyər ow içər ow dincələnər, soruşar bu səs ki, qəlir nədir? Bu saz, nağara səsi kimiŋdir? Nədir? Qəribiŋ anası ağlamağı başlar ki, bu Şahvələd seyr Şahsənəminən toy edə və Şahsənəm mənim oğulumunən seyrdi toy edə və Qərib getdi gəlmədi və Şahsənəm yeddi il qaldı və gördi ki, Qərib gəlmədi və gücina seyrlər verələr Şahvələdə. 219 Qərib deyr ki, ana can qussə yemə, Allah böyükdür və Qərib əviŋ qapsına, divarına baxar ow bêli kəmança ki, neçə il neyləri çalır, hənüz göydədir. Torpaq basmış beləsini, toz basmış beləsini. Deyr ki, ana can icazə verəŋ ow sazı götürəm və beləsinə bir baxam? Qəribiŋ anası deyr ki, bu mənim oğulum yadıgarıdır, işkal (f. eybi) yoxu bala, eğər başaraŋ baxaŋ beləsinə. Qərib sazı gətirər aşağı və o sazı hər kəs gəlirmiş çala, əlində saz gedərmiş göyə və gəlmeyrmiş aşığı. Vəli, Qərib sazı götürür və saz Qəribiŋ əlinə düşər və görilər ki, bêli saz gəldi aşağı və düşdü Qəribiŋ əli içinə. Verir bir iki dana mulayim ahəŋ çalar və anası çiğirər ki, bu muğamlar nə qədər Qərib muğamına bəŋzeyr. Qiz deyr ki, ana, həyə (bêli, hə). Amma Qərib özünü tanışdırmaz ow deyər ki, muğamlarıŋ çoxu bir birə bəŋzeyr. Qərib deyr ki, çox xub kəmançadır, icazə verəŋ mən bu sazı aparam və gedəm toyda çalam, bir neççə sahat iş varımdır, şayəd bir ənami girimə gəlir ow şərik oluŋ o pula, şərik oluŋ ow xulassə mən yarısını verərəm sizə. Qəribiŋ anası deyr ki, bu mənim oğulumuŋ tək nışanasıdır, qorxiyəm ki, bir bəla başına gələ və qız deyr ki, əğər qowl verəŋ ki, hətmən munu salmayaŋ yerə, heç işkal yoxudur. Qərib o parçaları və o əlvan parçaları ki, Hələb hakımı vermişdi, aldı yanına ow çox xahışinən dedi ki, sazı apara yow toyda çala. Qərib abasını geydi yow çox tanınmamış kəmançayı götürdi yow yola düşdü qəsrə sarı, ta toyda çala. Yol arasında birisini görir ki, çox dəliliği varıdı və hal ow huşu yerində deyildi. Yaxınlaşır və səlam verir ow deyr ki, sən burda nə iş görirəŋ!? Sən nə için bu yeri, bu dağı, daşı suleyrəŋ? Burda heç nə əkməmişəŋ, nə için burayı suleyrəŋ? Dəli deyr ki, sənə mərbut (ə. dəxli yoxdur, sənin burada nə işin var) dəğil. Mən göynüm seyr burda hər iş görəm, sənə əslən rəbti (f. bağlılıq) yoxu mən nə iş görəm. Qərib ki, bilirmiş bu adam dəlilsiz, bi-cəhət bu işi görmeyr, mehribanliginən, çox yoldaşliginən soruşur ow oyan buyan edər ki, görə bu dəli nə seyr? Deyr ki, mənim bir kaka (qağa, qardaş) varimiydi ki, yeddi ildi gedib səfərə və geri gəlməmiş. İndidə adaqlısı burda Şahvələdinən toy edir və onu gücəki vermişlər Şahvələdə. Mən burayı suwarıram ta burdan ki, gəldilər gəlini aparalar, cəmiyyətiŋ 220 birisi bəlki dəyə yerə, bəlkə boynu sinə və bir bəla gələ başına ki, bir iki-üç gün bu toy geri düşə ki, bəlkəm mənim kakam gələ şəhrə etişə ow Sənəminən toy edə. Qərib üzündən öpər ow yola düşər, ta etişə toya. Şahvələd də dəstür (f. göstəriş) vermiş, heç qərib adamı və ğeyri tanış adamı bu toya yol vermeyələr və həq yoxudur ki, gələ toya və xususən aşıqlar, çünkü Sənəm hər vəxt ki, bir aşıq görirmiş və ya bir muqam eşidirmiş, çox mütəəssir və narahat olurmiş. Nigəhbanlar təmam dərləri bağlamışlar ki, heç quş orda qanad aça. Amma Qərib varı yol-yolağları bələdimiş, çünkü ilərtər bu qəsrə çox gedmiş-gəlmişimiş. Vəxti ki, Qərib girir içəri bir böyük ücədən (ucadan), qayım (güclü) bir səlam verir ki, varı kəs bu səlamı eşidər. Hətta Sənəm də səlamı eşidər. Burda kənizlər deyr ki, xatun başı sağ olsun, şah başı sağ olsun, Şahsənəm başı sağ olsun və bu səs iŋŋar Qərib səsidi və burda Sənəm biraz sakit olur və deyr ki, qoyuŋ görəm kimdir? Qərib cəmiyyətiŋ ortasına girir, girir, girir və Şahvələdə yəxin olir və burda bu şerlər deyilir. Və bir mêruf ahəŋ (ə. tanınmış, məşhur musiqi) var, be nam-ı (f. adına) Sənəm ki, orda şeir deyillər və bibirinən gəp rədd ow bədəl (f. söz deyərlər, deyişərlər, danışarlar) edillər. Sənəm: Bir gün özüm sultanıdım, xanıdım, Gowhəridim, mərcanıdım, canıdım, Səlam verdiŋ, səlamıŋdan tanıdım, Yar səniŋ gəldiğiŋ biləmədim mən. Xulassə Qərib etişir Şahvələd yanına ow xəlx ki, bu aşığıŋ işlərindən têccüb qalmışlar deyillər ki, bu kişi nəyi cürət etdi gedə ora və özünə şah təxtinə və gəlin-kürəkənə yəxin edə!? Bir para kəslər öz yanlarında, öz içlərində hey çip-çip (pıç-pıç) edillər ki, edməyə bu aşıq Qəribdir. Birisi genə deyr ki, yow kişiya! Qəribi yeddi il mundan iləri qurd yedi getdi. Şahvələd deyr ki, sən kiməŋ, gəlmişəŋ bura? Sən nəyi zadaŋ gəlmişəŋ bura? Qərib cəvab verir ki, mən bir fəğir nəvazəndəyəm (f. çalğıçı, musiqiçi), gəlmişəm bura. Əşitdim burda toydur, bir 221 çalanam gəlmişəm burda çalam bir zad girimə gələ. Gəlmişəm bura ənam alam. Çağırar deyr ki, sən hardan gəlirəŋ? Aşıq cəvab verər ki, Şam ow Hələbdən gəlmişəm. Şahvələd genədən çağırır ki, buqad ahəŋ, buqad muğamı hardan bilirəŋ? Dedi aya varı muqamları varı ahəŋləri başarıraŋ çalaŋ? Dedi bêli. Şahvələd dedi: Pəs niyə moəttəl edmişəŋ? Şuru ed, başla çaldıga. Aşıq Qərib deyr ki, saz-nağarayı yatırdıŋ, ta mən çalam. Şahvələd dəstür verir ki, saz-nağarayı yatırdıŋ və Qərib başleyr çalır. Deyr ki: Gün batan çağında gəldim əvimə, (Gün batan çağıydı gəldim əvimə) Sırrımı demədim bacı-anama, Işqiŋ xəncərini döydüm sinəmə, Əsnədim, qəynədim, coşdumda gəldim [Folklor nümunələrində yuxarıdakı bənd aşağıdakı kimi verilib. Ağşam idi məndə gəldim xanama, Sirrimi demədim bacı-anama, Işqin xəncərini döydüm sinəmə, Əsnədim (titrədim), qaynadım, coşdum da gəldim.] Mən Qəribəm, çox qəriblik çəkmişəm, Qanat yoxum, hısab ediŋ üçmüşəm, Şah-i Mərdan Duldulınan gəlmişəm, Malımdan, mülkümdən gəçdimdə gəldim. Çox gözəllər qarşımızdan süzüldü, Şah əmrinən Şam ow səhər üzüldü, (Şah əmrinən hamı səfər üzüldü) Əzəl gündən bəxtim sənə yazıldı, (Əzəl gündən adıŋ mənə yazıldı) Sevmədim onları, qəçdim də gəldim. Sıtarım da yeddi ildir yatıbdır, Toz ow torpaq simlərini tutubdur, 222 Ana deyər, səsi daha itibdir, (Ana deyr əyəsi daha itibdir) Səsləndim, səsini açdım da gəldim. (Səsləndim, səsini açdımda gəldim) Dəli qardaş öz əqlindən razıdır, Hər ixilən ölməginə razıdur, Gəçən günüŋ dönməginə razıdur, Hələbiŋ şəhrindən gəçdim də gəldim. (Hələbiŋ şəhrindən köçdümdə gəldim) Aşıq olan tursun gedsin oyuna, Çoban olan tursun gedsin qoyuna, Aşıq Qərib Şahsənəmiŋ toyuna, Mowlam qanat verdi, üçdümdə gəldim. Bir səfər salmışam Urum elinə, Yarım allanmışdır yadlar dilinə, (Yalan söz salmışlar yarım dilinə) Ətləs parçalardan inçə belinə, Özüm xəyyat oldum, biçdimdə gəldim. Sazı tutduŋ Sənəm gələ oyuna, Qurban olum qamətinə boyuna, (Mən qurbanam qamətinə boyuna) Bəndə Qərib Şahsənəmiŋ toyuna, İxildim, qowzandım, düşdümdə, gəldim. [Aşıq Qərib yeddi ildən sora Şam ow Hələbdən gəlir və girir Şahsənəm və Şahvələd toyuna. Səlam verir. Şahsənəm Aşıq Qəribi tanır. Toy yarımçılıq qalır və Şahsənəm Qəribinən toy edir. ] Bu motərizə içindəki cümləyi mən ləntdə eşidmədim. Qəribiŋ vəxti ki, şerləri tükənir, varı kəs mat ow məbhut öz yerinə oturur və varı kəs baxır deyr nic olir bu cərəyan, nə cur tükənir!? Şahsənəmiŋ tamamı bədəni hərəkətə gəlmişdi, bədəni oyneyrdi, bilmirdi nic edə. Başından ta dırnağına qimmileyrdi, hərəkətdəydi. Bilmeyrdi nə iş görə. Bir para kəs deyrlərdi bu 223 sözləri Qərib şerlərinə bəŋzeyir. Edməyə Qəribiŋ özüdür? Deyrlər ki, Qərib bir para nışan mowlasından varıdır. Çün Qəribi iraqdan tanırlardı və niyyətini, etiqadini və inancını tanırlardı. Əvvəl-axır istədiğim, sevdiğim, Yeddi ilə əhd-ow peyman qoydiğim. Yar səniŋ gəldiğiŋ biləmədim mən, Dost gəl tanımadım mən hay! Mən qurbanam səniŋ qələm qaşıŋa, Qələm qaşıŋa, inçə dişina, Şahsənəm, otur dolanam başıŋa, Yar səniŋ gəldiğiŋ biləmədim mən. Dost gəl tanımadım mən hay! Əvvəl-axır istədiğim, sevdigim, Yeddi ilə əhd ow peyman qoydığım, Yar səniŋ gəldiğiŋ biləmədim mən, Dost gəl tanımaydım mən hay! Bir gün özüm sultanıdım, xanıdım Gowhəridim, mərcanidim, kanıdım Səlam verdiŋ, səlamıŋdan tanıdım, Yar səniŋ gəldiğiŋ biləmədim mən. Dost gəl tanımaydım mən hay! Və Şahvələd də şərmgin (f. utanmış) öz işindən, mat ow məbhut (ə. tutqun) durmuş və gəpi yoxumuş Qəribə çala. Qərib bu cêm içində və burda kı, xəlx sakıt oturlarımış dəstür verər ki, biraz torpaq ki, həzrət-i Əliniŋ atınıŋ qıçı altından götürmüşlərdi, getirər çəkər anasınan bacısı gözünə və birazda verər dəli kakası yeyər və üç dana məriz ki, Qərib fikrindən məriz(f. xəstə) olmuşdularımış, sağ və səlamət olarlar və onda daha bilərlər ki, bêli Qəribiŋ özüdür və həzrət-i Əli tərəfindəndir. Burda Sənəm üzünü edir Qəribə sarı yow deyr ki: Bavərım olmadı (inanmadım) ölməgiŋ əzizim, (Bavarım olmadı öldüğüŋ) 224 İzziğiŋ görsətdi varlığıŋ əzizim, (Üzüğüŋ görsətdi, qaldığıŋ əzizim) Yadımdan çıxmadıŋ bir gün əzizim, (Yadımdan çixmədi güldüğüŋ əzizim) Qərib can gəldiğiŋ bilmədim. (Qərib canım gəldiğiŋi bilmədim , Qərib canım mən dərdiŋdən ölmədim) Çixmədi bəynimdən fikr ow xıyalıŋ, (Çixmədi göynümdən fikr ow xıyalıŋ) Düşmədi dilimdən Qərib can adıŋ, Tutdular əlimdən dedilər öldigiŋ, Qərib can, gəldiğiŋi bilmədim. (Qərib canım gəldiğiŋi bilmədim , Qərib canım mən dərdiŋdən ölmədim) Dərdiŋdən ölmədim, dərdimiŋ davası, (Dərdimiŋ davası səbrim qərarı) Səbrimiŋ qərarı, bəynimiŋ havası, (Göynümüŋ havası, gözlərim dıdarı) Əzızım çalası oynada bimar, (Əzızım çalası oynada yarı) Qərib can gəldiğin bilmədim. (Qərib canım gəldiğiŋi bilmədim , Qərib canım mən dərdiŋdən ölmədim) Fikrimi edmişəm, təsmimi tutmuşam, (Fikrimi edmişdim təsmimimi dutmuşam) Zəhrimi bulmuşam, yanıma qoymuşam, (Zəhr bulmuşdum, öz yanıma qoymuşdum) Andımı içmişəm, canımdan gəçmişəm, (And içmişdim öz canımdan doymuşdum) Qərib can gəldiğiŋ bilmədim. (Qərib canım gəldiğiŋi bilmədim , Qərib canım mən dərdiŋdən ölmədim) 225 Burdayki daha məclis dəğişilir ow Şahvələd təxtindən gəlir kota ow başı aşağı yow şərmsar (f. utanmış) olir ow dəstür (əmir, göstəriş) verir ki, toyu batıl (ə. keçərsiz) edəllər. Toy têtil (ə. tətil, burada durdurmaq, dayandırmaq mənasındadır) olir, ama Aşıq Qərib həzrət-i Əli dəstürinən və həzrət-i Əli fərmayışinən, buyuruğınan icazə vermeyr ki, toy yata və cəmiyyət dağıla. Öz bacısını verir Şahvələdə və özüdə Sənəminən toy edər. Müntəzir olir ta servəti Şam ow Hələbdən etişə və diriliği xoşlıgınan həzrət-i Əli kölgəsi altında başa gedə. NİGAR-MAHMUD DASTANINDAN BİR ŞEİR Qǝrşıdǝ ceyran oğlağı, Qǝçdı, pǝs mǝn nic eylayım? Yel vurdu sinǝŋ bǝndinǝ, Açdı, pǝs mǝn nic eylayım? Zǝhrinǝn qaynayıb aşıŋ, Dǝma-dǝmdir gedǝr başıŋ, Göründü Yusuf qardaşıŋ, Qorxma Mahmud belǝ dǝğil. Gümüş bazbǝndlǝr qolunda, Marallar mowlam ǝlindǝ, Yağlığı hammam yolunda, De bulmuşam belǝ dǝğil, Bunu şaha bildirərlǝr, Didelǝrim doldurarlar, Gǝp çalmazlar öldürürlǝr, Qorxma Mahmud belǝ dǝğil. 226 "KOROĞLU" DASTANINDAN ŞEİRLƏR Xunkar kəndi Gedəydim xunkarın kəndinə, Əl salaydım kəmərbəndinə, Deyəm mən, yoldaş gəl, qərdaş gəl! Eyvəz gəleydi! Ərməni qızləri keşişləri, Dinə gəl, Eyvəz gəleydi! Deyəm mən, yoldaş gəl, qərdaş gəl! Eyvəz gəleydi! Eyvəzim Eyvəzim, Eyvəzim, Mənim şəhbazım, şəhbazım, Ucə dağ başında ay görmüşəm, Özüm eyləmişəm, özüm bilmişəm, Dağlar hansı güşey (qoşa) mənim Eyvəzim, Eyvəzim, Eyvəzim, Eyvəzim, Mənim şahbazım, şahbazım! Varayım, gedəyim yollar busayım (pusmaq), Hər gələn-gedəndən əhval alayım, Dağlar hansı güşey (qoşa) mənim Eyvəzim, Eyvəzim, Eyvəzim, Eyvəzim, Mənim şahbazım, şahbazım! Daşdır bu dağın yulları Xan Eyvəzim gedər oldi, Daşdır bu dağın yolları. Bir bələddən (biləndən) xəbərləşdim, Daşdır bu dağın yolları. Dəmırçi oğlu, dəmır tökər, 227 Qimçı oğlu sənə nökər, Atın nalın, mıxın tökər, Daşdır bu dağın yolları. Koroğlu həqqim çoxdır, Həq bilir günahım yoxdır, Kəndi azdır, dağı çoxdır, Daşdır bu dağın yolları. Durnalar (Burda Koroğlu durnalardan Eyvəzi soruşur) Durna gəlir qoşa- qoşa, Qarlı dağdan aşa-aşa, Siz bilminiz qanlı yaşa, Bax gör Eyvəz görönmir. Qoç qardaşlar görünmir, Şer (şir) yoldaşlar görönmir. Durna gəlir düzüm, düzüm, Boyni qanatından uzun, Durna mənim iki gözüm, Bax gör Eyvəz görönmir, Qoç qardaşlar görönmir , Şer (şir) yoldaşlar görönmir. Göydə gedən üç durnalar, Üç durnalar bəş durnalar, Göy teli sərxoş durnalar, Bax gör Eyvəz görönmir , Qoç qardaşlar görönmir, Şer (şir) yoldaşlar görünmir . Durna gəlir burma - burma, Qaşı qərə, gözü sürmə, 228 Koroğlı deyər canım durna, Bax gör Eyvəz görünmir . Qoç qardaşlar görünmir, Şer (şir) yoldaşlar görünmir. Xan Eyvəz (Eyvəz dustaqdadır və Koroğlu həmişə üçün Eyvəz yolunu gözlür) Xan Eyvəzim gedər oldı, Dönınçə gözlərəm səni, gəl-gəl. Yanar otı (odu) cana saldın, Sönənçə gözlərəm səni, gəl- gəl. Ağac atına mınənçəz, Bulaq başına durançəz, Molla nəmazı qılnçəz, Qılınçə gözlərəm səni, gəl- gəl. Ağaclar gətiru yarpaq, Kəfən gedər, qaldam çılpaq, Ala gözlərim torpaq Dolançə gözlərəm səni, gəl gəl. Gürcüstana Səfər düşdü Gürcüstana, Biziminən gələn gəlsin. Mərd gəlsin, namərd gəlməsin, Can-u başdan geçən gəlsin. Koroğlu məst-u heyrandır, Sərim bü çölə qorbandır, Dağda bir toy-bayramdır, Toy-bayrama gedən gəlsin. Çənlibeldə ot biçənlər, 229 Qərənti (kərənti, dəryaz) görən qəçənlər (qaçanlar), Xan Eyvəzdən şal ( qurşaq, bel bağı) açanlar, Gürülayır-gürülayır (guruldayır, ildırım kimi guruldamaq, çay kimi guruldamaq). Bu dünyanın hamı işi, Həm yazı var, həm də qışı, Pılöv başında çox kişi, Gürülayır- gürülayır. İrçi (yırçı) Əfsanə və Nazlı Cahangiri bacılarının 2002-ci ildə lentə yazdırdıqlarımahnı aşağıdakı kimidir. Keçdilər gitdilər, bizi qoydular, Özləri pesidi, bizdən gördülər. Səfər düşdü Gürcüstana, Biziminən gedən gəlsin, Can o başdan keçən gəlsin. Mərdə gəlsin, namərdə gəlməsin, Qanlı çaydan keçən gəlsin. Çənli beldə ot biçənlər, Qərənti görən gəlsin, Analarından küsənlər, Gedin bilun sərdarımızı, Bu dünyanın hanı işi, Hə yazı var, həm də qışı, Gürullayır, gürullayır, Mən dınayam ciğer yara, Ciğer oldu hızar para, Gid İstanbul şehri ara, Apardılar sərdarımızı. Üce dağların başında, Nemçi-nemçi qar görünür. Mənim bu qəmli göynümə gəlalı gelalı, Dünya mənə dar göründü. Köç Eyvəz 230 Heç bilmədim hara gedmiş, handadır? Hələbdədir, Urumdadır, Şamdadır? İntizarlı ala gözlər yoldadır, Köç Eyvəzim, köç, əlləş elim, köç, Həm məşəəlim köç, köç Eyvəzim , Öç Eyvəzim, Dur dolanag bağlara, Gün gedi kölgə dolandı, Aç ta gedəg dağlara, Qərşimizdə Bistunun dağıdır, Bir qisməti biziminən yağıdır, Oyan-oyan, oyanmağın çağıdır. Köç Eyvəzim köç, əlləş elim, köç, Həm məşəəlim köç, köç Eyvəzim , Öç Eyvəzim. Dur dolanag bağlara , Gün getdi kölgə dolandı, Aç ta gedəg dağlara, Koroğlu der haraylarım çəkilsin, Bədin-u heykəl Ərəb atlar otulsun, Qərə başlar top yerinə atılsın, Məni Eyvəzim, məni, əlləş elim, min, Həm məşəəlim, Min-min Eyvəzim, min Eyvəzim, Dur dolanag bağları Gün gedi kölgə dolandı , Aç ta gedəg dağları. Yazıya alan: Ərsalan Mirzəyi, 42 yaşında, ali təhsilli. Ərəb əlifbasından Latın əlifbasına çevirən: Fərhad Cavadi. 231 EL ŞAİRLƏRİ MİRZƏ MÊZUN (MƏHZUN) Gəlayır Həqqə şükr ed şirin dilim, Şirinzəbanım gəlayır. Kəmanlıkda diz ol belim, Əbru kəmanıŋ gəlayır. Şad ol bülbül baharıŋdır, Ram ol köylüm qararıŋdır, Bax ey gözüm öz yarıŋdır, Çıx canım, canıŋ gəlayır. Dolan ey sərim, sərinə, Qul ol zülf-i ənbərinə, Gəl ey imanım yerinə, Din ow imanıŋ gəlayır. Kipriğim carrı çək yolə, Səril belim inçə belə, Doldur əlim ver pıyalə, Türk-i məstanıŋ gəlayır. Dişlə dişim rütəbini, İlə 2 burnum gülabını, Əm ləbim şəhd-i ləbini, Ləb-i mərcanıŋ gəlayır. Eşid qulağım səsini, Al nəfəsim nəfəsini, Sor ey ağzım məməsini, Nar-ı pıstanıŋ gəlayır. 2 . ilə: qox ed, qoxusunu hiss ed 232 Ciğərim bəndi alış nə, Hıcran taxıb sənə dişnə, Çox demə teşnəyəm teşnə, Ab-ı rəvanıŋ gəlayır. Mêzun danış ta məcaldır, Yarınan söhbət halaldır, Bilməm dişdir, ya xıyaldır, Əziz mıhmanıŋ gəlayır. Olmasaydı Olmazdı husnuŋ cilvəsi, Bu işq əzəl olmasaydı, Ücəlməzdi işqiŋ səsi, Rena gözəl olmasaydı. Əcəb ələmdir bihuşluk, Meşuğunan badə-nuşluk, Rəsm olmazdı aşıq kuşluk, Xınalı əl olmasaydı. Məcnün işqi məst o məstan, Olmazdı âləmə dəstan, Leyli kimin şux o məstan, Bədən məxməl olmasaydı. Çixməzdi Fərhad tutunu, Səvməzdi işqiŋ otunu, O qazmazdı Bısutunu, Şirin əvvəl olmasaydı. Bülbül çixməzdi gülzardan, O ötməzdi ah ow zardan, Heç kəs ayrılmazdı yardan, Əğər əcəl olmasaydı. 233 Aşıq olan gərək yana, Yana, can verə canana, Əbəs yanmazdı pərvana, Şem ow məşchr("39")əl olmasaydı. Gəl gəzək Cünün düzünü, Eşidək Məcnün sözünü, Kimlər tanırdı Mêzunu, Şiir ow ğəzəl olmasaydı?! Olmasın Gözəl həqqiŋ izzətinə, İqrarıŋ haşa olmasın. Ya aşıqlar söhbətinə. Gəlib tamaşa olmasın. Ya bizi hərif eyləmə, Ya ğəmdən zeyif eyləmə, Ya gözdən təklif eyləmə, Ya dildə haşa olmasın. Bağıŋda bülbüləm nəssim, Ğünçə gülüŋdə həvəsim, Bir sən varım olaŋ bəssim, Dunya çargoşa olmasın. Sır sözüm gətirdəm üzə, Mən mâyılam ala gözə. Bu xərməndən qismət bizə. Nəçin bir xoşa olmasın. Mêzun çəkər ah ow suzu, Ta sən olaŋ kimə ruzu, 234 Rəqibiŋ gecə-gündüzü, Xoşluğa başa olmasın. Ayrı Səniŋ için eylədim ğürbət ixtıyar, Müddətdir olmuşam elimdən ayrı. Göz yaşınan göyərtmişdim lalazar, Sitəmdir salmayıŋ gülümdən ayrı. Şah gədayı səvmək eyb o ar dəğil, Gəda şah istəmək ixtıyar dəğil, Təmənnam zıyaddir, bəxtim yar dəğil, Bu dərdə çarə yox ölümdən ayrı. Fesürdə zahıdıŋ bilməm nəssidir, Biziminən din o məzhəb bəhsidir, Aşığıŋ məzhəbi meşuqəsidir, Heç yola varmanam yolumdan ayrı. Mən əbəs səvmədim o nuşexəndi, Əqlinən edmədim işqə peyvəndi, Aparırdı kəşan-kəşan kəməndi, Nicə düşəm ənbər telimdən ayrı. Pərivəş nazənin boyu bəstələr, Mêzun dəriğ edməz can istəsələr, Qoymuşam yol üstü başım kəssələr, Başıma bəla yox dilimdən ayrı. Bax Görməmişəŋ bizim gülün üzünü, Bahar fəsli gülıstana gülə bax. İstəsəŋ eşidəŋ şirin sözünü, Danışdır lizzətli şirin dilə bax. 235 Nə xub olur girə zəri qumaşa, Bəzənə rəŋbərəŋ ayaqdan başa, İstəsəŋ ki edəŋ həzz-ı tamaşa, Gəydir kəmərçini inçə belə bax. Mən səvmişəm bəgzadələr bəğini, Çox böyüktər böyüktərlər böygini, Tərif eddiŋ gülüŋ nazıklığını, Güldən nazık ayağa bax, ələ bax. Köylüm quşu can ow başdan gəçərsən, Zülfü damı həvasına üçərsən, Ehtiyat eylə ki tora düşərsən, Kəməndə bax, zəncirə bax, telə bax. Mêzun şowqu gülıstana düşübdir, Torpaq olub asıtana düşübdir, Bülbül bağ-ı bixəzana düşübdir, Süsənə bax, sünbülə bax, gülə bax. Bir gün Bar ilaha bizə qismət olaydı, Girəydik yarınan bu bağa bir gün. Yar sallanıb miŋ nazınan gələydi , Mən olaydım qurban-sədəğə bir gün. Seyr edib bu bağa danışıb gülək, Soruşub bir birin əhvalın bilək, Bir zaman işrəti ğənimət bilək , Xəbər olmak, düşər uzağa bir gün. Əvvəl rəqibləri iraq eyləyək, Hər məclisdə uzun çırağ eyləyək, Neççə dolu mına sorağ eyləyək, Meyl edək təfrih ow damağa bir gün. 236 Bir şux ow delbərim, qaməti ər-ər, Kovkəb-i rəxşanım, telləri ənbər, Yanqaxı gülnarım, ləbləri şəkər, Dayana dudağım, dudağa bir gün. Mêzun deyər şux ow qaşı kəmandan, Candan gəçsəm gəçməm bölə canandan, Ta dirriyəm, əlim üzməm dabandan, Məğər əcəl sala uzağa bir gün. Dasıtanımız Başıŋa döndüŋüm gülüzlü pəri, Qabul ed peşkəşiŋ şirin canımız. Yoluŋa qoymuşam canınan səri, Qədəm bas-göz üstə ol mıhmanımız. Husnuŋdır aşığıŋ fikr o xıyalı, Səni səvən neylər dunyada malı, Xub xəlvət edmişəm yar yeriŋ xalı, Bölə gəl görməyə dörd bir yanımız. Müddətdir olmuşam dərdə zarıncı, Dürəmədim gülşəniŋdə narıncı, Çəkə bilməm bu hıcranı bu rənci, Cəsəddə qalmamış yarı canımız. Şikəstə aşıqəm işim ah o zar, Çox çəkərəm şam ta səhər intızar, Apardıŋ aramım qalmadı qarar, Cadı gözüŋ aldı din-imanımız. Mêzunam kəsildi aram ow xabım, İşqiŋ atəşindən qalmadı tabım, Ya qədəm-rəncə qil ya ver cəvabım, Olmaya faş ola dasıtanımız. 237 Düşdü Xab içində əlimdəydi dolu cam, Bir Türk-i mey-pərəst yadıma düşdü. Görəŋ hara çəkə bizim sərəncam, Özü məst, gözü məst yadıma düşdü. O Türk-i Çinchr("39")i kı hörəndə saççın, Hər çininə bahayıdı Çin-Maçın, O çin zülfü kı darardı çinbəçin, Köylüm qaldı pabəst yadıma düşdü. O cadı gözü ki bilərdim fənni, O şəhd-i ləbi ki əmərdim qəndi, Nazınan açardım sinəsi bəndi, Mən edərdim həvəs yadıma düşdü. O nazık təbəssüm, gülməği nazık, Nazık dudaq qurdu dudağı nazık, O nazık tən başdan ayağı nazık, Nazık del, nazık səs, yadıma düşdü. Dün gecə xab içində mahruyunan, Ləb ləbə qoymuşdum goft ow guyunan, Ruhum tazələndi ənbər buyunan, Şux ow meşkin-nəfəs yadıma düşdü. Mêzun edər bu diş tebirini dərk, İşrətim ağacı tökər bar o bərg, İndən bölə uxum olur xab-ı mərg, Öz əcəlim əbəs yadıma düşdü. Qalır Gəl ey sağı, doldur cam-ı məstanı, Gidər mey içənlər, meyxana qalır. 238 Gəçər bu dunyanıŋ yaxşı-yamanı, Qalsa bir yaxşılık insana qalır. Əbəs vurma hər naksə üzüŋi, Xəridar görməsəŋ açma sözüŋi, Dəli dəvəliyə vermə qiziŋi, Dəvə ölür-itər, dıvana qalır. Adam oğlu cəbr-i gəlməz hısaba, Mıras-xorlar için düşər əzaba, Hərislər bayğıdır, dunya xaraba, Bayğı üçər gidər, vırana qalır. Bağbanlar qorudur bıca bağ ow gül, Qoymaz gülə qona binəva bülbül, Bu gülşəndə nə gül qalar, nə bülbül, Qalsa bir yamanlık bağbana qalır. Bir cowdə almanam dowr-ı sepənci Kim apara gənci, kim çəkə rənci, Qalmaz dowlətliniŋ dowləti gənci Mêzundan şirin söz nışana qalır. Qurbanı Göründü ay üzüŋ çırağı rowşən, Şôlə çəkib çılçırağıŋ qurbanı. Nurundan eylədi otağı rowşən, O otağın, o çırağıŋ qurbanı. Gəçmək olmaz şux o şirin sonadan, Sinəsi bulurdan, boynu mınadan, Süzülüb çıxanda dowlətxanadan, Bəstə boyuŋ gül ayağıŋ qurbanı. 239 Nərgisli, reyhanlı, göy dağlar üstü, Çiçəkli, sünbüllü, bulaqlar üstü, Qoyak dudaqları dudaqlar üstü, Məzzə diliŋ, mey dudağıŋ qurbanı. Mən qurbanam ğünçə ləbdən gülənə, Ğüldən nazıktərdır nisbət bilənə, Səvdiğim yar, bu çeməndə belənə, Gəl mey içək tər damağıŋ qurbanı. Yaz günü ğünçələr xəndan olanda, Bağça dolu ətr ow reyhan olanda, Yar heclə içində mıhman olanda, Mêzun deyər o qonağıŋ qurbanı. Ürəğim Müddət idi yatmış idi oyandı, Yeŋŋi başdan gəldi cana ürəğim. Tərlan kimin dowr eyləyib dolandı Hava etdi Həştərxana ürəğim. Xəbər apar varı yara-yoldaşa, Ürək coşub istər başımdan daşa, Pərvana tək mâyıl olub ataşa, Qorxaram kı axır yana ürəğim. Yadıŋdadır işq əvində gəzərdiŋ , Qələm alıb vəsf-ı-halıŋ yazardıŋ, Dost bağında ğünçə güllər üzərdiŋ, Bağbanıdıŋ gülıstana ürəğim. Ürək sənəŋ cism ow canda şəhənşah, Dunya işrətini etdiŋ montəha, Bazarlarda çoxdur ətləs-i Kəmxa (ipək növü), Olmaz varaŋ hər dukana ürəğim. 240 Bülbül-i hızarım eyləmə xoruş, Nə ol del-xəridar, nə ol del-foruş, Mêzun öz gülüŋü edmə fəramuş, Ta dönməyə bağrıŋ qana ürəğim. Bağlama Mêzun soruşmuş, İğdirli Kıxa İsa Xan cevab vermişdir. Sowal Bir əvvəl-axırı yox, hamı yerdə Hazır ow binişan harda görübsəŋ? Bir fıncan içində umman dərgahı Görmək olmaz onu harda görübsəŋ. Cavab O əvvəl-axırı yox hamı yerdə Həqdir hamı yerdə o binişandır. O fincan kı dediŋ göŋŋüldir aşıq, İlm onuŋ içində bəhr-i ummandır. Sowal Məclis gördüm âlım olur badə-nuş Şəhristan görmüşəm təmamı xamuş Gah sarı, gah yaşıl, gahı sıyahpuş Yürüməz sənəti harda görübsəŋ? Cavab Əcəl meydir âləm olur badə-nuş O şəhr qəbrıstandır tamamı xamuş. O dağdır, yaz yaşıl, qışı sıyahpuş, Fayız günü saralıban xamuşdır. Sowal Bir xeymə, beş sutun, on yeddi maqam Onu qilməyənə əqd olur haram O çox kimsələrdən kəm olmaz tâam Harda şəkər, zəhr-ı marda görübsəŋ? 241 Cavab O xeymə namazdır, on yeddi rəkət Onu qilənlərə həq qilər rəhmət O çox kimsələrdən kəm olmaz nêmət Əvvəl aççı, axır rahat-ı candır. Sowal Əğər ârifisəŋ gəl aç dəftəriŋ Beş çeşmə görmüşəm bir birə qərin İkki aççı, ikki şordır, bir şirin Coşub bir kassadan harda görübsəŋ? Cavab Gəl cəvabıŋ verəm yaxşı dəftərdir O beş çeşmə bir birinə qətərdir Qolaq aççı, göz şor, ağzıŋ şəkərdir, Kassa başdır, o beş çeşmə coşandir. Sowal Mêzun deyr hayranam bölə ustada Mənə söyləgenən görəm harada? İkki təndir yeməz, içməz dunyada Onları asılı harda görübsəŋ? Cavab Harıt ow Marutdır Babıl çahında Asılı, ru-sıyah həq dərgahında. İsanıŋ umudu şahlar şahında Mêzun cəvabına gowhərfışandır. YÜSÜFƏLİ BƏY Gördüm Gülistan seyrində uğradım ğafıl, Bugün bir dilbəri məstanə gördüm. Leyli kimin qurub bəzm-i işrəti, Orda üz ağılı dıvana gördüm. 242 Şüküfə eylayıb yeŋŋi nowbahar , Açılıbdır qızıl güllər lalazar, Hər yana bir Hindu durub bərqərar, Pasbandır ab-ı heyvana gördüm. Bir fıncan doldur ay gül üzlü sağı, Bülbül şəkər qəfəsində dostağı, Bir bulur lalədə yanır çırağı, Dolanır dowrına pərvana gördüm. Hər yanına durub bir Türk-i sərməst, Qoyubdur oxlarıŋ kəmanə peyvəst, Aşıqlar səfinə verdilər şikəst, Öz döşümü orda nışana gördüm. Orda bir bulur təxt oldu nımayan, Bir neççə bənəfşə, tər sünbülistan, Arasında vardır bir cam-i rəxşan , Bir sədəfdə iki dordanə gördüm. İki əqrəb olub qəmər qərini, Gənc üstə eylayıb şəhmar kəmini, İki Yəlda gecəsindən bir günü, Gecəynən günü həmxanə gördüm. Çin-çin edib, çini töküb çin üstə, Darayıbdır hər yanından çin üstə, San Zəngıbar şahı çəkib çin üstə, Aşıqlar mülkünü vırana gördüm. Bulurdan qayırıb çah-ı zenəxdan, Zenəxdan söyləmə bəlali zından, Yüsüf-i Xosrowı hükm etdi Sultan, O yerdə saldılar zındana gördüm. 243 Qurbanı Sultan teliŋ sünbül, üzüŋ qızıl gül, Güldən nazıktərdir üzüŋ, qurbanı. Sən bir bıhışt bağı, mən ğəmli bülbül, Süsənli sünbüllü yazıŋ qurbanı. Sultan teliŋ darayıban tökəndə, Tökülən yerlərdən zulfuŋ bükəndə, Ala gözləriŋə sürmə çəkəndə, Məhv edər aşıqı gözüŋ, qurbanı. Sultan bulur sorahıdır boxağıŋ, Qızıl gülüŋ ğünçəsidir dudağıŋ, Şirin danışmağıŋ, şirin məzağıŋ, O şirin sohbətiŋ, sözüŋ qurbanı. Haçan olur yaza dönə bu qişlər, Haçan olur doğru gələ bu işlər, Boyuŋa gəydirəm zəri qumaşlar, Güləbatın sərəndazıŋ qurbanı. Yüsüf-i Xosrov deyr; yar-ı moşkıbu, Gəl oturak bir-birinən rübərü, Bir xəlvətdə olag gərm-i goftogu, Sən naz ed, mən çəkəm nazıŋ qurbanı. Dara bax, dara Göŋülüm dur oyan, xab-ı ğiflətdən, Sallanıban gedən yara bax, yara. Qaşları kəmandir, gözləri şəhla , Nok-ı mojganları xara bax, xara. Nə sürətgər çəkmiş bölə roxsarı, Bölə torfə çəmən, bölə gülzarı, 244 Təxt-i sinəsində cüftə şəhmarı, Bu əfsun olmamış mara bax, mara Deymə, bad-i səba şayad diksinə, Səkkiz dəri cənnət, gül otaq sinə, Kuh-ı bulur, təxt-i mərmər, aq sinə, Odur məmələri qara bax, qara. Bugün seyrə çixib şıkarı laçın, Alır gözləriynən bir aləm maçın, Tökübdür belinə moənbər saçın, Hər teli bir yana, tara bax tara. Nə Leyli səniŋ tək yar oldu, məşhür, Nə Məcnün mənim tək aşıq-ı məğrur, Yüsüf-i Xosrowı eylədiŋ Mənsur, Əğər inanmeyrəŋ dara bax, dara. Dedim, dedi Dedim: dilbər vəsfin çəkəm təhrirə, Qələm dedi: mat ow heyranam, oğlan. Dedim: əvvəl əlif yazam qəddiŋi, Dedi: mən bir sərv-i bostanam, oğlan. Dedim: aq buxağıŋ dağlar qarına, Dedi bəŋzər cənnət lalazarına, Dedim: limu yazam sinəŋ narına, Dedi: bir gowhər-i ğəltanam, oğlan. Dedim: dilbər rowşən üzüŋ gün yazam, İki gecə oturuban gün yazam, Uzaq düşər zulfuŋ dediğin yazam, Dedi: mən bir şam-i hıcranam, oğlan. 245 Dedim: zinəxdanıŋ yazduram bulur, Dedi: ləbimdə var şərab əltəhur, Dedim: gün üzüŋdən aşkar olur nur, Dedi: mən bir hur-ı rızvanam, oğlan. Yüsüf-i Xosrowıŋ ğərq-i xıyalda, Hıç bilmeyrəm nə əhvalda, nə halda, Dedim: insan olmaz bölə cəmalda, Dedi: mülk-i hüsna Sultanam, oğlan. XOSROW BƏY QƏRƏQANLI Gəlir Bugün bağ seyrinə nazlı yar, Bulur əllərində dəstə gül gəlir. Ğəmli köylüm ol şadıman çəkmə ğəm, Şirin gözəl lam əlif label gəlir. Cənnətiŋ laləsi, hur o ğelmanı, Hındustan tavusu, Xotən ceyranı, Bədəxşandan lel-i ləb-i mərcanı, Tərləyib məməsi buy-i hel gəlir. Açıldı aq sinəŋ göründü mərmər, Mərmər səmər edmiş bir cüftə gowhər, Ya nəsim-i yazdır, ya buy-ı ənbər, Açılıbdır behişt dəri, yel gəlir. Hər nə yazdım etişmədim sərməşqə, Əbdal olub getdim Şam o Dəmişqə, O saat ki düşdüm sovda-yı işqə, Ölə san ki dörd yanımdan sel gəlir. 246 Ciğərbəndim hıç sağ olmaz yaradan, Həq götürsün şum rəqibi aradan, Xosrow deyər: şükr eylərəm yaradan, Yarı gördüm ürəğimə hal gəlir. Yatayıdım mən Vardır yar dağında bir towar tərlan, Tor qoyub bəndimə atayıdım mən. Şayəd nəsib ola düşə toruma, O yağı tərlanı dutayıdım mən. Qoyubdur kəmana tir-i ciğərxar, Vurub edib ciğərimi para yar, Kaşkı dilbər olayıdı xəridar, Özüm qul yerinə satayıdım mən. Əlin ələ alıb bağda gəzayım, Bülbül olub ğünçə gülün düzayım, Ğəvvas olub Cəyhununda üzayım, İşqiŋ dəryahına batayıdım mən. Bir fıncan yarınan bir meykədədə, Ərğəvanı çaxur bulur qədəhdə, İçəydim ləbaləb cəşn-i sədəhdə, Samarşub yarınan yatayıdım mən. Xosrow deyər: zarıncınıŋ bağında, Fərhad kimin Bisütünüŋ dağında, Bugün gül vəqtində bahar çağında, Məst edib yarınan yatayıdım mən. Yaxşı qayırıb Həq-i yekta əcəb yaxşı qayırıb, Xal-ı haşım aq üzündə nışana. 247 Rəqib məndən yaman sözlər qayırıb, Əbləh o dur bu sözlərə inana. Ey dilbərim şirin canım cananım, Dəhanıŋ Kowsərdir ləbiŋ fıncanım, Sən mənim canımaŋ bəlki imanım, Qədəŋ alam ey dilbər-i canana. Səvən göynü heç kim ayıra bilməz, Kar-ı işqi heç kim qayıra bilməz, Sultan o xan bölə buyura bilməz, Xodam özü etişəydi dıvana. Ürəğim qazanı porcuş edibdir, Səniŋ işqiŋ məni mədhuş edibdir, Neççə yerdən ləşkər xoruş edibdir, Qorxıram kı rəxnə sala imana. Həqdə bilir al-ı əba yar-ı can, Cəsədimdə qalmamışdır yarı can, Koll-i âləm rəqib olsa varı can, Mənim köylüm səndən olmaz bıgana. Səriŋə döndüğüm mah-i xavərim, Bir söz eşidmişəm olmaz bavərim, Səndən ayrı yoxdur yar ow yavərim, Xosrow iltıması vardır yəzdana. MƏHƏMMƏD İBRAHİM Gözəl Bugün gözəllərdən sorağ eylədim, Dedim nəçün eddiŋ bağrım qan gözəl. Əzəldən mən eddim qurbanıŋ sənin, Qəm bər qədəmə mal o can gözəl. 248 Dedim: göŋŋül, mah cəmala güvənmə, Aq bədənə, qərə xala güvənmə, Bu şowkətə, bu cəlalə güvənmə, Əldən gedər şowkətinən şan gözəl. Əsər xəzan yeli çəp ow şomaldan, Qocalıq dərdindən, fikr ow xıyaldan, Bibəhrə olubdur umruŋ bu haldan, Olur ənbər teliŋ pərişan gözəl, Ğiflət edmə bugün səba qərrirəŋ, Cəvanlığıŋ həsrətindən ərrirəŋ, Əcəl fayıq gələr, yerdə çürrürəŋ? Ah çəkərəŋ, ollaŋ pəşiman gözəl. Şur-i cəvanlıkda rəŋ-i alısəŋ, Neççə ildən sora pir-i zalısəŋ, İbrahımdır eğər əhl-i halısəŋ, Gəl bizimnən işq otunda yan gözəl. Edəg Bir neççə hal bilən yoldaş olaydı, Bəlki daha zımıstanı yaz edəg, Neççə sır saxladan sırdaş olaydı, Dərd ow ğəmi ürəklərdən az edəg. Bu dunyanıŋ bəmi gedmiş ziri var, Beş gün umruŋ, beşi gedmiş biri var, Gecə-gündüz qan ağlasaŋ yeri var, Yiğiliŋ yoldaşlar dərd ow raz edəg. Saba-bürgün yeksan oldak toprağa, Gozərgahdan sakın oldak otrağa, Varı həsrət ğünçə ollag yaprağa, Daha mümkin olmaz ezz o naz edəg. 249 Gəldi gəçdi cəvanlığıŋ karvanı, Canda qaldı xoş günləriŋ armanı, Yiğiliŋ qardaşlar sürək dowranı, Bəlki İbrahımı binıyaz edəg. Aşnalığı Ay ağalar gəliŋ terif eylayım, Nə xub olur ikki yar aşnalığı. Bir kimsə ki səvəŋ səvməyə səni, Olur bülbülünən xar aşnalığı. İğid odur əzəl gündən məst ola, Əbdal odur arxasında pust ola, Kimsəyiki tekkə inən dost ola, Olur yağışınan qar aşnalığı. Oxudum Qorânı eylədim bəyan, Qoç iğidlər hərgiz görməsin yaman, Atasın öldürən oğlunu qoyan, Olur yarpuz inən mar aşnalığı. Təxtəyi oynadım gəldim do-şeşə, Əğər ârifisəŋ qulaq ver işə, Güclüyünan gücsüz düşsə sowuşə, Olur tərlanınan sar aşnalığı. İbrahım deyr: qara bəxtimdir, qara, Bir namə yazayım yollayım yara, Gedməyəŋsən heç vəqt düşmənə cara, Erziŋ bada verər car aşnalığı. Eylamışam Yiğiliŋ yoldaşlar, əhval alayım, Görüŋ mən fələğə nic eylamışam. 250 Dowrəsi kəcrowdır, nicə qalayım, Məğər mən çərxini kəc eylamışam. Çəlipa zülflarıŋ həlqə-həlqə kəc, Mənimnən kəc, özünə kəc, xəlxə kəc, O güni ki fələk baxdı mənə kəc, Qapıŋa boynumu kəc eylamışam. Yaşıl başım admış yaşıl sərəndaz, Silkinib tavustək eylər işvə-naz, Şirin canım yar yoluna payəndaz, Teztər edsəyidim gec eylamışam. Şeyx-i Sənan kimin tərsa şəhrini, İçdim şərbətini, gördüm zəhrini, Bəskə teşnəkamam işqiŋ bəhrini, İçdim ow qanmadım nic eylamışam. Başıŋa döndüğüm vəfalı yoldaş Dərdimi söyləmə sırrım olur faş Sənin üzüŋ gündir aşıqıŋ xoffaş, Gündüz çixə bilməm gec eylamışam. O ki edər aşıqlığıŋ məşqini, Xoş ow naxoş gələ edər işqini, İbrahım der: oldum fələk düşgünü, Üküm (yüküm) şəkər idi gəc eylamışam. QUL ORUC Ola Gözəl görəŋ sərraf ola xoş-nışan, Sərvi boylu, mına gərdən ağ ola, Homayıl sərqaş, quş gözləri laççın, Qıbaxmağı maral kimin yağ ola, (yənı qıraqdan baxmaq, gözaltı baxmaq, işvəynən baxmaq) 251 Dörd qərə xoş nışan, dörd ağ golnarı, Dördü dar, dördü geŋ, dördü cəvarı, Dörd uzun, dörd qissə, pəncə domarı, Mah-ı bot, çaq baldır, gül ayaq ola. Yaşıl baş, gül yanqax, xalı mınalı, Əfsun olmuş şəhmar kimin kinəli, Bir tavus gərdənli, kəylig sinəli, Towar tərlan kimin yeri dağ ola. Xuyu tərlan, əsli pəridən-hurdan, Açılanda özü bəhs edə nurdan, Howzu mərmər, fəvvarəsi bulurdan, Dəri təxt-i tavus, zər otaq ola. Tel kəmənd qulac, qol nəqş-i çilsütün, Kağaz bəyaz Səmərqəndi çılsütün, Narınc-türənc, limu məmə çılsütün, Sədəf gowhər, şəbçırağ tək tağ ola. Ordibeheşt olanda gül-çəmən vəqti, Xordə limu məmə mınadan təxti, Oruc deyər gəysin məvvəc gülgəz rəxti, Ön-dörd yaşda qızıŋ almag çağ ola. Bu nədir Ay ağalar bir iğid ki nadandir, Nə bilər ki təqlid nədir, ar nədir. Merifət yolundan gozar edməyən, Nə bilər ki dıvan nədir, dər nədir. İkki kör görmüşəm yoldan azayır, Molla dəğil, qələm dutmuş yazayır, O nə şəhrdir dörd dəğirman gəzayır, Onu susuz çərxə salan pər nədir. 252 O nə şəhrdir varmag olmaz qoruqdur, --------------------------------- Göydən gələn bircə-bircə yoruqdur, Bir arvada beş kabınsız ər nədir. Ğəni mowlam ğərq-i coda götürdü, Yerə durdu, Qənbər Doldol eterdi, O nə şəhrdir yetdi Sultan oturdu, Bir amada qırx gedigdə yer nədir. Qul Oruc deyr: nədir həqqiŋ sayəsi, Munu bilən daha yoxdur vayəsi, Beş dordana, on yeddidir payəsi, ...................................................... HÜSEYNƏLİ BƏY BAYAT Bəylər Kohnowdan köçəndə Dola, Varı pıyada düşdük yola. Siğir kələ, əşşək kölə, Nışanalı köçdə bəylər. Gediŋ deyiŋ Əlixana, Muradəli, Qəhramana, Çox əzab verməyiŋ xana, Hısab vardır işdə bəylər. Gül dowa gəlmişdir ələ, İnşalla tez gəldək hala, Saba-birgün çixər tola, (tola: bir cur ot, bir bitki) Yiğiŋ oluŋ naşta bəylər. Gəzsəŋiz el o oymağı, Bulmayız çörək sorağı, 253 Çixibdir gondə qəlağı, Yiğiŋ qoyuŋ təştə bəylər. Ələ turuŋ bu damağda, Qarnıŋızı qıvırmağda, Göt açıq qonqur ayağda, Əlləriŋiz düşdü bəylər. Bayat oğlu çəkib qarnı, Uzanmış qəhrəman burnu, Çal çaləgdən ediŋ ferni, Varıŋız sərriştə bəylər. Gəlayır Ğafıldan bir gözəl çixdi bərabər, Dedim: hurdur ow Rızvandan gəlayır. Xoş buyundan damağ oldu moəttər, Dedim: güldür gülistandan gəlayır. Nazık sıdası var şirin goftarı, Kəsmiş ürəgimdən səbr ow qərarı, Ya Yusufdur Misrə düşmüş gozarı, Ya mələkdir asımandan gəlayır. Bulur burmaqları, nazık əlləri, Üstünə qazılıb mına xalları, Çin-çin edib dal gərdənə telləri, Şux tavusdur Hındıstandan gəlayır. Allı qəmər, cadı gözü məstandir, Məməsi şəvənbu, qoynu bostandır, Sinəsi nəqqişli towar tərlandir, Həva edib Heştərxandan gəlayır. 254 Xoş siffətdir, Züleyxayi-sanıdir, (ə. ikinci Züleyxa, Züleyxa təkin gözəl) Şikəstə aşiğiŋ cism ow canıdir, Hüseyn deyər: bu pərilər xanıdir, Seyrə çixmiş xan ow mandan gəlayır. Mənim 1291/1875-ci ildə Mustafaqulu xan oğulu Söhrab xan öləndə şair Hüseynəli bəy Bayat onuŋ dilindən aşağıdakı şeiri demişdir. On il idi mən dıvandan yağıydım, Kimsə üzdürmədi yolumdan mənim. Hükm-i hakımıdı mərg-i məfsəcat, On mıŋ qoşun dalımdan mənim. And içdi sərdarı hakımı varı, Bildim Əraqlıdır yox itibarı, Özüm sindirmədim əhd o qərari, Qorxu yoxum idi ölümdən mənim. Etdim eyş ow nuş ow işrət tərəbi, Döğdim Larıstanı, Cəm dovtələbi, Öldürdüm xanını, çapdım Ərəbi, İran təŋŋə gəldi əlimdən mənim. Cəm ow Rizli boyanmışdı al qana, Seyf onu görəndə gəldi amana, Naçar oldu etdi əhd o peymana, Köçdilər, qaçdılar yolumdan mənim. Kol-ı aləm gəldi mənim qəsdimə, Səham-ol-mülk hükmü verdi dəstimə, On miŋ qoşun çəkdi mənim üstümə, Hımayət olmadı elimdən mənim. 255 Bəlli Söhrabıdım Farsıŋ elində, San bəslədim Ərəb atzar dəmində, Yad eylədim şer Darabı ölündə , Qardaş, bir dutmadıŋ əlimdən mənim. Xəbər veriŋ əziz Allahyarıma, De: dar gündə etişmədiŋ carıma, Bir fowc sərbaz öldürmədiŋ yoluma, Vəsiyət eşidəŋ dilimdən mənim. Bahadırquluyu Allah saxlasın, Ellərim ağ açsın, qərə bağlasın, Meskin Hüseyn nalə çəksin ağlasın -------------------------------- NEMƏTULLAH BƏY RƏHİMLİ Əlindən Aya aqalar yandı bağrım, Daş ürəgli yar əlindən. Deyiŋ kimə car aparam, Gözləri xumar əlindən. Aparıb din ow imanı, Kafır edər müsülmanı, Mürvəti yox içər qanı, Aman bu xunxar əlindən. Ləbiŋ ənnab, dişiŋ inci, Yoluŋda çox çəkdim rənci, Cəmalıŋ padışah gənci, Üstündə şəhmar əlindən. Rəqibi gördüm utandım, Şirin canımdan usandım, 256 Nemətullah deyər yandım, Daş ürəgli yar əlindən. Örgənmiş Ay aqalar mənim yarım, Gülməği guldan örgənmiş, Aşığı nale çəkməği, Şeyda bulbuldan örgənmiş. Alaydım yarıŋ yanını, Əməydim ləbi balını, Yarım hüsn o cəmalını, Pəridən, hürdən örgənmiş. Gözüm gördü məməsini, Göynüm eylər həvəsini, Nazlı yarım şoləsini, Ayınan-gündən örgənmiş. Qaşı kəman, gözü yağı, Ləbi Kowsər, dili sağı, Səyyad tək əğri baxmağı, Vəhşi maraldan örgənmiş. Buy-ı xoş moşk-ı Tatarı, Tutı tək şirin goftarı, Xəraman nazık rəftarı, Gözəl kəyligdən örgənmiş. Ləbi meydir, dili sağı, Cənnətdir yarıŋ otağı, Nemətidən can almağı, Mələk-əl-mowtdən örgənmiş. 257 Qurban Göŋŋül quşu bir tərlana qonubdur, Şəms o qəmər kimin üzünə qurban. Mənim qərə bağrım ota yaxıbdir, Bağrımı yandıran sözünə qurban. Gözəl kəylig, mına gərdən buxağı, Şəhd-i şəkər məzzəsidir dudağı, Suyı gülab moşk ow ənbər toprağı, Suyu xoş, buyu xoş, özünə qurban. Yol gedəndə yerə minnət edər naz, Başım edəm yerişinə payəndaz, Qaşı kəman, mujganı ox tirəndaz, Aşığı öldürən gözünə qurban. Sərv boylu, tavus telli, üzü xub, Dindirəndə, kəmalı xub, nazı xub, Vəhşi maral, mah cəmallı gözü xub, Nemətullah deyər nazına qurban. Səvdiğim Göynüm istər olam səniŋ qulamuŋ, Sən Allahıŋ qəbul eylə səvdiğim, Sal zulflarıŋ həlqəsini boynuma, Öz qapıŋa zəncir eylə səvdiğim. (Qaşqaylar evin önündəki yerə və ya bağçaya qapı deyirlər. Bizdəki "ay uşaq bir qapıya çıxsana"dakı kimi) Piltə eylə çırağıŋıŋ yağına, Carıkəş ed otağıŋıŋ tağına, Bağban eylə bostanıŋıŋ bağına, Hər nə seyrəŋ, məni eylə səvdiğim. 258 Hıcranından düşdüm ah o zara mən, Gülşəŋiŋdə bulbul oldum xara mən, Dərrim ağdir oldam sənə qərə mən, Özüŋ için xərid eylə səvdiğim. Aq əlləriŋ baturubsəŋ xəzabə, Ləbiŋ döndi şəhd-i şəkər məzabə, Dad müsülman məni salma əzabə, Canımı al, farığ eylə səvdiğim. Gər kafıram, gər müsülman, Ərməni, Aşığıŋəm bir nəzər bax gör məni, Bir busə ver, qimətini al məni, Ta can varım olam quluŋ səvdiğim. Nemətullah deyər: bud o nəbudum, Səndən ayrı heçnə səvməm səvdiğim. ƏLİ ŞAYLIDAN Düşübdür Ay aqalar bir cüft yaşılbaş sona, Laçın vurub gəldən ara düşübdür, (gəl: davar, quş ya heyvan sürüsü, burada laçın quşu istəyirmiş ovlasın, onu vurub dəstəsindən aralı salıb) Çox müdətdir onuŋ üçün yanıram, Gözüm yar üzündən ara düşübdür. Yarım sinəsində heyva nil qara, Xub yaraşır ala gözə mil qara, Sorahı gərdənə, dəstə tel qara, Yarım tel əlindən tora düşübdür.urub qaş ow gözünü süzər, Dil o dudağından şəkər-bal əzər, Mımar olan cəsədinə xal qazar, Bədən aqdır, xallƏSSİ XAN QARAÇAYLI Xəstə-Xəstə Gördüm bir bölük pərivəş, Səf çəkiblər dəstə-dəstə. Gözüm düşəndə etdim ğəş, Dedim: lal astə-astə. Bu nicə naz o ətabdir, Görən bisəbr o bitabdir, Bu nə üzdir, nə məhtabdir, Biri bəŋzər dostə-dostə. Biri mehr ow şux-dəlara, Özü bəŋzər nur ow nara, Məstanə gözləri qara, Qaşı peyvəstə-peyvəstə.

Əli Şamil 

 Azərbaycan folklorşünası, publisist.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31