Suriyalı hərbçiləri daşıyan avtobus gülləbaran edildi - Ölən və yaralananlar var
17:37 DünyaSuriyanın Hasəkə əyalətində baş verən hücum nəticəsində Silahlı Qüvvələrin iki əsgəri həlak olub, bir neçəsi yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Naməlum silahlı şəxslər Suriyanın şimalında taxıl anbarlarının yaxınlığında park edilmiş hərbi avtobusa hücum ediblər.
SANA hücumla bağlı əlavə məlumat verməyib.
Xatırladaq ki, yanvar ayının sonunda Dəməşqlə SDQ arasında imzalanan razılaşmaya uyğun olaraq, Suriya ordusu Hasəkə əyalətinə nəzarəti bərpa edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31