Pakistan Əfqanıstana demarş elan etdi

Əfqanıstanın Pakistandakı müvəqqəti işlər vəkili Xayber Paxtunxva əyalətində polis məntəqəsinə edilən terror hücumu ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və ona demarş edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Pakistanın diplomatik qurumu məlumat verib.

Bəyanata görə, hücum Əfqanıstanda sığınacaq tapan "Fitnə əl-Xəvaric" qrupunun terrorçuları tərəfindən törədilib. Bu baxımdan, İslamabadın Əfqanıstan ərazisinin Pakistana qarşı terror hücumları üçün davamlı istifadəsindən ciddi narahatlığı Kabil nümayəndəsinə çatdırılıb.

Əfqanıstan tərəfinə həmçinin İslamabadın bu vəhşi hərəkəti törədənlərin əməllərinə qətiyyətlə cavab vermək hüququnu özündə saxladığı bildirilib.

Mayın 10-da Xayber Paxtunxva əyalətinin Bannu şəhərində terrorçular tərəfindən törədilən avtomobil partlayışı nəticəsində ən azı 15 polis həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31