Qırğızıstan TÜRKSOY-a daimi nümayəndə təyin etdi

Marat Taqayev Qırğızıstanın TÜRKSOY-dakı daimi nümayəndəsi təyin edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyini məlumat verib.

Marat Taqayev bundan əvvəl mədəniyyət, informasiya və gənclər Siyasəti nazirinin müavini vəzifəsində çalışıb. Yeni nazir müavininin təyinatı hələlik açıqlanmayıb.

Xatırladaq ki, TÜRKSOY türk ölkələri və bölgələrini birləşdirən beynəlxalq türk mədəniyyəti təşkilatıdır. 2022-ci ildən bəri təşkilatın baş katibi Qırğızıstanın keçmiş mədəniyyət naziri, yazıçı və dramaturq Sultan Rayevdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31