Qaşqaylar və onların folkloru - Əli Şamil

İndiki İran coğrafiyasında min ildən artıq hakim olmuş Qəznəvi, Səlcuqlu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar Türklərindən yazanların bir çoxu, adətən, Avropa tarixşünaslığının təsiri altında onları köçəri, mədəniyyətdən uzaq, qəddar, dağıdıcı kimi qələmə verməyə çalışmışlar. Ancaq xoş sözlər söyləyən M.H.Fruği kimi tarixçilər də olmuşdur. O, "Tarexe İran" (İran tarixi) əsərində yazır: "150 il İranda hökm sürən Səlcuqluların Türk olmalarına baxmayaraq, onların hökmranlığı dövründə ölkəmiz təhlükəsiz-liyinin... ən yüksək zirvəsində dayanırdı. Onlardan tarixdə yaxşı ad yadigar qalmışdır" (T.Ə.İbrahimov (Şahin). Qaşqaylar, səh.23). İran tarixinin bilicisi sayılan R.Yasəminə görə, Fars vilayalətinin Ariləri Qafqaz dan keçib cənuba tərəf gəldikdə əsrlər boyu Azər baycanda, Urmi- ya gölünün qərbində Parsa adlanan vilayətdə sakin olmuş, özlərini Parsa adlandırmış, daha sonra eramızdan əvvəl 7 əsrdə cənuba köçmüş, orada sakin olaraq dövlət yaratmışlar  Son dövr tarixçiləri isə köhnə qəlibləri dağıdaraq yeni fikirlər irəli sürür, hətta bilinən faktlara yeni baxış sərgiləyirlər. Qayaüstü mətinlərin yeni oxunuşunu ortaya qoyur, bölgədən tapılan Türk damğalarına və başqa maddi mədəniyyət abidələrinə dayanaraq burada Türklərin Farslardan əvvəl yaşadığını isbatlamağa çalışırlar. Təxti Cəmşid-Persopolisdən bir görüntü  Hətta İranın yeni nəsil tarixçilərindən Nasir Purpirar "On iki yüzil sükut" kitabında indiyədək Əhəmənilər (Həxamənişilər) haqqında yazılanların elmi əsası olmadığını söyləyir. Qaşqay xanlarının sarayında Şirazı zəlzələlər, təbii fəlakətlər nə qədər dağıtsa da, tarixi abidələrin bir qismi qorunub saxlanılıb. Onlar işərisində diqqəti çəkən Kərim xan Zəndin (1705-1779) (hakimiyyət illəri 1763-1779) tikdirdiyi qala-saraydır. Vaxtlı-vaxtında təmir etdiklərindən indi qoruqmuzeyə çevirmişlər. Şəhərin idarə olunmasında iştirak etmiş, o dövr üçün əzəmətli yaşayış binaları tikdirmiş adamların əksəriyyətinin evləri muzeyə çevrilmişdir. Belə ev-mu- zeylərdən biri də Gülustaniİrəm adlanır. Şirazın qovurucu istisində də bura sərin olur. İndi bir növ nəbatət bağı rolunu oynayır. İçərisindəki Qaşqay xanlarının yaşadığı evi də qiymətli daşların satış-muzeyinə çeviriblər. Əminin dediyinə görə, Gülistani-İrəm Səlcuqlular dövrü Şirazda sa-lınmış bağlardan günümüzə gəlib çatanıdır. Gülüstani-İrəmə daha çox yeniyetmə və gənclər dəstə-dəstə gəlirlər. Geyimlərindən, danışıqlarından aydın görünür ki, yerli turistlərdir. Xaricilər burada az-az gözə dəyir. Şair Əvəzullah Səfərinin verdiyi bilgiyə görə, İrəm bağı Qaşqay xan-larının sarayıdır. Canıxan dönəmindən bu bağ-saray Qaşqay elxanlarının olub. İslamda mülk toxunulmaz olsa da, İrəm bağı iki dəfə Qaşqay elxanlarının əlindən çıxıb. Bir dəfə Mətuli xan dönəmindən sonra şirazlı Bəsirəlmülk ailəsi bu bağı ələ keçirib. İsmayıl xan Sövlətüddövlə güclənəndə bağı yenidən alır və orada yaşayır. Hökumət qüvvələri ilə Qaşqay elxanları arasında baş verən Simurun savaşından sonra Pəhləvilər binanı müsadirə etdilər. Bu dəfə də bağ Şiraz feodallarından və hakimiyyətə yaxınlığı ilə seçilən Qəvamimülklərin əlinə keçir. Lakin Xosrov xan bağı yenidən pul ilə alır. İran İslam İnqilabının ilk illərində Xosrov güllələndikdən sonra bağ hökumətin əlinə keçir. Sonra da muzeyə çevrirlər. 33 Qəribəmə gələn o oldu ki, başqa muzeylərdə bina sahibi haqqında geniş bilgi verildiyi halda, İrəm bağının və oradakı sarayın sahibi olan Qaşqay elxanları haqqında demək olar ki, ciddi bir bilgi verilmir. Əmin bəylə Qaşqay xanlarının sarayında Sədi və Hafizlə bağlı az bildiyimiz məsələlər Şiraza gələnlərin ən çox getdikləri yerlər sırasında Hafiz və Sədi Şirazilərin türbələri durur. Hər iki türbə şəhərin köhnə məhəllələrində yerləşsə də, bir-birindən xeyli aralıdadır. Biz də hər iki məqbərə kompleksinə getdik. Gediş-gəlişin çətin və yorucu olduğu bir dövrdə Azərbaycanla Şiraz arasında six əlaqənin olduğuna dair xeyli faktla rastlaşdım. Sədi Şirazinin türbəsini ziyarət edərkən Cəfər bəy şair haqqında xeyli bilgi verdi. Əsasən "Gülüstan" və "Büstan" əsərlərinin müəllifi kimi tanınan, kitabları Azərbaycan mədrəsələrinin məktəb adlandırılan birinci mərhələsində tədris vəsaiti kimi istifadə edilən Sədi haqqında ensiklopediyalarda, kitablarda, dərgilərdə çox yazılıb, haqqında sənədli filmlər çəkilib. Ona görə də, mən şair haqqında geniş bilgi verməyib, Azərbaycan oxucusunun diqqətindən kənarda qalan məsələlərdən söz açmağa çalışacağam.

Salqur Türklərindən olan Səəd Zəngi oğlu Atabəylər dövründə Fars əyalətinin hakimi olub. Atabəylərin buradakı hakimiyyəti təx-minən 140 ilə yaxın, yəni 543-684-ci (miladi 1149-1285) illəri əhatə edir. Atabəylik Səlçuqların dövründə təşkil edilmiş bir idarəetmə sistemi idi. Atabəylər zamanında Fars əyaləti xeyli abadlaşmış, kəhrizlər, su quyuları qazılmış, karvansaralar tikilmiş, ticarət, əkinçilik, heyvandarlıq inkişaf etmişdir. 

Ardı Var...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31