Əgər bir kitabı yerə qoymaq istəmirsənsə…
19 Noyabr 2020 11:12 MədəniyyətOlaylar.az-ın "Məşhurla oxu" rubrikasının ilk qonağı Gənc Tamaşaçılar teatrının məşhur aktrisası Asya Atakişiyevadır.
Asya Çingiz qızı Atakişiyeva Bakı şəhərində doğulub. 7 nömrəli orta məktəbin məzunudur. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsini bitirib. 2008-ci ildə "Rejissorluq" fakültəsinin magistraturasına daxil olub. 2004-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Universitetdə Naibə Rəcəbovadan dərs alıb.
- Rubrikamızın ənənəvi sualından başlayaq.Ən çox sevdiyiniz əsərlər hansılardır?
-Emaunel Shmıt "Oskar və Çəhrayı qadın",A.S.Ekzüperinın" Balaca Şəhzadə",Məhəmməd Füzulinin "Leyli və Məcnun",Somerset Moemin "Aktrisa"əsərlərini daha çox sevirəm.
-Bu əsərləri daha çox sevmənizin səbəbi nədir?
-Bu əsərləri oxuyanda həyəcanı, həmin əsərlərdəki hadisələri hiss edirdim. Həyəcanlanırdım, kövrəlirdim.Əgər bir kitabı yerə qoymaq istəmirsənsə, deməli, səni cəlb edib.
"Oskar və çəhrayı qadın"əsərində çox gözəl sözlər var.Orda cərəyan edən hadisələrin cümlələrlə ifadəsi möhtəşəm idi.
Məktəb vaxtı "Balaca Şəhzadə" əsərini oxumuşdum.Bu əsərdə "Gözlər kordu, ürəylə axtarmaq lazımdı." cümləsi mənim yaddaşıma həkk olunmuşdu.Tamaşasına bu yaxınlarda baxdım və yenidən yadıma düşdü."Aktrisa" əsərində aktrisa səhnəyə çıxışından danışır.Deyir ki, o həyəcan gəlir.Özünü söyərək deyir: "Mənə bu lazımdı?
O həyəcanı keçirdim. Daha çıxmayacam səhnəyə." Amma səhnəyə çıxdıqdan sonra o gözəl hissləri keçirdir və çox xoşbəxt olur.Eyni hissləri keçirtmişəm və bu mənə yaşadığım həyəcanı xatırladır deyə bu əsəri çox sevirəm.
-Oxuduğunuz əsərlərdən hansısa obrazı canlandırmısız?
-Bəli. "Leyli və Məcnun" əsərindən Leylini oynadığıma görə çox xoşbəxtəm. Çünki aktrisalıq karyeramda Leyli kimi obrazı canlandırmışam.Əvvəllər Cülyettanı oynamağı çox arzulayırdım.
Ülkər Abdurahmanlı
Olaylar.az