“Xarı bülbül, sən qış sanırsan, bəlkə, gələn bahardır” - FOTO
31 Oktyabr 2020 18:01 MədəniyyətTürkiyədə dərc olunan "Ayarsız" aylıq dərgisi xarı bülbülü qapaq şəkli edib.
Dərginin üstündə isə "Xarı bülbül, sən qış sanırsan, bəlkə, gələn bahardır" qeydi yazılıb.
Aylıq jurnal Qarabağın simvolu olan xarı bülbülə üstünlük verməklə, Azərbaycana, xalqımızın mənfur düşmənlə apardığı haqq mübarizəsinə dəstəyini ifadə edib.
Qeyd edək ki, fəlsəfə, mədəniyyət, incəsənət və ədəbiyyat dərgisi ayda bir dəfə nəşr olunur. Dərginin cəmiyyətin müxtəlif kəsimlərindən böyük oxucu auditoriyası var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31