"Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm" - Vüqar da cəbhəyə yollandı

Müğənni Vüqar Muradov könüllü olaraq hərbi xidmətə yola düşüb.

Olaylar.az big.az-a istinadən bildirir ki, ifaçı bu barədə sosial media hesabında yazıb. O bildirib ki, artıq xidmətdədir:

"Artıq 10 gündür ön cəbhədəyəm. Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm.Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun. Torpaq öz oğullarını gözləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31