“İncəsənət həyatımı xilas etdi” - Madonna

Amerikalı müğənni Madonna yaradıcılıq yolu haqqında bəhs edəcək bədii filmin rejissoru və senaristi olacaq.

Amerikalı müğənni Madonna yaradıcılıq yolu haqqında bəhs edəcək bədii filmin rejissoru və senaristi olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" xəbər verib.

Artist qeyd edib ki, filmin diqqət mərkəzində musiqi olacaq.

"Musiqi məni dəstəkləyirdi, incəsənət isə həyatımı xilas etdi. O qədər danışılmamış və ruhlandırıcı hekayələr var. Onları məndən daha yaxşı kim danışa bilər?", - Madonna bildirib.

Ekran işini "Universal Pictures" kinostudiyası ərsəyə gətirəcək. Layihənin prodüseri qismində Emi Paskal çıxış edəcək.(Qafqazinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31