Rəşid Ağamalıyevin filmi Tbilisi Bəynəlxalq Sənədli Film Festivalında nümayiş olunacaq

Rejissor Rəşid Ağamalıyevin "Züleyha ilə dialoqlar" filmi CinéDOC-Tbilisi Bəynəlxalq Sənədli Film Festivalının “Special Screening” adlı bölməsində nümayiş olunacaq. Olaylar.az bildirir ki, 2013-cü ildə yaranan CinéDOC-Tbilisi Qafqazın ən böyük və nüfuzlu Bəynəlxalq Sənədli Film festivalıdır.

Rejissor Rəşid Ağamalıyevin "Züleyha ilə dialoqlar" filmi CinéDOC-Tbilisi Bəynəlxalq Sənədli Film Festivalının "Special Screening" adlı bölməsində nümayiş olunacaq.

Olaylar.az bildirir ki, 2013-cü ildə yaranan CinéDOC-Tbilisi Qafqazın ən böyük və nüfuzlu Bəynəlxalq Sənədli Film festivalıdır.

2019-cu ildə çəkilən "Züleyha ilə dialoqlar" qısametrajlı sənədli filmi azərbaycanlı peşəkar pianoçu və şəfaçı Züleyha Abdullayeva haqqındadır. Onun xəstəsi olmuş gənc rejissor Rəşid Ağamalıyev tamaşaçıları musiqi terapiyası sənətinə səmimi bir səyahətə dəvət edir.

Azərbaycan , Çexiya və Gürcüstanın  birgə istehsalı olan, Praqada yerləşən Nəfis Sənətlər Akademiyasının Kino və televiziya fakültəsinin dəstəyi ilə çəkilən film azərbaycan, türk və ingilis dilindədir. 

Filmin rejissor və prodüseri Rəşid Ağamalıyev, operatorları Nina Şçamborova (Slovakiya), Raaşi Metkari (Hindistan), montajçı Xorxe Sançes (İspaniya), səs operatorları Berk Tuğçu (Türkiyə), Yuras Karaka (Belarus), rəng üzrə mütəxəssis Yan Vlnas (Çex Respublikası), qrafik dizayneri Nəzrin Ağamalıyeva (Azərbaycan), layihə koordinatoru Durna Səfərovadır (Azərbaycan). Filmin çəkilişlərində Züleyha Abdullayeva (Türkiyə), Vidhi Mehrota (Hindistan), Merih Cırıtlı (Türkiyə), Rəşid Ağamalıyev (Azərbaycan) iştirak ediblər.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 15-də YARAT Müasir İncəsənət Mərkəzində "Zuleyxa ilə dialoqlar" sənədli filminin premyerası olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31