Mirmehdi Ağaoğlunun kitabı Türkiyədə çap olundu

Yazıçı Mirmehdi Ağaoğlunun kitabı Türkiyə türkcəsində nəşr olunub.

Yazıçı Mirmehdi Ağaoğlunun kitabı Türkiyə türkcəsində nəşr olunub.

Olaylar.az bildirir ki, "Oğlum üçün hər şey" adlı kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması",  "Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası" üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması layihəsi çərçivəsində çap olunub.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi toplu Türkiyənin "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31