Xalq teatrları və gənclərimiz

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və regionlarda çalışan gənc mədəniyyət işçilərinin iştirakı ilə "Teatrlarda yeni yanaşmalar və yeni təfəkkür formaları" adlı görüş keçirilib.

Olaylar.az bildirir ki, sözügedən tədbir çərçivəsində "Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu"nun üzvü Bərdə RMİ-nin əməkdaşı Emin Cəbrayıl tərəfindən irəli sürülən gənclərin teatra cəlb edilməsi və bölgələrdə xalq teatrlarının mövcud vəziyyətinin yüksəldilməsi mövzusunda fikir mübadiləsi təşkil olunub.

60-dan çox iştirakçısı olan görüşdə Azərbaycan teatr sahəsində xüsusi xidmətləri və fəaliyyətləri olan insanlar, o cümlədən, əməkdar artist Teymur Məmmədov, Kəmalə Paşazadə, teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarov, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov, Azərbaycan Respublikasının əməkdar artisti, DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsinin aktyor sənəti üzrə baş müəllimi Yaqut Paşazadə, Akademik Milli Dram Teatrının aktyoru, prezident mükafatçısı Ziya Ağa, regional Mədəniyyət mərkəzlərinin və Xalq teatrlarının münayəndələri Eldəniz Mustafayev, Teymur Məmmədov, Validə Nabatova, Mehman Quliyev, Nahid Musayev, Mirsamir Mirxəlilli, həmçinin Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Rafiqə Nəsirova, "Bölgə" eksperimental teatr truppasının bədii rəhbəri Hüseyn Məmmədov və digərləri çıxış ediblər.

Çıxış edənlər teatrın mövcud vəziyyəti, gənclərin teatra cəlb edilməsi məsələlərinə toxunublar. Qeyd olunub ki, əsas məqamlardan biri isə səhnəyə qoyulan yeni əsərlərin seçilməsi olub. Belə ki, xalq teatrlarının fəaliyyət istiqamətlərindən biri həvəskar və peşəkar gənclərin xalq teatrlarına cəlb edilməsidir. Eyni zamanda müzakirə zamanı vurğulandı ki, əyalət teatrlarının paytaxt teatrları ilə ünsiyyətinin yaradılması kimi mövzular xüsusi marağa səbəb olacaq.

Tədbirin yekununda Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev teatrların mövcud problemlərindən danışaraq, onların post pandemiya dövründəki fəaliyyət perspektivlərindən bəhs etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31