"İstedadlı uşaqların sorağında" adlı Beynəlxalq Onlayn Festival keçiriləcək

Bu ilin iyul ayının 11-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və Özbəkistan məktəbliləri arasında "İstedadlı uşaqların sorağında" adlı Beynəlxalq Onlayn Festival keçiriləcəkdir.

Onlayn festivalın əsas məqsədi - gələcəyimiz olan istedadların üzə çıxarılması, onların bacarıqların nümayiş etdirilməsi, onları gələcəkdə daha da böyük uğurlara həvəsləndirmək və stimullaşdırmaqdır.

Festivalın aşağıdakı istiqamətlər üzrə keçiriləcəkdir:

Ana dilində daha çox və daha keyfiyyətli mütaliə bacarığını nümayiş etmək: mütailə edilən kitabın (video formatda) treylerini hazırlamaq və təqdim etmək festival keçiriləndən bir gün öncə onun video materialını Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilməsi zəruridir); Ana dilində xüsusi intonasiya ilə şeir söyləmək; Kiçik səhnələşdirilmiş tamaşanın, səhnəciyin (ailəvi, bacı qardaş) icra olunması (festival keçiriləndən bir gün öncə onun video materialını Azərbaycan Mədəniyyət Mərkəzinə göndərilməsi zəruridir); Azərbaycan və Özbək mahnısını, milli rəqsini, milli musiqi alətini ifa etmək; Hər hansı bir sahədə qeyri-adi bacarıq və istedadın nümayişi (qısa müddətdə hesablama, fitri yaddaş, qısa müddətdə hər hansı bir maketin hazırlanması və s.); İdman və akrobatik qabiliyyətin nümayiş etdirilməsi;

 

Onlayn-festivalda iştirak etmək istəyən hər iki ölkənin məktəbliləri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna [email protected] öz ad və familiyasını, təmsil etdiyi məktəbin və sinif, habelə festivalda hansı istiqamət üzrə iştirak etmək barədə məlumatı göndərə bilər. Azərbaycan Mədəniyyət Mərkəzindən iştiraka dair təsdiq verildikdən sonra məktəbli Festivalda iştirak etnək hüququ əldə edəcəkdir.

Qeyd edək ki, "İstedadlı uşaqların sorağında" adlı Beynəlxalq Onlayn Festivalda  fərqlənən məktəbli üçün Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi Fəxri diplomu və hədiyyələri təqdim olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31