“Muğam axşamları” onlayn layihəsi davam edir
29 İyun 2020 12:30 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin (BMM) "Muğam axşamları" onlayn layihəsinin konsertləri mərkəzin "YouTube" kanalı vasitəsilə izləyicilərə təqdim olunur.
Olaylar.az bildirir ki, BMM-nin "YouTube" kanalı, "Facebook" və "Instagram" səhifələri vasitəsilə yayımlanan konsertlərdə mərkəzin solistləri bir-birindən fərqli ifalarını muğamsevərlərə təqdim edirlər.
Qeyd edək ki, indiyədək layihə çərçivəsində 4 konsert nümayiş olunub. Xanəndələrin ifasında muğam və təsniflər səsləndirilib. Budəfəki konsertdə muğam televiziya müsabiqəsinin qalibləri Almaxanım Əhmədli, Hüseyn Məlikov, Rəvanə Qurbanova və Elgiz Əliyevin çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31