Litva Respublikasının Birştonas şəhərində milli alətlərimə büst qoyulacaq
27 İyun 2020 13:00 MədəniyyətAypara muğam qrupu 2017- 2019-cu illərdə Litva Respublikasının Vilnus, Klaipeda, Palanga, Kaunas, Birştonas, Trakai, Neringa şəhərlərində bir çox mötəbər tədbirlərdə və bir çox Beynəlxalq Festivallarda iştirak edib. Olaylar.az bildirir ki, qrup üzvləri, xanəndə Gülzar Fərəcova, tarda Ədalət Behbudov, kamançada Pərviz Fərhadov Litva Respublikasında UNESCO-nun keçirtdiyi LAUKS-NOS və Skamba Skamba Kankliai Beynəlxalq Festivallarında, Litva Respublikasının Cumhuriyyətinin 100-iliyyində, Kaunas şəhərində Beynəlxalq Kurort Festivalında iştirak ediblər. Muğam Qrupu hər çıxışlarında Litvalılarla öz dilərində danışaraq, milli musiqi alətlərimiz olan tar, kamançada Litva Respublikasının musiqi nümunələrindən və Litva Dövlət himnini ifa ediblər. Məhz bu ifaya görə mənfur düşmənlərimiz ermənilərin çox olduğu bir şəhərdə Azərbaycan bayrağı bir ay dalğalanıb.
Aypara muğam qrupunun Azərbaycan musiqisinin xaricdə mükəmməl şəkildə təbliğatı və siyasəti nəticəsində Litva Respublikası tərəfindən Azərbaycan Respublikasına Litvanın Birştonas şəhər parklarının birində tar, kamança və qaval büstü qoyulması barədə təklif verilib.


