Səfirliyin Facebook səhifəsində “Filming in Turkey” sayt haqqında məlumat verilib
24 İyun 2020 10:55 MədəniyyətTürkiyənin Azərbaycandakı Səfirliyinin rəsmi "Facebook" səhifəsində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino İşləri Baş İdarəsi tərəfindən hazırlanan layihə haqqında məlumat paylaşılıb.
Olaylar.az bildirir ki, paylaşımda Türkiyədə kino məkanları, ölkədə çəkiləcək film sahəsinə göstərilən dəstəklərlə bağlı bir çox məlumatların olduğu və müraciətlərin edilə biləcəyi "Filming in Turkey" adlı sayt haqqında məlumat verilir.
Bu barədə http://www.filminginturkey.com.tr/ saytına daxil olmaqla ətraflı məlumat əldə edə bilərsiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31