Muğam Mərkəzini layihələri müzakirə olunacaq - “Çıxışa doğru”
18 İyun 2020 15:46 Mədəniyyət18 iyun Mədəniyyət kanalındacanlı olaraq yayımlanacaq "Çıxışa doğru" verilişinin qonaqları "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov , Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov və Xalq artisti Mənsum İbrahimov olacaq.
Olaylar.az bildirir ki, efirdə ölkəmizdə karantin elan edilən ilk gündən Mədəniyyət kanalı vasitəsilə yayımlanan canlı verilişlər və layihələrin mədəniyyətimizin inkişafındakı rolundan söz açılacaq .
Ölkəmizdə karantin elan edilən ilk günlərdən Mədəniyyət kanalı Gələcəyini düşün, #Evdə qal" aksiyasına start verib. Bütün mədəniyyət müəssisələrinin qoşulduğu layihələrə , xüsusilə "Evdə qal, musiqisiz qalma" layihəsinə "Mədəniyyət" kanalı dəstək olub.
Layihə çərçivəsində musiqi xadimləri evlərindən çəkdikləri videolarla öz musiqi töhfələrini tamaşaçılara ərməğan ediblər.
Bundan əlavə "Bizi birləşdirən Mədəniyyət" verilişi saat 19:00-da həftəiçi 6 gün Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlanaraq mədəniyyətin müxtəlif mövzularını əhatə edən qonaqlarla tamaşaçıların görüşünə gəlib.
Mədəniyyət kanalının dəstəyi, BMM -nin təşkilatçılığı ilə artıq bir neçə ildir ki "Unudulmayanlar", "Muğam axşamları", "Milli musiqi alətlərimizə" həsr olunan layihələr həyata keçirilir və davam etdirilir. Karantin günlərində öz fəaliyyətini onlayn olaraq davam etdirən BMM-nin layihələri bu gün də Mədəniyyət kanalının dəstəyi ilə ictimaiyyətə təqdim olunur.
Qeyd edək ki, "Çıxışa doğru" efirinin qonağı olan Xalq artisti Mənsum İbrahimov dəfələrlə sadalanan layihələrin iştirakçısı olaraq öz məlahətli ifaları ilə yanaşı həm də muğam sənətimizlə bağlı düşüncə və tövsiyyələrini gənc ifaçılarla bölüşmüşdür.
Mədəniyyət kanalı bu müddət ərzində ".Bizi birləşdirən mədəniyyət" layihəsi üzrə "Musiqi dərsi", "Evdə öyrən", "Azərbaycan aşıqları", "XX əsr Azərbaycan operetta inciləri", "Opera dünyası", "Sərhədsiz musiqi", "Muğam ustadları", "Azərbaycan muzeyləri", "Biz xalqın içindəyik", "Bizim Bakı küçələri" kimi təqdimatlarını davam etdirmişdir.