"Eurovision-2021" finalının tarixi açıqlandı

"Eurovision-2021" müsiqi konkursunun finalı Rotterdamda mayın 22-si keçiriləcək.

Bu barədə tədbirin təşkilatçıları xəbər verib.

"Eurovision 2021" müsabiqəsinin Rotterdamda keçiriləcəyi tarixlər təyin olundu. İki yarımfinal mayın 18-i, mayın 20-si və final mayın 22-si keçiriləcək", - rəsmi saytda dərc olunmuş açıqlamada bildirilir.

Konkurs planlaşdırıldığı kimi, "Ahoy" konsert salonunda baş tutacaq.

Sayca 65-ci "Eurovision" müsabiqəsinin daha əvvəl mayın 12-dən 16-dək "Open Up" (Açıl) şuarı altında keçirilməsi planlaşdırılıb.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31