Ceyhun Mirzəyevin anım günüdür - “Ögey ana”dan “Fəryad”a uzanan yol...

Ceyhun Mirzəyevin anım günüdür - “Ögey ana”dan “Fəryad”a uzanan yol...

Bu gün Azərbaycanın tanınmış kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin vəfatından 26 il keçir.

Olaylar.az xatırladır ki, Ceyhun Mirzəyev 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Tofiq Tağızadənin ekranlaşdırdığı "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi onun 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana" filmində İsmayıl rolunu canlandırıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinini bitirdikdən sonra, Moskvada təhsilini davam etdirib.

Ömrünün 35 ili kinoda keçən Ceyhun Mirzəyev "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Azərbaycanda istehsal olunan 100-ə qədər filmdə C.Mirzəyevin əməyi var.

1993-cü ildə ürək tutmasından vəfat edən aktyor, son kino əsəri olan "Fəryad" filminin  premyerasında iştirak edə bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31